http://www.amu.edu.az
29 aprel 2016-cı il
4
Tədris terapiya klinikasın-
da (TTK) Nefroloji xidmətin
təşkili 2011-ci ildən baş-
layır. Klinikanın açıldığı ilk
gündən Efferent Terapiya
Mərkəzi fəaliyyətə başla-
mışdır. Mərkəzin yaradılma-
sı yeni olduğu üçün onun
fəaliyyətinin təşkil olunma-
sına ehtiyac olmuşdur. İlk
gündən TTK-nın direktoru,
professor S.Musayevin qay-
ğısı və köməkliyi ilə şöbədə
Hemodializ, Hemofiltrasiya,
Plazmaferez, Ozonotera-
piya, Qanın ultrabənövşəyi
şüalarla şualandırılması,
Mərkəzi venalara kateterin
yerləşdirilməsi, Böyrək bi-
opsiyası əməliyyatları yerinə
yetirilməyə başlanmışdır.
Son illərdə müasir cihazların
alınması hesabına yeni prose-
duralar –davamedici veno-venoz
hemodiafiltrasiya,
davamedici
veno-venoz hemodializ seans-
ları da aparılmağa başlanmışdır.
Tədricən aparılan proseduralara
onların yeni –texnoloji cəhətdən
daha mükəmməlləri əlavə olun-
mağa başlanmışdır. Məsələn, ilk
zamanlar yerinə yetirilən sent-
rifuqa və membran plazmaferez
proseduraları ilə yanaşı daha yenı
və mükəmməl olan kaskad plaz-
maferezi aparılmağa başlanmış-
dır.
Müasir cihazların alınması
hesabına mərkəzi venalara ka-
teterin yerləşdirilməsi ultrasəs
müayinəsinin nəzarəti altın-
da aparılır. Bu da prosedura-
nı fəsadsız, çox
yüksək keyfiyyətlə
həyata keçirməyə
imkan verir. Eyni
zamanda əvvəllər
müm kün
olma-
yan və başqa kli-
nikalarda mərkəzi
venalara
katete-
rin yerləşdirilməsi
həyata
keçirilə
bilməyən xəstələrə
belə klinikamızda
kömək etmək im-
kanı yaranmışdır.
Həyata keçirilən
pro seduralardan
bi ri də böyrək biopsiyası-
dır. Əvvəlki zamanlarda bu
pro seduraları aparmaq üçün
xəstələrimiz xarici ölkələrə
getmək məcburiyyətində qalır-
dılar. Klinikada aparılan hazırlıq
işləri sayəsində ultrasəs nəzarəti
altında böyrəyin punksiyon bi-
opsiyası aparılmağa başlanmış-
dır və artıq 50-dən artıq xəstəyə
əməliyyat müvəffəqiyyətlə həyata
keçirilmişdir. Nailiyyətlərdən biri
də böyrək biopsiyası ilə alın-
mış böyrək toxuması materi-
allarının histologiya kafedra-
sında professor E. Qasımovun
rəhbərliyi ilə elektron mikros-
kopunun köməyi ilə subsellular
səvyyədə öyrənilməsi diaqno-
zun dəqiqləşdirilməsində dünya
səviyyəsnə yaxınlaşmaq müm-
kün olmuşdur. Bununla da res-
publika əhalisinin bu prosedura-
nı aparmaq üçün xarici ölkələrə
getməsinə heç bir lüzum qalma-
mışdır.
Mərkəzdə Tədris Cər rahiyyə
klinikasında böyrək trans-
plantasıyası
aparılması
üçün xəstələrin hazırlan-
masına ba başlanmış və
8 xəstədə bu əməliyyat
yerinə yetirilmişdir.
ETM-də bütün illər üzrə
aparılan
əməliyyatların
sayı artmaqda davam
edir: 2012-ci ildə 790
prosedura aparılmışdı-
sa, 2013-cü ildə - 965,
2014-cü ildə - 1108 və
2015-ci ildə isə prosedu-
raların sayı 1372-yə çat-
mışdır.
Mərkəzin
əməkdaş-
larının fəaliyyəti nəticə-
sində klinikanın 12-ci
mərtəbəsində Pulmono-
logiya, Allerqologiya və
Nefrologiya şöbəsi yara-
dılmışdır. Bu şöbənin Nef-
rologiya bölümü nefro-
loqların əməyi sayəsində
qurularaq
fəaliyyət
göstərir. Bölümdə sağ-
lam və xəstə insanlara
böyrəklərin fəalıyyəti və
orqanizm üçün əhəmiyyəti,
xəstəlik zamanı müalicə və
profilaktika tədbirləri haqqın-
da biliklərin genişləndirilməsi
məqsədi ilə “Böyrək Məktəbi” ya-
radılmışdır.
Mərkəzin əməkdaşları fəal elmi
araşdırmalar apararaq 1 meto-
dik vəsait, 30-dan çox məqalə
və tezis nəşr etmişdir. İspaniya,
İsveçrə, İtaliya, Çexiya, Türkiyə,
Fransa, Almaniya, Rusiya, Qa-
zaxstan, Gürcüstan, Çin, Hol-
landiya, Boyük Britaniya kimi
ölkələrdə Konqres və Konfrans-
larda iştirak edərək məruzələr
etmişlər. Hazırda da Mərkəzdə
genişmiqyaslı elmi araşdırma-
lar aparılır, elmi işçilərin, gənc
mütəxəssislərin – nefroloqların
yetişdirilməsinə böyük diqqət
yetirilir.
Mərkəzdə çoxsaylı elmi Konf-
ranslar, Konqreslər təşkil olu-
naraq keçirilmişdir. Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi-
nin Baş Nefroloqu kimi profes-
sor Mehman Ağayevin rəhbərliyi
ilə 2012 - 2016 –cı illərdə hər il
respublikanın nefroloqlarının və
müştərək sahə mütəxəssislərinin
iştirakı ilə Ümumdünya Böyrək
Gününə həsr olunmuş elmi-
praktik konfrans keçirilmiş,
böyrək xəstəliklərinin aktu-
al problemlərinə həsr olunmuş
məruzələr müzakirə edilmişdir.
29-30 noyabr 2013-cü il və
9-10 oktyabr 2015-ci ildə yüksək
səviyyədə iki beynəlxalq miqyas-
lı tədbirlər I və II Azərbaycan-
Türkiyə Nefroloji Konqresləri ke-
çirilmişdir.
Nefroloji xidmətin Tədris Te-
rapiya Klinikasında, o cümlədən
respublikamızda
inkişafına
və təkmilləşdirilməsinə uni-
versitetimizin rəhbərliyinin və
Səhiyyə Nazirliyinin köməyinin
gündən-günə artması sayəsində
bu sahənin inkişafı davam
etməkdədir.
Dostları ilə paylaş: