29 aprel 2016-cı il
http://www.amu.edu.az
7
u Bu il mayın 14-də nurlu siması,
xeyirxah əməlləri, saf əqidəsi ilə adı
Azərbaycan xalqının və vətən təbabəti
tarixində qızıl hərflərlə yazılmış, Azər-
baycan da gigiyena elminin inkişafın-
da bö yük zəhməti olmuş, görkəmli
səhiyyə təşkilatçısı, tibb elmləri dokto-
ru, professor, akademik Vəli Yusif oğlu
Axundovun anadan olmasının 100 illi-
yi tamam olur.
V.Axundov 1916-cı il mayın 14-də
Bakının Saray kəndində anadan ol-
muşdur. 1923-cü ildə Saray kənd
orta məktəbinin 1-ci sinfinə daxil ol-
muş və 1929-cu ildə oranı bitirmiş-
dir. Biləcəri stansiyasındakı fabrik,
zavod məktəbində 1931-ci ilə kimi
təhsilini davam etdirmişdir. 1931-
ci ildə sənət məktəbini bitirib, Bakı
Sənaye texnikumuna daxil olmuş-
dur. 1935-ci ildə texnikumun kim-
ya şöbəsini bitirib, kimyaçı texnik
peşəsinə yiyələnmişdir. Ali təhsil
almaq müqəddəs arzusu olduğu
üçün o, əvvəlcə Azərbaycan Sənaye
İnstitunun hazırlıq kursunda oxu-
muş, sonra isə fikrini dəyişib, 1937-
ci ildə Azərbaycan Tibb İnstituna (in-
diki ATU) daxil olmuşdur. İnstitutda
təhsil almaqla yanaşı, Azərbaycan
Tibb İnstitunun ictimai elmlər kafed-
rasının laborantı, “Tibbi kadrlar uğ-
runda” qəzetin redaktoru və komso-
mol komitəsinin katibi vəzifələrində
çalışmışdır. İlk anlardan başlayaraq
onun istedadını görüb ictimai-si-
yasi işə cəlb etmişdilər. Tələbələrin
təlim-tərbiyəsində mühüm rol oy-
nayan “Tibb kadrları uğrunda” qəzeti
gəncləri vətənpərvərlik tərbiyəsinə
çağıran yazılarla diqqəti cəlb edir-
di. Bütün bunlar onun gələcəkdə
yüksək vəzifələrdə olacağına dəlalət
edirdi. İllərlə gənclərə vətənpərvərlik
hisləri aşılayan Vəli Axundov elə
buna görə də ön cəhbəyə təyinat
alanların ilk çağırışçılarından oldu.
1941-ci ildə institutu bitirərək Bö-
yük Vətən Müharibəsinin başlanma-
sı ilə əlaqədar orduya çağırılmış və
orduda həkimlik fəaliyyətini davam
etdirmişdir. 20-ci atıcı diviziyanın
tərkibində qısa bir müddətdə ad-san
qazanmış və bu istedadlı həkimin
qabiliyyətini nəzərə alaraq onu xü-
susi tibbi-sanitar batalyonunun ko-
mandiri vəzifəsinə təyin etmişlər.
Rusiyada, Belarusiyada, Çexslovaki-
yada, Almaniyada gedən döyüşlərdə
iştirak edib, təltif olunmuşdur.
1946-cı ildə ordudan tərxis olun-
duqdan sonra Azərbaycan Tibb
İnstitutunda tibb tarixi kafedrası-
na assistent vəzifəsinə qəbul edil-
mişdir. Sonra o, Azərbaycan Tibb
İşçiləri Həmkarlar ittifaqı Respublika
Komitəsinin sədri seçilmiş və 1949-
cu ilə kimi bu vəzifədə çalışmışdır.
V.Axundovun aşıb-daşan təşkilatçı-
lıq qabiliyyətini nəzərə alaraq 1949-
cu ildə onu Azərbaycan SSR Səhiyyə
nazirinin müavini, 1952-ci ildə isə
Bakı Vilayət səhiyyə şöbəsinin müdi-
ri təyin edirlər. 1953-cü ildə qısa bir
müddət ərzində Q.Musabəyov adına
Virusologiya, Mikrobiologiya və Gi-
giyena İnstitutunun direktor əvəzi
işlədikdən sonra Azərbaycan KP
MK-da inzibati, ticarət-maliyyə və
plan orqanları şöbəsinin müdir mü-
avini işləmişdir. Tükənməz enerjiyə
malik olan V.Axundovu 1954-cü
ildə Azərbaycan SSR səhiyyə naziri
təyin edirlər və o, 1958-ci ilə kimi
bu vəzifədə çalışır. 1958-ci ilin fev-
ral ayında o, KP MK katiblərindən biri
olur, iyul ayında isə Azərbaycan SSR
Nazirlər Sovetinin sədri seçilir. 1959-
cu ildə KP MK-nin IX plenumunda
Vəli Axundov ömrünün 43-cü ba-
harında Azərbaycan KP MK-nin 1-ci
katibi seçilir.
Bu vəzifədə Vəli Axundov 10 il-
1969-cu ilin iyul ayının 14-ə kimi
işləmişdir. 1969-cu ildə Azərbaycan
Elmlər Akademiyasının akademiki
seçilmiş və 1969-cu ildən 1972-ci ilə
kimi akademiyanın vitse-prezidenti
olmuşdur.
Vəli Axundov 1972-ci ildən ömrü-
nün sonuna qədər - 1986-ci ilin av-
qust ayının 22-ə kimi Q.Musabəyov
adına Virusologiya, Mikrobiologiya
və Gigiyena institunun direktoru
olmuşdur. SSRİ Ali Sovetinin (6-7-ci
çağırış ), Azərbaycan SSR Ali Sove-
tinin (4-7-ci çağırış) deputatı olmuş-
du. Lenin ordeni, Qırmızı ulduz, 2-ci
dərəcəli vətən müharibəsi və bir sıra
medallarla, ordenlərlə təltif edilmiş-
dir. Onun elmi fəaliyyətinə qəldikdə
isə o, yüksək vəzifələrdə işləməsinə
baxmayaraq, həmişə elmi axtarış-
larda olmuşdur.
1955-ci ildə “Azərbaycan SSR-nin
Kirovabad (indiki Gəncə) şəhərinin
sanitar-epidemioloji xarakteristika-
sı” mövzusunda namizədlik, 1964-
cü ildə isə “Bakı Şəhərinin Neft ra-
yonlarının Sanitar-Epidemioloji xa-
rakteristikası” mövzusunda doktor-
luq dissertasiyası müdafiə etmişdir.
Ona 1966-cı ildə professor elmi adı
verilmişdir.
Onun qələmindən 300- dən ar-
tıq elmi məqalə, 6 monoqrafiya,
11 elmi-kütləvi kitabça çıxmışdır.
Rəhbərliyi altında 4 doktorluq, 5
namizədlik dissertasiyası müdafiə
olunmuşdur. Vəli Axundovun gi-
giyena sahəsindəki nailiyyətlərini
zamanın ən dəyərli əsərlərindən
hesab etmək olar. Onun apardığı
tədqiqatlar nəinki Azərbaycanda,
SSRİ-nin bir çox respublikalarında
da tibbin müvafiq sahələrinə tətbiq
olunurdu.
Doktorluq
dissertasiyasında-
kı praktik təkliflər Neft emalı
sənayesində xüsusi əhəmiyyət kəsb
edirdi. O, gigiyenik-epidemioloji
tədqiqatların aparılması üçün kiber-
netika laboratoriyası təşkil etmiş-
di. İnstitutun əməkdaşlarının ingilis
dili öyrənmələri üçün xüsusi kurslar
təşkil etdirmişdi və ingilis dilində ins-
titutda konfranslar keçirilirdi. Onun
xidmətlərindən biri də institutun
əlavə binasının tikilməsi idi. İnstitu-
ta Q.Musabəyovun adının verilməsi
də onun təşəbbüsü ilə olmuşdur.
Hər ilin sonunda institutda ölkə və
SSRİ miqyaslı konfranslar keçirilərdi.
V.Axundov SSRİ Tibb Elmləri Aka-
demiyasında gigiyena üzrə problem
komissiyasının üzvü olmuşdur. Ümu-
mittifaq Elmi Tibbi-Texniki İdarənin,
Beynəlxalq Tibbi Assosiasiyasının,
Sovet Milli Komitəsinin üzvü olmuş-
dur. Azərbaycan gigiyenistlərinin
və sanitar həkimlərinin elmi praktik
cəmiyyətinin sədri kimi uzun illər
fəaliyyət göstərmişdir.
Bir neçə kəlmə də onun nə qədər
böyük şəxsiyyət olduğu barədə qeyd
etmək istəyirəm. Vəli müəllimin
əməksevərlilik və insanlıq ləyaqəti
nümunəsi olan ömür yolu isə nəinki
gənc həkimlərə, hətta bütün gənclərə
örnək ola bilər.
Dünyaya bir dəfə gələn insan öz
əqidəsi, əməli, əməyi, həyat tərzi,
insanlara münasibəti və əxlaqi
dəyərləri ilə özünü təsdiqləyir.
Deyilənlər bəzi insanları həyatdan
köçən kimi unutdurur, bəzilərini isə
əbədi olaraq yaddaşlarda saxlayır.
Məhz xeyirxahlığı, şərəfli əməyi,
insanlara olan hörməti, ləyaqəti,
səxavəti, kişiliyi ilə fərqlənən, xal-
qına, vətəninə sevgisi, qohum-
əqrabasına,
dostlarına
olan
məhəbbəti ilə yadda qalan, xalqının,
vətəninin yolunda əlindən gələni et-
miş şəxsiyyətlərdən biri olmuşdur.
Dünyada yer kürəsini işıqlandıran
günəşdir. Lakin elə insanlar vardır
ki, ömür yollarında çıraq kimi ya-
nıb, qəlbləri ilahi nuru ilə doldurur,
əməlləri ilə haqqı bayraq edib, şölə
saçır. Minilliklər boyu Azərbaycan
torpağı təkrarolunmaz müdriklər,
təbiblər, şairlər, alimlər yetirmiş-
dir. Bu insanlardan biri də öz xe-
yirxahlığı, nəcibliyi, zəngin mənəvi
dünyası, fitri istedadı, dərin zəkası,
təvazökarlığı, alicənablığı ilə insan-
larda özünə qarşı rəğbət yaradan Vəli
müəllim idi. Bu böyük şəxsiyyətdən
dərs almaq, onun yaxını olmaq, bir
binada işləmək mənə də qismət ol-
muşdur.
Mənim onunla ilk tanışlığım 1976-
cı ilin sentiyabrında olmuşdur. Epi-
demiologiya kafedrası onun direktor
olduğu institutun 1-ci mərtəbəsində
yerləşirdi. İnstitutda əmək intiza-
mına ciddi riayət olunurdu. Heç kim
boş-boşuna dəhlizdə gəzə bilməzdi.
Yalnız fasilədə müəyyən adamları
dəhlizdə görmək olardı. Əməkdaşlar
üçün dəhlizin bir kənarında tenis
stolu qoyulmuşdu. Fasilələrdə və
işdən sonra kim istəyirdi oynayır-
dı. Səliqə-sahmanlı insan olduğu
üçün institutda xüsusi guşələrdə
alimlərin portretləri asılar, elmin yeni
nailiyyətləri haqqında məlumatlar
verilərdi.
Bütün
mərtəbələr
gül-çiçəklə
bəzədilmişdi. İnstitutun vivarisi
nəinki Azərbaycanda, keçmiş SSRİ-
də müvafiq institutların əməkdaşları
tərəfindən həmişə təriflənirdi. İnsti-
tutun yeməkxanası səliqə-səhmanı
və bişirilən xörəklərin keyfiyyəti ilə
fərqlənirdi. Bir sözlə, institutun bi-
nasına daxil olduqda ilk baxışdan
buranın rəhbərinin böyük zövq sahi-
bi olduğu hiss olunurdu.
İşimlə əlaqədar olaraq institutun
vivarisindən istifadə etmək üçün
ondan icazə almalı idim. İşin axı-
rı olduğuna görə katibə səhəri gün
gəlməyimi məsləhət gördü. Aşa-
ğı kafedraya düşərkən katibə məni
geri çağırıb dedi ki, Vəli müəllim
sizi gözləyir. İçəri daxil olub salam
verdikdən sonra o, mənə “əyləşin”
dedi. Mən ona epidemiologiya ka-
fedrasının assistenti olduğumu və
elmi işimlə əlaqədar vivaridə işləmək
istədiyimi söylədim. O məni ətraflı
dinlədikdən sonra vivarinin müdi-
rini yanına çağırtdırdı, mənim ora-
da işləməyimə icazə verdiyini bil-
dirdi. Mənimlə təxminən yarım saat
söhbət etdi və ruhu qarşısında başı-
mı əydiyim müəllimim, əməkdar elm
xadimi, professor Tağı Tağızadənin
gözəl insan, böyük alim, çox böyük
təşkilatçı olduğunu söylədi. Bu bö-
yük şəxsiyyətin mənə “siz” deyərək
müraciət etməsindən təəccüblənmiş
və ilahinin zahirinə naxış çəkmiş
bu kişinin insanın ən ali məsləki
olan tərbiyəsinə heyran qalmışdım.
Azərbaycanda elmi işimin əsasının
professor T.Tağızadə tərəfindən qo-
yulduğunu dedi və çox bəyəndi. “Nə
çətinliyin olsa, yanıma gəl” dedi.
Sonralar onunla yaxın münasibətim
oldu. Poeziya vurğunu olmağım xo-
şuna gələrdi. Mənim də həyatımda
onun xidmətlərindən istifadə etdi-
yim məqamlar olub. Onu dinlədikcə
insanın qəlbinə bir rahatlıq gələrdi,
həzin səsiylə, güclü məntiqilə adamı
heyran edərdi.
Allahın bəşər övladına bəxş etdiyi
vəzifələrin ən böyüyü insanlıqdır. İn-
san deyilən varlıq doğulub dünyaya
gəlir, uşaqlıq, gənclik dövrü keçirir,
sevir-sevilir, ailə qurur, yaşa dolur,
cahan teatrı dediyimiz bu dünyanın
tamaşaçısı olur və dünyadan kö-
çür. Dünya bərqərar olandan belə
olmuş və belə də olacaqdır. Qa-
lan əməllərdir. Onun əqidəsi qışda
çiçəkləyən güllərə bənzərdi, çün-
ki o əqidədə halallıq, saflıq, paklıq
var idi, bu əqidə mərdlik dünyasının
zirvələrində dayanan kişilik rəmzi
idi. O, elə bir zirvə idi ki, səviyyəsi
vəzifəsindən qat-qat yüksəklərdə
dururdu. Güclü şəxsiyyət olduğunu
hamı bilirdi.
Bu dünyada kişini tanıtdıran iki
fəzilətin ikisi də onda var idi. Bu
fəzilətin biri səxavətdir, biri də meh-
ribanlıq. Onun səxavətindən danı-
şanlar qeyrətli kişilərdir. Ürəyi, idrakı
dərya olan, dili düz, könlü tox, zəka
əhli, elmli, ürfanlı, özü saf, adı bu
xalqın dilində yaxşıların yaxşısı kimi
çəkilən, yad edilən əyilməzlik simvo-
lu idi. Ruhu şad olsun! Yaxşı adam-
lara mənim dostum, əsl mənada xal-
qımızın şairi Eldar İsmayıl gözəl mis-
ralar həsr edib:
İdrakdı, kamaldı haqqına çatan,
Tanrı sevgisini içində tapan.
Böyük yaradanın nurundan qopan
İlahi qüdrətdi yaxşı adamlar.
Dostları ilə paylaş: