M.ƏLƏKBƏRLİ
Kitab Azərbaycanın tarixinə qısa nəzərlə
başlayır və 9 bölməyə ayrılıb. Həmin
bölmələrdən biri də “Ümumi cərrahlıq
kafedrasının təşkili” bölməsidir. Müəllif
burada ADR-in yaranmasını xalqımızın
tarixi uğuru hesab edir, BDU-nun, onun
tərkibində tibb fakültəsinin təşkilini böyük
mədəni-elmi hadisə adlandırır. Ali təhsilin,
həmçinin tibb təhsilinin təşkili və inkişafın-
da müstəsna rol oynayan Rusiyadan dəvət
olunmuş V.İ.Kazımovski, İ.İ.Şirokoqorov,
F.N.İlyin, B.K.Finkelşteyn, A.İ.Okinçeviç,
D.N.Belenkiy və b. haqqında səmimi və qısa
məlumat verir, kafedrada yetişən və onun
təşkilində, inkişafında əmək sərf etmiş milli
kadrlar barədə məhəbbətlə danışır. Kitabın
“Kafedra ilə tanışlıq” bölməsində Çərkəz
müəllim tələbəlik illərində ümumi cərrahlıq
kafedrasına aid təəssüratlarını bölüşür, həm
də tibbə olan həvəsin yaranmasında bö-
yük qardaşı Əkbərin rolunu rəğbət hissi ilə
xatırlayır, onun bir qardaş kimi köməyindən
məhəbbətlə söz açır. Müəllif yazıb-oxu-
ya bilməyən valideynlərinin təhsilə olan
sevgisindən də ehtiramla danışır. O yazır:
“Mən orta məktəbdə oxuyanda atam tez-
tez məktəbə gələrdi, müəllimlərdən mənim
oxumağım barədə soruşardı, hətta sinfimizə
girib, arxada oturub mənim cavablarıma
qulaq asardı”. Yeri gəlmişkən, deyim ki,
valideynin uşağın təhsili ilə maraqlanması,
bu işə ciddi yanaşması uşaqların sonrakı
taleyində müstəsna rol oynayır. Mən bunu
sinif yoldaşlarımın, xüsusən rəhmətlik
kimya elmləri doktoru, professor Bəybala
Həsənovun taleyində əyani olaraq müşahidə
eləmişəm. Bunu Çərkəz müəllim və onun
qardaşlarının timsalında da görmək olar.
Kitabın bu hissəsində müəllif ümumi
cərrahlıq fənnindən dərs deyən müəllimlərini
ehtiramla xatırlayır.
Kitabın
tərtibatı
və
mövzuların
yerləşdirilməsi baxımından, bəlkə də, xırda
düzəlişə ehtiyac olsa da, amma dil və üslubun
təbiiliyi, hadisələrin təsvirindəki səmimiyyət,
hər şeydən əvvəl ana dilinə bələdlik səviyyəsi
onu oxunaqlı edir, necə deyərlər, su kimi
içilməsinə şərait yaradır. Bu mənada “Le-
ninqrada ezamiyyət”, “Moskvaya ezamiyyət”,
“Ümumi cərrahlıq kafedrası 1970-1994-cü
illərdə”, “Azərbaycanın sonrakı müsibətləri”,
“Kafedranın yeni rəhbəri” adlı fəsillərini
birnəfəsə oxuyursan. Bu hissələri Çərkəz
müəllim, doğrudan da, bir yazıçı qələmi ilə
əsl ilhamla, bir sıra özünəməxsusluqla yaz-
mışdır.
Kitabın həyəcansız oxunması müm-
kün olmayan səhifələrindən biri doktorluq
mövzusunun və onun zirvə nəticəsi hesab
edilən süni protezin xəstə üzərində sınaq-
dan keçirilməsi hadisəsinin təsviridir. Çərkəz
müəllim öz başına gələn, gələcəyi üçün
“olum – ölüm” əhəmiyyətli bu prosesi elə ob-
yektiv, kənardan baxan adam kimi canlan-
dırır ki, sanki gərgin konfiliktli bir dramatik
əsər oxuyursan.
Kitabın belə maraqlı səhifələri yetərincədir.
Xüsusən kafedranın yaşlı, cavan əməkdaşları
haqqında qısa oçerklər, ümumi cərrahlığın
nəzəri və əməli problemlərinə, kafedranın
əvvəlki və sonrakı fəaliyyətinə həsr olunmuş
bölmələr, hissələr Çərkəz müəllimin işinə
həvəs və məsuliyyətindən, müəllimlərinə
və yoldaşlarına olan səmimi, təmənnasız
münasibətindən xəbər verir. Çərkəz müəllim
yeri gəldikcə onun püxtələşmiş cərrah,
yetkin ziyalı, vətəndaş kimi yetişməyində
ən kiçik köməyi, məsləhəti olan insanla-
ra minnətdarlığını ifadə edir, gənclərə də
tövsiyəsi bu olur ki, müəllimlərinə, yaxşılığı
keçən hər kəsə hörmətlə yanaşsınlar, dik-
başlıq etməsinlər. Bir oxucu, gənclərin yet-
kin şəxsiyyət kimi yetişməsində müəyyən
uzunmüddətli əməyi olan bir şəxs kimi
bu kitabın mənə xoş gələn, necə deyərlər,
ürəyimdən tikan çıxaran cəhətlərindən biri
də budur. Bu mənada akademik A.Namazova,
akademik
Ə.Əmiraslanov,
professor
N.Rzayev, professor V.Şadlinski, professor
B.Aşurov, dosent İsa Qurbanəliyev, dosent
H.Bağırov, dosent M.Kərimov və başqaları
haqqında yazılanları oxucu dərin razılıq hissi
ilə qarşılayır.
Ümumiyyətlə, haqqında danışdığım kitabda
insanı dərindən düşündürən, vətəndaş kimi
həyəcanlandıran məqamlar çoxdur. Məsələn,
Qarabağ döyüşlərində müəllifin bir cərrah
kimi fəaliyyətini, ağır əməliyyatdan sonra
sağalıb xidmətə qayıtmış əsgərlə təsadüfi
görüş səhnəsini həyəcansız oxumaq olmur.
Kafedraya rəhbər seçiləndən sonra baş verən
anlaşılmazlıqlar, onların ədalətlə aradan qal-
dırılması, əməkdaşlara müəllim, ağsaqqal,
rəhbər kimi qayğı və tələbkarlıqla yanaşıl-
ması ilə bağlı olan hadisələr hər kəs üçün
ibrət çıxarmalı nümunələrdir. Kitabda Çərkəz
müəllim Azərbaycan ictimai həyatında və
onun səhiyyəsində baş vermiş və verməkdə
olan hadisələrə, xüsusən milli cərrahlığımızın
inkişafı və gələcəyi ilə əlaqədar olaylara öz
prinsipial mövqeyini bildirir, bir vətəndaş
kimi narahatlığını oxucunun diqqətinə çatdı-
rır. Kitabın son səhifələrində müəllif 50 illik
həkimlik həyatında rastlaşdığı xoş və xoş ol-
mayan olayları yada salır, xalqımızın keçdiyi
çətin müstəqillik yollarına nəzər salır, ATU-
nun, ölkəmiz üçün müstəsna yeri olan, ümu-
mi cərrahlıq kafedrasının uğurlarını xatır-
ladır, öz səmimi etiraf və minnətdarlıqlarını
dilə gətirir.
Əlbəttə, 200 səhifədən çox olan ki-
tab haqqında bir qəzet məqaləsində tam
təəssürat yaratmaq çətindir. Ona görə pro-
fessor Çərkəz Cəfərovun dostları, tanışları,
tələbələri, ümumilikdə hər kəs üçün bu kita-
bın çox maraqlı olacağını bildirir və müəllifə
cansağlığı və elmi-publisistik fəaliyyətində
uğurlar diləyirəm.
Dostları ilə paylaş: |