BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix02.01.2022
ölçüsü10,7 Mb.
#2504
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Bakıda ikinci Azərbaycan-alman-

türk tibb konqresi keçirilib

A

prelin 21-də Bakıda 

cərrahiyyə, onkologiya 

və qastroenterologiya üzrə 

ikinci Azərbaycan-alman-

türk konqresi öz işinə 

başlayıb.

TƏDRİS TERAPİYA KLİNİKASINDA NEFROLOJİ XİDMƏTİN TƏŞKİLİ




29 aprel      2016-cı il

http://www.amu.edu.az

5



Son illər ərzində Azərbaycan 



Tibb Universitetinin Tədris 

Cərrahiyyə Klinikasında müx-

təlif xarakterli mürəkkəb əməliy-

yatların icra olunması ənənəyə 

çevrilib.

Bu  yaxınlarda  həmin  klinikada  daha  bir 

mürəkkəb  əməliyyat  uğurla  həyata  keçi-

rilib.  Belə  ki,  klinikanın  həkimləri  çənədə 

şişin götürülməsi, incik sümüyündən trans-

plantat  kimi  istifadə  etməklə  çənə  sümü-

yünün  bərpası  əməliyyatını  aparıblar.  29 

yaşlı xəstə üzərində aparılan bu mürəkkəb 

əməliyyat ATU-nun Tədris Cərrahiyyə Kli-

nikasının  iki  böyük  briqadasının  birgə  səyi 

nəticəsində uğurla başa çatdırılıb.

    Xəstə  klinikaya  1  il  öncə  müraciət  edib. 

Həmin  vaxt  aparılan  biopsiya  nəticəsində 

ona  çox  nadir  hallarda  rast  gəlinən  “Ame-

loblastk  sarkoma”  diaqnozu  qoyulubmuş. 

Cərrahiyyə  əməliyyatı  zamanı  çənənin  sol 

bucağı  nahiyəsini  əhatə  edən  şiş  toxuma-

sı və onun təxminən 1,5 sm sərhədində re-

zeksiya  əməliyyatı  aparılıb.  Mövcud  defekt 

rekonstruktiv titan lövhə ilə aradan qaldırılıb. 

Əməliyyatdan sonrakı dövrdə xəstə nəzarət 

altında saxlanılıb.

    Lakin  son  2  həftədə  xəstədə  əməliyyat 

sahəsində  yenidən  kəskin  ağrılar  üzə  çı-

xıb.  ATU-nun  ağız  və  üz-çənə  cərrahiyyəsi 

şöbəsinınin  müdiri  t.ü.f.d.  Məhəmməd  Da-

vudovun  sözlərinə  görə,  aparılan  kliniki  və 

radioloji  müayinə  nəticəsində  xəstədə  şişin 

yenidən  əmələ  gəlməsi  -  “Recurrence  tu-

mor” aşkar olunub. Cərrah bu haqda verdiyi 

müsahibədə demişdir:

  “Əldə  olunan  nəticələr  təhlil  olunduqdan 

sonra  konsilium  nəticəsində  cərrahiyyə 

əməliyyatının  aparılmasına  qərar  verildi.  Bu 

dəfə  əməliyyat  daha  geniş  həcmdə,  şiş  to-

xumasının  götürülməsi,  qalıq  çənə  sümüyü 

seqmentlərinin  bir  qədər  də  geniş  rezerksi-

yası və defektin sonrakı müalicədə həm radi-

oterapiya, həm kimyəvi dərman müalicəsinin 

aparılma  riskinin  yüksək  olduğunu  nəzərə 

alaraq, xəstədə sərbəst damar ayaqcıqlı sü-

mük dilimindən istfadə olunması planlaşdırıl-

dı. Bu məqsədlə biz plastik və rekonstruktiv 

cərrahiyyə mütəxəssisləri ilə birgə komanda 

şəklində  bu  əməliyyatın  aparılmasına  qərar 

verdik”.


  Plastik-rekonstruktiv cərrah, uzman həkim 

Dilqəm Məmmədovun sözlərinə görə, birlikdə 

icra olunan əməliyyatın müddəti orta hesabla 

6-7  saat  çəkib:  “Bu  zaman  2  əməliyyat  bri-

qadası eyni vaxtda çalışırdı. Əvvəlcə birinci 

briqada  çənə  nahiyəsində  residiv  verən  şi-

şin - yəni “Recurrence tumor”un rezerksiya-

sını həyata keçirdi. Daha sonra isə biz incik 

sümüyündə hazırlanmış sərbəst damar ayaq-

cıqlı  flebin  (incik  sümüyü  transplantatının) 

qaldırılması  ilə  məşğul  olduq.  Bu  işləmlər 

bitdikdən sonra həmin flebin çənə sümyünə 

qoyulması və boyundakı damarlarla bir yerdə 

tikilməsi əməliyyatı icra olundu”.

tələbləri  ilə  tənzimlənir”  –  deyən  tibb 

xidməti  polkovniki  diqqətə  çatdırdı  ki, 

fakültənin  şəxsi  heyəti  daimi  və  dəyişən 

heyətdən  ibarətdir,  əsas  tədris  bölümü  

həkim  hazırlığı  kursudur.  Daimi  heyət 

Silahlı  Qüvvələrdə  həqiqi  hərbi  xidmət 

keçən,  hərbi  ixtisası  üzrə  stajı  5-7  ildən 

az olmayan, müvafiq təhsilə və hazırlığa 

malik  zabitlərlə  Müdafiə  Nazirinin  əmri 

əsasında komplektləşdirilir. 

  Fakültənin  mad-

di-texniki  bazasının 

yüksəldilməsi, bey nəl-

xalq  əlaqələri,  kadr 

hazırlığı,  tələbə lərin 

il kin  mənimsəmə  və 

keyfiyyət  göstəriciləri, 

tədris-meto diki,  elmi-

tədqiqat  və  müalicə-

pro filaktika  işlə rində 

əl də  edilən  müsbət 

nəticələrə  və  digər 

məsələlərə  də  toxu-

nan    F.Ağayev  çıxışı-

nın sonunda fakültənin 

kollektivi adından elmi 

şuranın üzvlərini əmin 

etdi  ki,  onlar  bun-

dan sonra da bütün bilik və bacarıqlarını 

yüksək ixtisaslı mənəvi cəhətdən saf, milli 

dövlətçiliyimizə  sədaqətlə  xidmət  edən, 

vətənsevər  hərbi  həkim  mütəxəssislərin 

hazırlanmasına sərf edəcəklər.

Məruzə  ətrafında  çıxış  edən  sitalogiya, 

embriologiya  və  histologiya  kafedrasının 

müdiri,  professor  Eldar  Qasımov  Hərbi 

Tibb  Fakültəsində  nailiyyətlərlə  yanaşı, 

tələbələrin  hazırlığında  təməl  fənlərdən 

müəyyən  çətinliklərin  olduğunu  söylədi: 

“Bu  fakültəyə  tələbələr  nisbətən  aşa-

ğı  ballarla  girirlər.  Aşağı  balla  qəbul 

olan  tələbələrin  təməl  fənlərdən  yüksək 

nəticələr göstərə bilməməsi təbiidir. Tes-

tin tətbiqi ilə əlaqədar problemlər bir qədər 

azalsa  da,  yenə  qalmaqdadır.  Bir  faktı 

demək  istəyirəm.  Qış  imtahan  sessiyası 

müddətində bütün fakültələr üzrə imtahan 

verən 896 tələbədən kəsilənlərin sayı 1,3 

faiz, cəmi 12 nəfərdir. Ancaq Hərbi Tibb 

Fakültəsində imtahan verən 90 nəfərdən 

kəsilənlərin  sayı  14  faizdir.  Yəni  bu 

fakültədə imtahanlardan kəsilənlərin sayı 

yerdə  qalan  fakültələrdə  imtahanlardan 

kəsilənlərin sayından 2 nəfər artıqdır”. 

Fakültədə təkcə zəif oxuyan tələbələrin 

deyil,  yaxşı  oxuyan  tələbələrin  də  ol-

duğunu  deyən  kafedra  müdiri  dekanlı-

ğın  fəaliyyətindəki  operativliyi  müsbət 

qiymətləndirərək, 

kafedradan 

olan 

istənilən  narazılığın  nəzərə  alındığını,  



davamiyyətində,  davranışında  nöqsana 

yol verən tələbələr haqqında dərhal ölçü 

götürüldüyünü  bildirdi.

Hərbi  terapiya  kafedrasının  rəisi,  tibb 

xidməti  polkovniki  Saqil  Məmmədov  çı-

xışında  qəlbimizdə  yara  bağlayan  Qara-

bağ  probleminin  həllində  güclü  ordunun 

həlledici  amil,  kadr  hazırlığının  isə  ordu 

quruculuğunda  başlıca  şərt  olduğu-

nu  başa  düşən  kafedra  əməkdaşlarının 

öz  vəzifələrinin  öhdəsindən  layiqincə 

gəlməyə çalışdıqlarını söylədi.

Farmakologiya  kafedrasının  müdiri, 

professor  Musa  Qəniyev  də  fakültədə 

istər  nəzəri,  istər  praktiki,  istərsə  də 

elmi  əhəmiyyətli  çox  təqdirəlayiq  işlər 

görüldüyünü  diqqətə  çatdırdı.  O,  son 

illərdə,  xüsusilə  son  2  ildə  tədrisin 

nəzərəçarpacaq  dərəcədə  yüksəlməsini 

fakültə rəhbərliyinin kafedralarla sıx təmas 

qurması  ilə  əlaqələndirərək  Hərbi  Tibb 

Fakültəsinin və Hərbi Tibb Məktəbinin say 

tərkibini artırmaq üçün gləcəkdə müvafiq 

dövlət  qurumlarına  müraciət  olunmasını, 

eyni zamanda  tədris saatlarının azaldıl-

mamasını təklif etdi. 

HTF-nin  tibbi  profilaktika  kafedrası-

nın  rəisi,  tibb  xidməti  polkovniki  Fərhad 

Meybəliyev hal-hazırda Silahlı qüvvələrdə 

aparılan  islahatlar,  tibbi  təminatın  təşkili, 

sanitariya-gigiyenik  və  əksepidemik 

tədbirlərin  aparılmasına  dair  yeniliklərin 

tədris zamanı kursantlara və dinləyicilərə 

çatdırıldığını dedi.  

Müzakirələri  yekunlaşdıran  rektor  çox 

maraqlı  bir  məruzə  dinlədiklərini  vur-

ğuladı  və  diqqəti  bu  ayın  əvvəlində  ön 

cəbhədə  baş  verən  hərbi  hadisələrə 

yönəltdi.  Cəmiyyətdə  əvvəlki  illərdən 

fərqli  olaraq  böyük  rüh  yüksəkliyinin  ya-

ranması  baxımından  bu  gün  müzakirə 

olunan  məsələnin  aktuallığını  önə 

çəkən  universitet  rəhbəri  bildirdi  ki, 

ölkədəki  vətənpərvərlik  ab-havası  təkcə 

hərbi  xidmətdə  olan  insanlara  deyil, 

tələbələrimizə,  gənclərimizə,  bütövlükdə 

hər birimizə məxsusdur. 

Professor  G.Gəraybəyli  25  ildən  çox 

yaşadığımız  müharibə  şəraitində  hərbi 

tibb  fakültəsinə  xüsusi  ehtiyac  duyuldu-

ğunu  şura  üzvlərinin  diqqətinə  çatdırdı: 

“Burada  deyildiyi  kimi,  Sankt-Peterburq 

Tibb Akademiyası və Gülhanə Tibb Aka-

demiyası  çox  böyük  tarixə  və  reytinqə 

malik  olan  hərbi  tibb  ocaqlarıdır.  Arzu 

edərdim  ki,  bizim  də  universitetin  Hərbi 

Tibb  Fakültəsi  və  bu  fakültənin  reytin-

qi  gələcəkdə  adları  çəkilən  məşhur  tibb 

ocaqları  ilə  eyni  səviyyədə  dayansın. 

Elə bu günkü məruzədə də göstərildi ki, 

həmin fakültə üçün istər Tibb Universiteti, 

istəsə də Müdafiə Nazirliyi tərəfindən ya-

radılmış şərait müasir tələblərə cavab ve-

rir. Yaxşı yadımızdadır ki, bu fakültəyə ilk 

dəfə  qəbul  olunan  tələbələrin    səviyyəsi 

indiki tələbələrin səviyyəsindən nə qədər 

fərqli  idi.  Mən  də  uzun  illər  ərzində  bu 

fakültədə  mühazirə  demiş,  imtahan 

qəbul  eləmişəm.  Çox  yaxşı  xatırlayı-

ram  ki,  əvvəlki  illərdə  tələbələrin  hazır-

lıq  səviyyəsi  qənaətbəxş  deyildi.  Məndə 

olan  məlumata  görə,  ötən  imtahan  ses-

siyalarının  birində  bu  fakültədə  kəsirlər 

çox oldu. Hətta elmi şuranın qərarı ilə biz 

onlara istisna hal kimi ikinci dəfə imtahan 

vermək  imkanı  yaratdıq.  Bu  isə  əslində 

əsasnaməyə  ziddir.  Ancaq  son  illərdə 

vəziyyət tamamilə dəyişib.  Hesab edirəm 

ki, bu istiqamətdə hələ daha çox işlər apa-

rılmalı, Hərbi Tibb Fakültəsi universitetin 

ən qabaqcıl fakültəsinə çevrilməlidir.”

Fakültəyə  qəbul  sayının  azaldılma-

sını  təbliğat  işinin  zəif  qurulması  ilə 

əlaqələndirən rektor hətta rayonlarımızda 

çalışan bəzi həkimlərin universitetimizdə 

belə  bir  fakültənin  mövcudluğun-

dan  xəbərsiz  olmasını  təəssüflə  dilə 

gətirdi.  Əminliklə  bildirdi  ki,  cəmiyyətdə 

vətənpərvərlik ruhunun artması şəraitində 

bu  fakültəyə  cəlb  olunmaq  istəyən 

tələbələrin sayı artır və artacaq da. Qar-

şımızda  duran  əsas  vəzifə  də  professi-

onal  hərbi  tibb  kadrları  hazırlamaqdan 

ibarətdir. 

 Böyük Elmi Şura müsabiqə məsələlərini 

həll etməklə öz işini yekunlaşdırdı.

 


Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin