BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix02.01.2022
ölçüsü10,7 Mb.
#2504
1   ...   10   11   12   13   14   15   16   17   18
Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 308

MİNNƏTDARLIQ

Hörmətli  redaksiya,  həyat  yoldaşım 

Mahirə Mirzəyeva bir ildən çox idi ki, daxili 

qanaxmadan əziyyət çəkirdi. Respublika-

mızda 4-5 klinikada olduq, müxtəlif tex-

niki və tibbi müayinələr apardılar, müsbət 

nəticə olmadı. İki dəfə İrana getdik, say-

sız-hesabsız müayinələrdən, analizlərdən 

keçdi, yenə ümidverici nəticə olmadı. 

Xəstədə  həkimə  inam  azalmışdı, 

dərmanlara,  yoxlamalara  etibar  etmirdi.  O, 

çox  arıqlamış,  artıq  yataqdan  qalxmağa, 

yeməyə  həvəsi  qalmamışdı.  Bu  vəziyyətdən 

xəbər  tutan  qohumlar  xəstəni  İmişli  Ra-

yon Mərkəzi Xəstəxanasının cərrahı Fərzulla 

Həsənova  göstərməyi  məsləhət  bildilər. 

Fərzulla  həkim  xəstəyə  yaxşılaşması  üçün 

4-5  günlük  müalicə  yazdı  və  sonra  Bakı 

Sağlamlıq  Mərkəzinə  aparmağı  vacib  saydı. 

Xəstəni  sağlamlıq  mərkəzində  səmimiyyətlə 

qəbul etdilər. Onun müalicə həkimi Hacıqu-

lu  Bağırov  bütün  lazımi  müayinələri  apar-

dı,  xəstənin  şikayətlərini  diqqətlə  dinlədi  və 

qərara gəldi ki, onu mütləq əməliyyat etmək 

lazımdır.  4-5  günlük  operativ  hazırlıqdan 

sonra  Hacıqulu  müəllim  uğurlu  əməliyyat 

apardı.  Əməliyyatdan  sonra  da  Hacıqu-

lu  müəllim  intensiv  müalicəni  davam  etdir-

di, az vaxtda xəstə  xeyli yaxşılaşdı. Həkim 

vacib  məsləhətlərini  verdi,  həyat  yoldaşımın 

gələcək müalicəsinin aparılması yollarına aid 

göstərişlər yazdı və evə buraxdı. İndi bir ay-

dan çoxdur ki, evdəyik. Mahirə xanım Hacı-

qulu həkimi, onun köməkçisi, ATU-nun rezi-

denti Püstə xanımı sonsuz minnətdarlıq hissi 

ilə  yad  edir,  onlara  uzun  ömür,  cansağlığı, 

çətin işlərində uğurlar arzulayır.

Hörmətli redaksiya, sonradan öyrəndim 

ki,  Hacıqulu  Bağırov  Azərbaycan  Tibb  Uni-

versitetinin  ümumi  cərrahlıq  kafedrası-

nın  dosenti,  Bakı  Sağlamlıq  Mərkəzinin  baş 

həkiminin  müavinidir.  Mən  həyat  yoldaşım 

Mahirə xanımın, uşaqlarımızın, nəvələrimizin 

adından,  şəxsən  öz  adımdan  mərkəzin  bü-

tün  kollektivinə,  onun  baş  həkimi  Hikmət 

Həsənova, xüsusən Hacıqulu müəllimə, Püstə 

xanıma  təmənnasız  xidmətə  görə  təşəkkür 

edir,  minnətdarlığımı  bildirirəm.  Arzum  bu-

dur ki, ölkəmizdə, Bakımızda belə abad, mü-

asir tələbələrə cavab verən tibb müəssisələri 

çox  olsun,  əlbəttə,  onun  həssas  kollektivi 

kimi.


 


Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin