Tapşırıq 0.2 Risk altında olan icmaların daxil olduğu sutoplayıcı yarım-hövzələri müəyyən etmək
Daşqınlar üzrə Erkən Xəbərdarlıq Sistemi (kompleks və ya icma əsaslı) üçün Texniki Tapşırığın işlənib hazırlanmasına qədərki əsas tapşırıqlardan biri risklərin müəyyən edilməsidir. Lakin bu tapşırıq xüsusilə çətin olmuşdur, çünki tədqiqat ərazisində heç bir daşqın kataloqunun olmadığı görünür. Məsləhətçi bunun əvəzində sel kataloqu əldə etmişdir. Sel hadisələri və daşqın hadisələri eyni deyil, lakin onlar hərdən eyni vaxtda oxşar proseslər səbəbilə baş verə bilir. Bununla belə, sel kataloqu heç də tədqiqat ərazisində baş verən bütün daşqın hadisələrini əks etdirmir.
Məsləhətçi və yerli ekspertlər sel kataloqunu təhlil etmişlər və sellərin baş verdiyi üç pilot sutoplayıcı hövzələrdəki bütün icmaları seçmişlər (Cədvəl 1).
Cədvəl – Sel icmaları
Qeyd edək ki, Kişçayda heç bir icma müəyyən edilməmişdir. Şəkidə keçmişdə daşqın barədə məlumat verilmişdir, buna görə də Kişçay sutoplayıcı hövzəsindəki bu icma bu tapşırığa daxil edilmişdir.
Yuxarıda sadalanan bütün icmalar üçün sutoplayıcı yarım-hövzələr müəyyən edilmişdir. Iki icma bir-birinə həqiqətən yaxın olduqda, sadəcə bir sutoplayıcı hövzə istifadə edilmişdir.
Yaxın gələcəkdə daha ətraflı daşqın kataloqunun hazırlanması tövsiyə edilir. Bundan əlavə, risk altında olan əraziləri müəyyən etmək üçün daşqınların modelləşdirilməsi işlərinin nəticələrindən istifadə etmək yaxşı olardı.
Bu ilkin qiymətləndirmənin məqsədi aşağıdakıları müəyyən etməkdir:
-
Risk altındakı icmalar və onların gözlənilən qalıq vaxtları
-
Qalıq vaxtından asılı olaraq icmalar
-
Milli kompleks DPEXS
a. Risk altındakı icmalar və onların gözlənilən qalıq vaxtları
Sutoplayıcı yarım-hövzələri və qaçış vaxtını müəyyən etmək üçün əvvəlki tapşırıqdan olan məlumatlar təhlil edilmiş və işlənmişdir. Qaçış vaxtı suyun sutoplayıcı hövzəsinin üstündən sual altında olan seçilmiş yerədək çatdığı vaxtdır. Buna görə də qarçış vaxtı qalıq vaxtla (hadisə baş verməzdən öncə xəbərdarlıq vaxtı) birbaşa əlaqəlidir. Qeyd edilməlidir ki, seçilmiş icmalar üçün qaçış vaxtı ArcHydro alətlər istifadə edilməklə əldə olunmuşdur və onun dəqiqliyi o zaman daha yaxşı ola bilər ki, ərazidə tam hidroloji və hidravlik model tətbiq olunsun. Bir qayda olaraq, qaçış vaxtı 6 saatdan az olan icmalar qəfil daşqın icmaları, 6 saatdan artıq olanlar isə çay daşqını icmalarıdır.
Pilot hövzə
|
İcma
|
Qaçış vaxtı (saat)
|
Sutoplayıcı yarım-hövzənin sahəsi (km2)
|
Ən uzun axın yolu (km)
|
Türyançay
|
Bum
|
1.25
|
95.88
|
23.07
|
Dandıx
|
1.62
|
67.87
|
6.51
|
Qəbələ
|
1.48
|
17.23
|
26.49
|
Imamlı
|
2.57
|
22.67
|
9.33
|
Küsnət
|
1.10
|
113.36
|
23.45
|
Mıxlıqovaq
|
2.23
|
6.85
|
27.67
|
Mirzəbəyli
|
3.97
|
76.66
|
28.90
|
Mollalı
|
3.90
|
214.25
|
39.65
|
Quşlar
|
4.88
|
371.23
|
59.44
|
Kişçay
|
Şəki
|
1.37
|
118.47
|
19.31
|
Talaçay
|
Tala
|
2.41
|
26.37
|
28.26
|
Zaqatala
|
1.38
|
144.47
|
24.57
|
Cədvəl –Seçilmiş icmalar üçün qaçış vaxtı və bəzi hidroloji göstəricilər
Bütün icmaların qaçış vaxtı 5 saatdan az olduğundan, risk altındakı bütün icmalarda qəfil daşqın prosesləri və qalıq vaxtları gözlənilir. Əvvəl qeyd olunduğu kimi, daha müfəssəl modelləşdirmə tətbiq etməklə bu tapşırığın dəqiqliyi artırıla bilər. Bununla belə, çöl müşahidələri və toplanmış məlumatlar əsasında bu tapşırığın nəticələrinin çox dəyişməsi gözlənilmir.
Talaçay
Talaçay sutoplayıcı hövzəsində iki icma seçilmişdir (Şəkil 4). Bu iki icma Talaçay hövzəsinin orta hissəsində yerləşir, burada daha hamar subasar ərazisi başlayır. Hər iki icma üçün qaçış vaxtı 3 saatdan azdır, buna görə də burada qəfil daşqın əlamətləri gözlənilir. Qeyd edilməlidir ki, lazımi daşqın kataloqu olmadığından, aşağı axarda daşqın hadisələrindən zərərçəkmiş (ehtimal edilən) icmalar bu ilkin qiymətləndirmədə nəzərə alınmamışdır. Lakin sutoplayıcı hövzənin lap aşağı axarı üçün ilkin səviyyədə hesablanmış qaçış vaxtı da 6 saatdan az olmuşdur.
Şəkil – Talaçay hövzəsinin risk altında olan icmaları və yarım-hövzələr
Kişçay
Daha əvvəl qeyd olunduğu kimi, Kişçay sutoplayıcı hövzəsində sel kataloqundan heç bir icma müəyyən edilməmişdir. Buna görə də, hər pilot sutoplayıcı hövzədə ən azı bir icma olması üçün Şəki icması əlavə olunmuşdur. Şəki icması da Qafqaz dağlarının ətəyində yerləşir, burada qaçış vaxtı 2 saatdan azdır. Aşağı axardakı icmaların daşqın riski altında olduqları müəyyən edilərsə, oxşar yanaşma sərgilənməlidir, lakin ilkin qiymətləndirmə göstərir ki, sutoplayıcı hövzənin aşağı sonluğu üçün qaçış vaxtı da 6 saatdan azdır.
Şəkil – Kişmay hövzəsinin risk altında olan icmaları və yarım-hövzələr
Türyançay
Türyançay sutoplayıcı hövzəsində bir neçə icma müəyyən edilmişdir. Onlardan biri – Quşlar icması üç pilot sutoplayıcı hövzənin ən böyüyü olan Türyançayın aşağı axarında yerləşdir. Bu icma üçün qaçış vaxtı 5 saatdan azdır. Digər icmalarda da qaçış vaxtı 6 saatdan azdır.
Şəkil – Türyançay hövzəsinin risk altında olan icmaları və yarım-hövzələr
Yuxarıda qeyd olunan icmaların sutoplayıcı yarım-hövzələri daxilindəki hövzə xüsusiyyətləri, daşqın tarixi, ekoloji amillər və iqtisadi amillərin hərtərəfli təhlili də hər hansı EXS-in tətbiqindən öncə həyata keçirilməlidir.
-
Qalıq vaxtdan asılı olan icmalar
Görünür ki, seçilmiş icmalar müvafiq qalıq vaxtla bağlı olaraq qəfil daşqın icmaları kimi təsnif edilə bilər. İcmalar müəyyən olunarsa və ya üç pilot hövzə üçün hərtərəfli modelləşdirmə sistemi hazırlanarsa, daha ətraflı təhlil aparıla bilər. Bu ilkin tapşırığa əsaslanaraq söyləmək olar ki, hər hansı icmanın qalıq vaxtının 6 saatdan çox olması gözlənilmir, lakin mümkündür. Bu 6 saatlıq bölgü sadəcə ilkin istiqamət kimi götürülməli və sabit sərhəd kimi qəbul edilməməlidir. Əgər hər hansı icmanın qalıq vaxtı 6.1 saatdırsa, onu çay daşqını kateqoriyasına aid etmək tövsiyə edilmir, burada ümumi mühakimə tətbiq edilir.
-
İlkin olaraq kompleks milli DPEXS
Əvvəl təsvir olunduğu kimi, kompleks və icma səviyyəli DPEXS arasında bəzi fərqlər var. Layihənin miqyası icma səviyyəli erkən xəbərdarlıq sistemini vurğulayır. Daşqın proqnozlaşdırma sisteminin düzgün qurulması və saxlanması üçün icmanın iştirakı son dərəcə arzuolunandır. Yerli orqanların və risk altında olan icmaların iştirakı olmadan, hökumət və qurumların müdaxiləsi və təhlükəli hadisələrə qarşı cavab tədbirləri qeyri-adekvat olacaq.
Erkən xəbərdarlığa yerli, “aşağıdan-yuxarıya” yanaşması, yerli icmaların fəal iştirakı problem və ehtiyaclara çoxmeyarlı reaksiyanı təmin edir. Bu yolla, yerli icmalar, mülki qruplar və ənənəvi strukturlar zəifliyin azaldılması və yerli potensialın gücləndirilməsinə töhfə verə bilər.
İcma erkən xəbərdarlıq sisteminin dörd komponentinin hər hansı birində cəlb oluna bilər (risk təhlili, monitorinq və proqnozlaşdırma, yayma və cavab). Əksər hallarda, icma monitorinq və yayma komponentində iştirak edir, çünki bu, hadisə ilə birbaşa əlaqədir. Adətən “istifadəçiyə rahat” monitorinq alətləri quraşdırılır və icmalar tərəfindən idarə edilir və hər icma üçün müvafiq yayma/ötürmə qurğuları təmin edilir. Lakin bu halda, monitorinq və ilk əldən yayma icmanın iştirakını təmin etmək üçün ən yaxşı yol kimi görünmür. Ərazidə təxmin edilən qısa qalıq vaxtı və daşma mexanizmi göstərir ki, yetərli qalıq vaxtı təmin etmək üçün yağışölçən cihazlar dağların yüksək hissəsində, mövcud icmalardan yuxarı axarda yerləşdirilməlidir. Buna görə də tövsiyə edilir ki, bu ilkin mərhələdə daşqınlara qarşı erkən xəbərdarlıq sistemində icmanın iştirakı həm risk qiymətləndirməsi, həm də cavab komponentlərinə köklənməlidir. Bu icma əsaslı erkən xəbərdarlıq sistemi monitorinq və proqnozlaşdırma və ilkin yayma/ötürmə işlərinin mərkəzləşdirilmiş və daha texniki təsisat tərəfindən həyata keçirildiyi kompleks erkən xəbərdarlıq sisteminə inteqrə edilməlidir.
Bu cür kompleks DPEXS-in ilkin layihəsi aşağıda təsvir edilir. Kompleks DPEXS klassik EXS-in dörd komponentini əhatə etməli, icma əsaslı DPEXS isə risk və cavab komponentinə töhfə verməlidir. İcma həm də icma daxilində yayma/ötürmədə iştirak etməlidir (Şəkil 7)
Şəkil – Təklif olunan kompleks və icma əsaslı EXS
-
Risk məlumatı: kompleks DPEXS daxilində risk məlumatı komponenti təsirə məruz qalan müxtəlif icmaların iştirakı ilə həyata keçirilməlidir. Risklər spesifik yerdə təhlükə və zəifliklərin kombinasiyasından yaranır. Risk qiymətləndirmələri məlumatların sistemli toplanması və təhlilini tələb edir və urbanizasiya, kənd yerlərində torpaqdan istifadədə dəyişiklik, ekoloji deqradasiya və iqlim dəyişikliyi kimi proseslərin təsirini nəzərə almalıdır. Risk qiyməltəndirmələri və xəritələri insanları motivasiya etməyə, erkən xəbərdarlıq sisteminin ehtiyaclarını prioritetləşdirməyə və fəlakətlərin önlənməsi və cavab tədbirlərinə hazırlığı istiqamətləndirməyə kömək edir.
Tədqiqat ərazisində daşma ilə bağlı mövcud risk məlumatının təhlili məsləhətçi tərəfindən həyata keçirilmiş və daşqın riski ilə bağlı əhəmiyyətli dərəcədə məlumat çatışmazlığı müəyyən edilmişdir. Spesifik tapşırıqlardan biri (Tapşırıq 2) bu komponentin icrası üçün hazırlanmışdır.
-
Monitorinq və proqnozlaşdırma: xəbərdarlıq xidmətləri sistemin özəyində dayanır. Təhlükələri görmək və proqnozlaşdırmaq üçün möhkəm elmi əsas və gündə 24 saat işləyən etibarlı xəbərdarlıq və proqnozlaşdırma sistemi olmalıdır. Vaxtlı-vaxtında dəqiq xəbərdarlıqlar vermək üçün təhlükə parametrlərinin və ilkin əlamətlərin davamlı monitorinqi vacibdir. Ortaq institusional, prosedur və kommunikasiya şəbəkələrindən faydalanmaq mümkün olduqda müxtəlif təhlükələr üçün xəbərdarlıq xidmətləri əlaqələndirilməlidir.
-
Yayma: Xəbərdarlıqlar risk altında olanlara çatmalıdır. İnsanların həyatını və həyat üçün lazımlı vasitələri qorumağa kömək edəcək lazımi cavab tədbirlərinə şərait yaratmaq üçün sadə və faydalı məlumatları əks etdirən aydın mesajlar şərtdir. Regional, milli və icma səviyyəli kommunikasiya sistemləri öncədən müəyyən edilməli və məqsədəuyğun səlahiyyətli şəxslər müəyyən edilməlidir. Mümkün qədər çox insanın xəbərdar edilməsi, hər hansı kanalın uğursuzluğunun önlənməsi və xəbərdarlıq mesajını həyata keçirmək üçün çoxsaylı kommunikasiya kanallarından istifadə zəruridir.
-
Cavab: İcmaların riskləri başa düşməsi, xəbərdarlıq xidmətinə hörmət etməsi və necə reaksiya vermək lazım olduğunu bilməsi vacibdir. Maarifləndirmə və hazırlıq proqramları mühüm rol oynayır. Bundan əlavə, fəlakətlərin idarə olunması planlarının qüvvədə olması, yaxşı işlənməsi və sınaqdan keçirilməsi də önəm kəsb edir. İcma təhlükəsiz davranış, mövcud qaçış marşrutları və əmlak itkisi və zərərinin ən yaxşı önlənməsi yolları barədə məlumatlı olmalıdır.
DPEXS üçün ilkin layihə Şəkil 8-də təsvir edilir.
Şəkil – İlkin DPESX layihəsi
Dostları ilə paylaş: |