"Özünə qalib gəlmək minlərlə döyüşdə qələbə çalmaqdan
üstündür. O zaman bütün qələbələr sizin olacaq. Bunu heç bir
qüvvə sizdən ala bilməz"
Budda
Uzun müddətli sevgi dolu bir münasibət qurmaq
xarakterinizin və şəxsiyyətinizin vacib göstəricisidir. Kişi
və qadın bir vəhdətin iki hissəsi kimi yaradılmışdır.
Müxtəlif xüsusiyyətlərə malik bu iki varlıq düzgün birləş-
dikdə balans, harmoniya və xoşbəxtlik əldə edilir. Sevgi
və ailə münasibətlərinin əsasını inam və hörmət təşkil
edir. Ailə həyatında kişi və qadın arasında anlaşılmaz-
lıqlar, fikir ayrılıqları və ziddiyyətlər ola bilər, lakin bütün
bunların öhdəsindən gəlmək üçün hörmət və inam olduq-
da ailə möhkəm və həmişəlik olur. Onlardan hansısa biri
digərinə olan inamını və ya hörmətini itirdikdə müna-
sibət bitir, ailə vəhdətini itirir. Çox ailələr boşanmaqla
sonuclanır və boşanmış insanların çoxu yenidən dəfələrlə
boşanır. Digərləri isə yalnız bir dəfə ailə qurur və bu ailə
ömürlük olur. Səbəb nədir?
Xoşbəxt ailənin sirri.
Yəqin ki, möhkəm ailənin əsas şərti uyğunluqdur.
Kişi və qadının xarakterləri uyğun olduqda, bir-birlərini
tamamladıqda ailə mükəmməl və möhkəm olur.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
220
Adətən deyirlər, "əks qütblər cəlb edir". Çox zaman
bunu düzgün anlamırlar. Əks qütblər yalnız bir halda bir-
birlərini cəlb edirlər ki, bu da temperamentdir. İnsan yal-
nız balans təşkil edəcək əks temperamentə malik insanla
uyğunlaşa bilir. Misal üçün gəzməyi və vaxtını çöldə ke-
çirməyi xoşlayan adam evə bağlı adamala daha çox uy-
ğunluq təşkil edə bilər. Əgər siz ünsiyyətcil və çoxdanışan
adamsınızsa sakit və qulaq asmağı xoşlayan adamla daha
yaxşı yola gedəcəksiniz. Təbiət iki adamın xoşbəxt olması
üçün onların temperamentlərinin balans təşkil etməsini
və uyğunluğunu tələb edir.
Quşun lələkləri.
Bütün sahələrdə, xüsusilə mənəvi dəyərlərdə oxşar-
lıqlar bir-birini cəlb edir. Quşun lələkləri birlikdə uçur.
Siz, özünüzlə həmfikir insanlara can atır daim onlarla ün-
siyyətdə olmaq istəyirsiniz. Sevginin bütün növləri mə-
nəvi dəyərlərə cavabdır. Biz özümüzdə və digərlərində ən
çox dəyər verdiyimiz şeyləri sevirik. Xoşbəxt ailədə cüt-
lüklər ailə, uşaq, pul, etika, siyasət, din və digər bu kimi
məsələlərdə eyni dəyərlərə qiymət verirlər.
Bəzən insanlar, müxtəlif partiyalara səs verən və
ya müxtəlif dindən olan cütlükləri göstərirlər. Lakin ba-
lans və harmoniyada əsas məsələ insanın hər hansı bir
şeyi hansı ehtirasla qiymətləndirməsidir. Bu ehtiras insan-
ın hər hansısa bir məsələdə nə qədər sərt, inadkar və ya
əksinə daha elastik mövqeyə malik olacağını müəyyən
edir. Cütlüklər müxtəlif siyasi partiyaları dəstəkləyə və ya
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
221
müxtəlif dini baxışlara malik ola bilərlər, lakin bu onların
ailə məsləsindən daha vacib deyilsə, onlar asanlıqla birgə
yaşaya və xoşbəxt ola bilirlər.
Sevgi insanın ən böyük ehtiyacıdır.
Deyirlər, biz həyatda hər şeyi ya sevgi qazanmaq,
ya da bu sevgini kompensasiya etmək üçün edirik. Psixo-
loqlar bildirirlər ki, yetkin insanların şəxsi problemlərinin
səbəbini uşaqlıqdakı sevgi çatışmazlığında axtarıb tap-
maq olar. İnsanlara sevgi, gülə yağış lazım olduğu kimi
lazımdır. İnsanlar sevgisiz hər cür psixoloji və fiziki prob-
lemlərə məruz qalırlar. Yalnız sevgiyə olan ehtiyac ödən-
dikdə həqiqi xoşbəxtliyə nail olmaq olar.
Xoşbəxt ailə güclü daxili-intizam və kontrol tələb
edir. Sevgi özünüinkar və qurban tələb edir. Kimisə həqi-
qətən sevdikdə həmin adamın xoşbəxtliyi bizim öz xoş-
bəxtliyimizdən vacib olur. Sevdiyimiz adamın xoşbəxtliyi
üçün əlimizdən gələni etməyə və istənilən şeyi qurban
verməyə hazır oluruq.
Müxtəlif zərbələr səbir və anlayış tələb edir.
Hər bir insan öz xarakter və xüsusiyyətlərinə malik
individualdır. İnsanlar müxtəlif zövqə, düşüncəyə, arzu-
lara, ümidlərə və imkanlara malikdirlər. Hər kəsin özü-
nəməxsus təcrübəsi, ətraf aləmi qavrama və reaksiya ver-
mə tərzi var. Kiminləsə sevgi münasibəti yaradarkən nə
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
222
qədər yaxın olmağınızdan və bir-birinizi nə qədər çox
sevməyinizdən asılı olmayaraq fikir ayrılıqları və nara-
zılıqlarla üzləşəcəksiniz. Bu təbii və normaldır, belə situa-
siyaların öhdəsindən gəlmək üçün daxili-intizam və özü-
nükontrol tətbiq etmək lazımdır. Münasibətlərdə daxili-
intizam tətbiqi tam səmimiyyət və açıqlıq tələb edir. Da-
xili-intizam və səmimiyyət qəzəb və acıqsız nə düşündü-
yünüzü açıq demək və aydın fikirlə qarşı tərəfi dinləməyi
tələb edir.
Kişi və qadın ünsiyyətinin stilləri.
Kişi və qadını fərqləndirən çox cəhət var. Təhqiqat-
lar nəticəsində müəyyən edilmişdir ki, kişilər ünsiyyətdə
olarkən onların beyinlərinin yalnız iki mərkəzi, qadınlar-
da isə yeddi mərkəzi işləyir. Kişilər eyni zamanda yalnız
bir sensor siqnalı, qadınlar isə çoxsaylı siqnal qəbul edə
bilirlər. Kişi televizora baxarkən kənar siqnalları - arxada-
kı söhbətlər, hərəkətlər və digər bu kimi siqnalları qəbul
etmirlər. Bütün diqqəti televizora yönəlmiş olur. Kişi ma-
şın sürərkən xəritəni oxumaq üçün radionun səsini almalı
olur. Evdə telefona cavab vermək üçün televizorun səsini
almalı olur. Kişilər eyni vaxtda bir neçə işlə məşğul ola
bilmirlər. Kişinin diqqəti cəmlənmiş olmalıdır. Qadınlar
isə əksinə, eyni zamanda televizora baxa, söhbət edə, na-
har hazırlaya və poçtu yoxlaya bilər. Onların beyni eyni
zamanda bir neçə işin öhdəsindən gələ bilər. Onlar eyni
zamanda həm danışa, həm də qulaq asa bilər və əlavə
olaraq ətrafda baş verənləridə görə və eşidə bilərlər. Qa-
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
223
dınlar münasibətlər üzrə mütəxəssisdirlər. Başqa insan-
lara qarşı çox həssas olurlar. Kişi və qadın hansısa yığın-
caqda iştirak edirlərsə qadın on dəqiqəyə vəziyyəti və
otaqdakı hər bir adamı ayrılıqda qiymətləndirir. Kişi qa-
dınla müqayisədə demək olar heç nə görmür. Bunun sə-
bəbi kişinin düşüncədə daha sadə və birbaşa olması, qadı-
nın isə əksinə olaraq mürəkkəb düşüncəli, bütün xırda-
lıqlara fikir verən, ətrafdakı insanların qarşılıqlı münasi-
bətlərinə qarşı çox həssas və dinamik olmasıdır. Kişi hə-
yat yoldaşına zəng edib sadəcə "Salam" deyən kimi qadın
nə isə baş verdiyini duyub dərhal "Nə olub?" deyə soru-
şacaq. O, bircə sözdən kişinin səsindəki narahatlığı duya
bilər.
Münasibət qurmaq zəhmət tələb edir.
Kişi və qadın arasındakı fərqlərin mürəkkəbliyinə
görə xoşbəxt ailənin təməli olacaq münasibət yaratmaq
zəhmət və intizam tələb edir. Qarşılıqlı anlaşmada yəqin
ki ən vacib intizam dinləmək intizamıdır. İki insan arasın-
dakı qarşılıqlı münasibət, yalnız onlar bir-birlərini dinlə-
məyi bacardıqda, dedikləri sözlərin məğzini anlamaq
üçün diqqətlərini sərf etdikdə, sevgi və harmoniya ilə
zənginləşmiş olur. Effektiv dinləmənin dörd sadə üsulu
var. Bu xüsusi ilə, həyatlarındakı qadınları dinləməklə
bağlı problemlər yaşayan kişilərə lazımdır. Səbəb, onlar
üçün maraqsız olmaları deyil. Sadəcə onların beyni başqa
bir şeylə məşğuldur və onlar eyni zamanda bir neçə işin
öhdəsindən gələ bilmirlər.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
224
Dinləmək intizamı.
Diqqətlə qulaq asın. Diqqətlə, danışanın sözünü
kəsmədən qulaq asın. Elə qulaq asın ki, sanki qarşınızdakı
adam dünyanın ən böyük sirrini açacaq, ya da avtomobil
udmuş lotereyanın nömrəsini deyəcək. Qadın danışarkən
kişi əlindəki bütün işlərini kənara qoymalıdır. Televizor
və radio söndürülməlidir. Qəzet və jurnalı kənara qoyma-
lıdır. Diqqətlə qadına baxmalı, azca qabağa əyilməli və
bütün diqqətini onun sözlərində cəmləməlidir. "Onun
istəkləri, onun ehtiyacları." kitabında qeyd edilir ki,
qadının kişidən istədiyi əsas şey maraqdır. Bu maraq,
qadın danışan zaman kişinin diqqətlə qulaq asması for-
masında təzahür edir. Diqqətiniz daim yüksək qiymətlən-
dirdiyiniz şeyə yönəldiyindən, qadın danışarkən ona diq-
qətlə qulaq asmaqla onun sizin üçün dəyərli olduğunu
vurğulamış olursunuz. Bu qadının ən böyük alt şüur ehti-
yacını - dəyərli, qiymətli və hörmətli olmaq ehtiyacını
ödəyir.
Cavab verməzdən öncə pauza edin. Qulaq asmağın
ikinci şərti cavab verməzdən öncə pauza etməkdir. Onun
dediklərini analiz etmək üçün bir neçə saniyəlik pauza
edin. Pauza etməklə, danışanın bir anlıq susub fikrini top-
ladıqdan sonra yenidən sözünə davam etməsinə imkan
verirsiniz. Bununla siz ona diqqətlə qulaq asdığınızı və
onun dediklərini dəyərləndirdiyinizi bildirmiş olursunuz.
Pauza etməyin başqa bir üstünlüyü, sizə, onun yalnız de-
diklərini deyil həm də demədiklərini də eşitmək imkanı
verməsidir. Nitqin əsas mesajı siqnallar vasitəsilə beynini-
zin dərinliklərinə ötürülür. Pauza etməklə siz həmin o
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
225
mesajı tapıb oxuyur və bununla da daha dolğun cavab
vermək imkanına malik olursunuz.
Aydınlıq üçün suallar verin. Yaxşı qulaq asmağın
üçüncü qaydası aydınlaşdırmaq üçün suallar verməkdir.
Heç vaxt danışanın düşüncə və hisslərini düzgün anladı-
ğınızı ehtimal etməyin. Bunu aydınlaşdırmaq və ya də-
qiqləşdirmək üçün suallar verin. Onu düz başa düşdüyü-
nüzü dəqiqləşdirin. Yalnız suallar verdikdə siz həmsöh-
bətinizə, ona diqqətlə qulaq asdığınızı, dediklərini başa
düşdüyünüzü, fikirlərini anladığınızı və ümumilikdə ma-
raqlandığınızı nümayiş etdirirsiniz.
Münasibət bildirin. Yaxşı dinləməyin dördüncü
qaydası danışanın sözlərinə münasibət bildirmək və onun
dediklərini öz sözlərinizlə təkrarlamaqdır. Bu dinləməyin
testidir. Bununla siz diqqətlə qulaq asdığınızı nümayiş et-
dirirsiniz. Yalnız danışanın dediklərini öz sözlərinizlə tək-
rarlaya bildikdə diqqətlə qulaq asdığınızı bildirmiş olur-
sunuz.
Münasibətlərin əsas problemi zəif ünsiyyətdir. Cüt-
lüklər kifayət qədər ünsiyyətdə olmur, ya da onlardan bi-
ri diqqətlə qulaq asmır.
Hər kəsin öz həyat yoldaşı ilə müəyyən qədər da-
nışmağa ehtiyacı var. Və hər kəsin də müəyyən qədər qu-
laq asmaq ehtiyacı var. Ən mükəmməl cütlüklər danış-
maq və dinləmək istəkləri uyğun gələn cütlüklərdir.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
226
Tam iştirak vacibdir.
Məhəbbət və evlilik hər iki tərəfdən tam iştirak tə-
ləb edir. Özünü bütünlüklə münasibətə həsr etmək güclü
daxili-intizam tələb edir. Bu həmçinin böyük azadlıqdır.
Yalnız bir kəslə, özünüzü bütünlüklə həsr etdiyiniz mü-
nasibətə girdikdə, həyatınızın digər sahələrinə tam diqqət
ayırmaq azadlığı qazanırsınız.
Evlilik üçün tələb olunan başqa bir şərt də sədaqət-
dir. Hal-hazırki cəmiyyətimizdə bizi xəyanətə sövq edən
saysız amillər var. Bütün bunlara güc gəlmək üçün isə
ailəyə sonsuz sədaqət tələb olunur.
Sevgi və ailə münasibətlərini təhlükəyə məruz qo-
yan məkrli cazibələrdən yayınmağın iki yolu vardır. Bi-
rincisi, heç zaman ailənizə xəyanət etməyəcəyinizi özünə
söz verməkdir. İkincisi isə sadəcə bu cazibələrdən uzaq
gəzməkdir. Sizi yolunuzdan azdıracaq yerlərə, yığıncaq-
lara getməkdən imtina edin. İşgüzar münasibətlər istisna
olmaqla, əks cinsin nümayəndələri ilə təklikdə nahar
etməkdən və ya içki içməkdən yayının.
Daim, harada olmağınızdan asılı olmayaraq həyat
yoldaşınızı yanınızda və sizin etdiyiniz hər bir hərəkəti
gördüyünü və dediyiniz hər bir sözü eşitdiyini təsəvvür
edin. Təsəvvür edin ki, hara getməyiniz və nə etməyiniz
iyirmi dörd saat ərzində həyat yoldaşınıza məruzə edilə-
cək. Son dərəcə sədaqətli həyat yoldaşı reputasiyası qa-
zanmaq üçün bütün iradənizi və daxili-intizamınızı tətbiq
edin.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
227
Dəyişikliklərə hazır olun.
Hər bir evlilik "davam edən iş"dir. Zamanla evliliyi-
nizin təbiəti dəyişəcək. Bu adətən pozitiv istiqamətdə baş
verir. Münasibətlərin xoşbəxt, harmonik və davamlı ol-
ması üçün dəyişən şəraitə uyğunlaşmalısınız. Yaşınızın,
işinizin, maliyyə vəziyyətinizin, fiziki durumunuzun və s.
bu kimi şeylərin dəyişməsinə hazır olmalısınız. Dəyişik-
likləri asan qəbuletmə bacarığı ailənin xoşbəxtliyi üçün
vacibdir.
Həyatınızı yalnız dörd yolla dəyişə bilərsiniz. Birin-
cisi, nəyisə daha çox edə bilərsiniz. İkincisi, yerdə qalan
şeyləri az edə bilərsiniz. Üçüncüsü, əvvəllər heç zaman
görmədiyiniz bir işi başlaya bilərsiniz. Dördüncüsü, mü-
əyyən işlərə tamamilə son qoya bilərsiniz. Çətinlik və ya
problemlərlə üzləşdikdə, dəyişikliklərə ehtiyac duyduqda
soruşun: "Daha çox və ya az edəcək, tamamilə son qoya-
caq və ya başlayacaq nə isə bir şey varmı?"
Soracağınız dörd sual.
Zaman-zaman, həyat yoldaşınız və uşaqlarınızın
qarşısına çıxıb cəsarətinizi toplayaraq onlara dörd sual
verməlisiniz:
1. Mənim hansısa bir işi daha çox görməyimi istərdiniz-
mi?
2. Mənim hansısa bir işi daha az görməyimi istərdiniz-
mi?
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
228
3. Hal-hazırda etmədiyim bir iş varmı ki, o işə başlamağı-
mı istərdiniz?
4. Hal-hazırda gördüyüm hansı işə son qoymağımı
istərdiniz?
Cəsarətinizi toplayıb həyat yoldaşınız və uşaqlarını-
za vaxtaşırı bu dörd sualı verdikdə onların verdikləri ca-
vabların dolğunluğu və dərinliyi sizi heyran edəcək. Ailə-
nizin xoşbəxtliyini və harmoniyasını qoruyub saxlamaq
üçün öz hərəkətlərinizə daim düzəliş vermək istiqamə-
tində dəyərli məsləhətlər alacaqsınız.
Həyat yoldaşınız ən yaxın dostunuz olmalıdır.
Sevgi və ailə həyatı xoşbəxt və dolğun həyatın ən
vacib elementidir. Bu münasibətlərdə harmoniya qazan-
maq və qorumaq üçün ömürlük daxili-intizam və iradə
tətbiq etmək lazımdır. Daima səmimi və sədaqətli olmaq
lazımdır. Ən vacibi isə xoşbəxt ailəyə nail olmaq üçün hə-
yat yoldaşınızı özünüzə ən yaxın dost bilməkdir. Daha
çox vaxt sərf etdiyiniz ikinci bir adam olmamalıdır. Daha
çox səmimi və sədaqətli olacağınız ikinci bir adam olma-
malıdır. Həyat yoldaşınızı ən yaxın dost bildikdə və bu
cür münasibət qurduqda, bir ömür sürəcək sevgi dolu
münasibətə nail ola bilərsiniz.
Elə bir çətinlik yoxdur ki, sevgi onun öhdəsindən
gələ bilməsin. Elə bir xəstəlik yoxdur ki, sevgi onu müa-
licə edə bilməsin. Elə bir qapı yoxdur ki, sevgi onu aça bil-
məsin. Sevginin uçura bilməyəcəyi divar yoxdur. Çətinli-
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
229
yin nə qədər böyük olmasından, problemin nə qədər də-
rin olmasından, səhvin nə qədər böyük olmasından asılı
olmayaraq, sevgi onun öhdəsindən gələ bilər.
Yalnız siz sevə bilsəydiniz o zaman dünyanın ən
güclü adamı olardınız.
Növbəti hissədə, sağlam, xoşbəxt, bacarıqlı və özü-
nəinamlı uşaq tərbiyə etməkdə daxili-intizamın hansı rol
oynadığı haqda danışacağıq.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
230
Tapşırı q:
1. Ailənizdə harmoniya və sevgini artırmaq üçün bu də-
qiqə görə biləcəyiniz ən vacib iş nədir?
2. Ailənizi daha xoşbəxt edəcək hansı adəti özünüzdə
formalaşdıra bilərsiniz?
3. Ailədə ünsiyyətinizi artıracaq bir xüsusiyyəti müəyyən
edin?
4. Həyat yoldaşınızdan, ailənizi daha xoşbəxt etmək üç-
ün daha çox və ya az görə biləcəyiniz, tamamilə da-
yandırmalı və ya başlamalı olduğunuz işləri soruşun.
5. Partnyorunuzda ən çox xoşladığınız iki xüsusiyyəti
qeyd edin.
6. Həyat yoldaşınızla ən çox uyğun gəldiyiniz sahələri
müəyyən edin.
7. Həyat yoldaşınızla ortaq dəyərlərinizi müəyyən edin.
Brayan Treysi
Daxili İntizamın Gücü
Brian Tracy
The Power of Self-Discipline
231
XIX HİSSƏ
Daxili-İntizam və Uşaqlar
Dostları ilə paylaş: |