93
yə çevrilə bilər. Yuxarıda olduğu kimi, çevrilmə formasında yenidən təşkil
prosesi eyni mərhələlərlə həyata keçirilir.
159
Qanunvericilik QSC-nin ASC-yə və əksinə ASC-nin QSC-yə "çevrilməsini"
160
istisna etmir, lakin bu halda SC-nin tipinin dəyişməsi şirkətin yenidən təşkili
kimi qiymətləndirilməməlidir, çünki onun təşkilati-hüquqi forması dəyişilmir.
Beləliklə, hesab edirik ki, təhvil aktının tərtib olunması və kreditorları
məlumatlandırmaq kimi tələblər SC-nin tipinin dəyişməsi prosesinə tətbiq
edilməməlidir. SC-nin bir tipdən digər tipə çevrilməsi səhmdarların ümumi
yığıncağının qərarı ilə şirkətin nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi
(nizamnamənin yeni redaksiyada təsdiq edilməsi) və müvafiq qaydada dövlət
qeydiyyatı ilə həyata keçirilir.
Dostları ilə paylaş: