99
İflas qanunvericiliyinə görə, iflas prosesi müddətində borclunun hüquq və
fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını iki hissəyə ayırmaq olar.
Qismən – yalnız müvəqqəti idarəçinin razılığı ilə bağlana bilən əqdlər, məsələn,
daşınmaz əmlakın
icarəyə verilməsi, satılması, borclunun digər əmlakına dair
sərəncam verilməsi, borc (kredit) alınması və verilməsi və s.
Tam – nəzarət prosedurası müddətində borclunun rəhbəri və müvəqqəti
idarəçinin qərar qəbul edə bilməyəcəyi məsələlər üzrə. Bura borclunun yenidən
təşkili və ləğv olunması, törəmə şirkətin (və ya başqa hüquqi şəxslərdə iştirak),
filial və nümayəndəliklərin yaranması, dividendlərin ödənilməsi,
borclu
tərəfindən istiqraz və digər emissiya qiymətli kağızların yerləşdirilməsi,
iştirakçıların şirkətin tərkibindən çıxması, buraxılmış səhmlərin geri alınması
kimi məsələlər aiddir.
Kənar idarəetmə prosesi başladığı andan borclunun rəhbəri tutduğu vəzifədən
uzaqlaşır və borclunun idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır. Kənar
idarəçi müvəqqəti idarəçidən fərqli olaraq, borclunun rəhbərini tam şəkildə əvəz
edərək iflas vəziyyətində olan şirkətin əmlakının idarəetməsində
kifayət qədər
geniş səlahiyyətlərə malik olur.
Borclunun ödəmə qabiliyyətini bərpa etmək məqsədi ilə borclu – SC-in
nizamnamə kapitalının əlavə adi səhmlərin yerləşdirilməsi yolu ilə artırılmasını
nəzərdə tuta bilər. Bu halda şirkətin mövcud kreditorları öz tələblərinin dəyəri
nisbətində səhm əldə etmək imkanına malik olurlar. Borc əvəzinə kreditor (və ya
kreditorlar) borclunun idarəetməsində iştirak etmək imkanı qazanırlar. Nəticədə
kreditor hüquqi şəxsin iştirakçısı olur, yəni kreditor
statusunu borclunun
iştirakçısı statusuna dəyişir. Bu prosesin müsbət cəhəti odur ki, borclu şirkət öz
ödəmə qabiliyyətini bərpa edə bilər və düzgün idarə nəticəsində yenidən gəlirli
şirkət olar.
Bu cür səhmlərin buraxılışı yalnız aşağıdakı şərtlərlə mümkün ola bilər: ilk
növbədə, borclunun idarəetmə orqanının razılığı ilə (bu orqan müvafiq müraciəti
100
kənar idarəçiyə ünvanlayır), ikincisi, borclunun kreditorlarının razılığı ilə. Kənar
idarəçi əlavə səhmlərin buraxılması haqqında məsələni kreditorların iclasına
çıxarır və səhmlərin əlavə emissiyasının həyata keçirilməsi haqqında qərarı
kənar idarəetmə planına daxil edir.
Borclunun xarici idarəetmə çərçivəsində ödəmə qabiliyyətinin bərpa olunmasına
yönəlmiş digər bir tədbir borclunun aktivlərinin əvəzlənməsidir ki, bu da
borclunun əmlakının bazasında bir və ya bir neçə şirkətin yaradılması
yolu ilə
aparılır. Bir şirkət (əsasən, ASC) yaradıldığı halda, onun nizamnamə kapitalına
borclunun bütün əmlakı və əmlak hüquqları daxil edilir. Borclunun aktivlərinin
əvəzlənməsi yeni şirkətin (ASC) yaranması ilə nəticələnir və onun səhmlərinin
açıq satılması kreditorlarla hesablaşma üçün şərait yaratmış olur.
Dostları ilə paylaş: