94
Şirkətin yaradılması zamanı qarşıya qoyulan məqsədlərə nail olması və ya
fəaliyyət üçün müəyyən edilmiş vaxtın bitməsi
həmin şirkətin könüllü ləğv
edilməsi üçün səbəb ola bilər.
161
Eyni zamanda müəyyən hallarda qanunvericilik
“könüllü” ləğvetmənin həyata keçirilməsini tələb edir. Məsələn, əgər ikinci və
hər növbəti maliyyə ili başa çatarkən şirkətin xalis aktivlərinin dəyəri
nizamnamə
kapitalının
müvafiq
icra
hakimiyyəti
orqanı
tərəfindən
müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, şirkət ləğv edilməlidir.
162
Şirkətin təsisçiləri və ya onu ləğvi haqqında qərar qəbul edən orqan ləğvetmə
komissiyasını təyin edir.
163
Şirkətin ləğvi haqqında məlumat dərhal hüquqi
şəxslərin dövlət qeydiyyatı orqanına verilməlidir.
Hesab edirik ki, ləğvetmə
haqqında məlumat daxil olduğu andan etibarən ləğv olunan şirkətin təsis
sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına və ləğv olunan şirkətin səhmdar
olduğu digər şirkətlərin dövlət qeydiyyatına icazə verilməməlidir.
Şirkətin ləğv edilməsi üçün səlahiyyət verilmiş orqan ləğvetmə komissiyası
hesab olunur. Ləğvetmə komissiyasının təyinatı anından etibarən onun üzərinə
şirkətin ləğvetmə müddəti ərzində fəaliyyətini davam etdirmək və onun işlərinin
idarəsi ilə bağlı, həmçinin ləğv olunan şirkət adından məhkəmədə iştirak etmək
səlahiyyətləri qoyulur. Şirkətin fəaliyyəti dövründə
əldə etdiyi bütün mülki
hüquq və öhdəliklər ləğv olunanadək onun üzərində qalır. Ləğvetmə
komissiyasına yalnız müvafiq idarəetmə səlahiyyətləri keçir. Ləğvetmə
komissiyasına ləğv olunan şirkətin mülki hüquq və öhdəlikləri keçmir. Ləğvetmə
komissiyası hüquqi şəxs deyil və əgər kreditor komissiyanın onun şirkətə qarşı
tələblərini əsassız olaraq rədd etdiyini düşünürsə, dövlət reyestrindən çıxarılana
qədər bu şirkətə qarşı məhkəməyə iddia təqdim edə bilər.
161
MM-nin 59.2.1-ci maddəsi
162
MM-nin 103.5-ci maddəsi
163
MM-nin 60.2-ci maddəsi
95
Şirkətin ləğv edilmə prosesinin müddəti bir ildən çox olmamalıdır. Bu müddət
ərzində ləğv etmə bitirilmədikdə həmin proses yenidən başlanmalıdır.
164
Şirkətin ləğv edilmə prosesini üç mərhələ ayırmaq olar:
1-ci mərhələ - şirkətin ləğv olunması barədə məlumatın elan edilməsi;
2-ci mərhələ - aralıq ləğvetmə balansının
tərtib edilməsi;
3-cü mərhələ - ləğvetmə prosesinin başa çatması (ləğvetmə balansının tərtib
edilməsi).
Ləğvetmə prosesinin birinci mərhələsi
Bu mərhələdə ləğvetmə komissiyası şirkətin ləğvi haqqında mətbuat
orqanlarında məlumat yerləşdirməlidir. Kreditorların tələblərinin ləğv olunan
şirkətə təqdim edilməsi məqsədilə bu xəbər aşağıdakı
məlumatlardan ibarət
olmalıdır:
-
hüquqi şəxsin bütöv adı;
-
hüquqi şəxsin yerləşdiyi yer;
-
ləğvetmə haqda qərar qəbul edən orqanın adı;
-
ləğv olunan hüquqi şəxsin VÖEN-i;
-
kreditorların ərizə tələblərinin qayda və müddəti;
-
ləğvetmə komissiyası ilə əlaqə vasitələri.
Eyni zamanda ləğvetmə komissiyası bütün kreditorları yazılı şəkildə xəbərdar
etməlidir və tələblərin təqdim edilmə müddəti şirkətin ləğvi haqqında
məlumatın verildiyi gündən etibarən ən azı iki ay olmalıdır. Bu mərhələdə
komissiya kreditorları aşkarlamalı və ləğvetmə barədə məlumatlandırmalıdır,
164
MM-nin 59.6-cı maddəsi
96
eləcə də debitor borcların qaytarılması üçün tədbirlər
görməli və ləğv edilən
şirkətin bütün borclularını müəyyən etməlidir.
Ləğvetmə prosesinin ikinci mərhələsi
Kreditorların tələbləri üçün müddətin başa çatması zamanı ləğvetmə komissiyası
aralıq ləğvetmə balansı tərtib və təsdiq edir. Həmin balansda ən azı şirkətin
hazırkı mülkiyyət vəziyyəti və aşkar edilmiş kreditor və debitor borcları əks
olunmalıdır. Aralıq ləğvetmə balansı ilə razı olmayan şirkətin nizamnamə
kapitalında azı 10 faiz payına (səhmə) sahib olan iştirakçısı həmin balansı aldığı
gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda
aralıq ləğvetmə balansı səhmdarların (iştirakçıların) ümumi yığıncağında təsdiq
edilir.
165
Kreditorların qəbul olunmuş bütün tələblərini təmin etmək məqsədilə ləğv
olunan şirkətin pul vasitələri kifayət etmədikdə ləğvetmə komissiyası bu şirkətin
əmlakının mümkün qısa zamanda səmərəli və sərfəli qiymətə satılmasını həyata
keçirir.
166
Komissiya ödəmə barədə tələblərin
daxil olduğu növbəlilik
qaydasında
aralıq ləğvetmə balansı əsasında ləğv edilən şirkətin kreditorlarına
ödənişləri həyata keçirir.
167
Ləğvetmə prosesinin üçüncü mərhələsi
Kreditorlarla hesablaşmadan sonra komissiya ləğvetmə balansı tərtib edir və bu
da səhmdarların (iştirakçıların) ümumi yığıncağında təsdiq edilir. Kreditorlarla
hesablaşmadan sonra şirkətdə qalan əmlak ləğvetmə komissiyası tərəfindən
iştirakçıların arasında aşağıdakı qayda ilə bölünür:
165
MM-nin 61.5-ci maddəsi
166
MM-nin 60.4-cü maddəsi
167
MM-nin 61.7-ci maddəsi
97
-
ilk növbədə imtiyazlı səhmlər
168
üzrə hesablanmış,
lakin ödənilməmiş
dividendlərin və şirkətin nizamnaməsi ilə müəyyən edilmiş imtiyazlı
səhmlər üzrə ləğvetmə dəyərinin ödənişi;
-
daha sonra ləğv olunan şirkətin əmlakı digər səhmdarlar (iştirakçılar
169
)
arasında bölünür.
MM-in 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğv olunması haqqında qeyd
dövlət reyestrinə daxil edildiyi andan hüquqi şəxsin ləğv olunma prosesi bitmiş
hesab edilir.
Dostları ilə paylaş: