Müsahbə keçmə bacarıqlarını təkmilləşdirmək üçün master-klas
Müsahibə keçmə ustalığına sahib olmaq üçün aşağıdakılar mənimsəmək vacibdir:
-
Hazırlıq
-
Görkəm
-
Şəxsi keyfiyyət (şəxsiyyət)
-
Müsbət əhval-ruhiyyə
Hazırlıq
Siz bacardıqca yaxşı hazırlaşmalısınız ki, aşağıdakıları nümayiş etdirə biləsiniz:
-
Təşkilatın mal və xidmətləri haqqında məlumata sahib olmaq;
-
Rəqiblər və bazarın vəziyyəti haqqında məlumatlı olmaq;
-
Funsional vəzifənizin dəyəri haqqında məlumatlı olmaq;
-
Şirkətin perspektivləri və biznesin genişləndirilməsini görmə qabiliyyətinə sahib olmaq;
-
Müsahibə götürənə verilən suallarda intellektli olmaq;
Hazırlıq prosesinə aşağıdakılar daxil ola bilər:
-
Anket və tərcümeyi-halınıza yenidən baxmaq;
-
Müsahibədə verilməsi ehtimal olunan suallara cavabların verilməsi təcrübəsinə baxmaq;
-
Müsahibənin götürüldüyü yerin və vaxtın dəqiqləşdirilməsi;
Sizin heç vaxt müsahibəyə mükəmməl şəkildə hazırlıqlı olmağınız mümkün deyil. Siz vakansiyaya uyğunluğunuzu nümayiş etdirməlisiniz. Əgər siz təşkilatı diqqətlə tədqiq etməmisinizsə uyğun olduğunuzu necə göstərə bilərsiniz?
|