Sizin zəif tərəfləriniz nələrdir?
Müsahibə götürənin məqsədi
Müsahibə götürənlər bu cür sualları veməyi çox sevirlər. Çünki, bu cür suallar namizədi mövzudan uzaqlaşmağa məcbur edir. Əslində isə müsahibə götürən gözləyir ki, siz öz çatışmayan cəhətlərinizi açıqlayaraq işə yarasız olan namizəd olduğunuzu biruzə verəsiniz. Bundan başqa bu cür suallar insanı mənfini müsbətə çevirmək bacarıqlarını müəyyən edir.
Necə cavab verməli
Bu cür suallara siyasətçi kimi cavab vermək lazımdır. Siz mənfi aspektlərə toxunmaq istəmirsiniz. Lakin onlar hər nə qədər əhəmiyyətsiz də olsa birinə toxunmaq lazım gələcəkdir. Bu üsullardan biri də odur ki, seçilmiş zəif tərəfinizin həqiqətdə heç də zəif olmamasıdır. Məsələn, siz deyə bilərsiniz ki, işə o qədər aludə olursunuz ki, ailəniz sizin diqqətinizdən kənarda qalır. Lakin şirkət bundan udmuş olur.
Bir başqa üsul isə müəyyən sahədəki biliklərinizin təkmilləşdirilməsi ilə əlaqədar etiraflarınız ola bilər. Məsələn informasiya texnologiyaları sahəsində biliklərin təkmilləşdirilməsi ilə əlaqədar problemlər olmuş və siz bunu uzaq keçmişdə müvəffəqiyyətlə həll etmisiniz. Beləcə siz daim öz üzərinizdə işlədiyinizi və inkişaf etdiyinizi göstərmiş olur və öz potensialınızı bildiyinizi nümayiş etdirmiş olursunuz. Siz zəif tərəflərinizin keçmişdə olduğunu, onları müəyyən edərək ləğv etdiyinizi və ya müsbət cəhətə çeviridiyinizi bildirə bilərsiniz.
Keçmişdə olmuş zəif cəhətlər bunlar ola bilər:
-
İctimaiyyət qarşısında çıxış edərkən əsəb gərginliyi keçirmək (hal-hazırda təlim və təcrübə nəticəsində ləğv edilmişdir);
-
İnformasiya texnologiyaları sahəsində çatışmayan biliklər (təlim və təkmilləşdirmənin nəticəsi olaraq bu sizin hal-hazırda güclü tərəflərinizdəndir);
-
Vaxtdan səmərəsiz istifadə etmək (bu bir az köhnəlmiş bir cəhət ola bilər, lakin qəbul ediləndir. Ola bilər ki, artıq siz vaxtınızı daha effektiv idarə etməyi öyrənmisiniz);
-
“iştirak effekti” (vaxtın böyük bir hissəsini ofisdə keçirmə. Bəlkə bundan sonra öz iş vaxtınızı daha düzgün tənzimləyəcəksiniz);
Seçilmiş bir başqa zəif tərəflərdən biri də işə aid olmayan cəhətlərdən biri ola bilər. Məsələn, siz işçilərin idarə edilməsinə aidiyyatı olmayan vəzifəyə görə müraciət edirsiniz ki, bu da sizə problem yaratmayacaqdır. Çünki, sizin zəif tərəflərinizdən biri odur ki, siz başqa insanların idarə etməyi xoşlamırsınız.
Bununla belə medalın bir başqa üzü də vardır. Siz müraciət etdiyiniz işin xüsusiyyətində vacib olan bir zəif cəhətinizi qətiyyən nümunə gətirməməlisiniz. Bunu edəcəyiniz təqdirdə sizin iş tələbiniz rədd ediləcəkdir.
Dostları ilə paylaş: |