İşdən çıxmaq haqqında məktub
Peşəkarcasına işdən azad olmaq üçün yazılı azad olma məktubunun olması vacib amildir. Müdirinizə bu, sizin getmə fikrinizin ciddi olmasını sübut edəcək. Əgər işdi müdiriniz getmənizdən sizin daşındıra bilərsə, onda məktubu istənilən zaman cıra bilərsiniz. Getmə haqqında əlavə məktub uzun olmayıb aşağıdakı məsələləri əhatə etməlidir:
İşə götürülən zaman əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işdən azad olmanızı rəsmi surətdə bilidirin. Əgər müqavilədə işdən azad olma haqqında məlumatlanmanın uzun müddətli olması göstərilibsə, bu müddətin azaldılmasına çalışın. Bununla belə işdən gedəcəyiniz son günə qədər şöbənin fəaliyyət göstərməsi üçün əlinizdən gələni edəcəyinizi qeyd etməlisiniz.
Sizin getmə səbəbinizi ətraflı izah etməyə və ya dəqiq səbəbi göstərmək məcburiyyətində deyilsiniz. Məsələn: çalışın azad olduğunuz şirkəti ləkələyən heç bir səbəb gətirməyin; ola bilər ki, qrup rəhbərinizi daha dözə bilməyəsiniz, bunun məktubda göstərmənizə gərək yoxdur. Bunun əvəzinə sizin hal-hazırda axtardığınız karyeranızın inkişafına kömək edən və yeni perspektivləri verən iş təklifini qəbul etdiyinizi deyə bilərsiniz.
|