Köhnə işdə əldə etdiyiniz təcrübənin qeyd olunması
Getmə məktubunuzda müsbət təssürat da ola bilər. Siz həmçinin rəhbərini bütün fəaliyyətiniz müddətində əməkdaşlıq etdiyinə görə minnətdarlığınızı bildirə bilərsiniz.
Məktubu yazıb açıqçaya qoyun, lakin gələn sənədlər siyirməsində saxlamayın. Məktubu şəxsən təqdim etmək üçün görüş təyin edib, hər hansı bir problemsiz məktubu təqdim etməyinizə və sonradan da şəxsi söhbətin eləməyinə şərait yarada bilərsiniz.
Sizin rəhbərinizə ən çox gedəcəyiniz iş barəsində və hazırkı işi tərk etmə səbəblərini eşitmək maraqlı olardı. Məktubun düzgün hazırlanması qaçılmaz suallara cavab verməyə imkan verə bilər.
İmkan daxilində yeni işəgötürənə və işə qarşı maksimum dərəcədə açıq olun, qısa lakonik cavab verməyə davam edin. Əksər hallarda rəhbər sizin yaxşılığınızı istəyir. Əsas məsələ sizin gedişinizin yarada biləcək şəxsi və korporativ narahatçılığın minimum dərəcədə olacağını məlumat verməkdir.
Əgər sizin müdir sizdən həqiqətən xoşlanırsa və bütün hallarda sizi azad etməlidirsə onda onun sizə getməmək təklifinin verməsinə hazır olun. Sizin yerinizə yeni işçi götürmək, yaxşı tanıdığı köhnə işçini saxlamaqdan daha riskli və bahalı prosesdir.
Buna baxmayaraq, “Müqavilənin yaxşı şərtləri barədə danışıqlar” olan 16-cı bölmədə verilən qarşıdan gələn iş təklifinin qiymətləndirilməsi məsləhətini unutmayın. Daha çox pul təklif edib hazırkı işinizdə qalmanızı ikna edə bilərlər. Elə bir hal da ola bilər ki, verilən təklif tələbatlarınızda dəyişiklik etməyə də bilər.
Keçid prosesi
İstər təşkilat daxilində vəzifə keçidi etmişolun, istərsə də təşkilatdan tam çıxmış olun, çalışın bu keçidi çox yumşaq edəsiniz. Məsələyə belə yanaşma sizə təşkilatın səmərəli köməyinin olması ilə xoş təssüratların qoyub getmənizə şərait yaradır.
“BLC” kommersiya direktoru cənab Pol Bata
Hörmətli Pol
Yazıb sizə marketinq üzrə menecment vəzifəsindən azad olma qərarını bildirirəm. “Blc” şirkətində keçirdiyim 4 ildən demək olar ki, məmnunam, lakin hal-hazırda kommersiya direktoru vəzifəsinə özümü keçməyi hazır hesab edirəm. “Globe Metro”da işləmək mənə beynəlxalq təcrübə əldə etmək imkanı verə bilər.
Müqaviləmdə qeyd edildiyi kimi işdən azad olmaq məlumatını 3 ay qabaq verməliyəm. Lakin, sizdən xahiş edirəm əgər mümkündürsə yeni işimə Amerika Birləşmiş Ştatlarda konfranslarda iştirak etmək üçün 14 iyun tarixində çıxmağa icazə verəsiniz.
Əvəzçimə yerinə yetiriləcək birinci növbəti layihələrin və tövsiyələrin siyahısını tərtib etmişəm. Hesab edirəm ki, bütün yazdıqlarımı 7 həftə ərzində uğurla yerinə yetirmək olar. Buna baxmayaraq əgər ehtiyac varsa işdən sonra birinci növbəli məsələlərə baxmaqdan ötrü “BLC”-yə gələ bilərəm, əlbəttə ki bütün meydana gələn suallara cavab almaq üçün mənə hər zaman yığa bilərsiniz.
Mən göstərdiyiniz dəyərsiz köməyə, rəhbərliyimizə və dəstəyə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Mənə hər zaman təhsil almaq imkanı verdiyinizi, mənə qarşı həmişə loyal davrandığınızı yüksək qiymətləndirirəm.
Hesab edirəm ki, “BLC”-nin inkişafına xüsusən də brendinq və elektron marketinqə ləyaqətli yatırımlar etmişəm.
Sonda mənim əvəzimə işçi götürməkdə köməyimə ehtiyacınız varsa, sizə böyük məmnumiyyətlə kömək edə bilərəm. Mənim geniş iş öhdəliklərimə daxil olan işin mükəmməl təsvirini vermişəm.
Xoş arzularla Səmimiyyətlə
(Hörmətlə) sizin
Terrens Xoyt
Dostları ilə paylaş: |