Məsələlərin qoyuluşu
Yeni işin başlanması yeni məqsədlərin əldə edilməsi deməkdir. Bu həm də gələcək perspektivlərin işlənib hazırlanmasıdır.
Nəticə etibarilə təşkilata daxil olduğunuz zaman sizi ora gətirən amilləri beyninizdən çıxartmayın. Hansı yeni perspektivlərə ümid edirdiniz? Hansı bilikləri və ya keyfiyyətləri mənimsəmək istərdiniz? Sizin hazırkı məqsədiniz- bütün bunları reallaşdırmaqdır.
Sizin funksional öhdəliklərinizi genişləndirmək üçün bütün maneələri dəf etməkdən ötrü mədəni və nəzarətlə özünüzü ifadə edin.
Hazırkı tələblərinizi təmin edən yeni işinizlə bərabər siz gələcək karyeranızla bağlı planlar da qura bilərsiniz.
Şirkətə uyğunlaşdıqca bu şirkətin mədəniyyətinə həqiqətdə nə dərəcədə uyğun olub olmamağınız sizə aydın olacaq. Əgər bu sizə uyğundursa cəlbedici imkanlar verən şirkətin daxilində öz karyeranızı qura bilərsiniz. Əgər mədəni uyğunluq yoxdursa belə, vəzifəniz hüdudlarında imkanlarınızın genişlənməsinə və yüksəlişə nail olmaq üçün nə etməli olduğunuzu müəyyən etməyə çalışın. Yeni işə keçmə halı baş verərsə gələcək işəgötürəndə sizin qabiliyyətlərinizin qəbul və inkişaf etdirilmə təssüratını yaratmaq ehtiyac olacaq.
Yeni işə başlamazdan qabaq təcili, orta təcili və uzunmüddətli məqsədlərinizi yazmaq da məsləhətdir. Üç aydan sonra geri dönüb yazdığınız məqsədlərə nail olub olmamağınızı yoxlayın. Əgər yazdığınıza nail olmamısınızsa, vəziyyəti öz xeyrinizə çevirməyə çalışın.
Dostları ilə paylaş: |