Bu kitab kimin üçün nəzərdə tutulub


Fəsil 3. EFFEKTİV İŞ AXTARIŞININ PLANLAŞDIRILMASI



Yüklə 1,1 Mb.
səhifə3/16
tarix19.03.2017
ölçüsü1,1 Mb.
#11995
1   2   3   4   5   6   7   8   9   ...   16

Fəsil 3. EFFEKTİV İŞ AXTARIŞININ PLANLAŞDIRILMASI
Sizin iş axtarışını planlaşdırmanız axtardığınız vəzifənin böyüklüyündən və müvafiq vakansiyaların əlçatan olmağından asılıdır. Sizin fəaliyyətlərinizə iş dəyişmə planını reallaşdırmağı istədiyiniz vaxt da təsir edə bilər. Əgər bunu tez etmək istəyirsinizsə bir neçə axtarış üsulunu birləşdirmək məntiqli olardı.
İş axtarışının müxtəlifliyi
Karyeranızın yüksəlməsi ilə aktiv olaraq məşğul olmaq qərarını verərək, yeni iş axtarma səyahətinə çıxdığınız zaman qarşınızda gedə biləcəyiniz bir neçə müxtəlif yol olacaqdır:


  • elan verilən vakansiyaya münasibətini bildirmək;

  • işədüzəltmə şirkətində qeydiyyatdan keçmək;

  • seçdiyiniz işəgötürənə müraciət etməyə təşəbbüs göstərmək.

Yuxarıda qeyd olunan yollar heç də bir-birinə zidd deyil və əgər siz iş axtarmağa ciddi şəkildə köklənmişsinizsə, o zaman əmək bazarına üç istiqamətdən hücuma keçmək olar. Lakin bu metodların ayrı-ayrılıqda tətbiqinin uğurlu olması vəzifənizin nə dərəcədə yüksək olmasından asılıdır:




  • kişik vəzifə vakansiyaları haqqında elanlar yerli qəzetlərdə verilir və seçimlə yerli işəgötürmə şirkətləri məşğul olur. Daha yüksək vəzifələr haqqında informasiya böyük ehtimalla böyük işəgötürmə şirkətlərinin əlinə düşəcək, vakansiya elanları isə iri reklam nəşrlərində yerləşdiriləcəkdir.

  • Rəhbər vəzifələrin əsas qaydası belədir: axtardığınız vəzifə nə qədər yüksək olarsa elanlara baxmaqla və işəgötürmə şirkətlərində qeydiyyata düşməklə onun tapılması ehtimalı bir o qədər az olacaqdır. Yüksək vəzifə haqqında informasiya “head-hunters” (beyin ovçuları) tipli şirkətlərdən və ya şəxsi əlaqələr və tövsiyyələrin nəticəsi olaraq əldə ediləcəkdir.

Bu yolların hər birində necə hərəkət edəcəyimizi daha sonra nəzərdən keçirəcəyik. “Elan edilmiş vakansiyalar” adlanan 8-ci hissədə elan edilmiş vakansiyalara effektiv olaraq münasibət bildirməyi; “İşəgötürmə şirkətlərindən maksimum faydanın götürülməsi” olan 10-cu hissədə “beyin ovçuları” şirkətlərinin diqqətini cəlb etmək və işəgötürmə şirkətlərinin xidmətlərindən istifadə edilməsi; “Özünə imkanlar yarat” və “Təşəbbüs müraciətləri” adlı 11-ci və 12-ci hissələrdə, fikirlər müəyyən etdiyiniz potensial işəgötürənə effektiv təşəbbüs müraciətinin köməkliyi ilə şəxsi imkanların yaradılması üzərində cəmləşir.


Lotereya
Arzuladığınız işi axtarmağa yola düşərkən yadda saxlayın ki, bu lotereyadır. İdarəetmə sahəsi üzrə elan edilən vakansiyaya 100-ə yaxın namizəd müraciət edə bilər. Bunlardan təxminən 12 nəfəri işədüzəltmə məsləhətçisi tərəfindən ilkin müsahibəyə dəvət ediləcəkdir. Daha sonra bunların arasından dörd və ya beş nəfər seçilir. Ən sonunda isə iki və ya üç nəfər yekun müsahibəyə dəvət edilir. İş təklifi isə yalnız bir namizədə təklif olunur.

Bu rəqəmlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, sizin ilkin müsahibəyə dəvət edilmə ehtimalınız səkkiz haldan biri ola bilər. Bu kifayət qədər böyük ehtimaldır. Belə olduğu halda ilkin mərhələdə işə müvafiq olaraq tərcümeyi-halınızı hazırlayarkən boş yerə vaxt sərf etmədiyinizi özünüzə xatırladın. Fikirlərinizi hələ 99 nəfər başqa namizədin olması üzərində cəmləşdirməyin və nəzəri olaraq nəticədə işin sizə təklif edilmə ehtimalı bir faizdir. Fikirlərinizi səkkizdən biri olma ehtimalı üzərində toplayın. İlk müsahibənni keçdikdən sonra növbəti mərhələyə-ikinci müsahibə üzərində fikirləşin. Burada sizin şansınız iki və ya üçdən bir olacaqdır.





İş axtarışının əsas mərhələləri
İş axtarmaq məqsədi ilə hansı yolu seçməyinizdən asılı olmayaraq ümumi olan əsas mərhələlər mövcuddur. Ambisiyalı namizədlər üçün bunların hər biri müəyyən məqsədlər daşıyır.
I mərhələ: Əmək bazarının tədqiqi
İlkin tədqiqat əvəzolunmaz olmaqla geniş diapazonda həyata keçirilə bilər. Siz doğru yolda olduğunuzdan əmin olmaq üçün məqsəd və bacarıqlarınızı tədqiq etməlisiniz. Buna birinci bölmə olan “Şəxsi imkanların dəyərləndirilməsi”ndə baxılmışdır. Sizə həmçinin əmək bazarını da dərk etmək lazımdır. İşəgötürənlər nə axtarır və siz onların tələblərinə necə cavab verəcəksiniz? Sizə uyğun olan vakansiyalar harada ola bilər? Bütün bunlara isə II bölmə olan “İşəgötürənin anlayışı” və V bölmə olan “Effektiv hazırlıq”da baxılmışdır.

Bu tədqiqatın nəticəsi isə elan edilmiş vakansiyaya uyğun, yaxşı hazırlanmış tərcümüyi-hal və ya təşəbbüs məktubu ola bilər. Bu sizin xidmətinizə ehtiyacın olub-olmadığını müəyyən etmək üçündür. Sizin yolunuzun nə olduğundan asılı olmayaraq bu tədqiqatın məqsədi sizin doğru istiqamətlənməyiniz və reallıqdır. Bu isə müvəffəqiyyət əldə etmək üçün böyük imkanlardır.


II mərhələ: Müsahibənin uğurlu keçməsi
Vakansiyalara münasibət bildirməyinizdən, öz bilik və bacarıqlarınızla işədüzəltmə şirkətlərini maraqlandırmağınızdan və ya seçilmiş işəgötürənə təşəbbüs məktubu yazmağınızdan asılı olmayaraq sizin əsas məqsədiniz şəxsi görüşə nail olmaqdır.

Mətbuatda elan verilmiş vakansiya üçün bu ilk müsahibə olacaqdır. İşədüzəltmə şirkətində isə tərcümeyi-halın təhlili və ilkin qiymətləndirmə olacaqdır. Təşəbbüs müraciətindən sonra sizin təcrübə və bacarıqlarınızın təşkilata necə fayda verməsi barədə müzakirə aparılmaq üçün görüşə dəvət edilməyiniz mümkündür. Bu müsahibəni uğurla keçmək üçün istifadə ediləcək alətlər nümunə üçün edilən zəng, tərcümeyi hal, doldurulmuş anket və ya müşaiyət məktubu ola bilər. Bütün bunları necə daha effektiv şəkildə həyata keçirməyə biz 6-cı bölmə olan “Marketinq materiallarınızın hazırlanması” və 12 bölmə olan “Təşəbbüs müraciəti”ndə baxılmışdır. Lakin qeyd etmək lazımdır ki, müşaiyət məktubu və və ya tərcümeyi hal hazırlanarkən, fikirlərin əsasən işəgötürmə mütəxəssisinin sizi müsahibəyə dəvət etməsi üçün maraq oyatmağı üzərində cəmləşdirməlisinə çalışmalısınız.Bu mərhələdə sizin əsas məqsədiniz işi əldə etmək deyil. Mümkündür ki, nəticədə sizə təklif ediləcək işdən imtina edəsiniz və ya ümumiyyətlə bu şirkətdə işləmək fikrindən daşınasınız. Hər halda siz seçim haqqınızın olmasını istərdiniz.


III mərhələ: Yekun müsahibənin uğurlu keçilməsi
Əgər sizi ilk müsahibəyə dəvət edilmisinizsə o zaman növbəti məqsədiniz ikinci müsahibənin uğurla keçilməsidir. Bəzən bu sonuncu seçim mərhələsi ola bilər. Lakin böyük ehtimalla ikinci mərhələdən sonra üçüncü və sonuncu müsahibənin gəlməsi mümkündür.

Yekun müsahibəyə gəlib çatmaq sizin iş təklifi almağınız üçün yaxşı imkan deməkdir. Çünki, bu mərhələdə siz artıq sona qalan iki və ya üç nəfərdən birisiniz.

Əvvəlki müsahibələrdə özünüzü necə göstərməyiniz şübhəsiz ki, son müsahibədəki nailiyyətinizdən asılı olacaqdır. Müsahibədən uğurla keçmək haqqında məsləhətələrə 13-cü bölmə olan “Müsahibədən keçmə təcrübəsi” və 14-cü bölmə olan “Müsahibədə tez-tez verilən suallar”da yer verilmişdir.
IV mərhələ: İş təklifinin alınması
Siz sonuncu mərhələdə uğur əldə etdikdən sonra və siz yekun müsahibəyə dəvət edildikdən sonra bunun da uğurla keçilməsi üçün əvvəl nümayiş etdirdiyiniz bacarıqları tətbiq edirsiniz. Bu mərhələdə işədüzəltmə mütəxəssisini bu vakansiyaya uyğun olduğunuzu əmin etməli, həmçinin bu işlə əlaqədar ruh yüksəkliyinizin olmasını qeyd etməlisiniz. Əgər nəticədə bu işi sizə təklif etsələr bu vəzifəni tutmaq üçün heç bir şübhələrə yer verməməlisiniz.

Bu o demək deyil ki, siz həqiqətən də bu təklifi alacağınız təqdirdə qəbul etməlisiniz. Daha sonra siz sakit şəkildə bu işin sizin üçün olduğunu təhlil edə bilərsiniz. Lakin müsahibə zamanı heç bir şübhəyə yer verməmək lazımdır!


İşə götürülmə prosesinin digər mümkün elementləri
Bəzi təşkilatlar namizədin vakant vəzifəyə uyğunluğuna dair obyektiv sübutlar əldə etmək üçün test və dəyərləndirmə daxil olmaqla onu əlavə mərhələlərdən keçirə bilər. Bu cür testlərlə praktiki idarəetmə bacarıqlarını və şəxsi keyfiyyətləri qiymətləndirmək olar. Bu mərhələləri keçmək üçün sizin məqsədiniz aydındır: bu iş üçün səriştəli olduğunuzu sübut etmək üçün bütün imkanlardan istifadə etmək.Test və qiymətləndirmələrin öhdəsindən necə gəlməyin yolları haqqında 15-ci fəsil olan “Testlərdən keçmə”də baxılmışdır.
İşlədiyiniz təqdirdə proseslərin idarə edilməsi
Yeni iş axtaran, lakin işləyən şəxslərin hal-hazırdakı işəgötürəninə hörmətlə yanaşması vacibdir. Bu axtarışlarınızı həyata keçirmək üçün iş vaxtından sui-istifadə etməmək deməkdir. İstənilən halda əgər siz axtarışlarınızın gizli qalmasını istəyirsinizsə, elan edilmiş vakansiyalara cavab olaraq tərcümeyi-halınızı göndərərkən indiki işəgötürənin elektron poçtundan istifadə edərkən diqqətli olmalısınız. Çünki, bir çox təşkilatlarda elektron poçtların yoxlanılması sistemləri vardır ki, onlar “karyera” və ya “iş” kimi terminlərin olduğu məktubların tapılmasını təmin edir. Belə məktublar avtomatik olaraq ələ keçirilir və oxunur.

Buna görə də ideal olaraq iş axtarışı ofis xaricindəki kompüterlərdən, ən yaxşısı isə evdən həyata keçirilməlidir.

Bundan başqa iş haqqında danışdığınız insanlarla münasibətdə də diqqətli olmalısınız.Yəqin ki, öz təbiətinizə uyğun olaraq kiminləsə öz fikirləriniz bölüşdümək istəyəcəksiniz, ancaq dedi-qodudan qaçmaq lazım gələcək. Bu haqda nə qədər az insan bilərsə bir o qədər yaxşı olar.
Dövlət sektorunun fərqi
İş yerini dəyişən bəzi insanlar özəl sektordan dövlət sektoruna və ya əksinə keçə bilərlər. Həqiqətdə isə belə hallar tez-tez baş verir. Son illər dövlət özəl sektorun, dövlət sektora aid bəzi sahələrində, xüsusi ilə səhiyyə və nəqliyyatda iştirakına şərait yaradır. Həmçinin eyni zamanda həm dövlət, həm də özəl sektor tərəfindən maliyyələşdirilən təşkilatların yaradılması artmaqdadır. Dövlət və özəl sektor arasında bu sərhədlərin aradan qalxması, daha çox insanın karyeralarının bəzi mərhələsini dövlət sektorunda davam etdirməsi mənasına gəlir. Bununla belə dövlət və özəl sektorda işə düzəlmə prosesi arasında bəzi fərqlər mövcuddur.
Özəl sektorda:


  • Tərcümeyi-haldan geniş istifadə olunması;

  • Təkbətək müsahibənin aparılmasına üstünlük verilməsi;

  • Formal tələblər olan, işləyənlərin cinsi və irqi mənsubiyyətinə daha az diqqət yetirilməsi.

Dövlət sektorunda:




  • Mütəmadi standatr anketlərdən istifadə olunması;

  • Panel (qrup şəklində) müsahibələrin aparılması;

  • Bərabər imkanlarla əlaqədar suallara üstünlük verilməsi.

Dövlət və özəl sektorla qarşılıqlı əlaqələrin davam etməsini nəzərə alsaq, dövlət sektorunda işə düzəlmənin geniş yayılacağını ehtimal etmək olar. Özəl sektorda işə düzəlmə prosesi ilə tanış olan insanlar bu fərqləri fərqlərin nə olduğunu başa düşməli və necə reaksiya verəcəklərindən əmin olmalıdırlar.


Ərizə-anketlər
İş axtaran insanlar işə düzəlmək üçün istifadə olunan anketlərə mənfi münasibət bəsləyirlər. Belə ki, dövlət sektorunda verilən bir vakansiya üçün göndərilən anketlərin 70% geri qayıtmamışdır. Bu o deməkdir ki, anket doldurmağa səy göstərməklə, daha qərarsız insanların bu fəaliyyətdən imtina etməsi ilə əlavə şans əldə etmiş olursunuz.

Anketlər, ixtisas və təcrübə ilə əlaqədar sulların cavablandırılmasının vacibliyi ilə əlaqədar ölçüləri hürküdücü (dörd səhifəyə qədər) ola bilər. Düşünməyin ki, siz suallardan yan keçə bilər və sizin anketiniz mütləq ciddi qəbul ediləcəkdir. Anket suallarına bacarıldığı qədər geniş cavab vermək lazımdır.

Anketlərin effektiv doldurulması üsullarını 6-cı bölmə olan “Sizin marketinq materiallarının hazırlanması”nda nəzərdən keçirəcəyik.
Panel müsahibə
Dövlət sektorunda panel müsahibənin keçirilməsi təcrübəsi geniş yayılmışdır. Burada qərar seçim komitəsi tərəfindən verilir. Sizinlə üç və daha çox, bəzən isə iyirmi nəfərdən ibarət qrup müsahibə götürə bilər. Bu qrupun rəhəbəri olmalı, sualı isə oradakı istənilən şəxs verə bilər. Buna görə də müsahibəyə gələrkən seçim qrupunda kimlərin olduğunu dəqiq öyrənmək lazımdır. Cavabınızı ilk növbədə sualı verən şəxsə yönəldin, lakin gözlərinizlə qrupun digər üzvləri ilə əlaqə qurmağa çalışın. İmkan daxilində bütün iştirakçılarla emosional əlaqə qurmağa cəhd göstərin.

Müsahibə aparanların hansınınsa vacib şəxs olduğunu ağlınıza gətirməyin. Namizədlər üçün belə qruplarda oturan qadınlara və ya sual verməyən, şərh etməyən şəxslərə əhəmiyyət verməmək səciyyəvi haldır. Bu böyük bir səhvdir. Çünki, məhz onlar təyinat qərarına verilməsinə təsir edən şəxlər ola bilər. Buna görə də siz heç olmazsa göz əlaqəsi vasitəsi ilə onların hər biri ilə ünsiyyət qurmağa çalışmalısınız.

Digər tərəfdən bu cür panel sessiyalarının müsahibə edilən şəxs baxımından xoşagəlməz olacağına da hazır olmaq lazımdır. Bəzi hallarda namizəd formal olsa belə müsahibə komissiyasının sədrini salamlamağa layiq görmür. Lakin bu sizin fikrinizi yayındırmamalıdır. Müsahibə aparan qrupun bir çox insandan ibarət olduğunu nəzərə alsaq, adətən dövlət sektoruna aid təşkilatlar namizədlərin müsahibəyə eyni gündə gəlmələrini tələb edir. O zaman siz kabinetə daxil olarkən və ya çıxarkən digər namizədlərlə qarşılaşa bilərsiniz. Axşam isə müsahibədən qabaq seçim qrupu ilə şam yeməyi təşkil edilə bilər ki, burada namizədlər daha çox qrup üzvləri ilə söhbət imkanı əldə etmək üçün öz yerlərini dəyişdirə bilərlər.
Bərabər imkanlar problemi
Dövlət sektoruna aid təşkilatlarında seçim prosesində daha çox bərabər imkanlar prinsipinə riayət etmək tendensiyasına diqqət yetirirlər. Bu qismən dövlət sektoru mədəniyyətini və qanunvericiliyin nəticəsini əks etdirir. Məsələn, İrqi Münasibətlər Haqqında Qanuna görə dövlət təşkilatları irqi bərabərliyi stimullaşdırmaq məqsədi ilə tədbirlər keçirməlidir.

Nəticədə sizdən işə qəbul olmaq üçün anketdən əlavə xüsusi olaraq azlıqlar üçün nəzərdə tutulan formanın doldurulması xahiş edilə bilər. Bu forma özündə cinsiniz, işə düzəlməyinizi məhdudlaşdıra biləcək fiziki və ya psixi çatışmamazlıqlar və irqi mənsubiyyətiniz haqqında informasiyanı əks etdirir. Hərçənd ki, belə məlumatın toplanması qanuni tələb olmasa da, onu doldurmaqla özünüzə heç bir zərər vurmayacaqsınız. İşəgötürən isə işə qəbul ediləcək insanların, müxtəliflik standartı baxımından təşkilata uyğunluğunu qiymətləndiməyə imkan verəcək informasiya ilə təmin olacaqdır. Sorğu təşkilatın istəyi əsasında tərtib edilir. Lakin toplanmış məlumatlar, təşkilatın həqiqətən də cəmiyyətin müxtəlif qruplarından olan insanların cəlb etdiyini müəyyən etməyə kömək edir.

Bərabər imkanlar prinsipi ona görə yaradımışdır ki, işə uyğun olan şəxsin onu əldə etməsi təmin edilmiş olsun. Bax buna görə də anketin dəqiq doldurulması vacibdir. Obyektivliyin təmin edilməsi üçün işə götürmə prosesində namziədlər anketdə əks olunmuş ixtisas xarekteristikasına əsasən (bu özündə 30-40 elementi birləşdirə bilər) seçilir.

Tərcümeyi-halında (rezyume) maksimal olaraq öz yaradıcılığını sərbəst ifadə edən insanlar dövlət sektoru metodikasını həddindən artıq bürokratik və imkanları məhdudlaşdıran hesab edə bilərlər. Bununla belə unutmayın ki, bu metodun əsas məqsədi bütün namizədlər üçün şərtlərin eyniləşdirilməsi, onların müəyyən edilmiş kriteriyalara və eyni əsaslarla müqayisə edilməsidir ki, bu da metodun tərəfdarları tərəfindən dəqiq və ədalətli hesab edilir. Siz onların qaydaları ilə oynamalısınız.


Dövlət sektoruna işə düzələrkən şansınızın yüksəlməsi

Belə səhvlər buraxmaq olmaz. Brifinq-paketdə çoxlu sayda informasiya mövcuddur. Birincisi bu informasiyadan işin sizə uyğun olub olmadığını bilmək, ikincisi isə ərizə formasını doldurulmasında köməkçi vasitə olaraq istifadə edə bilərsiniz. Bu paketlərin növləri sadə surətlərdən tutmuş rəngli broşurlara qədər müxtəlif ola bilər. Bununla belə onların bir çoxunda aşağıdakı informasiyalar ola bilər:




  • İşəgötürən təşkilatın illik hesabatı;

  • Təşkilatın missiyası və gələcək planları;

  • Təşkilatın strukturu;

  • İşin təfsilatı ilə təsvir edilməsi;

  • Vəzifə üçün tələb olunan şəxsi xasiyyətnamə;

  • Namizədin tabe olacağı şəxsdən məktubun alınması;

  • Əmək haqqının strukturu;

  • Ərizə-anket

  • Ərizə-anketin doldurulma təlimatı.

Bu məlumat qızıl qiymətinə dəyərləndirilməlidir. Bu sizə vaxtınıza qənaət edərək təşkilat haqqında geniş məlumat verəcək, sizin bu işə uyğunluğunuz haqqında təsəvvür oyadacaq və müraciətinizdə hansı bilik və səciyyəvi xüsusiyyətlərinizi qeyd etməyinizə kömək edəcəkdir. Siz bu məlumatı əldə etdikdən sonra ərizə-anketi doldurarkən namizədə olan tələblərin bütün aspektlərinə mükəmməl şəkildə toxuna biləcəksiniz.

Böyük Britaniyadakı Pricewaterhouse Coopers Şirkətinin Rəhbər İşçilərin Axtarışı və Seçimi şöbəsinin müdiri və partnyoru Hemiş Devidson, dövlət sektorunda aparıcı “beyin ovçusu” (head-hunter) və London metrosunun rəhbəri olan amerikalı Bob Kilini kəşf etmiş bir insan olaraq dövlət sektorunda işləməyə namizəd olanlar üçün ümumiləşdirici məsləhət verir: Dövlət sektoru özəl sektordan fərqli olaraq namizədlərdən daha ətraflı anket doldurulmasını gözləyir. Siəz hətta namizədlərə olan tələblər kriteriyası çərçivəsindən çıxmaq lazım gələcəkdir. Müşaiyət məktubunuzda bu vəzifədə niyə maraqlı olduğunuzu qeyd edin. “İki ölçülü”anket təqdim etməyə çalışmayın. Siz mənim sizi görməyim üçün “hərtərəfli” mütəxəssis təsiri bağışlamağa çalışmalısınız.
Mövsümi dəyişiklik
Əgər sizi işdən azad edirsə və ya işə götürən təşkilatı yenidən qurmağa başlamaqla vəzifəniz ixtisara gedirsə, bu zaman sizin iş axtarmaq üçün vaxta nəzarət etməməyiniz mümkündür. Ancaq buna imkan olsa belə gözləmək məsləhətdir ki, mövsümi dəyşmələrə uyğunlaşmaq mümkün olsun.

İliln müəyyən gərgin vaxtları var. Bahar fəsli və yayın əvvəli işə düzəlmənin aktiv vaxtıdır. Yayın qızğın çağında isə kəskin azalma baş verir. Növbəti gərgin vaxt payız ayında təsadüf edir ki, bu da bir qayda olaraq dekabr ayına qədər davam edir.

Bu cür dəyişmələr həm namizədlərdən, həm də ki, işə gğtürənlərdən asılıdır. Bir çox insanlar yeni iş axtarışlarına gündəlik qayğılardan uzaq və yay tətili imkanlarından istifadə edərək müxtəlif iş variantlarını gözdən keçirməklə həyata keçirirlər. Xoşbəxtlikdən şirkətlər məhz bu vaxtı işə götürmə intensivliyi tendensiyasına malik olurlar.

Əlbəttə ki, vakansiyalar ilin bütün vaxtlarında meydana çıxa bilər. Əgər siz iyul və ya avqust aylarında sizə ideal olan iş elanını nəzərdən keçirirsinizsə, sizin üçün yaxşı xəbər o olacaqdır ki, elanların sentyabr və ya oktyabr ayında verilməsi ilə müqayisədə cavablar gözlədiyinizdən də tez gələcəkdir. Çünki, siz cavab yazılacaq 100 nəfərdən biri deyil, hardasa 30 və ya 40 nəfərdən biri olacaqsınız. Belə olduğu halda lotereya sizə çıxa bilər.


Nəticələr


  • İş axtarışının effektiv olması üçün üsulların uyğunluğundan istifadə etmək lazımdır: elan edilmiş vakansiyalara bildirilən rəylər, işədüzəltmə şirkətləri vasitəsi ilə ərizələr, təşəbbüs müraciətləri və şəxsi əlaqələrdən istifadə.

  • Elanla əlaqədar müraciət edən şəxslərin sayından narahat olmayın.

  • İş axtarışının hər mərhələsində diqqətinizi növbəti mərhələyə keçmək üçün nə etmək lazım gəldiyinə yönəldin.

  • İş axtarışını hal-hazırdakı iş yerindən həyata keçirirsinizsə ehtiyatlı olun.

  • Əgər dövlət sektorunda işləmək üçün müraciət edirsinizsə onun xüsusiyyətlərinə diqqət yetirin.

  • Böyük ehtimalla dövlət sektorunda sizdən panel müsahibəsi keçmək üçün daha geniş anket doldurmaq tələb ediləcək və bu xüsusi ilə bərabər imkanlar haqqında suallarla müşaiyət olunacaqdır.

  • Dövlət sektorunda olan vakansiyaları özündə əks etdirən brifinq-paketi əldə etdiyinizdən əmin olun.

  • Əgər müsahibəyə dəvət olunma imkanını əldən vermək istəmirsinizsə anketi tam şəkildə doldurmalı, ixtisas və şəxsi keyfiyyətlərə nə dərəcədə yaxşı cavab verdiyinizi nümayiş etdirməlisiniz.

  • Panel müsahibədə iştirak edərkən komissiya üzvlərindən heç kimi əhəmiyyətsiz hesab etməyin.

  • Əmək bazarında mövsümi dəyişmələrdəki aktivlikdən daha yaxşı istifadə etmək üçün iş axtarışlarını yubatmaq üzərində də düşünün.


Fəsil 4. MÜSBƏT YANAŞMA
Yeni iş tapmaq üçün bəzi hallarda istədiyinizdən daha çox vaxt tələb oluna bilər. Əgər işlədiyiniz halda iş axtarırsınızsa bu məyusluqla nəticələnməyə bilər, çünki siz hələ işləyir və maaş alırsınız. Yalnız işləməyən şəxslər özündən əminlik və axtarış motivasiyası ilə əlaqədar psixoloji problemlerlə üz-üzə qalırlar.
İşdən çıxarılma
Ən çətin psixoloji problem işdən çıxarılan şəxslərdə olur. Mançestr Elm və Texnika İnstitutunun təşkilati psixologiya və sağlamlıq üzrə professoru Keri Kuperin sözlərinə görə insanlar işlərini hər hansı maliyyə böhranı və ya öz günahları ucbatından işdən azad edilmələrindən asılı olmayaraq əzab çəkirlər. “Bu insanlar özlərini atılmış kimi hesab edəcəklər. Hətta özlərinə bunları təlqin etsələr belə: Mən tək deyiləm və mənim kimi başqa azad olunanlar da var və ona görə də işlərimiz pis getmişdir.” Bu insanlar bütün bunlara görə psixoloji məsuliyyət hiss edəcəklər.

İşdən azad olma xəbəri insanlarda emosional hisslər oyada bilər. Bu xəbəri gözləməyən insanlar ilkin olaraq şok və hər hansı bir itki hissləri yaşayacaqlar. Daha sonra bəziləri sevinc hissləri ilə tam enerjili və nikbinliklə yeni iş axtarışlarına başlayacaqlar. Əgər işi tez tapsalar o zaman işlər əla gedəcək. Əks halda isə növbəti emosional şok yaşanmış olacaqdır. İş tapıb-tapmayacağını və işdən azad olunmağınıza görə verilən müavinətin nə vaxtsa bitəcəyini düşünməmək çox çətindir.


Bununla belə sizi doğru yolda tutacaq və “şok” effektini minimuma endirəcək bəzi şeylər vardır:



  • Özünüzə gündəlik qaydalar tərtib edin;

  • Bu kitabda qeyd olumuş strukturlaşdırılmış iş axtarışını həyata keçirin;

  • Müsbət əhval-ruhiyyədə qalmaq üçün istənilən psixoloji fəndlərdən istifadə etmək lazımdır.



Gündəlik qaydaların tərtib edilməsi
Gündəlik – sizin iş axtarışı prosesi üçün köməkçinizdir. Əgər hal-hazırda işləmirsinizsə o zaman daim təkrar olunan gündəlik fəaliyyətlər tərtib etmək lazımdır. Professor Kuper qeyd edir ki, “Gündəlik sizin normal iş gününüzün qaydaları kimi tərtib olunmalıdır. Əgər sizin işiniz saat 9-da başlayırdısa, siz azad olunduqdan sonra səhər tezdən oyanaraq iş axtarışına saat 9-dan başlamalısınız”.

Əlbəttə ki, siz rejiminizə müəyyən sərbəstlik də əlavə edə bilərsiniz. Birjada qeydiyyatdan keçmiş Böyük Britaniyanın iri şirkətlərindən birinin direktorunu gözlənilmədən işdən azad edirlər. O planlaşdırılmış ofis həyatına alışdığı üçün mütəxəssislərin məsləhəti ilə iş axtardığı müddətində xüsusi gündəlik tərtib etmişdir. Bazar ertəsindən cümə axşamına qədər əsas fəaliyyət olaraq iş axtarışı ilə məşğul olurdu. Cümə gününü o əlavə istirahət günü olaraq istifadə edir, normal istirahət günlərindən isə xüsusi həzz alırdı.

Gündəliyin tərtib edilməsinin üstünlüyü ondan ibarətdir ki, sizə inersiya ilə hərəkət etməyə kömək edir.

Əgər vaxtınızı mükəmməl idarə etsəniz, işsiz qaldığınız günlər tez keçib gedəcəkdir. İş axtarışı müddəti buna sərf etdiyiniz günlərlə mütənasib olmalıdır.

Gündəliyinizi tərtib etdikdən sonra iş axtarışı ilə məşğul olacağınız məkanı müəyyən edin. Bu kabinet, yataq otağı və ya qonaq otağının bir küncü, bir sözlə şəxsi ofisinizi yarada biləcəyiniz və axtarışlar la əlaqədar öz qeydlərinizi apara biləcəyiniz istənilən yer ola bilər. Lakin yaxşı olardı ki, digər ailə üzvləriniz sizə mane olmasın.
Strukturlaşdırılmış iş axtarışı prosesinə riayət etmə
Ola bilər ki, sizə iş axtarışlarına təkan verən amil azad olunmağınıza dair bildiriş olmuşdur. Bununla belə siz hal-hazırkı “ideal” işinizidən də yaxşı olan işi tapmaq üçün bütün imkanlarınızdan istifadə edə bilərisiniz. Lakin ola bilər ki, işdən azad olunma sizə karyera yüksəlişinə təkan vermək üçün səbəb olmuşdur.

Sizin iş axtarma səbəbləriniz bizim bu kitabda qeyd etdiyimiz əsas qaydaları dəyişmir. Əgər siz iş axtarışı nəticələrini yüksəltmək istəyirsinizsə strukturlaşdırılmış fəndlərdən istifadə etməyiniz vacibdir. I hissə olan “Şəxsi imkanların qiymətləndirilməsi”ndə qeyd etdiyimiz kimi bunları etmək lazımdır:




  • İş haqqında arzularınızı qeyd edin;

  • Öz güclü tərəflərinizi və bacarıqlarınızı qiymətləndirin;

  • Məqsədinizi dəqiqləşdirmək: hansı sahədə və necə işi əldə etmək istərdiniz?

Şərt deyil ki, siz bundan əvvəlki işinizin eynisini tapasınız. Əgər işlədiyiniz sahədə böhran əlamətləri varsa bir neçə ildən sonra siz yenidən işdən azad ola bilərsiniz.

Tələblərinizə cavab verən, arzu etdiyiniz iş və ya işləri müəyyən etdikdən sonra belə vakansiyaları tapmaq üçün bütün mənbələri tapdığınızdan əmin olun. Aşağıdakıları nəzərdən qaçırmayın:


  • VIII fəsil olan “Elan edilmiş vakansiyalar”da müzakirə edilən elan edilmiş vakansiyalar bölməsi;

  • X fəsil olan “İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi”ndə baxılan kadr agentlikləri;

  • XI fəsil olan “Özünüzə imkanların yaradılması” və XII fəsil olan “Təşəbbüs müraciətləri”ndə müzakirə edilən ixtisas imkanlarının müəyyən edilməsi.

Şəxsi imkanlardan maksimumun əldə edilməsi, bu prosesin və mümkün olan işi tapmaq üsullarının tərkib hissəsidir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin