Buraxiliş İŞİ Pirallahı yatağında qazılan quyularda baş verən təzahürlərin tədqiqi


Qazma alətinin qaldırılması zamanı qaz təzahürünün yaranması



Yüklə 0,49 Mb.
səhifə14/28
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#47689
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
1558428616960 ICMAL

2.2. Qazma alətinin qaldırılması zamanı qaz təzahürünün yaranması

Quyuların qazılması texnologiyasının əsas şərtlərindən biri də quyu lüləsinin nöqtələrində təzyiqlər bərabərliyinin təmin olunmasıdır. Bir sıra səbəblərdən verilən bərabərlik şərtinin pozulması quyunun dərinləşməsi zamanı quyu divarının uçması və tökülməsi, məhlulun udulması, lay flüidinin təzahürü və açıq təzahür və s. mürəkkəbləşmələrə səbəb olur.

Quyuda təzahür başladıqda təzyiqlərin bərabərliyinin təmin olunması çox mürəkkəbləşir. Baş vermiş təzahürün səbəb olduğu nəticələri aradan qaldırmaq üçün onun yaranma səbəbini, quyudakı izafi təzyiqin qiymətini, qoruyucu kəmərin yaranan izafi təzyiqə möhkəmliyini, qrifonun yaranma ehtimalını, quyuağzı avadanlıqların bu izafi təzyiqə davam gətirməsini müəyyənləşdirmək lazımdır.

Məlumdur ki, quyuya qaz diffuziya yolu ilə, qazlaşmış süxur hissəcikləri ilə, qazın təzyiqi quyudakı təzyiqdən çox olduqda və keçiriciliyi çox zəif olan laylardan sızmaqla, qaz ilə dolu kaha və kavernalara rast gəlinməsilə, quyudibi təzyiqin qazılan layın təzyiqlərindən az olduqda daxil olur. Yuxarıda göstərilmiş səbəblərdən quyuya daxil olmuş qazın məhluldan təmizlənməsinə fərdi yanaşmaq Iazımdır. Baş verən qaz təzahürünün çoxalaraq açıq fontan yaratmasının qarşısını almaq üçün təzahürün ilkin əlamətlərinə əvvəlcədən nəzarət etmək lazımdır. Laydan quyuya qazın daxil olmasının başlıca əlamətləri: quyudan qaz qabarcıqlarının çıxması, quyuda qazma məhlulu ilə yuma aparılarkən atqı xəttindəki təzyiqin azaldılması, quyuda yuma prosesi aparılmadığı zaman məhlulun öz-özünə hərəkəti, qazma zamanı qazımanın mexaniki sürətinin artmasının müşahidə olunması, nasosların qəbul çənlərində məhlulun həcminin artması və s. ibarətdir. Yuxarıda göstərilmiş əlamətlər müşahidə olunduqda qabaqlayıcı tədbirlərdən istifadə edilərək baş verən fontanın qarşısının alınması mümkün olur.

Lökbatan , Pirsaat, Puta və Pirallahı yataqlarında qazılan quyularda qazma kəməri qaldırılarkən bir qazma şamı quyudan qaldırıldıqdan sonra quyuda təzahür əlamətinin olması gözlənilmədən qazma kəməri içərisində qaz fontanı baş vermiş, gözlənilmədən başlayan fontan qazma borusunun içərisilə çox böyük təzyiqlə yuxarıya doğru hərəkət etməyə başlamış və bir az sonra lay süxurcuqları ilə qarışmış qazma məhlulu qazla birlikdə qazma kəmərinin içərisilə fontanı davam etdirməyə başlamışdır. Qısa müddət keçdikdən sonra borunun arxası ilə də güclü fontan başlamışdır. Quyudan gələn müxtəlif tərkibli süxur hissəciklərilə palçıq birləşərək buruğun daxilində və ətrafında çoxlu miqdarda yığılmışdır. Bir sıra hallarda bu cür fontanın baç verməsi quyu divarının kəmər vasitəsilə möhkəmləndirilməmiş intervalında uçmalar yaradaraq qazıma kəmərinin tutulması ilə nəticələnir. Quyu divarının uçması səbəbindən kəmər quyu lüləsində tutulur və qəzaya uğrayır, quyuda qazıma məhlulunun dövranının təmin olunması mümkün olmur. Bu növ qəza baş verən zaman quyudakı kəmər tutlmamış dərinlikdən ayrılıb (yiv birləşməsindən açılaraq və ya torped vasitəsilə qoparılaraq) yuxarı qaldırılır. Quyuda sement körpüsü yaradıldıqdan sonra quyu ikinci lülə vasitəsilə qazılmışdır. Gözlənilmədən qaz fontanının baş verməsi ətraflı tədqiq edilərək müəyyən olundu ki, quyunun lüləsi diametri 445 mm və diametri 127 mm olan qazıma borusu ilə rotor üsuluyla qazılmış və qazıma məhlulunun göstəriciləri layihə qiymətlərinə uyğun saxlanılmışdır. Qazıma alətini quyudan qaldırarkən qazın quyua daxil olmasısının əlamətləri müşahidə edilməmişdir. Quyuda qazıma işləri aparılarkən mexaniki sürət azaldığı üçün üç kürəli balta quyu ağzına qaldırılaraq yenisi ilə əvəz olunması üçün aləti qaldırarkən kəmərin quyu dibindən 84 m qaldırılmasından sonra gözlənilmədən quyuda qaz fontanı baş vermişdir. Quyudakı baltanın ətrafında çox möhkəm gil kiögəcinin yaranması nəticəsində kəmərin quyu dibindən qaldırılması zamanı “porşen” effekti nəticəsində boş olan quyu dibinə boruarxası fəzadan qazma məhlulu daxil olmur. Boş qalmış quyu dibi ancaq qazıma borusunun içindəki məhlulun hesabına dolur. Buna görə də qazıma borusunun içərisinin sürətlə boşalması baş verir. Bunun nəticəsində quyu dibi ilə birləşmiş kəmərin daxilindəki hidrostatik təzyiqin qiyməti azalır və qazıma baltasının aşağısında olan qazlı layın təzyiqindən bir neçə dəfə az olur.

Quyuda qəza və mürəkkəbləşmələrin yaranması zamanı qəfildən fontanın baş verməsinin ilkin əlamətlərinin təyininin çətinliyinə baxmayaraq bu cür təhlükəli hadisənin qarşısının alınması çox vacib məsələdir. Qaz fontanının baş vermə səbəbini mütəxəssislər qazıma kəmərini qaldırmamışdan qabaq quyudakı məhlulun sıxlığının qiymətinin layihədə nəzərdə tutulmuş qiymətindən az olması, qazıma alətinin quyudan qaldırılması zamanı boruarxası fəzanın məhlul ilə vaxtaşırı doldurulmaması və ya qazıma prosesində nəzərdə tutulmayan təzyiqi yüksək olan qaz layının açılmasıyla əlaqələndirirlər. Belə əlaqələndirmələr gözlənilmədən fontanın baş verməsi səbəbinin təhlil edilməsinə mane olmuşdur.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin