Buraxiliş İŞİ Pirallahı yatağında qazılan quyularda baş verən təzahürlərin tədqiqi


Qoruyucu kəmərin sementlənməsindən sonra kəmər arxasında baş verən təzahürlər



Yüklə 0,49 Mb.
səhifə15/28
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#47689
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
1558428616960 ICMAL

2.3. Qoruyucu kəmərin sementlənməsindən sonra kəmər arxasında baş verən təzahürlər

Neft-qaz yataqlarının işlənməsi çökmə süxurlarda aparıldığı üçün quyu lüləsi vasitəsilə kəsilərək keçilmiş dağ süxurlarının gil layları 79 %-ni, keçirici və şatlı süxurlar isə 21%-ni təşkil edir. Quyuların qazılmasında və onların möhkəmləndirilməsi zamanı çatlı və məsaməli süxurların hündürlüklərinin tam şəkildə öyrənilməməsi qazma prosesinin mürəkkəbləşməsinə səbəb olur. Nəzərə alınmalıdır ki, məsaməliliyi yüksək olan bir sıra süxurlarda qaz, neft və su toplanır. Keçiriciliyi pis olan süxurlarda isə məhsulların hərəkəti zəif olur, bir çox hallarda isə praktiki olaraq məhsulların hərəkəti mümkün olmur. Buna görə də quyu lüləsi ilə qazılmış süxurların bir hissəsindən quyunun lüləsinə qaz, neft və su daxil ola bilmir. Bir sıra neftli yataqlarda aparılmış tədqiqatların nəticəsinə əsasən müəyyən olunmuşdur ki, quyu lüləsi vasitəsilə qazılmış intervalın ancaq 10-15 %-dən lay məhsullarının quyu lüləsinə daxil olması mümkün olmuşdur.

Məlumdur ki, quyuların möhkəmləndirilməsi zamanı aparılan mürəkkəb proseslərdən biri də sementləmə prosesidir. Bu proses quru sementin seçilməsinə, hazırlanmasına, sement məhlulunun quyunun tələblərinə cavab verən göstəricilərinə uyğun seçilərək hazırlanmasına, kəmər arxasında qaldırılması ardıcıllığına əsaslanan proseslərdən ibarətdir. Kəmər arxasında qalan layların bir-birindən təcridi və qarşıda baş vermə ehtimalı olan mürəkkəbləşmələrin qarşısının alınması sementləmənin keyfiyyətindən asılıdır. Quyuların yüksək keyfiyyətdə sementlənməsi sement məhlulunun parametrlərindən, yəni məhlulun özlülüyündən, suvermə, tutuşma başlanğıcı vaxtı, sıxlıq və quyuya vurulan sement məhlulunun stabilliyinin təmin olunmasından asılı olaraq sementləmə işləri aparılan intervalların tələbatları təmin olunmalıdır.

Quyuların sementlənməsində kəmər arxasında qalan layların bir-birindən kifayət qədər yaxşı təcrid olunmaması nəticəsində quyuya vurulmuş sement məhlulunun vaxtından əvvəl tutuşması və kəmər içərisində qalması, quyuda neft və qaz təzahürlərini baş verməsi, qrifon yaranması və məhsuldar lay ilə sement daşının arasında tutuşmanın baş verməməsi nəticəsində mürəkkəbləşmələrin baş verməsi qazılan quyunun texniki səbəbdən ləğvinə səbəb olur.

Məlumdur ki, sementləmə prosesinə təsir edən təbii amillərlə yanaşı texniki-texnoloji amillərin də nəzərə alınması vacibdir. Texnoloji təsirlərin ətraflı öyrənilməməsi, sementləmə işləri başa çatdıqdan sonra kəmər arxasında təzyiqin yaranması və bu təzyiqin çoxalaraq qaz-neft-su təzahürlərinin baş verməsinə və az hallarda isə qrifonun yaranmasına səbəb olur.

Quyularda aparılan bəzi texnoloji proseslər zamanı quyu lüləsindəki məhlulun sıxlığından yaranan hidrostatiki təzyiqin qiyməti, alətin quyudan qaldırıb endirilməsi nəticəsində yaranmış hidrodinamik təzyiqin qiyməti qədər azalır və yaxud artır. Buna görə də quyularda təzahür və yaxud udulma baş verir. Hidrostatiki təzyiqin azalması nəticəsində yaranan mürəkkəbləşmənin qarşısının alınması üçün qazma məhlulunun sıxlığından yaranmış hidrostatiki təzyiqin qiyməti dərin quyularda 5-10 % və 1200 m-dən azlayihə dərinliyinə malik quyularda lay təzyiqindən 10-15 % çox saxlanılır. Bu isə qazımanın sürətinin azalmasına və məhlula sərf olunan xərclərin artımına səbəb olur. Bundan başqa mürəkkəbləşmənin baş verməsinin qarşısının alınması ilə yanaşı quyuda sementləmə aparılan zaman kəmər arxasında təzahür yaranmasının qarşısının alınmasına müsbət təsir göstərir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin