Buraxiliş İŞİ Pirallahı yatağında qazılan quyularda baş verən təzahürlərin tədqiqi


Quyuların qazılması zamanı yaranan qrifonlar



Yüklə 0,49 Mb.
səhifə18/28
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#47689
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
1558428616960 ICMAL

2.6. Quyuların qazılması zamanı yaranan qrifonlar

Neft və qaz quyularının qazılması zamanı quyu lüləsinin ətrafında və ya lülədən bir qədər kənarda qrifon yaranması zamanı neft, qaz, su və ya onların qarışıqları yer üzərinə çıxır. Qrifon yarandıqda əvvəla süxur qırıntılarını yerdən yuxarı atır, ilk olaraq maye çıxır və sonra külli miqdarda neft, qaz, su qarışığı çıxmağa başlayır. Zaman keçdikcə yaranan qrifonların bir hissəsi hərəkətini dayandırır, bir hissəsi isə hərəkətlərini artıraraq uzun müddət hərəkətlərini davam etdirir.

Palçıq vulkanı baş verən rayonda böyük olmayan kraterlərdən neft izi olan palçıqla yanaşı yer üzərinə qaz da çıxır. Palçıq vulkanı olan rayonlarda qazılan quyularda qrifonun baş verməsi ehtimalı daha çox olur. Çox təhlükəli mürəkkəbləşmələrdən biri olan qrifon yaranması daima nəzarət altında saxlanmalıdır. Qrifonun yaratdığı təhlükələrdən biri də quruda qazılmış quyuların qazma qurğusunun tamamilə uçularaq dağıdılmasına və üstündə qazıma qurğusu yerləşən dəniz hidrotexniki qurğularının svaylarının yan hissələrini yuyaraq qəzalı vəziyyətin yaranmasına səbəb olur. Daşkil yatağında qazılmış kəşfiyyat quyusunda şamların quyuya endirilməsi və qazma kəmərinə işlək borunun birləşdirilməsi başa çatandan sonra quyu lüləsində yuma prosesini aparmaq üçün buruqdan çıxan qazıma köməkçisi buruqdan aralıda yerləşən nasosların yox olduğunu qazmaçıya xəbər verdikdə müəyyən olunmuşdur ki, quyunun ətrafında intensiv baş vermiş maye-qaz təzahürü səbəbindən qrifon yaranması nəticəsində nasosxananın yerində diametri böyük “qıf” şəkilli su ilə dolu olan göl əmələ gəlmişdir. Qazma nasosları nasosxanadakı bütün avadanlıqlarla bir yerdə yerin altına getmişdir.

Müəyyən olunmuşdur ki, quyularda yaranan qrifonların əsas səbəbləri bunlardır: qazılmış quyu lüləsinin yataqdakı tektonik pozquntuların üstünə düşməsi və ya tektonik pozquntu xəttinə yaxın yerdən keçməsi, qoruyucu kəmərlərdə sementləmə işləri başa çatdıqdan sonra, quyu lüləsinin vulkan “qıfına” yaxın yerləşməsi, qoruyucu kəmərlərin quyuya endirilməsi zamanı endirildiyi intervaldakı süxurların mexaniki xassələrinin nəzərə alınmaması, qazma prosesi zamanı konduktor və yaxud texniki kəmərin qalınlıqlarının içərisindən yeyilməsi və süzgəc halına düşməsi, endirilən kəmərlərin layihədə nəzərdə tutulmuş dərinliyə çatdırılmaması və s.

Qoruyucu kəmərlərin sementlənməsində sement məhlulu tutuşaraq bərkidiyi zaman öz həcmini 2,5-3,0 % azaltdığı üçün qoruyucu kəmərin arxasındakı keçirici laylardan quyu divarı ilə sement daşı arasındakı aralıq məsafəyə neft, qaz və suyun daxil olması nəticəsində təzahür yaranır. Quyuların qazııması təcrübəsi göstərir ki, quyuya buraxılan kəmərlərdə sementləmə işləri başa çatdıqdan sonra, quyuların 43,4 %-də kəmərarxasında təzahür baş verir. Quyuda sementləmə işləri başa çatdıqdan 4-5 saat sonra qazma məhlulunun kəmər arxasında öz-özünə hərəkəti baş verir. Boruarxası fəzada izafi təzyiq yaranır. Qoruyucu kəmərlərdə sementləmə işləri başa çatdıqdan sonra kəmər arxasındakı təzyiq qiymətinin dəyişməsinin orta qiymətini aparılan təcrübələrə əsasən aşağıdakı ifadəylə təyin etmək olar:

=0,0036 h

Burada, sementləmə işləri başa çatdıqdan sonra yaranan kəmərarxası təzyiq, MPa, h- sement məhlulunun kəmər arxasında qaldırılma hündürlüyüdür.





Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin