III FƏSİL. QUYUDA BAŞ VERƏN TƏZAHÜRLƏRİN ARADAN QALDIRILMASI
3.1. Quyu lüləsində neft hövzəsi yaratdıqda baş verən təzahürlər
Neft və qaz quyularının qazılması zamanı bir sıra hallarda quyu lüləsində qazma kəmərinin tutularaq qəzaya uğraması baş verir. Baş vermiş qəzanın aradan qaldırılması üçün qəza səbəbindən asılı olaraq quyunun lüləsində turşu və ya tərkibinə müxtəlif maddələr (SAM, kaustik soda) qatılmış neft hövzəsindən istifadə edilir. Qazımza zamanı istifadə edilən məhlulun sıxlığı neft hövzəsinin yaradılmasında istifadə edilən məhlulun sıxlığından çox olduğu üçün quyu lüləsində qaz, neft və su fontanı və təzahürləri baş verir. Təzahür baş verdikdə onun qarşısının alınmaması quyu daxilində yanma ilə müşahidə edilən açıq fontana səbəb olur. Bir sıra hallarda isə quyu divarının uçması nəticəsində baş vermiş qəza daha çox mürəkkəbləşməyə səbəb olur.
Quyu daxilində hövzənin yaradılmasına görə hesabat işlərinin aparılması zamanı qabaqcadan kəmərin tutulma dərinliyinin elektrik ölçü işlərinin görülməsi ilə təyini, quyunun ağzında izafi təzyiqin qiymətinin sabit saxlanması, neftin sıxlığı, hövzə yaradılarkən yaranmış təzyiqin maksimum qiyməti və proses zamanı gözlənilən fontan və təzahürün yaranmasına əsas səbəb olan hidrostatik təzyiqin maxsimum azalması nəzərə alınmalıdır.
Tutulmuş qazma kəmərinin azad olunması üçün lazım olan neft əsaslı məhlulun həcmi aşağıdakı ifadə ilə hesablanır:
= [( - ) + ] (3.1)
Burada -quyunun diametri, m; -qazma borusunun xarici diametri, m; -kəmərin tutulmuş ntervalına qaldırılmış neft hövzəsinin hündürlüyü, m; = - qazıma kəmərinin daxilində əlavə saxlanılan neft sütununun hündürlüyüdür, m.
Quyunun boruarxası fəzasının həcmi
= [( - )H] (3.2)
Burada H-quyunun dərinliyi, m. olduqda quyu daxilində hidrostatiki təzyiqin azalması maksimal olur ki, bu zaman quyunun lülələrində fontan və ya təzahür baş verir.
Quyu daxilində aparılan neft hövzəsi prosesi zamanı hidrostatik təzyiqin azalmasının maxsimum qiyməti aşağıdakı ifadə ilə hesablanır:
=0,1[H -( + )( - ) (3.3)
Burada = - kəmərin daxilində 25 əlavə təzyiq yaradılması üçün saxlanılan neft ilə bir yerdə olan neftin quyunun boruarxası fəzasında tutduğu hündürlükdür; qazıma məhlulunun sıxlığı; neft məhlulunun sıxlığı.
Şəkil 1. Quyuda neft hövzəsinin sxemi
Quyu daxilində təzahür baş verən zaman quyu ağzında olan preventorun flaşkaları bağlanır və quyunun boruarxası fəzasına əks təzyiq yaradılmaqla quyu daxilində yuma prosesi davam etdirilir.
Şəkil 2. Plaşkalı preventor PP-280x35
Dostları ilə paylaş: |