Buraxiliş İŞİ Pirallahı yatağında qazılan quyularda baş verən təzahürlərin tədqiqi


Quyuların qazılması zamanı yaranan qrifonların aradan qaldırılması



Yüklə 0,49 Mb.
səhifə20/28
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#47689
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
1558428616960 ICMAL

3.2. Quyuların qazılması zamanı yaranan qrifonların aradan qaldırılması

Quyuların qazılması zamanı yaranmış qrifonların qarşısının alınması üçün qazma zamanı aşağıdakı qaydalara əməl edilməlidir:

-quyuda sementləmə işləri başa çatan kimi quyunun boruarxası fəzasından sement məhlulunun öz-özünə axımının qarşısının alınması üçün boruarxası fəzada quraşdırılmış avadanlıq bağlanılmalı və boruarxası fəza 36-48 saat ərzində təzyiq altında bağlı vəziyyətdə saxlanılmalıdır. Izafi təzyiqin qiymətinin zaman keçdikcə azalaraq atqı xəttindəki manometrdə “0” olduqdan sonra quyunun ağzı açılmalıdır;

-quyuya endirilmiş konduktor və qoruyucu kəmərlərin tutulması səbəbindən layihədə nəzərdə tutulmuş dərinliklərdən yuxarıda qalmasının qarşısının alınması üçün quyu lüləsinə kəmər endirilməmişdən əvvəl açıq lülə kəmərin aşağısında yığılan diametrləri quyu diametrindən 3-4 mm kiçik olan 2 ədəd genişləndiricilərlə ülgülənməlidir, ülgülənmə zamanı kəmərin quyu lüləsinə oturması baş verərsə quyu lüləsində təkrar işləmə aparmalı və məhlulun parametrləri texniki tapşırıqdakı kimi saxlanmalıdır;

-qaz-kondensat yataqlarının istismarında istismar rejimini elə seçmək lazımdır ki, istismar kəmərinin daxili ilə qalxan lay məhsulunun içərisindəki qum hissəcikləri və qırıntıların kritik sürəti istismar kəmərinin içərisinin yeyilməsi sürətindən kiçik olsun və ya qum hissəciklərinin laydan quyuya gəlməsinin qarşısı alınsın.

-quyuların qazılmasında təzahür baş verən zaman quyudakı təzyiq qrifon yaranma həddinə çatarsa siyirtmələr açılaraq qəza xətti vasitəsi ilə lay məhsulu quyudan kənara yönləndirilməlidir.

Quyunun ətrafında yaranan qrifon konduktor və yaxud qoruyucu kəmərin arxasında yerləşən layların hidravliki yarılması nəticəsində yer üzərinə çıxır. Qrifonu yaradan təzyiq qaz quyularında hidravlik yarılma təzyiqinə uyğun gəlir:

=αH; H= (3.4)

Burada, H-quyuya endirilmiş konduktor və yaxud qoruyucu kəmərin qrifon yaranmasına qarşı olan endirilmə dərinliyidir, m; -hermetikləşdirilmiş quyuda H dərinlikdə lay məhsulunun təsrindən yaranan maksimum təzyiq, ; α=0,2(təxminən lay qazları üçün)- layların hidravliki yarılma təzyiqinin qradiyentidir, 1 m-də .

Quyuya endirilən kəmərlərin hermetikliyinin təmin edilməsi və quyuda yaranan təzahür nəticəsində qrifon yaranmasının qarşısının alınması üçün aşağıdakı bir sıra tədbirlərin görülməsi tələb edilir:

-qazma kəmərinin protektor həlqələri ilə təmin olunması;

-qazma kəməridəki əyilmiş borular yeni borularla əvəz olunmalı;

-qüllənin mərkəzi oxu quyu mərkəzi ilə üsr-üstə düşməli;

-quyunun ağında rotor horizontal quraşdırılmalıdır;

Təzahür baş verən zaman quyunun boruarxası fəzasında yaranmış təzyiq qrifonu yaradan təzyiqdən ( ) böyük olduqda preventorda qəza xətti açılmaqla lay məhsulu kənara yönləndirilməlidir.

Qaz və qaz-kondensat quyularının istismarı zamanı hermetikliyin təmin olunması üçün istismar rejimi elə seçilməlidir ki, lay məhsulu ilə birlikdə laydan gələn qum və süxur hissəciklərinin sürəti minimal olsun və quyuya endirilmiş istismar kəmərləri borularının möhkəmliyə hesablanması zamanı qalıqlıqları aparılmış hesablamadı qalınlıqdan bir qədər çox götürülsün, istismar kəmərinin arxasında sement məhlulu quyunun ağzına qədər qaldırılsın.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin