2.4. Quyu lüləsində qazıma məhlulunun udulmasından sonra baş verən təzahür
Quyuda qazıma aparılması zamanı qazma məhlulunun udulması nəticəsində baş vermiş mürəkkəbləşmə quyu lüləsində uçulmalar yaradaraq məhlulun dövranının kəsilməsinə səbəb olmaqla yanaşı, qazma kəmərinin tutulmasına, uçulma dərinliyindən yuxarıdakı laylardan neft-qaz-su təzahürünün baş verməsinə və s. bir sıra mürəkkəbləşmələrin əmələ gəlməsinə səbəb olur. Müasir qazmada məhlul udulmasının qarşısının alınması üçün effektiv mübarizə üsulunun işlənilməsi vacib məsələdir. Qazılan quyu lüləsi və lay vahid hidrodinamik sistem hesab edilir. Bu səbəbdən də qazma məhlulunun udulmamasıüçün sistemin bütün nöqtələrində təzyiqlərin bərabərliyi təmin olunmalıdır. Bu bərabərliyin pozulması zamanı baş verən udulmanın məhsuldarlıq və sürəti yaranmış izafi təzyiqin qiymətindən, məhlulun parametrlərindən və udulma baş vermiş mühitdəki çatlar və məsamələrin ölçülərindən asılıdır.
Udulma baş verdikdə layın məsamə və kanallarının ölçülərinin təyini çox vacib məsələdir. Məlum olduğu kimi, quyudan gələn qazma məhlulunun daxilində müxtəlif ölçülü süxur hissəciklərinə rast gəlinir. Nov sistemində ölçüsü 3-6 mm olan ələk torlarının və bu ölçüdən böyük olan süxur hissəcikləri tordan keçməyərək kənara atılır. Ələk torlarında deşiklərin ölçüsü böyük olmadıqda 1 -da 100 dəlik mövcud olur. Buna görə də ələk torundan məhlul ilə birlikdə keçən qum və süxur hissəciklərinin ölçüsü 0,83 mm-dən artıq olmur. Quyuların qazılmasında istifadə edilən məhlulun içərisində qalan qum və qırıntıların 95%-nin ölçüsü 0.1 mm-dən kiçik , digər 5 %-i isə böyük ölçüdə olur. Layda hidravliki yarılma baş verən zaman udulma baş verməsinin səbəblərindən biri də yaranan çatlar və məsamələri böyük olan laylarda ölçüləri 0,1 mm-dən 1 mm-ə kimi olan kanallarda məhlulun içərisindəki qırıntılar bu kanalları bağlaya bilmir. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, qum daşlarının məsaməliliyi 300 d olduqda, kahalı əhəng daşlarındakı çatların eni isə 15 mm-dən böyük olduqda udulma baş verir.
Qazma zamanı quyu lüləsində daralmalar, uçma və tökülmə hadisələri baş verdikdə quyunun lüləsində təkrar işləmə aparılmaqla aradan qaldırılır. Aparılan təkrar işləmənin sürəti böyük olduqda quyudakı məhlul içərisində qum və qırıntıların miqdarının artması kəmərin aşağısında kipgəc yaranmasına və quyunun boruarxası fəzasında məhlulun orta sıxlığının artımına səbəb olur. Bu halda quyu lüləsində qazma məhlulunun udulması təhlükəsi yaranır.
Aparılan təcrübələr göstərir ki, qazma və ya qoruyucu kəmərlərin quyuya endirilməsi zamanı dərinliyin artması görə, daha doğrusu məhlul ilə kontakt sahəsinin çoxalması səbəbindən quyuda əmələ gələn hidrodinamik təzyiqin qiymətinin artımı quyuda açıq lülədəki çatlı laylarda hidravliki yarılmanın yaranmasına səbəb olur. Quyuda hidravliki yarılma baş verən zaman həlqəvi fəzada məhlulun dövranı kəsilir və boruarxası fəzada məhlulun dinamik səviyyəsi stabilləşir. Hidravliki yarılma nəticəsində quyuda baş vermiş udulmalar haqqında bir sıra işlər görülmüşdür.
Qoruyucu və yaxud qazma kəmərlərinin quyuya endirilməsi zamanı yaranmış hidrodinamik təzyiqin qiyməti artaraq
> +ΔP>
olan zaman məhlulun udulması baş verir.
Burada, quyunun boruarxası fəzasında məhlulun dövranını təmin edən zaman yaranan hidravliki təzyiq itkisidir.
Dostları ilə paylaş: |