Buraxiliş İŞİ Pirallahı yatağında qazılan quyularda baş verən təzahürlərin tədqiqi


Maili quyular qazmaqla açıq neft-qaz fontanın aradan qaldırılması



Yüklə 0,49 Mb.
səhifə24/28
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#47689
1   ...   20   21   22   23   24   25   26   27   28
1558428616960 ICMAL

3.5. Maili quyular qazmaqla açıq neft-qaz fontanın aradan qaldırılması

Qazmada dərinlik intervalı artdıqca kəsilişdə anomal lay təzyiqlərinə rast gəlinməsi və qazma texnologiyasının pozulmasına görə quyularda qaz-neft fontanı baş verir. Baş vermiş fontanların çoxunda quyu ağzı avadanlığın yeyildiyi üçün sıradan çıxmasından sonra quyudan gələn qaz quyu ətrafındakı süxurlara daxil olur və quyu ağzında qrifon yaranmasına səbəb olur. Baş verən bu cür fontanın ləğvi üçün yeni qazılan quyu dibi maili qazılmalı və fontan verən quyunun dibinə yaxınlaşmalıdır. Qazılmış quyunun əyrilik göstəricilərin ölçən elektrik inklinometrləri ilə ölçü aparılan zaman etdiyi xətalar 1000-2000 m dərinlikdə qazılan quyunun dibinin hesablama zamanı nəzərdə tutlmuş nöqtədən 10-15 m kənarlaşmaya səbəb olur. Bu halda yeni qazılan açıq lülədə hidravlik yarılma aparılmaqla fontanla işləyən quyunun lüləsi ilə birləşilməsi mümkün olur. Birləşmək üçün qazılan quyu fontanla işləyən açıq quyu lüləsi ətrafında vintvari formada əyilərək qazılır.

Fontanla işləyən quyunun dibinə birləşərək ağırlaşdırılmış məhlul vurmaqla yaranmış təzahürün qarşısının alınması üçün yatağın iqlim şəraiti nəzərə alınmaqla iqtisadi cəhətdən qazılması üçün az xərc çəkilən çoxlüləli quyular daha səmərəli olar. Qazılması nəzərdə tutulmuş bu növ quyuların yuxarısının konstruksiyası qazma işləri aparılan yatağın texniki və geoloji tələblərinə uyğun seçilir.(Şəkil 6)



Şəkil 8. Fontan əleyhinə qazılan quyunun vintvari lüləsinin sonu

Qazılmış əsas quyu lüləsinin fontan edən lüləyə yaxınlaşan və maksimal əyrilik yığılan intervalının möhkəmləndirilməsi üçün endirilmiş qoruyucu kəmərin dərinliyi və diametri elə seçilməlidir ki, şaxələnmiş lülələri qazmaq üçün tələb edilən əyrilik intensivliyinin yığılması mümkün olsun, sərtliyi yüksək olan QKAH bu intervaldan sərbəst keçsin və fontanın söndürülməsi üçün lazım olan qazma məhlulu yüksək məhsuldarlıqla vurulsun.

Fontanın qarşısının alınması üçün qazılmış çoxlüləli quyunun profili elə layihə edilməlidir ki, fontanla işləyən quyunun dibinə enmək mümkün olsun və ya qazılan quyunun əyriliyi yığılan, lüləsi şaquli, əyriliyi çox intensiv yığılan və maili düz intervallardan ibarət olur. Qazılmış lülələrdən biri fontan vuran lüləyə düşmədiyi halda həmin lülə sement körpüsü ilə möhkəmləndirilir və təcrid edilməsi üçün çəkilmiş inklinoqram xəritəsinə uyğun olaraq növbəti şaxələnən quyu qazılır.

Müşahidələrə əsasən müəyyən olunmuşdur ki, yüksək lay təzyiqli və keçiriciliyə malik laylardan çıxaraq quyunun ağzında yanma ilə müşahidə edilən açıq neft-qaz fontanı yarandığı zaman onun qarşısının alınması mümkün olmadığı halda o, müəyyən zaman ərzində öz fəaliyyətini davam etdirir.




Şəkil 9. Fontan əleyhinə çoxlüləli quyu

Açıq neft-qaz fontanı qazma prosesində açıq quyu prosesində baş verərsə, onun fəaliyyəti çox az vaxtdan sonra öz-özünə dayanır. Əsas səbəb isə açıq quyu lüləsində çox yüksək dağ təzyiqinə malik süxurlara qazma zamanı hidrostatik təzyiqin təsirinin tamamilə azalması səbəbindən fontan edən vaxt həmin süxurların dağılıb parçalanması səbəbindən açıq quyu lüləsində gil və müxtəlif möhkəmliyə malik süxurlar qarışığından ibarət yaratmış olduqları kipgəcin əmələ gəlməsidir.

Qoruyucu və ya istismar kəməri ilə quyu lüləsi möhkəmləndirilərək sementlənmiş olduğu halda quyuda açıq neft-qaz fontanı yarandıqda fəaliyyəti uzun müddətli olur. Bu zaman quyuda yaranmış açıq neft-qaz fontanı quyuda olan kəmərin xarici təzyiqin təsirindən əzilərək dağılması və fontan yaranmasına səbəb olan horizontun dağılıb parçalanması səbəbindən lülədə yaranan kipgəcə görə açıq fontan öz-özünə dayanır.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin