Nəticə və təkliflər
1)Quyuda təzahür baş verən zaman təzyiqi azaltmaq məqsədi ilə atqı xəttindən məhlul kənarlaşdırılmamalıdır. Əks halda quyuya lay məhsullarının daxil olması çoxalır və bunun nəticəsində kəmər arxasında yarana izafi təzyiqin qiyməti artır.
Quyuda baş verən mürəkkəbləşmə ləğv edilən zaman hər 10-15 dəqiqədən bir sıxlığı yüksəldilmiş məhlulun kəmər arxası fəzada qalxma hündürlüyü hesabIanaraq, atqı xəttində yaradılmış əks təzyiq azaldılmalıdır.
2)Diffuziya baş verməsi nəticəsində yüksək qaz konsentrasiyalı qazma məhlulunun qazlaşdırılması prosesi quyuağzında preventor bağlanaraq aparılmalı və quyudan gələn məhlul nov sisteminə həmin preventorun işçi xətti ilə yönəldilməlidir.
3)Qazma prosesində quyu lüləsinə zəif keçiriciliyə malik qazlı laylardan diffuziya baş verməsi nəticəsində qazma məhlulunun daxilində yüksək qaz konsentrasiyası yaranmasının qarşısını almaq üçün quyudibində aparılan yuma prosesləri arasında uzunmüddətli fasilə yolverilməzdir.
Dostları ilə paylaş: |