Açıq yanma zamanı deformasiyaya uğrayan quyuağzı avadanlıqların yeni avadanlıqlarla əvəz edilməsi.
Quyudan açıq neft-qaz fontanın baş verməsi zamanı yaranmış yüksək temperaturun təsirindən quyu ağzındakı avadanlıqlar əriyərək sıradan çıxdıqda güclü yanğın səbəbindən quyuağzına yaxınlaşmaq mümkün olmadığı üçün onların quyu ağzında yerləşən kəmər başlığındakı flyansdan açmaq mümkün olmur.
Bu zaman quyuağzındakı flyansdan yuxarıda yerləşən avadanlıqlar quyudan kənarda yerləşdirilmiş topdan açılan snaryad atəşinin köməyi ilə kəsilərək kənara atılır və ondan sonra quyu ağzında yaranmış qaz yanğını turboreaktiv yanğın qurğusu və ya partlayışla yaradılan su pərdəsi vasitəsilə söndürüldükdən sonra şəkil 6-də göstərilmiş quyu ağzını bağlayan quruluş kran və bucurqadlar vasitəsilə kənardan quyu ağzına quraşdırılır.
Şəkil 6. Quyu ağzını bağlayan quruluşun sxemi: 1-qaldırıcı
qarmaq, 2-polad kanatdan ilmə, 3-plaşkalı preventor,
4-kar plaşkalı preventor, 5-üzərində siyirtmə olan xaçvari,
6-dartıcı kanat, 7-kəmər flyansı, 9-rolikli xomutdartıcı kanatlar
Verilmiş quruluşa malik olan qurğu quyu ağzında quraşdırılandan sonra qrifon və yanğının olmaması üçün xaşvarinin yan xəttlərindəki siyirtmələr açılır, quyudan gələn lay məhsulları isə ştuserlərdən çıxır və atmosferə atılır. Bağlayıcı quruluşun daxili ilə məcburi qazma kəməri açıq lülədə mümkün olduğu qədər dərinliyə endirildikdən sonra işlək vəziyyətdəki laya əks təzyiq göstərilərək məhlulun sıxlığının artırılmasıyla qaz fontanının qarşısı alınır.
Şəkil 7. Fontan edən quyuya təzyiq altında kəmərin endirilməsi: 1-kran, 2-əks
klapan, 3-hərəkət edən tutucu, 4-tərpənməz tutucu, 5-preventor, 6-keçirici
boru, 7-yüksək təzyiq siyirtməsi, 8-xaçvaridən kənara çıxan xətt,
9-yüksək təzyiqli siyirtmə, 10-rolik, 11-konduktor,
12-rolikləri saxlayan hərəkətsiz xomut, 13-bucurqad
Kəmərin ağzında hermetik birləşmə təmin olunduqda şəkil 7-də göstərilmiş qayda ilə təzyiq altında kompressor və ya qazma kəməri quyuya endirilir.
Dostları ilə paylaş: |