3.4. Quyuda baş vermiş açıq neft-qaz fontanının aradan qaldırılması üsulları
Quyuda neft və qaz fontanının başlanması şox təhlükəli hadisə olduğu üçün onun yaratdığı təhlükələr: quyuağzı avadanlığın əriyib sıradan çıxması, yaranan temperaturun təsirindən qazma qülləsinin tal sisteminin deformasiyaya uğrayaraq ölü uc istiqamətinə aşması, insan fəlakəti yaratması, qazma qurğusunun yanıb sıradan çıxması, məhsuldar layda olan neft və qaz ehtiyatlarının biosferə atılaraq ekologiyaya mənfi təsir göstərməklə yanaşı ətraf mühiti çirkləndirir və çox böyük sərmayə itkis və s. halları yaradır. Quyuda baş vermə ehtimalı olan çox təhlükəli neft-qaz fontanının ilkin yaranma əlamətləri: yuma prosesində quyudan çıxan məhlulda qaz qarışığının olması, yuma olmadıqda quyudan qazma məhlulunun öz-özünə axması, kəmər arxasında təzahürün baş verməsi, quyudan qazın ayrılması ilə qazma məhlulunun “qaynaması”, nasosların tutumlarında məhlulun həcminin artması və s. erkən tədqiq edilməlidir.
Şəkil 4. Açıq fontan zamanı qazma borusunun quraşdırılması
Təzahür baş verən zaman onun açıq neft-qaz fontanına keçməsinin qarşısının alınması üçün lülədə qazma kəmərinin olduğu halda quyunun ağzındakı preventor vasitəsilə quyu ağzı bağlanır, quyu lüləsinə laydan lay məhsulunun daxil olmasının qarşısı alınaraq quyuya sıxlığı məhlulun sıxlığından bir neçə dəfə az olan flüidin quyu lüləsi istiqamətində hərəkətini tam saxlamaq üçün quyua tələb edilən əkd təzyiqi yaratmaqla yuma zamanı quyudan çıxan məhlulun sıxlığı artırılır və yaranmış təzahürün sürəti azaldığı təqdirdə təcili olaraq quyu lüləsində mümkün dərinliyə qədər qazma kəməri endirilməlidir və sonra isə yuxarıdakı qaydayla neft-qaz fontanınınn qarşısı alınır.
Quyu ağzının hermetikləşdirilməsi mümkün olmazsa və quyunun lüləsindən açıq neft-qaz fontanı baş verərsə, işçilər təhlükəsiz yerə aparılır, quyunu cərəyan ilə təmin edən xətt güc xəttindən ayrılır, daxili yanma mühərrikləri söndürülür, buruq ətrafına nəqliyyatın gəlməsinə qadağa qoyulur, metal alətlərlə işləmək və siqaret çəkmək qadağan edilir. Açıq fontan baş verən quyuya yanğın söndürən maşınlar (dənizdə gəmilər) çağrılır. Baş vermiş açıq neft-qaz fontanın qarşısının alınması üçün xüsusi plan hazırlanır.
Şəkil 5. Yanğının su ilə söndürülməsi sxemi
Dostları ilə paylaş: |