3.3. Quyularda baş vermiş təzahürün aradan qaldırılması üsulları
Quyuda neft-qaz-su təzahürü baş verdikdə əvvəla onun ləğv olunması üsulu seçilir. Yaranmış təzahürün ləğv olunma üsulunun seçilməsi əsasən işçilərin bilik səviyyəsindən, qazma məhlulunun ehtiyat miqdarından və ağırlaşdırılma imkanı olan məhlulun miqdarından, baş vermiş təzahürün qarşısını almaq üçün olan avadanlıqların və qoruyucu kəmərin vəziyyətindən, təzahürün intensivliyindən və açıq lülədə baş verməsi gözlənilən mürəkkəbləşmədən asılıdır.
Hazırda təcrübədə təzahürün ləğv olunması zamanı iki üsuldan istifadə edilir: quyu dibində lay təzyiqinin və hidrostatik təzyiqin bərabər saxlanması və pilləli üsul.
Quyularda baş verən təzahürlərin ləğv edilməsi üçün bunları bilmək vacibdir:
Quyunun ağzında boruarxası fəzada buraxıla bilən təzyiq. Qoruyucu kəmərin hermetikliyinin yoxlandığı son sınaq təzyiqinin 80 %-dən artıq olmamalıdır:
Buradakı -qoruyucu kəmərin axırıncı sınaq təzyiqidir. Quyunun boruarxası fəzasındakı təzyiq quyunun açıq lüləsindəki layların yarılma təzyiqindən az olmalıdır:
Buradakı -açıq lülədəki layın lay təzyiqi; H-kəsilişdə olan zəif layın dərinliyi; ⍴-quyuda olan flüidin sıxlığıdır.
Quyuya axını baş verən flüidin növü (neft, qaz, su)
Qaz təzahürü intensiv şəkildə olduqda quyu ağzı möhkəmləndirilərək, hodravlik yarılma təhlükəsi olmadığı zaman quyunun dibində lay və hidrostatik təzyiqin bərabər saxlanması üsuluyla baş verən təzahürün ləğv olunmasında çoxlu miqdarda tutum və materialların olması tələb edilir.
Quyuların qazılması zamanı lay-quyu təzyiqləri bərabərliyinin stabil saxlanılması quyu lüləsində mürəkkəbləşmələrə səbəb olmadan qazma aparılmasını təmin edir.
Müasir qazmada qazılan quyunun dərinliyindən asılı olaraq hidrostatik təzyiqin qiymətinin lay təzyiqinin qiymətindən 5-15 % çox olması tələb edilir. Bu tələbin yerinə yetirilməsinə baxmayaraq, bir sıra hallarda daha doğrusu məhlulun parametrlərinin tələb edilən səviyyədə nizamlanmaması, quyunun boruarxası fəzası nəzərə alınmadan qazma kəmərinin böyük sürətlə qaldırılması, kəmərin qaldırılması zamanı boruarxası fəzası boş qalmış quyunun qazma məhluluyla doldurulmaması, qazma alətinin qaldırılması zamanı boruarxası fəzada “porşen” effektinin baş verməsinin nəzərə alınmaması, uzun nüddət boşdayanma halları olduqda diffuziya nəticəsində qaz qabarcıqlarının quyu lüləsinə daxil olması və s. hallar zamanı lülədə lay-quyu təzyiqlərinin bərabərliyi yaranır. Bərabərliyin pozulması zamanı bərpa olunması bir sıra hallarda neft-qaz-su təzahürlərinin baş verməsi, qoruyucu kəmərlərin əzilib sıradan çıxması, qrifon yaranması, quyu divarı uçduğu üçün qazma kəmərinin tutulması, məhlululun udulması bir sıra hallarda quyuların texniki səbəblərdən ləğv edilməsi ilə nəticələnir.
Bunun üçün bir sıra işlərin görülməsinə baxmayaraq, quyuda quyu-lay bərabərsizliyinin aradan qaldırılması zamanı bir neçə amilin nəzərə alınmaması çox böyük təhlükə doğuran açıq fontanların yaranması ilə nəticələnir.
Müəyyən olunmuşdur ki, quyuda maye dövranı təmin edilmədikdə quyunun boruarxası fəzasından məhlulun öz-özünə hərəkəti və ya quyuda məhlul dövranı olanda nasosların qəbul tutumlarında maye həcminin artması lay məhsulu quyu lüləsinə daxil olduğu üçün baş verir. Lay məhsulunun quyu lüləsinə daxil olduğu hiss edilən zaman quyuda aparılan yuma prosesi dayandırılaraq kəmərin yuxarı-aşağı hərəkətini təmin edən bir sıra tədbirlər görülməklə bərabər quyuağzındakı preventor bağlanır, qazma borusunun içindəki və boruarxası fəzada yaranan izafi təzyiq ölçülür. Qazma kəmərinin daxilində izafi təzyiq olarsa işlək borunun aşağı hissəsinə əks klapan bağlanır. Lay flüidinin laydan quyuya daxil olması zamanı onun miqdarının artmaması üçün boruarxası fəzadan məhlul kənara buraxılmamalıdır.
Boruarxası fəzada yaranmış izafi təzyiq preventorun işçi xətti üzərində yerləşən manometrlə ölçülür və qeyd edilir. Quyu lüləsinə lay məhsulunun daxil olmasının qarşısının alınması üçün preventorun drosselində quyudakı izafi təzyiq qədər təzyiq yaradılaraq yuma prosesi aparılmalıdır. Yuma prosesi zamanı qazma məhluluna lay məhsulunun qarışması səbəbindən sıxlığı azalmış və boruarxası fəzadan çıxan məhlul deqazatorda qazsızlaşdırıldıqdan sonra ağırlaşdırılır və yenidən quyuya vurulur. Yuma prosesi yüksək təzyiq altında aparıldıqda qəza baş verməsinin qarşısını almaq üçün qazma kəmərinin yuxarı-aşağı hərəkəti təmin edilməlidir. Quyuda təzahür baş verdikdə onun aradan qaldırılması işləri aşağıdakı ardıcıllıqla yerinə yetirilir: nov sisteminə preventordan yönəldilmiş işçi xəttidə yerləşən siyirtmə açılır, qazma borusunun daxili ilə nasos vasitəsilə ağırlaşdırılmış məhlul quyuya vurulur və lay məhsulunun laydan quyuya daxil olmasının qarşısını almaq üçün işçi xətt üzərindəki drossel vasitəsilə quyuda yuma aparılarkən boruarxası fəzada tələb edilən əks təzyiq yaradılır. Bu təzyiq prosesin əvvəlindəki bərabər saxlanılır. Boruarxası fəzada izafi təzyiqi ( ) saxlamaqla sıxlığı artırılmış məhlul ( quyuya vurulanda kəmər arxasındakı lay məhsulu ilə qarışmış qazma məhlulunun sıxlığı ( kiçik fasilələrlə ölçülür. Boruarxası fəzadan çıxan qazma məhlulunun boru arxasında qalxma hündürlüyü təyin edilməklə izafi təzyiqin qiyməti drosseldə azaldılır. Keçən vaxtdan asılı olaraq ağırlaşdırılmış məhlulun boruarxası fəzada qalxma hündürlüyü aşağıdakı ifadə ilə hesablanır:
buradakı Q- nasosun məhsuldarlığıdır, ; t- hesablama aparılan vaxt, dəq; D-quyunun diametridir, m; d-qazma borusunun xarici diametridir, m.
Quyuda təzahür baş verən zaman aşağıdakı tədbirlərin görülməsi zəruridir:
-quyuda təzahür baş verən zaman təzyiqin azaldılması məqsədilə qazma məhlulu işçi xəttindən kənara buraxılmamalıdır. Əks halda lay məhsullarının laydan quyuya gələn miqdarı artar, bu isə kəmər arxasındakı izafi təzyiqin artmasına səbəb olar.
-baş verən təzahürün ləğv edilməsi zamanı sıxlığı artırılmış qazma məhlulunun hər 10-15 dəqiqədən bir kəmər arxasındakı qalxma hündürlüyü hesablanaraq, hidrostatik təzyiqin artmış qiyməti qədər işçi xəttində yaradılmış əks təzyiq azaldılmalıdır.
Dostları ilə paylaş: |