Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   2   3   4   5   6   7   8   9   ...   14

 
Fəhlə qardaş, yavaş!  
Bir şeir oxuyum qulaq as. 
-Nə deyirəm, oxu!  
Mən də əlimi saxlayım bir az.  
Sanballı misraların varsa,  
Çəkicimin zərbəsindən  
Şerinin zərbəsi ağır olarsa,  
Buyur, söz sənindir!  
Çəkicimdən əzəl  
Misranı sən endir.  
Əgər elə misran yoxsa,  
Qardaş, incimə get!  
Nə özünü yor,  
Nə məni ləngit. 
 

                                                                                  
 
 
51
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
VİDA 
 
Nəvəsini dəzgahın arxasında qoyub, 
Təqaüdə çıxır qoca. 
Onun damağında qəlyan, 
Zavodun damağında uca 
boru tüstülənir. 
Hər ikisi də yanaşı, fikirli, 
Nə o danışır, nə bu dinir. 
Papiros çəkirlər, 
Papirosları tüstülənir. 
Qocanın alnında fıkirlər  
qırış-qırış. 
Zavodun daş barısı 
qaralmış. 
Zavod sakit, nəhəng, 
Qoca kövrək, tək. 
Dünyanın qoynu dolu: 
səslər, rənglər. 
Səssiz, sözsüz 
Vidalaşır nəhənglər. 
 

  
 
 
 
52
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
TABLO 
 
Sııdanlı şair dostum 
Ə1 Nəsr Taca ithaf edirəm. 
 
Rəssam bir əsər çəkib  
Elə təmiz, elə ağ;  
Bir göz də borc alıb bax.  
Rəssam baxır doymayır,  
Özü də valeh olub.  
Ağlığından göy çalan  
Qara ayaq qoyulub.  
Bir cüt ayaq izi var. 
Barmaqların yerində.  
Ulduz-ulduz yanır qar,  
Qucaqlayıb izləri  
Şölələr, parıltılar.  
Rənglər verib səs-səsə,  
Elə bil ki, deyirlər,  
Ona baxan hər kəsə:  
"İnsan ülvidir, təkdir.  
Hələ ayaq izi də  
Təbiətə bəzəkdir.  
Sanki mərmər bir ayaq,  
Burda, salıb itirib  
Bu aydın, ağ izləri,  
Əsərə ad qoyulub  
"Qəşəng ayaq izləri".  
Bər-bəzəkli adamlar  
Axışır axın-axın. 
Görən görməyənləri  
Çağırır: bura baxın...  

                                                                                  
 
 
53
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Paxıllığı tutan var  
O ayağa, o izə.  
Tamaşaçı əsərlə 
Gəlir durur üz-üzə.  
Neçə yol bəh-bəh deyir.  
Ona bir dəfə baxan  
Yüz yol baxmaq istəyir...  
Dünyanın işinə bax,  
Amma heç kəs düşünmür  
Qış, qar və yalın ayaq. 
 

  
 
 
 
54
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
KÜLƏKLƏR 
 
Daraq çəkir 
dalğalara, otlara.  
Qanad verir 
ünvansız buludlara  
Küləklər.  
Qopur, qopur 
hər quşun qanadından  
bir dalğa.  
Toplanıb tufan olur,  
Burulub tüğyan olur.  
Çarpışır düzlə, dağla  
Küləklər. 
 

                                                                                  
 
 
55
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
KOTANARXI 
 
Bu ad bir kənd adıdır,  
Bir qədim kəndin adı.  
Bu kənddə köç salanı  
Bir vaxt hamı qınadı.  
Deyirlər ki, dedilər:  
"Dəli olmusanmı sən...  
Orda sudan nişanə  
Kirpiyində görərsən".  
Axırı ki, bu kəndə 
Kotanla arx çəkdilər.  
Su da gəldi bir səhər.  
Gələn bu lilli suyun,  
Bu şirin dilli suyun  
Adı dillərə düşdü.  
Babalarım bu suyu  
Damcı-damcı bölüşdü.  
Nənəm, içməkdən ötrü  
Onu daşdan süzərdü.  
Bircə içim damınca  
Beş qonşunu gəzərdi,  
Bir hana ip düzərdi.  
İndi bir baxın barı,  
Artezyan bulaqları  
Pıçhapıç aşır-daşır.  
Nənəm də baxıb deyir:  
-Ay oğlum, ağlım çaşır,  
Qorxuram su qurtarsın.  
Gözüm sudan doymayır...  
Yazıq qarı əlindən  
Səhəngi heç qoymayır. 

  
 
 
 
56
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
MƏNİM FƏHLƏ DOSTLARIM 
 
Əlimi möhkəm sıxır  
Tunc kimi əzələli,  
Qabarlı bir dost əli.  
O əl iş arxasında,  
O əl sükan başında.  
O əl bilir qədrini  
İşin də, yoldaşın da.  
Onlar poladla birgə,  
Bişirirlər həyatı.  
Poladla bir bişmirmi  
Fəhlənin oxuduğu,  
Ruh oxşayan bayatı.  
Onların alın təri  
Damır poladın üstə.  
İnsan təri - sən ondan  
Nə istəyirsən istə.  
O tərdə bir zərrə var,  
İnsanın vüqarından,  
İnsanın namusundan,  
İnsan etibarından.  
O tərdə bir zərrə var  
Gənclikdən, ehtirasdan,  
Neçə mağardan, yasdan,  
Qışdan, payızdan, yazdan.  
Poladın mayasına  
Bu tər qarışır deyə  
Haqqı yoxdur poladın  
Zərbədən əyilməyə. 

                                                                                  
 
 
57
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ULDUZLAR VƏ ÜRƏK 
 
Ulduz, ulduzu çağırır 
Göyün gen sinəsində. 
Mən isə bir lampanın 
altında oturmuşam. 
Pərvanələr uçuşur 
başının dövrəsində. 
Elə bil ki, mənəmmiş 
sizin gəzdiyiniz şam. 
Axı, siz həssassınız,  
anlayıram, qanıram. 
Yaxşı bilmisiniz ki, 
Yaradıram yanıram. 
 

  
 
 
 
58
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
DANIŞ, XƏZƏRİM, DANIŞ... 
 
Sən ötən əsrlərin  
Şahidisən, səsisən.  
Sən Vətən torpağının  
Söz dolu sinəsisən!  
Qabarırsan, enirsən,  
Aram-aram dinirsən;  
Danış Xəzərim, danış.  
Bəlkə xalqın göz yaşı  
Axdıqca damla-damla,  
Yığmısan, saxlamısan  
Hörmətlə, ehtiramla.  
Bəlkə köhlən at kimi  
Şahə qalxan dalğalar  
Həmin göz yaşlarıdır,  
Sinəndə tutmur qərar. 
 
Danış, Xəzərim, danış,  
Danış Badikubənin  
Küləyinin səsindən,  
Gecə şamı söndürüb,  
Evlərin işığını  
Talan eləməsindən.  
Danış, Xəzərim, danış,  
Danış uzaq keçmişin  
Qərib axşam çağından.  
Danış Odlar yurdunun  
Ən qədim ocağından... 
Üstünə mən səpmişəm
 
Ulduzu, ayı bu gün. 
Sirr saxlayan da yoxdu  

                                                                                  
 
 
59
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Səndən savayı bu gün. 
Danış, Xəzərim, danış, 
Sən illərdən-illərə, 
Bir vaxt bizdən də danış 
Gələcək nəsillərə! 
 
1961 

  
 
 
 
60
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
MƏN ÜNVANSIZ YAŞAYIRAM 
 
Mən ünvansız yaşayıram - 
günəş kimi, səma kimi. 
Mən ünvansız yaşayıram 
səhərdən axşama kimi. 
Ünvanımdır - yaşıl düzlər,  
göy meşələr. 
Yollarımı gözləyirlər 
boyun büküb bənövşələr. 
Ünvanımı yazıram mən 
izlərimlə dağa, daşa. 
Axı, nəğmə deməliyəm 
sonsuz yaşıl tarlalarla, 
Göllərimdə dalğalarla, 
Dərələrdə bulaqlarla 
pıçıldaşa-pıçıldaşa. 
Bircə küçə... 
Bircə otaq... 
belə ünvan nəyə gərək?.. 
Yol yoldaşım buludlardır, 
ünvanımdır mənim külək. 
Ünvanımdır - hər çiçəyin, gülün yanı. 
Bəs bu ünvan deyilmi ki, 
Yaşamaqçün 
Bu gün Mənzil seçdim bu dünyanı. 
Mən ünvansız yaşayıram - 
Günəş kimi, səma kimi. 
Mən ünvansız yaşayıram 
səhərdən axşama kimi.  
 

                                                                                  
 
 
61
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Axşam da ki, başaltımdır 
başı qarlı Qafqaz dağı,  
Yorğanımdır boz buludlar,  
Çox sevirəm 
mən bu təhər yaşamağı! 
 
                     1962 
 

  
 
 
 
62
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BİR NƏĞMƏYƏM... 
 
Mən bir nəğməyəm - gözünüzə görünmüşəm. 
Şehlərə dönmüşəm, 
Yarpaqlara dönmüşəm. 
Mən güləm, 
Gülün ətri də mənəm. 
Qəzəb söndürənəm, 
Kin əridənəm. 
İşığam, çəkirəm qaranlığa dağ,  
Küçələrə - keşik.  
Evlərin bir beşik  
Sevinciyəm. 
Yorğun ayaqlara - dincliyəm. 
Mehribanlığam - 
Yaraşıram baxışlara. 
Təbəssüməm - yaraşıram üzlərə. 
Günəşəm - yaraşıram gündüzlərə. 
Ürək döyüntüsüdür xallarım. 
Mən nəğməyəm, oxuyun məni, 
Səpələnmişəm - 
Gözəllərin yanağında xallaram. 
Çiçəklərəm - çöllərdə, 
Dağlarda – dumanam. 
Bir nəğməyəm, 
Sözlərim bütün gözəlliklərdir - 
Onların adını düzün yan-yana
Mən bir nəğməyəm, 
Bütün gözəlliklərə parçalanıb 
Səpilmişəm 
Cahana!.. 
1965 

                                                                                  
 
 
63
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
ATAM QOCALIR 
 
Min-min xatirəsi yazılıb onun  
Alnında, üzündə o qırışlara.  
Mənə qəzəbi də dönübdür indi  
Sakit nəsihətə, yalvarışlara.  
Enişli, yoxuşlu yollar görübdür,  
Min tufan görübdür, min qar görübdür.  
Atam qocalır... 
 
Allah olmayıb ki, həkim olubdur,  
Sağalda bilməyib hər xəstəsini.  
Ürəyi ağrıyıb, gözü dolubdur,  
Ümid xatirinə boğub səsini –  
Yalan da deyibdir xəstəyə bəzən.  
Xəstələr yanında ümid tək gəzən  
Atam qocalır. 
 
Biz səkkiz uşağıq, böyüdüb bizi,  
Bu da asan deyil, çox çətin işdir.  
(Bunu ata olub bilmişəm, düzü)  
Atam onu bizə heç deməmişdir.  
İndisə odlara salır fıkrimi,  
Kimi gözləyirəm, görəsən, kimi?  
Atam qocalır. 
 
Əlimdən nə gələr, mən nə edim ki?  
Qanundur... zamanın qanunudur bu.  
Biz də onun kimi qocalaq təki,  
Səkkiz yola dönüb bir ömrün yolu.  
Atam səkkiz dəfə cavan olacaq,  
Bir də səkkiz dəfə o qocalacaq,  
İlk dəfə, ilk dəfə atam qocalır. 
1960 

  
 
 
 
64
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QORXAQ 
 
Qorxaq öldü, 
Qurtardı canı vahimədən. 
Mən ona baxıram 
vüqarla uzanıb. 
Elə bil ki, ölümü 
Bir qəhrəmanlıqla qazanıb. 
Gözünə baxırsan - 
üzünü çəkmir yana. 
Üstünə od ələsən - 
qorxmaz ki, yanar, 
Qorxmaz, 
Üzünə bütün nöqsanları 
birdən oxusan. 
Elə baxır ki, 
Elə bil, onun üçün 
Qorxu da yoxdur, sən də yoxsan. 
İnanmırsan ki, sağlığında  
qorxaq olub. 
Elə bil dünyada 
Doğulandan inadkar doğulub. 
Baxıram üzünə, 
düşünürəm: 
Yazıq dirilib, 
Özünü bu yatışla görsəydi –  
qibtə edərdi özünə... 
 
1963 
 

                                                                                  
 
 
65
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
DÜNYA VƏ YAŞAMAQ NÖVBƏSİ 
 
Dünyadan bir ömür qoparmışam mən,  
Ondan neçə payız, neçə qış aldım.  
Aldım öz payımı çöldən, çəməndən,  
Hələ buluddan da qar-yağış aldım. 
 
Mən o al günəşin nurunu içdim,  
Gözümdə ildırım zərrəsi yandı.  
O da lazım imiş, borana düşdüm,  
Qəlbimdə, ruhumda tufan oyandı. 
 
Həyat, əlimdəsən, sən mənimkisən,  
Sən mənə mirassan öz adım kimi.  
Mənimsən, mənim də zövqümlə bəzən,  
Bəzən körpəm kimi, övladım kimi. 
 
Ulduzlar qoynuna mən uçuram ki,  
Səmalar səninçün gizli sualdır.  
Sirlərin qoynuna yol açıram ki,  
Deyəsən: bu ömür sənə halaldır! 
 
Yanmaram - bu yolda ölsəm də əgər,  
Amma bəzən alır ürəyimi qəm,  
Ey həyat, çünki mən hələ bilmirəm  
Mənə sonrakılar nə deyəcəklər. 
 
Onlar məndən sonra gələsilərdir,  
Ruhu məndən cavan, məndən ağıllı.  
Onların hər sözü mir bir əsərdir,  
Vüqarlı, qüvvətli, cahi-cəlallı... 

  
 
 
 
66
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
O zaman sərhədsiz olacaq aləm,  
Yəqin ki, sevinc də sərhədsiz olar.  
O zaman kabus tək gəzəcək qibtəm,  
Yəqin ki, ona da bir ad qoyarlar. 
 
Qalsaydım, o günlə mən görüşərdim,  
Neçə arzumu da salardım yada.  
Nə bilim, bəlkə də gözdən düşərdim  
Öz köhnə zövqümlə təzə dünyada. 
 
1962 
 

                                                                                  
 
 
67
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
HAMIYA BORCLUYAM... 
 
Ataya borcluyam mən,  
Anaya borcluyam mən.  
Bəlkə də, bu dünyada  
Hamıya borcluyam mən.  
Dağları aşa-aşa,  
Selləri aşa-aşa,  
Elləri aşa-aşa,  
Məktubumu daşıyan,  
Adını bilmədiyim  
Adi bir vətəndaşa  
Nə qədər bocluyam mən.  
Hardasa bir həkim var –  
İmdada çatmaq üçün,  
Xəstələnsəm, eləsəm –  
Məni sağaltmaq üçün  
O həkimə borcluyam.  
Mənə xəbər daşıyan  
Radionun səsi də  
Bir adamın işidir.  
Əlimdə yandırdığım  
Kibritin dənəsi də  
Bir adamın işidir.  
A mehriban adamlar,  
Nə xeyrim dəyib sizə?  
Adi bir tələbəyəm,  
Rast gəldiyim hər kəsə  
Az qalıram baş əyəm  
Düzü, xəcalətimdən.  
Ataya borcluyam mən,  
Anaya borcluyam mən,  
Hamıya borcluyam mən.                  1962 

  
 
 
 
68
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
MƏNİM ƏSRİM 
 
Qaranlıq, bir pərdə kimi  
Çəkilir pəncərələrin 
arxasına. 
Evlərin işıqları 
sığınır binaların  
yaxasına.  
Divarda zamanın 
nəbzi döyünür;  
Saatda vaxt əriyir 
damcı-damcı,  
Damır döşəməyə:  
"Tələs! Tələs!" - deyə-deyə.  
Günəşə yol açırıq biz,  
Nəhəng balıq kimi üzür  
səadət yolçusu 
hava gəmilərimiz.  
Küləklər yarpaqlara 
əfsanələr danışır,  
Sevişənlərin saçlarına 
dolaşır.  
Kim haradan bilsin ki, 
bu küləklər  
Min fıtnə-fəsadla yüklənib.  
Həm ölümlə, həm də 
hayatla yüklənib.  
Kimi küləklərə 
xəbər yükləyır.  
Kimi küləklərə zəhər 
yükləyir. 
Kimi hava boşluğuna 

                                                                                  
 
 
69
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
iynələr yükləyir.  
Kim də çır-çırpı yükləyir 
öz axsaq eşşəyinə 
bir dağ döşündə.  
Qardaş, iyirminci əsrdir
hər kəs öz işində.  
Ağalar yer kürəsini 
qarpız kimi dilimləmək  
istəyir. 
Görəsən, nə demək istəyir, -  
Yenə də Qərbdə körükləyirlər 
hərbin kürəsini.  
Yoxsa nəhəng bir külqabıya  
Döndərmək istəyirlər 
yer kürəsini.  
İnsanlardan yadigar  
Bir yığın insan ah-naləsi qalar,  
Əsrlərlə qalaktikanın sükutu içrə 
dolanar.  
Oradan - amfiteatrdan  
Gözlərini qırpa-qırpa  
Yerə baxır ulduzlar bütün gecə -  
Görsünlər yerdəki bu gərgin tamaşa 
necə qurtaracaq, necə!  
Başa çatır 
xəyalımın dəhşətli fıkirlərə  
etdiyi səfər. 
Səhər 
Gecə gəzintisindən  
Yenə bizim yerlərə dönür. 
Fikirdən gözümü açıram,  
hələ zamanın nəbzi 

  
 
 
 
70
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
divarda döyünür.  
Saatda vaxt əriyir, 
damcılara dönür,  
Damır döşəməyə:  
"Yaşamağa tələs!  
Tələs!" deyə-deyə.  
Pıçıldayır saatın səsi:  
Sən insansan,  
Ayaqlarına sığınıb 
yer kürəsi.  
İnsansan, yaşayırsan,  
Həyata cavabdehsən;  
Dünyanın taleyini  
Çiynində daşıyırsan! 
 
1962 
 

                                                                                  
 
 
71
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
QARAGÜL DƏRİLİ QUZU 
 
Qaragül dərili quzu,  
Təbiətin qəşəng qızı.  
Elə ki, sən  
Bu dünyaya gəlirsən  
Çoban başının üstünü kəsir 
əli bıçaqlı,  
O da özünü bilir haqlı.  
Dərin korlanmasın deyə  
Səni həsrət qoyub 
bir dünya gözəlliyə,  
başını kəsir. 
Qürub çağı, 
başın kəsiləndə  
içində 
kiçik bir teştin,  
İlk dəfə gözünü açıb  
gördün bıçağı, 
fıkirləşdin:  
Bıçaq kimi bir şeydir həyat,  
Dünya da teşt boyda.  
Ömür də olar bu qədər.  
Nə kədər... 
heyhat!  
Bilmədin dağ var, dərə var,  
Min cür mənzərə var.  
Görmədin sürülərin 
yaylağa, qışlağa axınını.  
Görmədin ömrün enişini, yoxuşunu,  
uzağını, yaxınını. 
Bilmədin, dərini kimsə çiynində daşıyacaq. 

  
 
 
 
72
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Dərini satıb, 
kimsə bahasına yaşayacaq. 
Sərgilərdə baxıb 
kimsə həsəd aparacaq dərinə, 
Amma özü olmazdı sənin yerinə. 
Nalə çəkib gileylənmədin də ki,  
ürəyimə vurulan yara 
dərin oldu, dərin. 
Onu da bilmədin ki,  
sənin qatilin 
öz dərin oldu, dərin! 
 
1959 

                                                                                  
 
 
73
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
          *** 
 
Öldü varlı ata, 
qaldı varisi.  
Dedi ki: - Mənimdir 
torpaq, xaniman.  
Bu vaxt eşidildi  
Torpağın səsi:  
Görək kim kimindir, 
ey cavan oğlan! 
 
1959 

  
 
 
 
74
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
EYNİYİK 
 
Sənin əlin qabar-qabar  
Mənim ürəyim,  
Onun beyni. 
Hamımız eyni cür fəhləyik qardaş,  
eyniyik, eyni! 
 

                                                                                  
 
 
75
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
YUXUSUZ GECƏLƏR 
 
Yuxusuz gecələrin  
Sirdaşı, həmdəmisən. 
Şirin nağıl kimisən.  
İri qara gözlərin,  
Ürəyimə boylanır.  
Ürəyim baxışından  
Məhəbbətə boyanır.  
Ürəyim dəcəl uşaq  
Çapalar, hey çapalar.  
Baxışınla talanar,  
Baxışınla çapılar,  
Təsəllisi yenə də  
Gözlərində tapılar.  
Gözlərinlə dünyaya  
Ən sevimli bir şeyi,  
Sevgini bağışladın.  
Dünyanın ən birinci  
Müşkül işi olubdur  
Sevimli baxışların.  
Uçacağam ən uzaq  
Mavi səyyarələrə,  
Soyuq mənə güc gəlsə,  
Ordan boylanıb yerə  
Sənin baxışlarında  
Qızınaram, yaşaram. 
İsti məni yandırsa,  
Sənin baxışlarının  
Sərin təsəllisində  
Uzanaram, yataram.  
Sənin baxışlarınla  

  
 
 
 
76
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Yaşamışam dünəni,  
Yaşayıram bu günü.  
Sənin baxışlarındır  
Dünyanın ən sonuncu  
açılmamış aləmi,  
açılmamış düyünü. 
 

                                                                                  
 
 
77
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BABALARIM 
 
Biri qaçaq olub, 
mərd olub,  
biri qoçaq olub, 
mərd olub,  
biri kasıb olub, 
mərd olub.  
Bəs namərdlər hardandı,  
bax bu mənə dərd olub. 
 

  
 
 
 
78
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
SALAM, BAKIMIN GƏLƏCƏYİ 
 
Sahildə, dənizdə göydələnlər olacaq.  
Bizə o dünya kimi  
anlaşılmaz  
başqa səyyarələrdən  
qonaq gələnlər olacaq.  
İnsan öz xəyalı kimi uçacaq 
gələcəyə də, keçmişə də.  
Köçüb Bakıya gələcək  
Kür sahilindəki 
gur meşə də.  
Kainat insan akvariumu olacaq –  
Üzəcəksiniz səyyarələr yanında.  
Onda səsi əsəblərimizi,  
tüstüsü nəfəsimizi  
zəhərləyən maşınlar olmayacaq.  
Sən qışı istəməsən, 
sənin üçün qış olmayacaq.  
O, baharı istəməsə 
onun üçün bahar olmayacaq.  
Nə künc-bucağa daldalanan 
rüşvət olacaq,  
nə yaltaqlanan,  
nə də yalan.  
Hava yaman təmiz olacaq,  
Pulu əvəz edəcək öz arzunuz, istəyiniz.  
Salam, Bakımın gələcəyi! 
Mən o vaxt mütləq 
hər gecə şəhər yatandan sonra  
 
 

                                                                                  
 
 
79
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
sənin qoynuna gələcəyəm.  
Ay işığı kimi səriləcəyəm 
bütün damların üstünə,  
Qulaq asacağam 
xoşbəxt ürəklərin 
döyüntüsünə. 
 

  
 
 
 
80
Ôèêðÿò Ãîúà
 
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin