Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   2   3   4   5   6   7   8   9   ...   14

 

                                                                                  
 
 
119
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
DURNALAR KEÇİRDİ 
 
Durnalar keçirdi şəhərin üstdən,  
Şəhər gecəsində durna harayı.  
Küçələr, binalar oyandı səsdən,  
Şəhərdən ilk dəfə keçib gedirdi  
Çöllərin zəriflik nəğmə alayı.  
Parkda ağacların yuxusu qaçdı,  
Yuxulu yarpaqlar şəkləndi durdu.  
Ağaclar yadına meşələr düşdü,  
Hardasa meşələr yuxulayırdı.  
Durnalar keçirdi şəhərin üstdən,  
Adamlar oyandı, eyvana çıxdı.  
Asfaltın altında qara torpağın  
Nəfəsi bu gecə yaman darıxdı.  
Durnalar keçirdi şəhərin üstdən,  
Gözəllik bir alay, nəğmə bir alay,  
Tramvay parkında qoca tramvay  
Hələ belə yuxu heç görməmişdi,  
Elə səksəndı ki, relsindən düşdü.  
Durnalar keçirdi şəhərin üstdən,  
Şəhər oyanmışdı bu gecə yarı.  
Kənd havası dadmış bir cavan milis  
Yüyürüb yandırdı semaforları.  
Nələri salmadı durnalar yada,  
Durnalar şəhərin nağılı oldu.  
Qoca pələngin də heyvanxanada  
Yuxusu çəkildi, gözləri doldu.  
Əlimdə yarımçıq şeirim var idi,  
Yazmadım yarımçıq saxladım qəsdən.  
Payız gələn vaxtı gecə yarıydı,  
Durnalar keçirdi şəhərin üstdən. 

  
 
 
 
120
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
SAMUX NAĞILI 
 
Mingəçevirli jurnalist Ənvərə 
 
Dənizi süfrə tək sərib ortaya  
Yenə bardaş qurub  
Dövrə vurublar.  
Bir süfrə başında qoca qayalar.  
Süfrəyə tökərlər ayı, ulduzu,  
Sübhəcən uşağa dönərlər, düzü,  
Bu qoca yaşında qoca qayalar.  
Qoca qayaların ətəklərindən  
Yapışar, atılar, düşər dalğalar.  
Dalğalar əl çəkməz dediklərindən,  
Nağıl danışmasan küsər dalğalar.  
Qayalar üzünü tutub günəşə  
Qəribə bir nağıl başlayır yenə: -  
Bura bir meşəydi, qalın bir meşə.  
Bir gün axarını bu Kür dəyişdi.  
Balıqlar meşəyə hücuma keçdi.  
Meşəyə elə bir qaçhaqaç düşdü.  
Maralla canavar qaçdı yanaşı.  
Cüyür ayağının altda qalmışdı  
Az qala pələngin zəhimli başı.  
Ayılar bağıra-bağıra qaçdı.  
Çaqqal ondan qabaq qaçan dovşanı  
Köməyə çağıra-çağıra qaçdı.  
Quşlara nə var ki, quşlar uçurdu,  
Leylək caynağında getməkdən ötrü  
İlanlar sürünüb qışqırışırdı.  
Bayquş ən uca bir budağa qondu,  
Dalğalar bayquşu görməsin deyə  

                                                                                  
 
 
121
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Yarpaq arasında gözünü yumdu. 
Ölümdən qaçanda dovşanlar, şirlər  
Bir məslək yolunda eyniləşirlər.  
Bəs görün ağaclar nələr çəkdilər,  
Susuz bu meşələr quruyardılar,  
Su gəldi boğulub öləcəkdilər,  
Ağaclar köküylə torpağa bağlı...  
Su gəldi işığa qərq oldu ellər...  
Su gəldi bağlara çevrildi çöllər...  
Beləcə qurtarır Samux nağılı...  
Dənizi süfrə tək sərib ortaya  
Yenə bardaş qurub dövrə vurublar 
Bir süfrə başında qoca qayalar. 
Süfrəyə tökərlər ayı, ulduzu.  
Sübhəcən uşağa dönərlər, düzü,  
Bu qoca yaşında qoca qayalar. 
 

  
 
 
 
122
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
HABİLƏ 
 
Sən öz ürəyini alıb çalırsan,  
Ürəyə nə sözü tanışın, yadın.  
Sənətə baş əyib sən ucalırsan;  
Şair də olsaydın, belə olardın. 
 
Sən rəssam olsaydın, onda da belə,  
Belə bir şöhrətə yüksələcəkdin.  
Sən əlvan musiqi xalları ilə  
Gözəl duyğuların rəsmini çəkdin. 
 
İstəsən baharı qış eyləyərsən,  
İstəsən payıza düşərdi bağlar,  
İstəsən sən elə ağı deyərsən,  
Dağların gözündə ağlar bulaqlar. 
 
Ərit bu dağların başından qarı,  
Qəlbimdə qəlbidir baharın yeri.  
Günəşin rənginə boya yolları,  
Qaytar dumaları harayla geri. 
 
E1 oğlu, kaman çal, çiçəklər açsın,  
Qoy bahar bəzəsin bizim elləri.  
Ruhum havalansın, xəyalım uçsun,  
Düşsün rəngdən-rəngə qəlbim telləri. 
 
Çal, sənin dünyanda şadlansın ellər,  
Bahar aləmidir sənin aləmin.  
Fişəng tək göylərdə oynasın əllər,  
Yandır babasını kədərin, qəmin. 

                                                                                  
 
 
123
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
MƏN TORPAĞAM 
 
Qorxmaram, allaha ağ olmağımdan,  
Xalqım məni tutsa bəsimdir, bəsim.  
Böyükdiir - qürbətdə şah olmağımdan  
Bu torpaq üstündə ölmək həvəsim.  
Bu çöllər, bu düzlər bağçam, bağımdı,  
Dağlara baxıram şah durmaq üçün.  
Laləli yamaclar al bayrağımdı,  
Onun ətəyindən öpərəm hər gün.  
Hamını sevirəm bu yer üzündə,  
Demirəm, millətim dünyada təkdi.  
Amma mənim üçün mənim gözümdə  
Onun qozbeli də daha qəşəngdi.  
Bu vətən uğrunda öldük min kərə,  
Dirildik, yenidən düşməni əzdik.  
Bu yerin uğrunda biz çəkənlərə  
Torpağın özü də bəlkə dözməzdi.  
Odlar diyarında doğulmuşuq biz,  
Odlara alışdıq, yandıq, qaraldıq.  
Kim bilir, nə boyda, xalq olmuşuq biz,  
Milyon il alışdıq, bu qədər qaldıq...  
Hər yandan bəd xəbər gətirdi külək,  
Teymurlar gəldi ki, dağıtsın, qırsın.  
Qalalar qurduq ki, qalxan eyləyək,  
Qüllələr ucaltdıq - keşikdə dursun. 
Əyninə geyilsə, öz vətənimiz  
Oğlunun əyninə bir az da dardı.  
Min il burda ölüb-dirilmişik biz.  
Bura həm beşikdi, həm də məzardı. 
 
 

  
 
 
 
124
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Cəhalət hökmünü yıxıncan idi,  
Zülmün bayraqları torpağa endi.  
Çətini bu günə çıxıncan idi;  
Qüllələr, qalalar muzeyə döndü. 
 

                                                                                  
 
 
125
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
CƏNGİ 
 
Üç kişi oturub, üç bığıburma,  
Üç ev ağsaqqalı - ailə başı.  
Üçü də qəmlidir, halını sorma,  
Bir az kövrəldərsən - axar göz yaşı. 
Birini müdiri salıbdı gözdən,  
Biri arvadından giley-güzarlı.  
Biri də deyir ki, görmürsən üzdən,  
Canım can deyil ki, azar-bezardı.  
Üç kişi oturub - ortada araq,  
Üç kişi oturub - başında papaq.  
Ay canım, ağzında kişi deyirsən,  
Üç kişi oturub, söhbətinə bax!..  
Qoy zurna, nağara bir Cəngi sıxsın,  
Koroğlu yüyəni boşaldıb bir az  
Qıratın böyrünə üzəngi sıxsın,  
Bir əlində qılınc, bir əlində saz.  
Qozbel təpələrin düzəlsin qəddi,  
Dəlilər qıy vursun yaz buludu tək
Yoxdur igidlərə zaman sərhədi.  
Onlar əsrləri yarıb gələcək.  
Cəngiyə oyanıb yatan babalar,  
Başını bayraq tək tutan babalar.  
Niyə giley nədir heç bilmədilər,  
Öldülər, amma ki, əyilmədilər.  
Daha yaxşı olub ömrün ahəngi;  
Qədim Qəbələdə susan Cəngidi  
İndi Sumqayıtda çalınan Cəngi.  
İndi dağ qaldırıb dağ üstə qoyan, 
Yurdumun adını göyə qaldıran  

  
 
 
 
126
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Min-min oğulu var, min-min qızı var.  
Bircə yol qəzəbli baxsa dənizə  
Dəniz odlayası oğul gözü var!  
Kişi gözlərinə yaraşmayır nəm.  
Mən bu üç yazığa kişi deməzdim –  
Arvad-uşağı var, kişi deyirəm.  
Bunların dərdinə bir baxın, barı,  
Dərdindən yekədir lopa bığları.  
Burdan Berlinəcən adlar yazılıb  
Qardaş məzarının mərmər daşında.  
Hey Cəngi çalınıb odlar oğlunun  
Düşmənə zillənən mərd baxışında.  
Analar, analar, layla yerinə  
Qoy Cəngi gurlasın beşik başında... 
 

                                                                                  
 
 
127
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
İÇƏRİŞƏHƏR 
 
Yaz yuxusu kimi  
qarma-qarışıq küçələr.  
Bu binalar dözüb neçə bəlaya,  
Evləri əsrlər boyunca  
qovub gətiriblər,  
salıblar bu qalaya.  
Qaladan görünməsin deyə  
binaların boyu qısalıb,  
hürkmüş binalar  
bir-birinə qısılıb. 
 
Şəhər saldıq küləkdöyəndə,  
küləklər az qala Bakını alıb atacaqdı  
belədən-belə. 
Qız qalasıyla şəhəri mıxladıq sahilə. 
Hanı qala divarlarının 
zirehli qapıları? 
Gecələr də yatmır 
İçərişəhər; 
birdən qayıdıb gələr... 
Qapısı açıq evin zəhər olur yuxusu, 
bakirə şəhərimin açıq qalıb yaxası. 
 
İçərişəhər; 
damları pillə-pillə, dama-dama.  
Divarları 
yol vermək istəmir adama. 
Qalarnın qəhrəmanlığından  
 

  
 
 
 
128
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
bircə top güllələrinin yeri qalmışdı  
Orda da sərçələr yuva tikdi...  
Neylərsən, qocalığın işi belədi. 
 
Qobustan qayaları kimi  
binalar çiyin-çiyinə yatır  
İçərişəhərdə... 
 

                                                                                  
 
 
129
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
QOVAQLAR YIXILIR 
 
Ağdaş rayonunda Qaradeyin meşələri quruyur: 
Son zamanlar həmin meşədə yeni pöhrələr əkirlər. 
 
Ağaclar quruyub Kür qırağında,  
Elə bil bir içim su tapmayıblar.  
Gələn il bu yerə gələndə bahar  
Sular nəğməsində oxuyacaqlar. 
 
Qovaqlar yıxılır Kür qırağında.  
Cavan pöhrələrin yaşıl budağı  
Quru qovaqların üstə əyilir.  
İndidən düşünür, indidən bilir  
Həyatın, ömürün nə olduğunu.  
Sonra da yarpaqlar pıçıldaşırlar:  
Ağaclar olubdur illər yorğunu,  
Qovaqlar quruyub Kür qırağında. 
 
Qovaqlar yıxılıb Kür qırağında,  
Hər biri meşənin igid bir oğlu.  
Yanına düşübdür budağı, qolu.  
Elə bil döyüşə-döyüşə gəlib,  
Burda məğlub olub igid Koroğlu,  
Bulaqlar astadan pıçıldayırlar:  
Heç zaman yıxılmır böyürtkən kolu,  
Qovaqlar yıxılıb Kür qırağında. 
 

  
 
 
 
130
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
MƏNİM İLHAMIM 
 
Bu çöllər, bu düzlər, zərif çiçəklər,  
Bərəkətli payız, laləli bahar,  
Xoş xəbər daşıyan sərin küləklər,  
Möcüzə yaradan adi adamlar  
Mənim şöhrətimdi, eşqim, adımdı,  
Mənim ilhamımdı, istedadımdı. 
 
Bu xoş söz, o baxış, o gülüş, alqış,  
Bu geniş üfüqlər, buludsuz göylər,  
Dağın ətəyinə tökülüb qalmış,  
Çoban papağına oxşayan evlər  
Mənim şöhrətimdi, eşqim, adımdı,  
Mənim ilhamımdı, istedadımdı. 
 
Bizim anaların şirin laylası,  
Körpə balaların gilas gözləri,  
Bizim qocaların nağıl dünyası,  
Nəbi oğulları, Həcər qızları  
Mənim şöhrətimdi, eşqim, adımdı,  
Mənim ilhamımdı, istedadımdı. 
 

                                                                                  
 
 
131
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BİR MƏCLİSDƏ 
 
Yazıq ürəyim quş kimi çapaladı,  
əlimin altında  
göynədi, göynədi. 
Üzüm, gözüm, saçlarım cavan, 
yəni ürəyim bu qədər  
köhnədi? 
Məclis idi, cavanlı, qocalı  
tanışlar. 
Gələcəkdən, şirin arzulardan  
danışırlar. 
Utandığımdan ürəyimin ağrısını  
gizlədim, 
Zarafat saldım ağır söhbətin  
arasına. 
Nə söhbətə qulaq asa bildim,  
nə də sağlığı gözlədim. 
Acıqla bir az konyak tökdüm  
ürəyimin yarasına. 
 

  
 
 
 
132
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
TƏKRAR OLUNMAYAN AN 
 
Bir budağı kəsəndə 
bax yaşıl yarpaqlara,  
bir an saxla əlini. 
Barı bir an yaşasın 
çölün yaşıl gəlini. 
Acılamaq istəsən 
bir tanışı, bir yadı  
barı bir an sus, demə! 
Dilinin zəhərini 
başqasının qəlbinə  
belə asan yükləmə. 
Əgər bezsən dünyadan, 
canına qəsd eyləyən  
bir an gözlə, bir an dur! 
Həyat ilə ölümün 
arasında bir andır, 
Barı bir an yaşasın 
qəlbindəki arzular. 
Bircə anın içində 
bir arzun yüz-yüz olar. 
Bir an möhlət nə imiş, 
bir an möhlət ver ancaq. 
Bu an bir də heç zaman 
təkrar olunmayacaq. 
 

                                                                                  
 
 
133
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
DÜNYANI SÖYMƏ 
 
Bir bulaq başında, kabab yanında  
Bu dünya dərdindən-sərindən kənar,  
Nəşəli, dumanlı ömrün anında  
Dünyanı qız kimi tumarlayanlar, 
Ey dünya, qarşında diz çöküb sənin  
Tərif söyləyərlər başdan-ayağa.  
Deyərlər: gözəldir dumanın-çənin,  
Gözəlsən - istəyir göydən daş yağa.  
Sonra da əyilib sərin bulağa  
Odlu sinəsinə sərin su çilər.  
Hardasa çiçəklər, otlar içində  
Onun tərifinə bir tikan gülər.  
Hardasa qohumlar, yadlar içində  
Onun tərifinə bir insan gülər.  
Hardasa bir namərd gülləsi gülər,  
Keçər bir ürəyin arzularından.  
Ana torpağın da gülməyi gələr  
Şərab acısını tərif içində  
Torpağın üzünə tüpürən zaman.  
Bəli, həyat gözəl, ömür şirindi,  
Həyat da, ömür də kişilərindi. 
Qayıqsız tufanlı dənizə düşsən,  
Dalğalar ovcunda oynatsa səni,  
Nəhəng bir dənizlə tənha döyüşsən  
Pıçılda həyatın gözəlliyini,  
Pıçılda həyatın şirinliyini –  
Deyim, kişisən. 
 
 

  
 
 
 
134
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Düz sözün dadını dilin dadanda,  
Dosta imdad üçün əl uzadanda –  
Sənin kürəyində qoysa namərdiər  
Yalanın, riyanın tunc heykəlini,  
Görsən müvəqqəti meydan şərindi,  
Son nəfəsində də öp bu torpağı,  
De ki, həyat gözəl, ömür şirindi –  
Deyim, kişisən. 
 
Belə yaşayıblar bizim babalar,  
Belə yaşayıblar gözəl həyatı.  
Baba qeyrətidir bu ana torpaq,  
Bu torpaq altında yerin hər qatı.  
Sənin ayağına tikan batanda  
Dünyanı söymə.  
Dişin ağrıyanda, ya pis yatanda  
Dünyanı söymə. 
 
Bir bulaq başında kabab yanında,  
Dünyanın dərdindən-sərindən kənar,  
Dodağın keyimiş, gözlərin xumar  
Sənin bu dünyaya dediyin tərif  
Babanın ruhuna od oldu düşdü.  
Yox, bu, tərif deyil, o da söyüşdü,  
Dünyanı söymə! 
 

                                                                                  
 
 
135
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
DEYƏSƏN 
 
Səni verdilər qabağa,  
Özünü oxşatdın dağa,  
Çəmkirirsən sola-sağa,  
Nə deyim bu gəlişinə...  
Amma daldan yerişinə  
Baxacaqlar deyəsən. 
 
Sərt olduqca bir az qalxdın,  
Şimşək olub tez-tez çaxdın,  
Neçəsini qəsd-qərəzlə vurub yıxdın,  
Birini də - elə-belə. 
Yıxılanlar arxan ilə  
Qalxacaqlar, deyəsən. 
 
Yeriş olub təhnə-tabaq,  
Başında düz durmur papaq.  
Aradabir aşağı bax,  
Səni belə qaldırmaqda  
Yıxacaqlar deyəsən. 
 

  
 
 
 
136
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QORXMURAM 
 
Qorxmuram öz şərəfım, şanım üçün, 
Qorxmuram canın üçün, canım üçün. 
 
Gündə yüz yol mənə sən söy, susuram.  
Dost nədir, qardaşımı döy, susuram.  
Susuram, hey susuram, hey susuram,  
Susuram bir sürü cıllanım üçün,  
Qorxmuram canın üçün, canım üçün. 
 
Niyə hay-küy salağın, qışqırağın,  
Yığışıb gül kimi qeybət qırağın.  
Vurağın, hey vurağın, mil durağın,  
Can qoyum mən belə bir anın üçün,  
Qorxmuram canın üçün, canım üçün. 
 
Qaldır o badəni, lap süz başıma,  
Belə yüz qovğa gəlib daz başıma.  
Çəkirəm yorğanımı öz başıma,  
Yanıram əhli-müsəlmanım üçün,  
Qorxmuram canın üçün, canım üçün. 
 
Üzünə yüz dənə tərif deyərəm,  
Deyərəm, öz dizimə mən döyərəm.  
Öyərəm özgələri, hey öyərəm.  
Öyərəm yaxşı güzaranım üçün,  
Qorxmuram canın üçün, canım üçün. 
 
Görmüşəm zırpı yalan, qorxmamışam,  
Görmüşəm rüşvət alan qorxmamışam. 
Döyülüb haqlı olan, qorxmamışam.  

                                                                                  
 
 
137
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Qorxmuram dupduru vicdanım üçün,  
Qorxmuram canın üçün, canım üçün. 
 
Qorxmuram işdə sülənməkdən mən,  
Qorxmuram dalda sürünməkdən mən,  
Qorxuram öndə görünməkdən mən.  
Yüz adam diş qıcıyar qanım üçün,  
Dərd olur, yağlı cibişdanım üçün,  
Qorxuram canım üçün, canım üçün. 
 

  
 
 
 
138
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
İNTİQAM ALDIM 
 
Sevgilim, mən səndən intiqam aldım,  
Özün də bilmədən səni gözlədim.  
Sevgilim, mən səndən intiqam aldım –  
Səni sevdiyimi səndən gizlədim. 
 
Gündüzlər gizləyib böyük eşqimi  
Sənə, özümə də gendən baxardım.  
Gecələr sahibsiz bir qayıq kimi  
Eşqin axarına düşüb axardım. 
 
Amma qalmasaydı söz ürəyimdə  
Bilirəm, eşqimə güləcəkdin sən,  
Ləzzət alacaqdın öz ürəyində  
Mənim bu yuxusuz gecələrimdən. 
 
Sən mənim eşqimdən güc alacaqdın,  
Gücünü boynumda sınayıb hərdən  
Kiminsə gözündə ucalacaqdın;  
Mənə pay atardın qəmdən-kədərdən. 
 
Onunçün mən səndən intiqam aldım,  
Özün də bilmədən səni gözlədim.  
Sevgilim, mən səndən intiqam aldım –  
Səni sevdiyimi səndən gizlədim. 
 

                                                                                  
 
 
139
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
QURBAN 
 
Həyata vurğunam əzəldən bəri,  
Onun əyrisinə, düzünə qurban.  
Səhər gülən zaman günün gözləri  
Deyirəm ay, günəş gözünə qurban. 
 
Hər ömür özü bir gözəl səfərdir,  
Həmişə dörd yanı möcüzələrdir.  
Bizim ömrümüzün kədəri, dərdi  
Hayatın "yaşamaq" sözünə qurban. 
 
Doğulur, dünyanın önündə çaşır,  
Böyüyür keçilməz zirvələr aşır.  
İnsan bu dünyaya yaman yaraşır,  
Ən adi insanın izinə qurban. 
 
Hər düz yol axırda bir səmtə əyər,  
Bir gün öz döngəmə yetişsəm əgər  
Fikrət bu dünyadan gedəndə deyər:  
Dünyanın siz qalan üzünə qurban. 
 

  
 
 
 
140
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
AMAN-AMAN 
 
Özü yazın ilk çiçəyi,  
Dodaqları gül ləçəyi,  
Tay eyləmə hər göyçəyi,  
Göz-qaşından aman, aman! 
 
Baxar, ürək tel-tel olar,  
Dəli könül bülbül olar.  
Xoş sözündən daş gül olar,  
Söz daşından aman, aman! 
 
Zərifdi kəpənək kimi,  
Mehribandı ipək kimi.  
Əgər coşsa külək kimi,  
Savaşından aman, aman! 
 
Yanağında gündüz yaşar,  
Gözlərində ulduz yaşar,  
Bu mənzildə bir qız yaşar,  
Qardaşından aman, aman! 
 

                                                                                  
 
 
141
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
MƏHƏBBƏT MACƏRAM 
 
Sənə ürəyimdə könlümü verdim,  
Sənə ürəyimdə yaman vuruldum.  
Ürəyimdə sənin eybini gördüm,  
Səni sevdiyimə peşman da oldum.  
Yenə dolanıram kədərli, yalqız,  
Səni ürəyimdə odlara saldım,  
Heç nədən xəbərin olmadı, ay qız. 
 

  
 
 
 
142
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
GÖZƏL MƏHƏBBƏT 
 
Şirin-şirin söz deyər,  
Hər nə desə, düz deyər,  
Saatlarla gözləyər  
Vədəsində yar yarın.  
Gözəl məhəbbəti var  
Gözəl olmayanların. 
 
Bir-birinə heç zaman  
Artıq tərif deməzlər.  
Özgəsini öyərlər,  
Özlərini öyməzlər.  
Xətrinə dəyərlər,  
Onlar xətrə dəyməzlər. 
 
Heç biri düşüb qalmaz  
Ayrıcında yolların.  
Bəzən eşqi gözəldir  
Gözəl olmayanların. 
 
Məclisdə, toyda, yasda  
Asta danışar onlar.  
Ancaq ürəklərində  
Küsər, barışar onlar. 
 
Hər məclisdə hamıya  
Qaynar-qarışar onlar.  
Keşiyində durarlar  
Həyanın, abrın, arın.  
Bəzən eşqi gözəldir  
Gözəl olmayanların. 

                                                                                  
 
 
143
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
SUBAYLARA 
 
Ayə, ay subay oğlan,  
Qızlara bax, qızlara.  
Bizi odlara salan  
Gözlərə bax, gözlərə.  
Qızlar gülə bənzəyir,  
Mehriban baxışlarla  
Ömrümüzü bəzəyir.  
Çiyələk dodaqlarda  
Sözlər hamsı gözəldi,  
Qızlar hamsı gözəldi.  
Təmiz eşqimiz ilə  
Biz aydan da arıyıq.  
Biz bu zərif qızların  
İgid oğlanlarıyıq. 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin