144
Ôèêðÿò Ãîúà
QOCALANDA
Yanağıma qırışlar qonacaq,
Saçlarıma - ağ.
Sənə olan məhəbbətim də
qocalacaq.
Ancaq
Ürəyimdə nəvəm kimi
cavan bir məhəbbət
baxacaq xəlvət-xəlvət
Yanımdan közərə-közərə,
qızara-qızara
Keçən yanağı lalə,
Dodağı çiyələk qızlara.
Baxma ki, stuldan özümü
ayaqlarım üstünə
birtəhər götürəcəyəm,
Qoluna girib
o yan-bu yana baxıb
köksümü ötürəcəyəm.
145
Ñå÷èëìèø ÿñÿðëÿðè
İLK SEVGİ
Sən məni sevəndən qorxaq olmuşam,
Özüm də özümə çətin sualam.
Büllur oyuncaqlı uşaq olmuşam.
Qorxuram büdrəyəm, əlimdən salam.
Gözlərim həmişə üzündə olur,
Qorxuram baxışın soyuya birdən.
Tək fıkirləşəndə gözlərim dolur,
Bu boyda xoşbəxtlik görməmişəm mən.
Sevgilim, sən mənə könül açdıqca
Hicranın indidən lap üzür məni.
Xoşbəxtiik mənə çox yaxınlaşdıqca
Bədbəxtlik daha çox qorxuzur məni.
Dəli də inanmaz buna, dəli də,
Ömür uzun şeydi, xoşbəxtiiksə az.
Eh, uzun bir ömür var irəlidə,
Ömrü belə xoşbəxt yaşamaq olmaz.
Hər şirin çağların acı anı var,
Bizim o anımız əvvəl gələydi.
Hər sakit dənizin bir tufanı var,
Bizim tufanımız əvvəl gələydi.
Əvvəl döyüləydim yağışda, qarda,
Zəhmətim bu boyda eşqə dəyəydi.
Əvvəl bərkiyəydim fırtınalarda,
Sonra da üzümə günəş güləydi.
146
Ôèêðÿò Ãîúà
Yoxsa birdən-birə qarşıma çıxdın,
Dedim ki, sevirəm, sevirəm, dedin,
Sən bütün ömrümü yollardan yığdın,
Bir anın içində xoşbəxt eylədin.
Yarpaq tək əsirəm indi yanında,
Günüm günəşsizdi, gecəm də aysız.
Mən sənin eşqinin burulğanında
Düşüb boğuluram haysız, haraysız.
147
Ñå÷èëìèø ÿñÿðëÿðè
HEYİF
Bir qara daş kimi soyuğam indi,
Qızların baxışı ruhumu danlar.
Ürəyim var idi, soyudu, söndü,
Heyif o əzablar, heyif o anlar.
Bir xoş baxışıyla dünya gülərdi,
Qaşların çatılsa, ələnərdi qar.
Hicranın yuxuma qonaq gələrdi,
Heyif o əzablar, heyif o anlar.
Almısan eşqimi son damlayadək,
Özümə nə qalıb, daha nəyim var.
İndi bir küləyəm, avara külək,
Heyif o əzablar, heyif o anlar.
Eşqim gözünüzdə gəzirsiz bu gün
Mən gəzən yerlərdə siz, ay cavanlar.
Barı siz axırda baxıb deməyin:
Heyif o əzablar, heyif o anlar.
148
Ôèêðÿò Ãîúà
UZAQ DOLANMA
Desəm, şaham - sarayımsan,
Mən gecəyəm - sən ayımsan,
İlk sözüm, son harayımsan,
İnanma, ay qız, inanma.
Desəm, sənsiz aləm batar,
Gəl, bəşərə həyat qaytar.
Ay qız, qaç canını qurtar,
İnanma, ay qız, inanma.
Səni görüb dönsəm lala,
Hər anda düşsəm yüz hala,
Məni oda sala-sala,
Uzaq dolanma, dolanma.
149
Ñå÷èëìèø ÿñÿðëÿðè
DƏCƏL ÜRƏYİM
Çırpınma, küy salma sinəmdə, ürək,
Sənə söz verirəm - bu bahar səni,
Açıb bu çöllərə buraxam gərək,
Yüyür təp gözünə çölü-çəməni.
Onsuz da göynəyir ruhumda tellər,
Sənə söz verirəm daşanda sellər
Səni təpəcəyəm sellər qoynuna,
Bulaqlar gözünə, güllər qoynuna.
Hardasa bir çoban tonqalı tapıb
Çoban bayatısı olub yanaram.
Ən uca dağların başından qopub
Ən dərin dərəyə yumbalanaram.
Bilirəm, könlünə düşüb duman, çən,
Bilirəm, dağlardı-daşlardı yerin.
Sən mənim sinəmdə ürək deyilsən,
Ürkək balasısan bizim çöllərin.
150
Ôèêðÿò Ãîúà
MƏN SƏNƏ QURBAN
Bu nə gözdü, bu nə qaşdı,
Elə bılmə qəlbim daşdı,
Baxdın, ayağım dolaşdı,
Dağı yıxar qəmzən, havan.
Baxıram, qınayan olur,
Baxmıram, könül qan olur,
Halım necə yaman olur,
Adım qoca, ruhum cavan.
Səni görsəm ucalıram,
Görməyəndə qocalıram.
Cavanların, qocaların
Adından mən sənə qurban.
151
Ñå÷èëìèø ÿñÿðëÿðè
XEVSUR OĞLANIN QARĞIŞI
Xevsur qızı,
Dədən niyə deyil razı,
Gəlib daşa basacağam darvazanızı.
Azı, azı
On bir dəfə elçi gəlib
Sizə mənim adamlarım,
Xevsur qızı,
Gözəl gürcü dağlarının,
Ay ən gözəl insafsızı!
Görüm sizin barınızı uçursunlar,
Görüm səni at belində qaçırsınlar,
Amma mənim adamlarım.
Sən çox yandırmısan məni,
Xevsur qızı,
Barışığa gələn günü
Görüm dədən kabablara
İşlətsin düz bir tay duzu,
Görüm içib qurtarsınlar
Sizin bütün çaxırınızı,
Amma mənim adamlarım.
152
Ôèêðÿò Ãîúà
GÜRCÜ SAĞLIĞI
Bir buynuz çaxırı qaldırıb göyə,
Tamada sağlığa başlayır yenə.
Uzun bir söhbətdir sağlıq yerinə,
Kimin nə həddi var xətrinə dəyə.
-Dahi sürücüdü bizim Valiko,
Dahi naxırçıdı bizim Şaliko,
Dahi əlimizdə bu dahi buynuz,
Bu dahi çaxırı qaidırağın biz,
Adını indicə eşitdiyimiz
Dahi qonaqların cansağlığına.
Tamada buynuzu çəkir bığına.
Nəfəsim qaralır, alnı tərləyir,
Bir buynuz tərifı içdim deyəsən.
Baxma, asan deyil, ürək istəyir
Hamını ürəkdən tərifləyəsən.
153
Ñå÷èëìèø ÿñÿðëÿðè
GÜRCÜ DOSTUM
Xatirinə dəysə biri
Nə davaya dartınar o,
Nə də pərt olub sınar o,
Nə qorxub çəkilər geri,
Zarafata sala bilər.
Yas içində olsa əgər,
Qapısından qonaq baxa,
"Genasvali, buyur", - deyər,
Gözündən yaş axa-axa,
Zarafata salar, gülər.
Heç zaman baş əyməz yada,
Heç zaman qısmaz səsini.
Özü üç gün ac olsa da,
Dostuyla son tikəsini
Zarafata salar, bölər.
Gürcünün kefi kök olar –
Qonağı, çaxırı bolsa,
Dost yolunda gürcü dostum
Yeri düşsə, lazım olsa,
Zarafata salar, ölər.
154
Ôèêðÿò Ãîúà
PUŞKİNİN
HEYKƏLİ ÖNÜNDƏ
Cavan getdin dünyadan,
Rus şeirinin ən cavan
Sərkərdəsi sən oldun.
Tarixin yaddaşında
Həmişə cavan oldun.
Hər adını çəkəndə
Özüm yaşda bir oğlan
Xatırlaram, anaram.
Bir az qibtə edərəm,
bir az sənə yanaram...
Moskvaya qar yağıb,
Yağıb o ki var, yağıb.
Dayanmışan fıkirli,
Saçın ağ, saqqalın ağ.
Sənə çox yaraşırmış
Ömür sürmək, qocalmaq.
155
Ñå÷èëìèø ÿñÿðëÿðè
İNSAN İNADI
Sibirin suyu boldu,
Torpağı xəmir kimi
Yoğruldu qar, yağış altında,
Timsah kimi bataqlıqlar
qamış altında.
Adam düşsə, yox olar,
Dəvə düşsə, düşməz
damcı da qanı.
Nə uzadım
milyon illərdi yeyir.
Onsuz da doyan deyil
Yer kürəsinin qarnı.
Su bolluğundan
ağaclar tala-tala quruyur,
Nə qınayaq,
Sibir göllərlə, bataqlıqlarla
vəhşi azadlığını qoruyur.
Beton yollarla
kəmənd atmışıq boynuna,
Çapalaya-çapalaya qalacaq,
yumşalacaq,
Minib sürəcəyik hara istəsək
Sibiri.
Torpaqda hardandır
insan inadı, insan səbri?!
156
Ôèêðÿò Ãîúà
SİBİRƏ QALDI
Yayda Sibirə getmişdim,
Sibir başdan-başa güldü.
Dağa baxdım, oxqay, dedim,
Gülə baxdım gözüm güldü.
Yadıma nəğmə saldı,
Mən nəğməylə döndüm geri,
Güllər Sibirə qaldı.
Yeniseylə yola çıxdım,
Sağı dağdı, solu dağdı.
Adamların yolu sudu,
Ayıların yolu dağdı.
Xəyalımı caynağına
Şığıyan bir şahin aldı.
Bizim dağlara qayıtdım,
O dağlar Sibirə qaldı.
Qızlarında gözlərə bax,
Gözlərində sözlərə bax.
Od oğluyam, mən Sibirdə
Oda düşdüm, aman Allah.
Ürəyimdə o gözlərdən
Düşüb qalan iziərə bax.
Elə bil ki, qız deyillər,
Nəğmədilər, xəyaldılar.
Məni təyyarə gətirdi,
Qızlar Sibirə qaldılar.
157
Ñå÷èëìèø ÿñÿðëÿðè
SÜRÜCÜLƏR SİBİRDƏ
Yanaqları qar ilə,
Şaxta ilə ovular!
Bığları boz sırsıra,
Kirpiyi qırov olar
Sürücülər Sibirdə.
Məclis vaxtı, məclisə
Bir yaraşıq olarlar.
Təmkininə, boyuna
Qızlar aşiq olarlar.
Gecələr yollar boyu
Dönüb işıq olarlar
Sürücülər Sibirdə.
Ən ucqar torpaqlara
İlk addımı atandır.
Bərk ayaqda haraya
Ən birinci çatandır.
Hamıdan gec yatandır.
Sürücülər Sibirdə.
Bəzərlər kabinəni
Qızların şəkli ilə,
Maşın batdı, ya yatdı,
Əvvəlcə bir şəkilə
Göz vurar gülə-gülə.
Qorxu bilməz bir gilə,
Bəli, belədir, belə
Sürücülər Sibirdə.
158
Ôèêðÿò Ãîúà
BURUSA ÇAYI
Qayıqlarla keçirdik
qayalar şahlığından.
Keçmə bu tərəflərdə
yerin allahlığından.
Kaha dərinlikləri
fıkirdən də dərindi.
bilmirsən ki, bu dağlar
Yerindi, göylərindi?!
Bunlar dağlar deyillər
torpağın naləsidi,
göylərə ucalıbdı,
daşa dönüb qalıbdı.
Bəlkə də, bu göylərin
ən ağır sözləridi,
dodağından salıbdı,
Bəlkə də, Burusanı
qoruyan oğullardı,
Onların ovucundan
axıb keçir Burusa.
Bəlkə də, bu qayalar
ovulub quma dönər
Burusası qurusa.
Bunlar dağlar deyillər,
Sibirin al günəşə
uzanan əlləridir.
Bunlar dağlar deyillər,
qədim sibirlilərin
qədim heykəlləridi.
159
Ñå÷èëìèø ÿñÿðëÿðè
XATIN KƏNDİ
Sal daşların arxasında
İnsan yatıb bu torpaqda.
Dəhşətlərdən daşa dönüb
Zaman yatıb bu torpaqda.
Viranələr bayquşunun
Ən möhtəşəm sarayıdır
Yandırılmış Xatın kəndi.
O günahsız ölənlərin
Daşa dönmüş harayıdır
Mərmərlərlə dondurulmuş
Xatın kəndi.
Burda bitən çiçək deyil,
Körpələrin naləsidir.
Burda əsən külək deyil,
Anaların nəfəsidir.
Burda uca boylu şamlar
Babaların heyrətidir –
Buludlara ucalıbdır.
Burda torpaq bircə gündə
Dünyamızdan
Min il artıq qocalıbdır.
Nə deyim ki, a kənd, səndə
Gözəl qızlar, mərd oğullar
dəfn olunub.
Burda evlər dəfn olunub,
Burda yollar dəfn olunub.
Dəfn olunub sevənlərin
Gizli, aşkar görüş yeri.
Dəfn olunub adamların
Nəğmələri, gülüşləri,
160
Ôèêðÿò Ãîúà
Öldürülmüş arzuların
Məzarı bəs hara sığar.
Belorusiya sinəsində
Yanıq bir kənd yarası var.
Baxdım, baxdım,
Gözlərimdən bulaq axdı,
Xatın kəndi.
Bu, tarixdə milyon illər
yaşayacaq,
Daş yaddaşlı Xatın kəndi.
161
Ñå÷èëìèø ÿñÿðëÿðè
LİTVALI TƏRCÜMƏÇİ
Nə görürdü tez tərcümə eləyirdi,
Ağzından od ələyirdi.
Bax, bu daşdı,
Bu ağacdı,
Bu da çaydı,
O da göydü,
O da aydı.
Bu vaxt bir bülbül oxudu,
Nəğməsini çölə yaydı.
Tərcüməçi susdu birdən,
Başını da yerə əydi.
Aramız bərk dəyəcəkdi –
Bülbülü də o, tərcümə eləsəydi.
162
Ôèêðÿò Ãîúà
LİTVADA
Duz-çörək!
Düz durun
Himn çalınanda durduğunuz tək.
Duz-çörək kəsirik,
duz-çörək.
Bir anlığa dursun
Havada təyyarələr,
dənizdə gəmilər,
qatarlar yolda dayansın.
Ulduzlar başımız üstündə
bayram şamları kimi yansın.
Bu an yer üzündə
Xəyanət olmasın gərək,
Yer kürəsi üstündə insan dayanıb
əlində duz-çörək.
Əlisilahlılar bir an
silahı gizləsin!
Yalançıların bağrı partlamaz ki,
bir an yalan deməsin,
gözləsin.
Barmağını tətikdə saxla, atma,
Dayan bir an, aldatma.
Bircə an heç harada
partlamasın qəzəb, kin.
Bu an kürəmiz üstdə
namərd olmasın heç kim.
Dayanın,
Heç vaxt xəyanətlə
duz-çörək
yanaşı olmayıbdı.
163
Ñå÷èëìèø ÿñÿðëÿðè
Duz-çörəkdən ayıbdı,
biz odlar övladıyıq,
Odlar yurdu bizə
həm məzar olub,
həm də beşik.
Bizi heç vaxt əyə bilməyib
Tarixin qılınclı xaqanları,
Silahlı xuliqanları.
Biz ancaq dostun
Duz-çörəyinə əyilmişik!
164
Ôèêðÿò Ãîúà
LAYMA GÜNÜNDƏ LAYMALAR
Latviyada ayrı-ayrı adların rəsmi günləri keçirilir.
Bu adlar təqvimdə də qeyd olunur. Məsələn, bu gün
Layma günüdürsə, həmin gün Layma adlı bütün
qızların ad günü hesab edilir.
Bir gündə yüz-yüz ad günü,
Yüz-yüz gözəl qız ad günü.
Bir günə min görüş düşər,
Gül almağa yürüş düşər.
Gül üstünə sevinc yağar,
Gül üstünə gülüş düşər.
Gül tapmayan kədərlənər,
Gül tapana öpüş düşər.
Hər evdə toy-düyün olar,
Yamanca ərköyün olar
Layma günündə laymalar.
Nə çoxdur Layma Riqada,
Hamı qəşəng, hamı gözəl.
Oğulsansa di indi gəl,
Bir Laymam unut bu gün.
Günün olar düyün-düyün.
Qaşlarıyla hücum çəkər,
Gözləriylə oda salar.
Saçlarıyla çalar keçər,
Ürəyini talar keçər.
Könül qırar, könül alar,
Yamanca ərköyün olar
Layma günündə laymalar.
165
Ñå÷èëìèø ÿñÿðëÿðè
DƏNİZ VƏ QIZ
Dalğa gəlir, çıx çölə,
Dalğa gəlir, ay-haray!
Dalğalar dəli-dolu,
Dalğalar alay-alay.
Sahili qoyma yalqız,
Sahilə çıx, gözəl qız.
Gözlərin bu dənizin
İkicə damlasıdır.
Dalğalara qarışar,
Nə bilərik hansıdır.
Bir parça ağ buludsan,
Dalğa toxunsa sənə
Yox olarsan sən özün.
Astarını üzünə
Çevirərəm dənizin –
Dənizi dalğa-dalğa,
Dalğanı damla-damla
Axtarıram, ay gözəl!
Məni işə salma gəl,
Sən özün bilə-bilə.
Dalğa gəlir, ay haray!
Sahilə çıx, sahilə.
166
Ôèêðÿò Ãîúà
MACARLAR
Macarlar ağacları kimi qamətlidi,
Özləri kimi yaraşıqlıdı.
Gözləri
Budapeştin gecələri kimi,
Cavanları cavan olduğuna görə,
Qocaları da qoca olduğuna haqlıdı.
Cavanları da qocaları da
maraqlıdı.
167
Ñå÷èëìèø ÿñÿðëÿðè
BALATONDA PAYIZ
Quşlar
yuva qayğısından, bala qayğısından
azad oldu.
İndi səma onlar üçün uzaq yoldu.
Adamlar
kölgələrini yığdılar
qumlar üstündən.
Çantaya bükdülər,
Ləpirlərini yola tökdülər.
Kürəklərində günəş rəngi apardılar.
Qulaqlarında dalğa səsi,
Gözlərində Balaton lövhəsi.
Apardılar yarpaqların yaşıl ömrünü
quşlar qanadında,
insanlar xəyalında.
Balaton qaldı tək,
Sahilə ağ qurd kimi soxulacaq külək.
Ağacların yaşıl donunu,
dartıb cıracaq.
Yarpaqları hürküdüb uçuracaq
belədən-belə.
Ağaclar çıpaq əllərini göyə qaldırıb
gələn yaya kimi qışqıracaq:
- İnsanlar, hardasınız,
sahilə gəlin, sahilə!
168
Ôèêðÿò Ãîúà
SİZİ XATIRLADIM
Bu fransız gözəlidi,
Bu macardı, o almandı.
Yerişləri bir yanğındı.
Baxışları bir dastandı.
Birdən qəlbim alovlandı,
Dəli könlüm arzuladı
Öz yurdumun qızlarını;
Odlu qara gözlərini.
Qumdan qalxıb Balatona
Çiçək kimi düşdü qızlar.
Xəyalımdan Xəzər keçdi,
Sahilimdən keçdi qızlar.
Odlu-odlu baxışların
Könlüm düşdü yağışına.
İstəyirsən məni qına,
Bu dünyanın qızlarını dəyişmərəm
Azərbaycan qızlarının
Bir qıyqacı baxışına.
169
Ñå÷èëìèø ÿñÿðëÿðè
SALAM PÖTEFİ
Salam, ay Macarıstan.
Salam, Pötefı, salam.
Gərək burda səni mən
Hər yerdən xəbər alam.
Sənin son ünvanındı
Macar torpaqlarının
Hər qayası, hər daşı.
Salam, şair Müşfiqin
Məzarsızlıq yoldaşı.
Sənin nəğmələrindir
Bu çöllər, bu bulaqlar.
Sənin nəğmələrindir
Yaşıl geyimli dağlar.
Dunay ömründür - axır,
Göllər gözündür baxır.
Sənin məhəbbətindir
Yaşıl geyimli dağlar.
Dunay ömründür - axır.
Sənin məhəbbətindir
Burda hər gül, hər çiçək.
Məzarını tapmayıb,
Şair, kədərlənmədim.
Dünyada ölməzlərin
Məzar nəyinə gərək.
170
Ôèêðÿò Ãîúà
BALATONDA
Balatonda qızlar üzür sona-sona,
Gecə mavi nəğmə dolar
Gözlərinin yuxusuna.
Qayıq olar çarpayılar,
Sübhə kimi yuxusunda
Bu gözəllər çapalayar.
Biri üzər Missisipiyə,
Biri üzər
mavi gözlü Volqasına.
Sübhə kimi
səhər yenə
Balatonu ortalığa sərəcəyik
süfrə kimi.
Bu rus qızı,
bu fransız,
bu da macar.
Balatonun sahilində
Gözəllərdən düzəldilmiş
bir sərgi var.
Gözəllərin hamısı bir,
Dindirməsən bilmək olmaz
nə fərqi var.
171
Ñå÷èëìèø ÿñÿðëÿðè
TƏLƏSMƏ
Gəzdiyim böyük şəhərlərdə bəzi yeniyetmə qızlar
özlərini yaşlılara oxşatmaq üçün saçlarına ağ xətt
çəkir, yaraşdı-yaraşmadı boya sürtürlər. Əllərinə
çanta alıb, gözlərinə dərin bir hüzn ifadəsi verir,
küçədə, bulvarda gözləri yarıyumulu asta-asta
gəzirlər.
Yaman yorğun-arğın baxışların var,
Hər sözün başında yüz ah çəkirsən.
Gözündə o qədər yağışların var
Payıza düşərəm qəlbimə girsən.
Üzün qönçə kimi cavan, tər-təzə,
Sən hardan almısan bu dərdi-qəmi.
Kədər sürmə deyil çəkəsən gözə,
Dərdi gəl geyinmə, son moda kimi.
Darıxma, gözünə qonacaq kədər,
Darıxma, saçına düşəcəkdir dən.
O vaxt dərdin olsa dünyalar qədər
Bir gülüş altında gizlədəcəksən.
Gəzib dolaşmalı ellər var hələ,
Enməli, qalxmalı pillələr də var,
Qolundan tutası əllər var hələ,
Üzünü tutası şillələr də var.
Oxşatma özünü nakam gəlinə,
Gəzinmə gözləri yarıyumulu.
Ananın çantasın alıb əlinə,
Köhnə dikdabanla didmə sən yolu.
Darıxma, özünü soxma irəli,
Ömürdü, dondurma növbəsi deyil.
Elə danışırsan sən, ay gülməli,
Sən yaşda olmayıb heç kəs elə bil.
172
Ôèêðÿò Ãîúà
Sil gözün qəmini, gözlərimə bax,
Sənin gülüşlərin təravətindi.
Yaşlı olmağına hamı olacaq,
Dönüb cavan olmaq yaman çətindi.
Bir el bəzəyisən o göz-qaşınla,
Qışın bu çağında sən ilk baharsan.
Elə vaxtındır ki, bir baxışınla
Qışın şaxtasını sən yumşaldarsan.
Tulla o çantanı! At o çalmanı!
Qaç bu sahil boyu belədən-belə.
Sevindir qumları, güldür dalğanı,
Kişnət buludları gülüşlərinlə.
173
Ñå÷èëìèø ÿñÿðëÿðè
***
Silsiləsi ilan kimi qıvrılıb,
Zirvələri buludlardan sıyrılıb,
Bir karvandı, zaman keçib yorulub,
Gözlərində büllur-büllur bulaqlar –
Zaqatala dağlarıdı bu dağlar.
Dağ sığışmaz hər qəlbə, hər xəyala,
Bu ellərə həm qalxandı, həm qala,
Min illərlə qaya gedər xəyala,
Bir yanağı günəş olar, biri qar –
Zaqatala dağlarıdı bu dağlar.
Mərdlik olub onun işi, peşəsi,
Nəfəsində çiçək ətri, quş səsi,
Yaşıl kürkü palıd, vələs meşəsi,
Ömrü boyu düşmən qovar, dost arar –
Zaqatala dağlarıdı bu dağlar.
174
Ôèêðÿò Ãîúà
***
Güllər gözəllərdən gözəl,
Gözəllər güllərdən gözəl.
Üzümüzə illər gəlir,
İllər o illərdən gözəl, -
Hayıf ki, biz qocalırıq.
Binaların boyu uca,
Şəhərimə çox yaraşır.
Qoca Bakı günü-gündən
Yaşıllaşır, cavanlaşır, -
Hayıf ki, biz qocalırıq.
Saçlarıma yağan qar da
Ərimədi bu baharda.
Dünən uşaq olanlar da
Bu gün cavan oğlanlardı, -
Hayıf ki, biz qocalırıq.
Ağ saçlar ağ gün gətirib,
Ömrümüzlə öyünürük.
Ömür sürən qocalacaq,
Nahaq yerə deyinirik, -
Hayıf ki, biz qocalırıq.
175
Ñå÷èëìèø ÿñÿðëÿðè
Dostları ilə paylaş: |