Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   2   3   4   5   6   7   8   9   10   ...   14

 
 
ÇƏTİNDİR 
 
Sevdiyin gözələ sevirəm demək,  
Onu kölgəsi tək daim izləmək,  
Könlünü oxşamaq hər addımbaşı,  
Əlbət ki, yaxşıdı, yaxşıdı, yaxşı!  
Amma kişi üçün ağırdı, ağır. 
 
Evin, uşağın var, ömür-gün ötür,  
Qoruya biiməsən dostu, tanışı,  
Söz vermiş olsan da geriyə götür,  
Götürsən səninçün yaxşıdı, yaxşı!  
Amma kişi üçün ağırdır, ağır. 
 
Özün özün üçün otur, alış, yan,  
İmdada yetməsən kimdir qınayan.  
Qardaş, gözünü yum, görsən göz yanır,  
Yumsan sənin üçün yaxşıdı, yaxşı!  
Amma kişi üçün ağırdı, ağır. 
 

  
 
 
 
176
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
               *** 
 
Biz odlardan doğulmuşuq,  
Nəğmələrdən yoğrulmuşuq,  
Kəlmə-kəlmə yığılmışıq  
Azərbaycan ellərindən. 
 
Sazımızda Kürün səsi,  
Bulaqların zümzüməsi.  
Gətirmişik dost nəğməsi  
Azərbaycan ellərindən. 
 
Keçib uzaq-uzaq yollar,  
Qəlbimizdə nəğmə, bahar.  
Sizə qonaq gəldik, dostlar, 
Azərbaycan ellərindən. 
 
Çox görmüşük, götürmüşük,  
Yollarda gül bitirmişik,  
Odlu ürək gətirmişik  
Azərbaycan ellərindən. 
 

                                                                                  
 
 
177
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ASTARANIN 
 
Sağı dəniz, solu dağdır,  
Dağlar sözlü, ulu dağdır.  
Qartalların oylağına  
Körpüsü dağ, yolu dağdır  
Astaranın. 
 
Gözəlliyi körpə kimi  
Yatır çiçək beşiyində.  
Baharlanıb yamacları,  
Nəğmələrin keşiyində.  
Sərhədçi tək möhkəm durub  
Uca boylu ağacları  
Astaranın. 
 
Aldığım da nəfəs deyil
Gül ətridir, quş səsidir.  
Küləyi də külək deyil,  
Nəğməsidir  
Astaranın. 
 
Burda neçə dostum yaşar,  
Burda zəhmət qaynar, daşar.  
Adamları yer becərər,  
Çiçəkləri işıq saçar  
Astaranın. 
 

  
 
 
 
178
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
                  *** 
 
Dünyada ən nəhəng insan odur ki,  
Möcüzə yaradır qabarlı əli.  
Fəhlə qollarıdı uzanan yollar,  
Ucalan binalar - fəhlə heykəli. 
 
Şığıyır şimşək tək onlar hədəfə,  
Bayraq tək zəfərlə dönüb gəlirlər.  
Fəhlə ovucundan qalxır hər dəfə  
Kosmik uçuşlara, kosmik gəmilər. 
 
Nəhəng sobalarda bişir bu adlar,  
Bərkiyir, sınanır fəhlə alınır. 
Fəhlə ürəyidir nəhəng zavodlar,  
İçində həmişə cəngi çalınır. 
 
Şərəfdə böyükdü, hünərdə təkdi,  
Cənnətə döndərər üz tutsa hara.  
Bakının fəhləsi zəfər deməkdi,  
Eşq olsun bu adı daşıyanlara. 
 

                                                                                  
 
 
179
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
İMTAHAN 
 
İmtahan iki söz: cavab və sual,  
Bəzənsə bir ömrün əvvəli, sonu.  
Bəzən o susmaqdır, lal olmaqdır, lal, 
Bəzən axtarmaqdır ömrün yolunu. 
 
Müəllim önündə dayanıb durur  
Nə qədər xoş arzu, neçə xoş dilək.  
Gəzirəm yolları qulaq batırır 
Həyəcanla çırpınan minlərlə ürək. 
 
Bu gün imtahanda cavabdır əlac,  
Bu da bir döyüşdür fürsət anıdır.  
Roman cildi kimi hər qapını aç,  
Hər kəs bir ailə qəhrəmanıdır. 
 
Həyat imtahandır demirəm əbəs,  
Sənə sual kimi verilib adın.  
Deyin, bir imtahan deyildimi bəs? 
İik baxış, ilk gülüş, ilk söz, ilk addım. 
 
İmtahan qanmazı bəzən qandırır.  
Bəzən bir qananı vurub yıxır da.  
Unutma, haqq durur, ədalət durur,  
Həyat qiymətini verir axırda. 
 
Sual başımıza yağdı qar kimi,  
Büdrədik yıxıldıq, durduq büdrədik. 
Yolumuz üstündə suallar kimi  
Səpildi min dərə, dayandı min dik. 

  
 
 
 
180
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Suallar sirlərin bağlı dilidi,  
Ölməyə nə var ki, nədir can vermək!  
Həm çətin, həm də ki, ən şərəflidi,  
Yaşamaq, hər işdə imtahan vermək. 
 

                                                                                  
 
 
181
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
          *** 
 
Kirpiklər tək açılar,  
Yumularlar qapılar.  
Əsl dosta vaxtında  
Bu qapılar, qapılar.  
Gözlərin açarları  
Yaş ötəndə qapılar,  
Ömrə heyif, üzə heyf,  
Gözə heyf deyərsən. 
 
Düşərik dalğaların  
Yorğun-ağrın vaxtına.  
Hərə bir günah yüklər  
Taleyinə, baxtına.  
Dil büdrəyər, dolaşar,  
Ha tərpəndin, qalxdın ha...  
Dodaqda dilimlənən  
Sözə heyf deyərsən. 
 
Tərifimi saxlayar,  
Utanarsan yerimə.  
Yalvarırsan, hirslənmə  
Çox otur, çox yerimə.  
Tapşırıb taleyini  
Titrəyən əllərimə  
Daxilən öz-özünə  
Bizə heyf deyirsən. 
 
Özün də qocalarsan,  
Saçlarına düşər dən. 
Yapışıb sallanarsan  

  
 
 
 
182
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Bu çiynimdən, əlimdən,  
Misrama bir köndələn  
Söz düşəndə dilimdən,  
Səhv eləyib, səhv yazıb,  
Qocalmayıb deyərsən. 

                                                                                  
 
 
183
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
                *** 
 
Yarpaqlar günəşə uzalı əllər,  
Yazdan payızacan işıq əmərlər,  
Günəşdən doyanda saralır onlar,  
Torpağa ələnir, qaralır onlar.  
Günəşdən doyanlar torpaq olurlar...  
Qışda gün həsrəti çəkən torpaqlar  
Baharda çevrilib yarpaq olurlar. 
 

  
 
 
 
184
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
                   *** 
 
Mənim alabəzək dünyam var idi,  
Min çiçək açardı hər səhər tezdən.  
O vaxt bütün yollar ilk yollar idi,  
Yaşamaq boğazdan, dənizlər dizdən.  
Köhlənim yorulub, yollar köhnəlib,  
Səhərlər hər günkü səhərlər olub.  
Güllər keçən ilki güllərdir gəlib,  
Söz də uydurmaqdan beynim yorulub. 
Tanışlar həminki tanışlardılar,  
Bəzisi köhnəlib ayaqqabı tək.  
Onda da beləcə danışardılar,  
Elə bil borc imiş görüşmək gərək.  
Adam var, üzünə baxıb deyirsən,  
Yüz ildir, min ildir tapışmışıq biz.  
Çənən ağrıyanda hiss eləyirsən,  
Deyəsən, doyunca danışmışıq biz.  
Mənim alabəzək dünyam var idi,  
Hər gün bir gül adı öyrənərdim mən.  
Cahan iki yerə bölünüb indi –  
Dünyaya gələnlə, dünyadan gedən. 
 

                                                                                  
 
 
185
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
QURU ÇİNARIN NƏĞMƏSİ 
 
Çinar ömrü yaşamışam,  
Quru bir çinaram mən.  
Əyilməkdən keçib daha – 
Əysəniz sınaram mən.  
Qəddim bir az bükülübdü,  
Yarpaqlarım tökülübdü,  
Nə şirin nəğməliyəm,  
Heç çinar da deyiləm mən,  
Bir çinar heykəliyəm.  
Dik dayanmış bir odunam  
Ağacların sırasında.  
Bir leylək yuva tikib  
Qollarım arasında.  
Mən bir ağac ölüsüyəm  
Gərək yıxılam, yanam.  
Amma leylək yuvası var  
Qollarımın üstündə,  
Yuva dağılmasın deyə  
Gərək dözəm, dayanam. 
 

  
 
 
 
186
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BAĞIŞLA MƏNİ 
 
A doğma yurdumuz, xoş gördük səni,  
Yaman böyümüsən, çox dəyişmisən.  
Elə bil dəyişib köhnə yerini  
Belə bir cənnətə gəlib düşmüsən. 
 
Büllur sularına günəş enibdir,  
Bağlar çəpərləri aşıb-daşıbdır.  
Damların nə yaman hündürlənibdi,  
Evlərin nə yaman cavanlaşıbdır. 
 
Hanı qurbağalar - səsində qubar,  
Hanı köpəklərin axşam gileyi.  
Yoxsa çimizdirib, yuyundurublar  
Səndən heç gəlməyir mal-qara iyi. 
 
Yox, elə təmizdir, elə dümağdı,  
İstədim üstündə corabla gəzim.  
Utandım deməyə o köhnə adı.  
Nə yaxşı olmusan, ay canım-gözüm. 
 
Əynimə, başıma baxan qəm yemə,  
Köhnəmi geyirəm kəndə gedəndə.  
Sən allah, sən mənə lovğalan demə, 
Neyləyim bir küydür düşmüşəm mən də. 
 
Yanaşı qoymuşam gör səni kimlə,  
Guya şəhərliyəm, nə bilim nəyəm.  
Sənin haqqındakı köhnə fikrimlə  
Mən sənin yanında xeyli köhnəyəm. 
 

                                                                                  
 
 
187
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
İKİNCİ GÖRÜŞ 
 
Oturduq yanaşı, susduq yanaşı,  
Dən düşmüş saçına baxdım arada.  
Sən də mənə dedin ağarır başın,  
Görməyə nə var ki, ağı qarada. 
 
Gecikmiş məhəbbət son bahar kimi,  
Həm kədərli olur, həm də ki, şirin.  
Anamın çaldığı laylalar kimi  
Arzuyla doludur ala gözlərin. 
 
Qalmışıq biz odla su arasında,  
Gənclik məhəbbəti, müdriklik yaşı.  
Ömrün bu qəribə macərasında  
Oturduq yanaşı, susduq yanaşı. 
 
Birdən fıkrimizi elə bil gördük,  
Qəmli gülümsündük bir-birimizə.  
Elə bil bununla açıq deyirdik –  
Bu yaşda məhəbbət yaraşmır bizə.  
Ürək necə olub unudub yaşı...  
Oturduq yanaşı, susduq yanaşı. 
 

  
 
 
 
188
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BİR VAXT 
 
Gələcəyik üz-üzə küçələrin birində,  
Sənin üzündə qırış, mənim saçlarımda dən.  
Bir soruşan da olmaz donub qalmışıq nədən.  
Adamlar gələr, gedər, kimi vədə gözləyər...  
Gözləyənə nə var ki, lap küçədə gözləyər.  
Bizim rəngimiz qaçar gözlənilməz görüşdən,  
Ayaqlar öz işində, onlar bənzər zamana.  
Çəkib aparar bizim hərəmizi bir yana.  
Sənin üzündə qırış, mənim saçlarımda dən. 
 

                                                                                  
 
 
189
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
                   *** 
 
Heç bilmək olmayır kim dava saldı, 
Kim çəkdi çaxmağı, kim yanğın etdi.  
Qadın öz kinindən yapışdı qaldı,  
Kişi qəzəbinə atlandı getdi. 
 
Heç bilmək olmayır kimdir günahkar,  
Bunu bilməyin də yoxdur mənası.  
Günah əvəzində iki körpə var,  
Dalaşıb, ayrılıb ata-anası. 
 
Körpə xəyalıyla düşünür onlar,  
O vaxt gündüz vardı, gəzinti vardı.  
Ata ləpirindən yaranıb yollar,  
Gündüzü gedəndə ata apardı. 
 
Mənzilə qəribə bir sükut enir,  
Yemək də, içmək də başqa dad alır.  
Ana anasa da bəzən hirslənir,  
Ərindən gileyli dul arvad olur. 
 
İndi soruşmayaq kimdə günah var,  
Bir ata kölgəsi dünyada gəzər.  
Ana körpəsindən xəlvətdə yanar,  
Körpə anasından dərdini gizlər. 
 

  
 
 
 
190
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QURBAĞA VƏ MƏN 
 
 
Gəldim ki, dərdimi suya danışım,  
Suyun da dibindən sən çıxdın üzə.  
Qurbağa, ay dostum, köhnə tanışım,  
Niyə biz lal kimi durduq üz-üzə. 
 
Yox, nəsə deyirdin arvaddan, ancaq,  
Ağzına su doldu sən quruldadın.  
Yaman oxşayırsan mənə, a qorxaq,  
Nə olar qurbağa olanda adın. 
 

                                                                                  
 
 
191
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
MƏRDƏKAN 
 
Bakının sağ əlində  
Qızılgül dəstəsisən.  
Sözü duzlu Xəzərin  
Ən şirin nəğməsisən.  
Havası qan dərmanı,  
Qumu kəhrəba məkan, 
Mərdəkan, ay Mərdəkan. 
 
Havası tək mehriban  
Qarşılayır adamı.  
Budağı barlı gəlir  
Əncir, şanı, badamı.  
Səndə tikan da bitir,  
qızıl güldədir tikan, 
Mərdəkan, ay Mərdəkan. 
 
Çinar boylu oğullar,  
Qərənfil üzlü qızlar.  
Gedəni yola salar,  
Gələnin yolun gözlər.  
Pis adam olarmı heç  
Çiçək əkən, gül əkən...  
Mərdəkan, ay Mərdəkan. 
 
Hər işdən yorulanda  
Yaxın həmdəmim olur.  
Gözümdən, ürəyimdən  
Yorğunluğum yuyulur.  
Unutsam haram olsun  
Mənə bu halal tikən
Mərdəkan, ay Mərdəkan. 

  
 
 
 
192
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ZARAFATYANA  
 
Dedim, sevgi dindi, haqdı, 
Dedin, eşq bir oyuncaqdı. 
Əlindən uçurdun baxtı, 
Unut məni, unut məni. 
 
Söymə devri, bu aləmi. 
Kimə qalıb dünya qəmi,  
Çıxar yaddan xatirəmi,  
Unut məni, unut məni. 
 
Könlüm susub, dinən deyil,  
Yollar geri dönən deyil,  
Gün bu gündür, dünən deyil,  
Unut məni, unut məni. 
 
Xoşbəxt ol, xoşbəxtə ad ol,  
Təki gözü-könlü şad ol,  
Zərər yoxdur, mənə yad ol,  
Unut məni, unut məni. 
 
Köhnəmizi təzə bilər,  
Bir bədbəxtin gözü gülər,  
Qoca Fikrət dözə bilər –  
Unut məni, unut məni. 
 
Məni unut dedim, dodağım yandı, 
Bu aləm başıma mənim dolandı. 
Sevgini unutmaq gözəl yalandı, 
Unuda bilmirəm, unut deyirəm. 

                                                                                  
 
 
193
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
YESENİN 
 
Əsrin əvvəlində bir oğlan vardı,  
Sevgiydi təpədən dırnağa kimi.  
Hərcayı su kimi ömrü axardı,  
Axardı günəşdən torpağa kimi. 
 
Gözündə-könlündə rus meşələri,  
Mərdəkan qumları üstə gəzərdi.  
Çadralı qızlara deyərdi pəri,  
Qara kölgəsinə şeir düzərdi. 
 
Gözü yol çəkərdi Ryazana kimi, 
Bilməzdin nədinsə xəyalı, dərdi.  
Sən onun fıkrini yozana kimi  
Özü şeiri ilə açıb deyərdi. 
 
Həmişə gözləri uzağa baxar,  
Deyirdin bu dünya əyninə dardı.  
Qızılı saçları süzülüb, axar,  
Mərdəkan qumunu xatırladardı. 
 
Sevgi gətirmişdi, sevgi apardı, 
Gedəndə qayıdıb baxdı dənizə.  
Bir zaman, bu yerdə bir oğlan vardı, 
Yesenin qayıdıb xoş gəlib bizə. 
 

  
 
 
 
194
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
AĞDAŞ MEŞƏLƏRİ 
 
Bu meşənin dili yoxdu danışa,  
Ağacların ayağı yox, qaçalar,  
Bu ağacdı dözüb, dolub bu yaşa,  
Adam olsa on yaşında qocalar. 
 
Gövdələri kömür üçün doğrandı,  
Yerlərinə qarpız, yemiş əkildi.  
Bulaqları ayaq altda bulandı,  
Bizdən küsüb torpaq altda çəkildi. 
 
Baltalandı qovaqların həyatı,  
Qırqovullar çılpaq qaldı, qırıldı.  
Meşə oldu bir yanıqlı bayatı,  
Orda, burda kötükləri qaraldı. 
 
Qarağac da tək qalıbdı darıxır,  
Yay girməmiş yarpaqları bürüşür.  
Bu yerlərin cüyür yadından çıxıb,  
Orda-burda qoyun, iti hürüşür. 
 

                                                                                  
 
 
195
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
MƏRD ƏLİ 
 
Mərd əli vurmaq üçün deyil...  
Mərd əli əl tutar.  
Yıxılanın əlindən tutar,  
Tutar vuranın əlini.  
Ovcunda tutub aləmə göstərməz  
yaxşı əməlini. 
Namərd döyülə-döyülə yaşaya bilər, 
Mərd döyüləndə tez ölür.  
Bu aksioma bəllidi. 
Döyülənlər hamısı namərd əliynən döyülür. 
Hərdən döyürlər namərdi də,  
O da başqa bir namərd əlidi. 
 

  
 
 
 
196
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BİR GECƏ 
 
Ulduzlar hərəsi bir nağıl deyir, 
Göy də ki, ağıllı söz kimi dərin.  
Belə bir axşamda oğul istəyir  
Yadına salmasın ötən günləri. 
 
Xatirə yuxu tək dolur gözümə,  
Yuxudan inadkar, yuxudan əziz.  
İllər arxasından baxır üzümə,  
Dəcəl uşaqlığım, görüşürük biz. 
 
Gəl, ay uşaqlığım, salam-əleyküm,  
Hər bağda, bağçada gəl qarşıma çıx.  
Gəl körpə əlinə toxunsun əlim,  
Ay ayağı yalın, ay başı açıq. 
 
Dünyaya gətirdik mənim fikrimi,  
Gəldik təbiətə bir bahar kimi.  
Belə bir çəməndə böyümədikmi,  
Ot kimi, elə bu ağaclar kimi. 
 
Gəzməyə çıxanda hər oğlan, hər qız, 
Sən baxıb qəlbini heç sıxmısanmı?  
Qalıb ağacların dibində mənsiz,  
Dəcəl uşaqlığım, darıxmısanmı? 
 
Rast gəldim belə bir bağda eşqimə,  
Sonra vəfasızın oduna düşdüm.  
Eşqimi demədim onda heç kimə,  
Nə yaxşı, nə yaxşı heç deməmişdim. 
 

                                                                                  
 
 
197
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Bu gecə, yadıma salır nələri,  
Nələr xatırlayır, nələri deyir...  
Bəzən bir gecənin düşüncələri  
Cavan bir oğlanı qoca eləyir. 
 
Ulduzlar hərəsi bir nağıl deyir,  
Göy də ki ağıllı söz kimi dərin.  
Belə bir axşamda oğul istəyir,  
Yadına salmasın ötən günləri. 
 

  
 
 
 
198
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QAYĞI 
 
Hər görüşündə mənim 
kefımi soruşursan,  
Pisdir desəm susursan, 
yaxşı desəm susursan.  
Dağ dalğalar döyəndə 
sahibsiz bir qayığı,  
nə lazım belə qayğı.  
Uzaqdan bir mayak tək  
Tez-tez yanıb sönməkdən 
o qayığa nə kömək.  
Fikirlərin əlində 
tək qalmışdım bir gecə,  
Deyirdim ki, ürəyim 
partlayacaq indicə.  
Bir nəfər axtarırdım 
gəlib qapımı döysün,  
Ona bircə söz deyim, 
mənə bircə söz desin.  
Hardasa o gecə 
qayğı göstərib mənə  
sağlığıma nə qədər  
Xoş sözlər deyiblər, 
içiblər, yeyiblər.  
Qorunun bu "qayğıdan", 
əsl qayğı, başqadır,  
nə sağlıqdır, nə tərif, 
Nə dost alqışıdı, 
nə də ki, göz yaşıdı,  
Belə qayğı olunca, 
heç olmasa yaxşıdı. 

                                                                                  
 
 
199
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
YAĞIŞ YAĞDI 
 
Yağış yaman yağırdı. 
Torpağı, 
torpaqdakı rəngləri yoğurdu. 
Dəli yağış 
səbirsiz 
qatdı-qatışdırdı rəngləri... 
Kəsildi yağış, 
rənglər arasından  
süzüldü, axdı. 
Oyanmış rənglər 
torpaqda darıxdı,  
oyandı, qalxdı. 
Qırmızı - lalə oldu 
haray oldu, nalə oldu. 
Sarı - nərgiz oldu. 
Boz - solğun üz, 
inamsız söz. 
Üzə çıxdı torpağın  
yaşıllığı –  
rahatlığı, yaxşılığı. 
Gözün acışması kəsildi,  
beyinin göynəməsi, 
ürəyin alışması. 
Yaşıllıq təsəlli oldu 
torpağın göz dağına. 
Yaşıllıq su oldu 
torpağın boz dodağına. 

  
 
 
 
200
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
DÜŞMƏNİM              
 
Dünyada bir düşmənim var:  
iki  gözlü, iki əlli  
yazıqlardı, yazıqlar –  
neyləyəsən bu nankorlara. 
Baharda gülləri görən, 
gülən gözləri görən,  
gözlərini alıb verəsən 
korlara. 
Bilmirəm heç neyləyəsən 
bu ağlar-sızlara... 
Alasan əllərini 
paylayasan əlsizlərə,  
qolsuzlara. 
Onları ilan kimi 
süründürəndə zaman, 
illərlə həsrətini çəkələr  
özlərinin, 
əllərinin, 
gözlərinin. 
Sonra qaytarsan özlərinə 
hərəsi ola bir qəhrəman! 
 

                                                                                  
 
 
201
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
DİŞLƏR AĞRISI 
 
Qonşumun dişi ağrıyırdı.  
Qulaq batırdı səsdən-küydən,  
Qaçıb çıxdım evdən.  
Çöldə sükut, qar,  
Bir də yeyib yatmış 
harın dağlar.  
Nə yaxşı dağların 
dişi ağramırmış, 
Yoxsa səs başına alardı yeri. 
Çoxdan kəşf eləyərdik 
başqa səyyarələri. 
 

  
 
 
 
202
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
İŞIĞIN QARANLIĞI 
 
Dedin qaranlıqdı, 
işıq yandırın. 
Yolları işıqlandırın. 
Yandırıb dikdi gözümə 
dörd faranın dördünü də. 
Yandırdı gözümün 
sevincini də, dərdini də, 
Yandırdı qaranlığı da, 
işığı da yandırdı. 
Bütün yolları, çölləri 
çiliklədi, qırdı. 
Görməmişdən amandır... 
Dedim yoluma işıq sal, 
demədim faraların  
dördünü də gözümə yandır. 
Gözə düşən gur işıq 
qaranlıqdan ağır dərddi. 
Nadan əlində işıq da 
ən qatı zülmətdi. 
 

                                                                                  
 
 
203
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin