Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   ...   6   7   8   9   10   11   12   13   14

 
 
BİLƏYDİLƏR 
 
Balıqların xəbəri olsa ki
yollarına tor qururlar, 
tutub tavada qovururlar, 
Quşbaz Balaqədeşin sağlığına vururlar, 
balıq yeyə-yeyə... 
Balığın dəniz dibindəki 
ömrünə dadlıdır,- deyə-deyə. 
Nə yaxşı balıqlar 
Tutulandan sonranı bilmir, 
Sahilə atılandan sonranı bilmir. 
Yaxşı ki, balıqlar 
Öləndən sonra dirilmir, 
Öləndən sonranı 
Görüb təzədən ölmür. 
Dənizin dibində 
Mavi sərinlikdə üzdüyü çağlar 
balıqlar bilsəydi ki, 
Balaqədeşin sağlığına 
araq yavanlığı olacaqlar... 
Nə yaxşı ki, 
bilmir balıqlar. 
 

                                                                                  
 
 
261
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
QARA 
 
Qara rəngin 
hər yerdə üzü ağdı.  
Yalandan, böhtandan uzaqdı.  
Qara deyəndə 
Bilirsən ki, qaradan o yana rəng yoxdu.  
Qarada nə varsa, göz qabağındadı,  
başqa çalar, ahəng yoxdu. 
 
Nə altında zirzəmisi, 
nə də üstündə mərtəbəsi var.  
Öz sanbalı, ləngəri, səsi var.  
Qara tabut da ola bilər, 
Qara duvaq da ola bilər.  
Qara tale də,  
Qara baxt da ola bilər. 
 
Ağ boyunda qara mərcan,  
A1 yanaqdan qara xal da ola bilər.  
Qara gözlər məhəbbətlə dola bilər,  
Qara saçların ətrində 
adam boğula bilər. 
 
Qaranın gözəl dadı ola bilər.  
Qaranın ağ günü, 
parlaq muradı ola bilər.  
Məhəbbətin çox adı var: 
Günəş deyirlər,  
bahar deyirlər, 
bir adına da  
"Qara qızın dərdi var" - deyirlər.  

  
 
 
 
262
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Qara həmişə üzü ağdı,  
Mərddi elə qırmızı kimi.  
Görən kimi bilirsən,  
Güclüdü, canalandı,  
Qonşumuzun qara qızı kimi. 
 

                                                                                  
 
 
263
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
MOSKVA 
 
Moskva deyəndə  
Səkkiz milyonluq 
bir təyyarə dayanacağıdı.  
Rusiyanın ən böyük bağıdı,  
Məhəbbət burdakı gözəllərin  
Ən sevimli oyuncağıdı,  
Görüşün, ayrılığın ocağıdı.  
Burda hər şey gəlir 
insan ağlına,  
Bir də görürsən 
yüz illərin binası  
çəkilib durduğu yerdən yana, 
yol verib təzə bir yola. 
 
Adamın heç olmasa 
təəccübü ola.  
Baxıb deyirsən belə yaxşıdı.  
Üstünə damcı düşəndə  
çətiri açırsan,  
yuxarı da baxmırsan,  
su tökülür, yoxsa bulud yağışıdı.  
Moskva boy atır 
hər an, hər saat, hər gün,  
Bəlkə heç təəccüblənməzsən –  
axşam gəlib görsən  
artıb uşağın, genişlənib evin  
(hər halda şeirin bu yeri zarafatdı). 
Moskvada səhərdən axşama  
 

  
 
 
 
264
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
bir ömürdü, həyatdı.  
Bura açıq ürəklə gəlsən  
hamı doğmadı.  
Özündə yadlıq varsa,  
Moskvada hamı sənə yaddı. 
 

                                                                                  
 
 
265
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
NİYƏ? 
 
Əlimdə təzə üzdüyüm güllər, 
Qıpqırmızı qışqırdı 
qərənfıllər: 
Niyə əkdin? 
niyə becərdin, 
niyə kəsdin ömrümüzü. 
Üzümü göyə tutdum: 
Niyə yaradır? 
Niyə yaşadır? 
Niyə öldürür bizi? 
 
 
 

  
 
 
 
266
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
           *** 
 
Biri ağlayır, biri gülür,  
biri döyür, biri döyülür.  
Dünyanın işi düzəlməyəcək, 
Nə qədər ki, yollar qovuşana  
yollar ayrıcı deyilir. 
 

                                                                                  
 
 
267
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
EHEY! 
 
Ya yuxusuzam, ya da acam –  
- Başladım əsnəməyə yenə,  
Ehey!!! 
Ordan bir ulduz üz, at mənə! 
 
 
 
 

  
 
 
 
268
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
GÜNƏŞ 
 
Günəş niyə yanır?  
Günəşin nə dərdi?  
Yansaydı çoxdan qurtarardı,  
Canının adi hərarəti bu qədərdi. 
 

                                                                                  
 
 
269
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
XƏSTƏ 
 
Xəstə göz qabağında  
Əriyib axır.  
Həkim yoxlayır...  
yerə baxır, göyə baxır,  
Necə deyəsən, pisdi,  
Necə deyəsən, yaxşıdı?  
Xəstəlik hansıdı?  
Dodaqlarının yanğısıdı?  
Gözlərinin qışıdı?  
Nə gördüklərimə oxşayır,  
Nə də oxuduqlarıma.  
Bir qarı qarasına deyindi,  
"A doxtur, səni  
doxturluğundan yarıma!"  
Həkim nə bilsin ki,  
Onun içində ağrıyan  
Müdriklikdəki son nəfəsidi.  
Ürəyində ağrıyan  
Altından çıxan maşındı.  
Barmağı altından gedən  
Katibənin düyməsidi.  
Bu yazığı 
Yorğan-döşəyə yıxmağa  
Elə bu da bəsdi.  
Hələ ürəyində ağrıyan  
Qucaq-qucaq dediyi  
Yalanı demirəm.  
Şişirtdiyi planı demirəm. 
İndi ürəyində  
Haqsız cavabları ağrıyır.  

  
 
 
 
270
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
İndi ürəyində 
Qəbul eləməyib,  
qapı dalında qoyduğu 
Nubar qarı ağrıyır. 
Gözdən saldığı köhnə dostları, 
Getmədiyi qohum toyları, 
Əzizlərinin yolları, 
Ürəyində qubar eləyir. 
Deməyir, ürək zarıyır, 
Deməyə də ar eləyir. 
Yaltaqları üçün darıxdığını da 
Özü-özündən danır, 
Boynuna almağa utanır. 
İndi yaltaqları da 
Başqasının yan-yörəsini 
Qabar eləyir. 
Bu xəstəliyə 
Loğman tədbiri yoxdu, 
Həkim nüsxələri yoxdu. 
Həkim neyləsin axı, 
Bu xəstəlikdən 
Heç allahın da xəbəri yoxdu. 
 

                                                                                  
 
 
271
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ÖLÜ PƏLƏNG 
 
Hər adamın içində 
min əsərin mövzusu var. 
Hər adamın canında 
min arzusu var. 
Hər adamın ürəyində 
bir pələng var, bir quzu var. 
Bir az yem at qabağına, 
üstündə də mehribanlıq, 
Yazıq insan dönüb 
quzun olacaq, quzun. 
Kölgən kimi ətrafında 
gah yığılıb gödələcək, 
gah da açılıb, uzun olacaq. 
Pələngi qırx arşın 
quyu dibində. 
Quzu pələngi 
gəzdirəcək cibində. 
Bəlkə ölənəcən 
pələng yuxulu, mürgülü getdi, 
İnsan ürəyində bir pələng gəlmişdi 
- ölü gəldi, ölü yaşadı, ölü getdi. 
 

  
 
 
 
272
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ZƏMANƏ ADAMI 
 
Sehrlidi bu "qəhrəman", 
Qan da çıxmaz yarasından. 
                           S.Vurğun 
 
Nifrəti məhəbbətindən çoxdu.  
Elə bil ilandan əmələ gəlib, 
yayın cırcıramasında da soyuqdu.  
Soyuqdu, amma özü üşümür.  
İlan kimi gözləri yarıyumuludu,  
yatmayıb, düşünür.  
Kimi? Necə çalsın?  
Çalanda humanist kimi  
Özü ucalsın,  
Həm də başqalarını  
Çalmağa zəhəri qalsın.  
Özü yaxşı eşitsin deyə,  
ömrü boyu 
ayağının səsi eşidilməyib.  
Hər bərkə düşəndə can verib, 
bir dəfə də ölməyib.  
Adam əkmək, əkilmək,  
Əvvəlcədən geri çəkilmək,  
Satılmaq, satmaq üzrə 
aldatmaq, atmaq üzrə,  
Şahidsiz udmaq üzrə,  
Pusquda yatmaq üzrə  
Akademikdi kişi,  
Deyərsən təkdi kişi,  
içi şeytan yuvası, 
üzü mələkdi kişi. 

                                                                                  
 
 
273
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Yaşayıb dünyada 
gah göz üstə kirpik kimi,  
gah da güngörməzdə tük kimi.  
Lazım olsa 
ağladığı yerdə elə bərkdən gülür,  
deyirsən, kişi ürəkdən gülür.  
İndi çarəsi qalmayıb, 
çarəsindən yapışıb qocalıq.  
Saqqalı olmayan 
çənəsindən yapışıb qocalıq.  
Qocalıq onun başının üstünü kəsdirir,  
Əlini üz-gözündə gəzdirir.  
Coşmaq istəyəndə 
çənəsini əsdirir, 
yəqin ki, axırda 
qocalığı aldadıb yıxmaq istəyəcək,  
aradan çıxmaq istəyəcək –  
Bəlkə çıxdı da aradan, 
Çünki onun əliylə 
canlara dəyən canlar  
rüşvət alıb yaradan,  
Ölümünü də istəmirəm, 
çox qocalmağını da.  
Təki olsun həmişə  
Gözümüzün qabağında.  
Analar təzəsini doğmaq istəyəndə,  
Apar qaytar - deyək
vallah, özümüzün  
lap əlası var deyək. 
 
 
 

  
 
 
 
274
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
GİLEYLİ 
 
Dindirən kimi  
Giley-güzara əl atma.  
Özünü aldatma, 
ürəyi yumşaqları ağlatma.  
Əzizim, həmişə 
gileylənənlər haqlı olmur.  
Haqlı olanı da  
Heç maraqlı olmur.  
Hamımız döyüşçüyük, 
gileylənən döyüşçülərin ən acizidir. 
Hər insan 
bir əqidəyə satılır.  
Gileylənən 
insanların ən ucuzudur.  
Yaşayır həmişə  
Gündüzlə gecə arasında,  
həmişə ağrı tapılar  
olmayan yarasında.  
Özünün yaratdığı 
yalançı bir aləmi var,  
Dilində həmişə ehtiyat yalanı,  
Gözündə həmişə 
ehtiyat nəmi var.  
Sağılır, inək deyil,  
Minilir, at deyil,  
yaşayır, düzdü,  
amma, həyatı həyat deyil. 
Kişi deyil, 
arvad deyil.  
Günəş zarısaydı həmişə 

                                                                                  
 
 
275
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
heç kəs baxmazdı günəşə,  
Bezib yarasa olardı canlılar.  
Nədən gileylənirsən, 
əlin var, gözün var, canın var.  
Kimə kələk gəlirsən,  
İnsan oğlu insan!  
Səndən aciz yırtıcıdı canavar.  
Dindirən kimi  
Giley-güzara əl atma, 
özünü də, bizi də aldatma. 
 

  
 
 
 
276
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
EY!!! 
 
Ey! Niyə öldürürsən? 
Bu insandı! 
Dərisini geymiyəcəksən,  
ətini yemiyəcəksən. 
Öldürdün, gərək yerə də basdırasan, 
Öldürdün, gərək, 
öz adını qatil yazdırasan. 
Bu yazıq 
onsuz da doğulan gündən  
bilir ki, bir gün gələcək,  
yüz təsadüfdən salamat çıxsa,  
qocalıb öləcək. 
Qocalıb ölməyən 
Toyuqdu, qoyundu, maldı. 
O da halaldı. 
Yemək üçün bəslədin, 
yemək üçün də kəsdin. 
Nə oldu, 
insana gələndə tələsdin, 
Öz boğazından kəsdin,  
verdin silahlara. 
Silahların öldürəni,  
yandıranı, əridəni 
Qəfıl can alanı, 
yavaş-yavaş çürüdəni. 
Öldür, yandır, çürüt məni. 
-
 
Nə qazanırsan  
sən öldürəndə, 
öz ömrün uzanırsa,  
başqa məsələ. 

                                                                                  
 
 
277
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Hardan bilirsən hələ,  
bəlkə elə düşdü,  
özün də öldün. 
Bu döyüşdü. 
Bu giclikdən əl çək, 
İnsan doğulan gündən  
bilir ki, öləcək. 
Özünə qatil də uydurub,  
adın da Əzrayıl qoyub. 
Əzrayılın xəbəri yox, 
özünü ona nökər tutmusan. 
Öz ölümünü, deyəsən, unutmusan. 
Ehtiyatlı ol, 
İnsan əsəblərini az sına. 
Bizim atalar sözü var: 
Su sənəyi suda sınar. 
 

  
 
 
 
278
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
NECƏ VAR 
 
Hər kəsin ürəyində düşündükləri 
üzündə görünə.  
Hər kəs öz arzusuna görə:  
kimi uça, kimi qaça, kimi sürünə. 
Ürəyindəki arzuya görə  
Hər kəsin üzü dəyişə, 
Kimi insan, kimi mələk, 
kimi meymun sifətinə düşə.  
Özü də günün günorta vaxtı,  
Onda gör nə qiyamət olacaqdı. 
Ağlayan kim, gülən kim, 
qaçıb gizlənən kim.  
Meydana gələn kim.  
Elə adamlar meymuna dönər ki, 
göydə Günəş çaşar,  
quyunun suyu heyrətindən  
ağaca dırmaşar. 
 
Elə adamlar məlakə olar ki,  
Heyrətindən ağlarsan. 
Görmədiyinə, görüb saymadığına görə  
öz gözlərini dağlayarsan. 
Dünya alt-üst olar, 
dəyişər aləm.  
Bəlkə də, pis günə 
düşər aləm. 
Milyard illərin yolundan çıxar,  
Oxundan oynayar aləm.  
 

                                                                                  
 
 
279
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Qarışar, qaynayar aləm.  
Sonra dünya sahmana düşməz.  
Sən allah, 
Necə var elə qalsın hər şey, hər kəs. 
 

  
 
 
 
280
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
TANIŞ SƏSLƏR 
 
Daşlar ağlı, qaralı  
Milyon illərin 
üst-üstə hopmuş səsləridi.  
Susur dili bağlı.  
Əlini at, 
bir daş götür, danışdıraq.  
Val kimi 
fırlayaq daşı tərsinə,  
Qulaq asaq əcdadımızın 
uzaq, tanış səsinə.  
Daş danışa-danışa kiçildikcə  
Səfər eləyəcək 
min illərə.  
Səfər eləyəcək dillərdən-dillərə.  
Daş kiçiləcək,  
dillər azalacaq,  
axırda 
bir zərrə qum
bir də cənnətdən qovulmuş Adəm, 
Bir zərrə qumda 
Həvvanın səsi olacaq: 
"Adəm, mən səni adam elədim, adam!" 
 

                                                                                  
 
 
281
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
TUTUQUŞULARI 
 
Eşitdiyi, gördüyü 
quşların, heyvanların  
Hamısını yamsılayır.  
Qışqırırsan, qışqırır,  
Sayırsan sayır,  
Adam da olur, 
it də, pişik də...  
Onun səsindən 
dinclik yoxdu evdə-eşikdə.  
Üstünün rəngi də yığmadı,  
Hər rəngdən bir damla. 
Elə danışır adamla  
elə bilirsən  
Əzizindi, doğmadı.  
Əsl zəmanə quşudu,  
Təkrar eləyir hamını 
təkrara sərf eləyib 
Səsini, 
həvəsini ilhamını...  
Öz sözünü, səsini  
Eşidən olmayıb, bilən yoxdu.  
Həmişə hörmətlidi,  
Həmişə toxdu.  
Həmişə təkrar eləyir,  
Təkrar, təkrar, təkrar.  
Yer üzündə təkrardan  
artıq nə var? 

  
 
 
 
282
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ASAN DEYİL 
 
Asan iş deyil 
Həmişə anlayasan, 
Hər işə yarıyasan. 
Hamını duyasan. 
Başqasının süfrəsini bol görəndə 
özün də doyasan. 
Qonşu sevincini görəndə 
Öz dərdini unudasan. 
Bir qanmazı 
yüz yaxşıya bağışlayasan.  
Söyüşünü qaytarıb udasan.  
Namərdlik düşmənə bağışlanar,  
Ona hər kişinin haqqı var.  
Namərdliyi dosta bağışlamaq  
asan iş deyil, 
Ürəyin ağlayanda toyda gülmək 
gülüş deyil, 
gərək bacarasan! 
Bunlar asan olsaydı, 
onda daha nə vardı. 
Dünyada hamı 
İnsan olardı. 
 

                                                                                  
 
 
283
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
KEÇİR 
 
Ürəyimdən nəğmə keçdi, 
Səsim olmadı oxuyam.  
Bu dünyadan atam köçdü,  
Gücüm olmadı saxlayam. 
 
Günlər, aylar, illər keçir,  
Daşlar üstən sellər keçir,  
Sinələrdə güllər keçir, 
İstərəm baxam, ağlayam. 
 
Mən susuram yavaş-yavaş,  
Söz altda daş, söz üstə daş,  
Adamlar çoxdu, a qardaş,  
Mən bir insan soraqlıyam. 
 
Soruşanda haqsızları,  
Hamı baxdı mənə sarı.  
Ay yurdumun balaları,  
Bəlkə, elə mən haqlıyam. 
 

  
 
 
 
284
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
TOFİQ HƏKİM 
 
      (Zarafatyana) 
 
Dəlilər arasında  
ən ağıllı, 
ağıllıların ən dəlisovu,  
ən şuxu. 
Bir şəhəri işıqlandırmağa bəs elər 
gözlərinin işığı.  
Düzlük dəlisi,  
Həyat aşiqi. 
Minlərlə dostu var,  
onların ən yaxını  
ən əzizi öz tarıdı.  
Tarı dərdini söylədiyi anadı.  
Tarı qaçıb pənah gətirdiyi tanrıdı.  
Tarı ilə verər baş-başa,  
Heç kəsə demədiyini ona deyər.  
Bu taxta parçası dözməz, inləyər, zarıyar,  
Tar ağlaya-ağlaya  
Tofıqin ürəyinin 
yaralarını sarıyar,  
adamın öz ürəyi olsa,  
Adam quru taxtadan da yarıyar. 
 

                                                                                  
 
 
285
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
DOSTUMU YUXUDA GÖRDÜM 
 
Bu gecə yenə yuxuma girmişdin,  
Səninlə görüşdüm.  
Göyçayda qara gözlü uşaq idin.  
Özün boyda işıq idin.  
Qaçırdın uşaq oyunları dalınca  
başaçıq, ayaqyalınca. 
Tərdən buğlana-buğlana, yanaq yana-yana. 
Gözlər yana-yana, dodaq yana-yana. 
Gözlərində nə şeir yazmaq qayğısı vardı, 
Nə də fılankəslərin 
Hədəsi, kölgəsi. 
Top kimi gümrah idi, 
atılıb-düşürdü durduğu yerdə. 
Əlini mən tanımırdım; 
Əliydi, gözləri iri, sifəti girdə, 
Əlinin uşaqlıq çağı. 
Orxanından da balaca Əli. 
Dedim: bəs sən böyümüşdün axı. 
Dedi: səhv eləmişdim. 
Nə var axı, böyüyüb görməli. 
Güllər, çiçəklər oyuncağı idi, 
Çöllər, düzlər oylağı. 
Uzaqdan bir nəğmə səsi gəlirdi: 
"Getmə, ey bahar, 
Qorxuram böyüməyə, 
Qorxuram şair olmağa, 
Qarşıda vaxtsız ölüm var". 
 
 
 

  
 
 
 
286
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ÜÇ BƏND 
 
         I 
 
Hər adamın  
dərdini bölüşməyə bir yoldaşı olar. 
Heç olmasa bir ağacı,  
bir daşı olar. 
Dəniz olsun, 
it, pişik olsun,  
adamın bir sirdaşı olar. 
Ürəyi dolanda 
üzünü tutsun,  
danışsın, yüngülləşsin,  
özünü unutsun. 
 
        II 
 
Kimini tənhalıqdan qaçdığı yer,  
Kimini yarımçıq qalan işi,  
Kimini öyrənmək istədiyi sirr,  
Kimini də düşmən yaşadır.  
Bunlar olmayan ömürdən  
Ölüm yaxşıdır. 
 
        III 
 
Yol var gedilməyib,  
Üzü tüklü adam kimi  
Üstünü ot basıb,  
Nə qədər adam özünü öldürüb,  
Suda boğulub, 

                                                                                  
 
 
287
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
özünü asıb,  
onların yoludu  
qalıb yetim, kimsəsiz.  
Yolları ot basar 
yaşamasaq biz. 

  
 
 
 
288
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
İYİRMİDƏN SONRA 
 
İyirmi il bir-birimizi tanıdıq 
Dost kimi, qardaş kimi,  
Bir bədəndə iki baş kimi. 
Ağlımızı, istedadımızı  
Heç vaxt yarışdırmadıq,  
Qabağa çəkməyə çalışmadıq  
öz adımızı. 
 
Bir-birimizin yanında 
qürrələnməyi özümüzə yaraşdırmadıq.  
Dedik, ömrü yaşamaq da  
bir işdi. 
Sevinci, kədəri böldük yarı,  
yükümüz yüngülləşdi. 
Bir gün 
dostumun əlinə vəzifə keçdi,  
dostum dəyişdi. 
 
Təriflərdən şişdi, 
yaltaq laylalarına xumarlandı,  
Sağlığı tez-tez 
məclislərdə tumarlandı.  
Dırmaşdı üzü yuxarı,  
Baxdı üzü yuxarı,  
Özündən özü yuxarı. 
Ordan nə ötən ömür görünür,  
nə də dünən, 
nə də mən,  
Ömrün bu azalan vaxtı 
uzaqlaşırıq günü-gündən. 

                                                                                  
 
 
289
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
Bir də yolumuz bir səmtə düşüncə, 
yollar qayıdıb görüşüncə,  
Gec olacaq,  
Bizim tabutumuzda  
Bir dost əlinin yeri boş qalacaq. 
 

  
 
 
 
290
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BAYRAQ 
 
Bir qədər parça idi 
rənglədik, oldu bayraq. 
Bax, 
indi ondan 
nə qızlara don olar,  
nə də yaralara sarıq. 
Onu ancaq 
başımızın üstündə tutarıq,  
başımızın üstündən asarıq. 
Bu parça deyil, - 
namusumun şəkli,  
qeyrətim oldu. 
Ucalığı hörmətim oldu,  
mənə tapşırılan  
millətim oldu, 
Əlimdə bayraq 
başımı kəssələr,  
bayrağımdan tutub  
ayaq üstdə qalaram. 
Qanımla özümü boyayıb  
bayraq olaram. 
Bayrağım sancılmaq üçündür  
dağların zirvəsi,  
kosmik gəmilərin qübbəsi. 
Bayrağımı dalğalandırmaq üçün 
Fırlanır yer kürəsi. 
 

                                                                                  
 
 
291
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin