Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   ...   6   7   8   9   10   11   12   13   14

 
 
 
BAHAR SƏHƏRİ 
 
Ağacların yarpaqları 
körpə quş balaları kimi  
ağzı göyə açılı;  
gicitkanlı, tikanlı,  
şirinli, acılı 
bütün çöl-bayır yeməlidi. 
Yamaclar qurban deyilməlidi. 
Bülbülləri demirəm heç,  
toyuğun səsində də  
məlahət var. 
Nə yaxşı ki, dünyada  
hələ kənd var. 
Kəndin adında  
abır-həya, 
xeyir-bərəkət var. 
Kəndsiz də keçinərdik. 
19-cu mərtəbədə 
dibçəkdə qızügüllərim var,  
qəfəsdə cəh-cəh vuran  
sırtıq bülbüllərim var. 
Mədəyə baxır,  
nə var udub  
əritməyə dərdi,  
o güllər, bülbüllər də  
mənim kimi  
kəndlilərdi. 
Dözürəm yayın 
od yağışında,  
payızın yarpaq yağışında,  

                                                                                  
 
 
351
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
qışda, 
boranda, qarda;  
bircə, dözə bilmirəm baharda.  
Əlimin könlünə torpaq düşür,  
ayağımın könlünə  
torpaq düşür. 
Gözlərimin könlünə 
körpə yarpaq düşür. 
Öz-özümə 
yazıq kəndli deyirəm.  
19-cu mərtəbədən asılmış  
mənzilimdə zənbildə 
küçük zingildəyən kimi  
zingildəyirəm. 
 

  
 
 
 
352
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
ÜRƏK 
 
Bir baharın sevincini 
yükləmişəm bir ürəyə. 
Ürək top kimi doludu, 
dəyir yerə, qalxır göyə. 
Bu sevinclə yazıq ürək, 
sinəmə də sığan deyil. 
Göz yaşardır soğan kimi, 
soyulmaqda soğan deyil. 
Nə istəyir özü bilmir, 
nə sinəmdən çıxa bilər, 
nə də orda dözə bilmir. 
Taleyinə yazılan da 
çapalamaq, döyüşməkdi;  
qışda qarla döyülməkdi,  
yazda sellə sevinməkdi, 
qızılgüllə öyünməkdi. 
Onunçün də o ürəkdi, 
Onunçün də göz ikidi,  
ürək təkdi. 
Baş ağardı, göz korşaldı,  
ağıl itdi, bel büküldü... 
yalan sözdü, 
Nə çəkdisə, ürək çəkdi. 
 

                                                                                  
 
 
353
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
DÜNYANIN İKİ GÜNÜ 
 
Yağış yağdı, 
gürşad yağış. 
Damda, daşda, 
çalıb-oynayan  
şad yağış. 
Yudu havanı, 
yudu şüşə kimi,  
yudu şəffaflığı ilə, 
sildi ağlığı ilə. 
Sonra yağış  
uçdu, 
qaçdı. 
Günəş 
təzəcə üzü yuyulmuş  
uşaq kimi 
qımışdı. 
Söykədim üzümü 
havanın soyuq üzünə
baxdım səmanın 
aydın, mavi gözünə. 
Burdan yağış keçib,  
nə yeri, nə danış,  
nə də din. 
Bundan əvvəl nə vardı 
Yağış yudu apardı... 
Dünyada ilk gündür,  
ilk gün. 

  
 
 
 
354
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
MUZEYDƏ 
 
Muzeydə bir qız vardı,  
gözlərində payız, 
saçlarında bahardı... 
Elə ki, adama baxardı  
adamın ürəyi  
sinədə yaşamaqdan 
bezərdi, darıxardı. 
Muzeydə bir qız vardı,  
kimin istəsə  
evini tikərdi,  
kimin istəsə 
evini yıxardı. 
Danışırdı 
bir xalqın 
adından, 
Şevçenkodan danışanda 
özü də çıxırdı yadından. 
Danışdıqca 
yanardı,  
alışardı, 
aşardı, daşardı,  
xəyalən onunla 
küsərdi, barışardı. 
Söhbətin kədərli yerində  
bir də gördün 
gözləri yaşardı. 
Deyərdi: evlənməyib Şevçenko,  
kimisə axtarıb  
ömür boyu...  
onun toyu olmayıb, toyu.  

                                                                                  
 
 
355
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Adam belə tələsərdimi heç,  
dünyaya gəlməyə, 
yaman tələsmisən  
Taras Qriqoryeviç.  
Bu qız da 
gecikib sənin görüşünə.  
Onun üçün 
kədər qonub gülüşünə.  
Səndən danışır 
kövrək-kövrək, 
üşünə-üşünə. 
Zamanın belə 
hoqqaları var, 
bir də gördün  
iki sevgilinin  
hərəsini  
götürüb bir əsrə atar,  
hünərin var 
di gəl zamanı geri qaytar. 
Bir muzeydə 
rastlaşıb iki sevgili, -  
tərsinə gedən iki qatar... 
 

  
 
 
 
356
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
İLİN SƏHƏRİ 
 
Açılır təzə ilin sabahı, 
kəndli ilinin səpin çağı,  
(Doğum evlərində  
qucaq-qucaq çağa), 
fəhlə ilinin bünövrə qoyan vaxtı.  
Açılıb təzə ilin baxtı, - 
hələ almayanaqdı.  
İl də insan kimidi, 
ömrünün səhəri var,  
günortası var,  
İnsanın qürub çağları var;  
Oyuncaqları, 
günahları, 
uşaqları var. 
Arzuları var, 
barı var,  
qubarı var.  
İl də insan kimidi, 
istəməz ömrünə düşsün  
müharibənin ləkəsi,  
artıb dünyanın  
"mənəm" deyən ölkəsi.  
Ölkələr şişib; 
bir-birinin üstünə  
düşür kölgəsi,  
Danışıqların artıb "bəlkəsi". 
Yazıq insan 
baxır dörd yana,  
zamana; 
boğazı quruyub,  

                                                                                  
 
 
357
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
boğazında qalıb halal tikəsi. 
Neyləyək, 
qulağımızı tıxaya bilmərik,  
insan qulağına gəlir insan səsi. 
Açılıb təzə ilin sabahı, 
axşamı barlı gəlsin,  
bayrama tonqallı gəlsin,  
noğul, qoğallı gəlsin,  
şirin nağıllı gəlsin... 
 

  
 
 
 
358
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QATARLAR KEÇİB GEDİR 
 
Gecələrdən keçib gedən 
qatarlardan yuxu yağar. 
Təkərin yorğun səsində, 
qatarın pəncərəsində  
kənddən yuxu keçər, axar, 
Bir gözəlin yuxusundan 
paravozuna kukla bağlı  
qatar keçər. 
Dümqırmızı bir vaqonda  
gəlin köçər. 
Qatar düşər torpaq yola, 
qapısına gələr qızın. 
İndi, səhər bu yuxunu 
Ay atalar, gəlin yozun. 
Qatar keçər kənd içindən. 
Kimə qalıb, gedir hara. 
Kənddən ayrı o tənha ev 
bu gün də çatmaz qatara. 
 
Qatar gedir, qayaları 
Meşələri yara-yara. 
Qatardan atılıb düşən 
uca-uca ağaclara  
bu qatardan  
bircə əlcə işıq qalır. 
Qatar gedir, 
təkərləri layla çalır. 
Yol yanında düşüb qalan 
balaca kəndlərim laylay. 
Yuxusunda qatar olmuş 

                                                                                  
 
 
359
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
səllimi atlarım laylay. 
Olsa da bu gecə qara, 
kənddən ev minməz qatara. 
Kəndi qatardan qoruyan 
yuxulu itlərim laylay. 
Gecələrdən qatar keçər, - 
Bu yerləri nə görəcək. 
Kim qatarda yatar keçər?.. 
 

  
 
 
 
360
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
GECƏ... ŞAMAXI... 
 
Şamaxıda gecə keçdi,  
yatmayana gecə heçdi...  
Gecənin rəngini içdi  
iki dostum sübhə kimı. 
 
Gərək göydən nağıl yağa,  
söykənib hərə bir dağa.  
sərmişdilər ortalığa  
Şamaxını süfrə kimi. 
 
Bu dünya bir alaçıqdı,  
onun da yolu palçıqdı.  
Tanrının cibindən çıxdı  
Günəş səhər süftə kimi. 
 

                                                                                  
 
 
361
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
                 *** 
 
Bir əlinlə toplayırsan, yığırsan,  
bir əlinlə dağıdırsan, yığırsan.  
Dəli dövran, nə oyundan çıxırsan,  
səyyarəmiz bu nəsilə qalmayıb. 
 
Göydə ulduz, yerdə canlı sanıdı,  
Yer kürəmiz bir səyyarə canıdı.  
Bu yazığı fəzada kim tanıdı,  
salam verib hələ salam almayıb. 
 

  
 
 
 
362
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
              *** 
 
Dünyanın ən ağır yolu gecədir,  
dünyanın ən böyük sevinci səhər.  
Mənim çətinliyim mən ölüncədir,  
sonrası?.. Sonrası hər şey düzələr. 
 
Ən yaşlı adam da gecə uşaqdır,  
tənhalar ölümlə vuruşur hər an.  
Gecələr zülmətə qərq olacaqdır,  
tənhalar getsələr əgər dünyadan. 
 
Tənhalar əvvəldən olub utancaq,  
mən də tənhalardan biriyəm, varam.  
Siz məni gecədən qoruyun ancaq,  
Sizi axşamacan mən qoruyaram. 
 
Qoruyun deyəndə, mənə zəng edin,  
söyün, hirsləndirin, yata bilməyim.  
Yuxumu qaçırıb məni dəng edin, -  
ölüm yuxusuna bata bilməyim. 
 

                                                                                  
 
 
363
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ÖMÜR 
 
Qarşımda bir ömür durub;  
min zəhmətlə bəzənəsi.  
Ürəyimdə şivən qurur  
Hədər gedən anın səsi.  
Taleyimin saatı tək  
gecə-gündüz yatmır ürək.  
Sinəmdəki hər çırpıntı  
Bir addımdır,  
ömür gödək. 
 
 

  
 
 
 
364
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ASANDIR 
 
İnsan - ən uca zirvə, -  
İnsan kimi yaşasa.  
İnsan - ən kiçik zərrə, -  
kiçilməyə başlasa...  
Bu fərqin arasında  
insan... insan... insandı.  
Ucalmaq da asandı,  
kiçilmək də asandı. 
 

                                                                                  
 
 
365
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
DAĞLARIN YUXUSU 
 
Dağlar heç zaman  
dənizi görməmişdi. 
Bir gün yuxu gördülər,  
dağların yadına düşdü  
dalğa olduğu çağlar. 
Bir-birinin dalınca  
qovur, qaçırdı dağlar. 
Dağlar dalğa idilər, 
fikri qovğa idilər. 
Sola-sağa çapardı,  
talar, çalar-çapardı. 
Qarşısına keçəni  
Əyib, büküb, aşardı,  
vurub, söküb aşardı. 
Dağlar öz yuxusundan  
elə kövrəldilər ki,  
gözləri də yaşardı, -  
yaşardı bulaq oldu. 
Dalğalar mal-qaralı,  
boz ayılı, marallı, 
daş səbirli dağ oldu,  
sinəsi yaylaq oldu. 
 

  
 
 
 
366
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
İKİ GÜNDÜR 
 
Hava işıq olanda 
işıqlı oluram. 
Hava buludlu olanda –  
buludlu; 
ürəyim işıq yolu,  
bulud yolu. 
İki gündür 
ürəyimdə bir şeir ağrıyır. 
Gecə yuxumdan kömək umuram, 
Gündüz gündüzümdən. 
Bezirəm 
dostdan, qohumdan, özümdən...  
Ürəyimdə bir şeir ağrıyır. 
Arvadla dalaşmışam, 
uşaqları döymüşəm,  
ayağımı sıxan ayaqqabını,  
qəsdən axtarıb, tapıb geymişəm. 
Ən zəhləm gedən 
qonşumun qapısını döymüşəm. 
Ürəyimdə bir şeir ağrıyır... 
Sevdiklərimi 
yolun ortasındaca sevirəm. 
Xoşum gəlməyənləri 
yolun ortasındaca söyürəm. 
Qorxun ki, yerin altını  
üstünə çevirəm,  
nə qədər ki, ürəyimdə bir  
şeir ağrıyır. 
 
 

                                                                                  
 
 
367
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
TANIŞ GƏLİR 
 
Olur ki, yas yerinə gəlirəm, 
rəhmətliyi heç tanımıram,  
amma kövrəlirəm. 
Ağlayanlar tanış gəlir mənə,  
məni qınama;  
biri bacıma oxşayır,  
biri anama. 
Evimdə də rahatlığım yoxdu. 
Bir də görürsən 
bəd xəbər özünü mənzilə soxdu, -  
ekranın mavi gözündə  
qara xəbər. 
Bu gün İranda 
beş nəfər öldürdülər. 
Cavanların qanı yaqut oldu 
İran şahının tacına. 
Cavanlara ağlayanlar  
tanış gəlir mənə, 
biri anama oxşayır, 
biri bacıma. 
Sancır ürəyim 
boğazımda tıxcanır halal çörəyim. 
 

  
 
 
 
368
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ŞƏHƏR, SƏHƏR 
 
Səhər-səhər 
üzü günəşə 
oyanır şəhər. 
Yolları - 
güc dolu qolları, 
hərəsi bir yana dartınıb gedir. 
Gecədən tökülüb qalan sükutu 
odlu sinəsinə çəkib əridir. 
Bu nəhəng fəhlə 
öz iş paltarını geyir əyninə,  
hələ gözlərini ovxalamamış,  
barmaqlarında  
boru tüstüləri burulur yenə. 
Şəhərdə qonağam, bekaram bu gün, 
bilmirəm özümü harda gizlədim  
bu nəhəng fəhlənin  
əl-ayaqlarına dolaşmamaq üçün. 
 
Hər gün səhər-səhər,  
şəhər 
insanları alar, səpər  
hərəsini bir yana. 
Axşam yenə 
qaytarar yığar evlərinə. 
Səhər yenə... 
Axşam yenə... 
Sinəsi qalxır, enir, 
hər gün bu təkrarı yenidən başlayır, 
Şəhərim belə nəfəs alır, belə yaşayır. 
 

                                                                                  
 
 
369
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
AĞACLAR UÇAR 
 
Ağaclara tənhalıq güc gələr 
gecələr. 
Ağaclar yuxularda xoşbəxt olar, yaşar. 
Yuxunun şirinliyindən 
yarpaqları ağırlaşar. 
Yuxularda ağaclar uçar, 
budaqlarında koma-koma yuvalar,  
yuvalarda ətcə-ətcə balalar; 
Arxasınca dəstə-dəstə quşlar  
ağaclar uçar. 
Yorulanda səhralarda yatar, 
susuyanda bulaqlardan içər,  
ağaclar uçar, 
ulduzların yanından keçər  
meşələrin qəribə nümayişləri. 
Aşağıda ağarar 
mat qalmış adamların balta dişləri. 
 

  
 
 
 
370
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ÖHDƏÇİLİK GÖTÜRÜN 
 
S.Rüstəmə 
 
Yüz əllini keçmişik, 
yüz altmışı görmüşük, 
yüz yetmişin az qala  
qulağını burmuşuq. 
Deyirlər, bir Süleyman 
altı yüz il yaşayıb. 
Onda şair Süleyman 
hələ təzə başlayıb. 
O, hələ indi-indi 
yetmiş yaşa dolubdur. 
Şirəlinin tay-tuşu 
ağsaqqallar deyirlər: 
göz dəyməsin, Süleyman  
cavan oğlan olubdur. 
Dahi Nizamimizin 
zarafatcıl nəvəsi. 
Ürəyində həmişə 
cavanlığın həvəsi. 
Bir əliylə çiyninə 
söykənibdi şeirimiz. 
Alovlu ürəyində 
nəğmələri, sözləri 
Alışan şairimiz. 
Təbiəti heç zaman 
olmayıbdır dəyişkən. 
Misraları döyüşkən, 
dəmirçi kürəsində  
yoğrulan şairimiz. 

                                                                                  
 
 
371
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
İnqilabın səsindən 
doğulan şairimiz.  
Azərbaycan bu günlər 
hər an, hər gün qazanır  
zəfər üstündən, zəfər.  
Hər yanda hər tərəfdə 
alovlanıbdır yarış.  
Plan, plan yerində 
öhdəçilikdən danış!  
Şairlər ağsaqqalı, 
yetmişcə yaş nədir ki,  
siz belə bir iş görün: 
durun, qalxın kürsüyə -  
iki yetmişillik də  
öhdəçilik götürün!... 
 

  
 
 
 
372
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
TORPAQDADI 
 
Əsrlərə bac verəndi, 
yer əkəndi, becərəndi; 
Yeri gəlsə, çəmi düşsə, 
allahlarla bacarandı. 
Dili - şeirinin dilidi, 
torpaq kimi səbirlidi. 
Bu torpağı əkənlərin 
istedadı torpaqdadı. 
 
Utanandı, yaşınandı, 
Öz tağında yaşayandı. 
Bir bayatı dedi hərdən 
gözlərinin yaşı yandı. 
Torpaq kimi dözümü var 
kəndlinin sakit səsinin. 
Həmişə də süfrəsinin 
rəngi, dadı torpaqdadı. 
 
Torpaq onun nəğməsidi,  
həvəsidi, nəfəsidi. 
O, torpağın balasıdı, 
torpaq onun nəvəsidi. 
O torpağı əzizləyər, 
nə gözlər, ondan gözləyər. 
Kəndli bacı-qardaşının 
eşqi, odu torpaqdadı. 
Anam, bacım torpaq - deyə, 
sözümə yaxşı bax - deyə,  
o, torpağa əyildikcə  
 

                                                                                  
 
 
373
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
adı-sanı qalxır göyə,  
Şöhrəti-şanı qalxır göyə.  
Kəndli-bacı qardaşımın 
yüksək adı torpaqdadı. 
 

  
 
 
 
374
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
YOLLAR SƏSLƏYİR 
 
Cücə yumurtadan  
çıxan kimi 
çıxdıq kənddən,  
nə sevincdən, nə də dərddən, - 
elə-belə. 
Vidalaşdıq gülə-gülə. 
Müharibə olsaydı, 
döyüşə gedəcəydik;  
biyar olsaydı, 
biyara. 
İndi elə-belə çıxdıq 
yollara, 
Anamız gülə-gülə  
yola saldı, 
kənd arxının 
o tayında qaldı. 
Bəhanəmiz vardı - 
oxumaq. 
Oxumaqdan ötəri  
isti yuvasından 
didərgin düşərdi  
hansı axmaq. 
Çöllər, düzlər,  
yad üzlər, 
qulağımız eşitməyən sözlər, 
Ruhumuzu ovlayası gözlər - 
Bunlar da dərsdi. 
Bunlar da bizim kimi,  
sağlam, 
xam onları, yüzləri 

                                                                                  
 
 
375
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
gözlər. 
Xam torpaqları 
biz idik minib öyrədən. 
BAM yolunu 
biz idik minişkil edən. 
Ağdaşlı idi 
Kamçatkalı qızın görüşünə 
BAM-a gedən. 
Anamız qalır 
kənd arxının o tayında. 
Bir oğul qalır harayında... 
Saçı ağaran yollar, 
ümidi yoran yollar,  
barı məktub gətirin 
oğul aparan yollar. 
Kənddən 
cücə yumurtadan çıxan kimi,  
çıxırıq. 
Yollar boyu xatirə yığırıq. 
Qayıdanda 
nə doğma kəndə sığırıq, 
nə də qaytarmır bizi yollar. 
Deyir, qocalar yolda yorular, 
nə olar axı... 
Bizim də oğlumuz var,  
təzə kəndimiz, 
kəndimizin də arxı... 
 
 
 
 
 

  
 
 
 
376
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
DAĞLAR 
 
Lalə oda yaxar səni,  
yaşıl çəmən yıxar səni.  
Ağ köynəyin yaxasını  
cırıb çıxar yaşıl dağlar. 
 
Qar sel-suya dönər gedər,  
duman gələr, sinər gedər. 
Köçlər gələr, enər gedər,  
durub baxar yaşıl dağlar. 
 
Qoynu elin qaçan yeri,  
qoruyubdu nəsilləri.  
Yüz illəri, min illəri  
yorub yıxar yaşıl dağlar. 
 
Zaman düzləsə dağları,  
torpaq gizləsə dağları,  
tütək səsləsə dağları  
durar, qalxar, yaşıl dağlar. 
 

                                                                                  
 
 
377
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
SƏMƏD HAQQINDA 
 
Muzey - bır ömrün tör-töküntüsü,  
bir böyük ömürdən düşüb qalanlar...  
A şair ömrünün yazıq günüsü,  
bir yığın kağızsan, bir qalaq paltar. 
 
Muzeysən, sənin də var muzey dərdin,  
qələmsən, tüfəngsən, saatsan, sazsan.  
Bir alim ömrünə bəs eləyərdin,  
amma şair üçün azsan, çox azsan. 
 
Vurğun nə ovçuydu, nə yazı yazan,  
şair - Vurğunun öz ürəyi idi.  
O bir parça idi, payızdan, yazdan,  
sərt qışda, tünd yayda gərəyi idi. 
 
O bir insan idi, böyük bir insan,  
böyüklər özünə kəsilir yağı.  
Bəzən bu dünyanın azadlığından  
çətindi insanın öz azadlığı. 
 
Nəhəng dalğa idi, qayaya sıxdıq,  
zaman axınında o çıxdı üzə.  
Ondan damlaları muzeyə yığdıq, 
qayıtdı, təzədən getdi dənizə. 
 
İndi şairimiz dönüb heykələ,  
düşüb qalanları muzey olubdu.  
Düzünə qalanda bilmirik hələ  
nə vaxt tənhalıqdan gözü dolubdu. 
 
 

  
 
 
 
378
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
O ki şair idi heykəldən qabaq,  
heykəl arxasında ömür gizlənir.  
Yazıq şairlərin taleyinə bax:  
heykəli özündən çox əzizlənir. 
 
Bəlkə qohumlar da ona gülüblər,  
gülməyə nə var ki, gülmək asandı,  
Şair tay-tuşları elə biliblər  
özlərindən sonra o da yazandı. 
 
İnsanlar içində düşüb itmişdi,  
ərki ürəyinə çatırdı ancaq.  
Şəhəri özünə muzey etmişdi  
qərardan, dövlətdən, hamıdan qabaq. 
 
Onda, Səməd idi qazaxlı Səməd,  
onda üzünə də kim idi baxan.  
Qardaşım, adətdi, adətdi, adət, -  
məşhur olmayınca cırılmır yaxan. 
 
Onda, ürəyində Vaqif gəzirdi,  
Qacar qəzəbi də dinərdi bəzən.  
Özü həm xan idi, həm də vəzirdi,  
bircə özü idi özünə dözən. 
 
Ellər səsləyirdi ruhunu hər gün,  
onun laylası da yarpaq səsiydi.  
O doğma yerlərə baş çəkmək üçün  
tüfəngi, tulası bəhanəsiydı. 
 
Elə güvənmişdi taleyi, baxtı, 
ellərdən almışdı öz avazını.  

                                                                                  
 
 
379
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Bəlkə də Londonda olduğu vaxtı  
yuxuda görmüşdü Qarayazını. 
 
Ürəkli açdığı qapı - ürəyi,  
o çırpıb qaçdığı qapı - ürəyi.  
Xəlvət danışdığı öz ürəyiydi,  
küsüb, barışdığı öz ürəyiydi. 
 
Özüm də bilmirəm nə deyim sənə,  
belə adamlara qayğı gərəkdi.  
Haqdır qayğı içrə böyüsə yenə,  
həmişə düşünən - həmişə təkdi. 
 
Bəlkə o, vağzaldan düşüb bir səhər  
indiki heykəlin yerində durub.  
Tanışsız-bilişsiz ögey küçələr  
kövrəlib, boylanıb, boynunu burub. 
 
Onun baxışları, onun ilhamı  
çöllərdən, ellərdən yığışan deyil.  
Çap olan ilk şerin böyük bayramı  
bütün muzeylərə sığışan deyil. 
 
Elə anlar olub - ölümdən betər,  
yolu heç bir zaman olmayıb hamar.  
Bunları deməsən, elə bilərlər  
daim xoşbəxt olur böyük adamlar.  
 
Sancıblar, insandı, ağrıyıb canı,  
qəlbində gizlədib öz gileyini. 
Hər saat yüz dəfə qaralıb qanı.  
Hər saat yüz dəfə açılıb eyni. 

  
 
 
 
380
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Bu şikayət deyil, bu təlaş deyil,  
Dargöz! Dodaq büzmə, gəl gizlincə sən.  
 
Bu şair ömrüdü, nümayiş deyil,  
Geyinib-gecinib gəlib keçəsən. 
 
Sənə də hirsləndim, bağışla məni,  
sən də bu dünyada yaşamalısan.  
De, geniş düşünmək çətindi yəni,  
nə olar yaşayıb, yaxşı olasan. 
 
Olma dahi alim, nə dahi şair,  
bir yaxşı adam ol geniş ürəkli.  
Suçu ol, dülgər ol, bənna və sair,  
adam ol, adam ol, bizə gərəkli. 
 
Qoy ilk addım atan qısılsın sənə,  
birdən büdrəyəndə yapış əlindən.  
Bəlkə gələcəyin bir dahisinə  
sən ilk addımında kömək edirsən. 
 
Hələ mən nəyəm ki, söz meydanında,  
bilmirəm heç nədən söz düşdü belə?  
Bağışla, ay ustad, sənin yanında  
öyüd-nəsihət də verirəm hələ.. 
 
 
 

                                                                                  
 
 
381
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin