Bürclər və onların xüsusiyyətləri → Bürclərə görə xəstəliklər hansılardır?



Yüklə 1,2 Mb.
səhifə3/4
tarix16.03.2017
ölçüsü1,2 Mb.
#11810
1   2   3   4

Seksdən sonra


QOÇ: Bir də eləyək?…
BUĞA:Acıdım, Pizza sifariş verək
ƏKİZLƏR: Televizorun pultu hanı?
XƏRÇƏNG: Nə vaxt evlənəcəyik?
ŞİR: Etiraf et, Möcüzəydim deyilmi?
QIZ: Qalx qalx, Paltarları dərhal yumalıyam!
TƏRƏZİ: Sən xoşbəxt oldunsa, mən də çox xoşbəxt oldum həyatım…
ƏQRƏB: İndi də damda sevişək!
OXATAN: Mən səni sabah axtararam,sən məni axtarma!
OĞLAQ: Mənə vizit kartını versənə…
DOLÇA: Gəl indi paltarsız edək?
BALIQ: Hə,sənin adın nə idi?…
Bürclər və onların xüsusiyyətləri → Bürclərə görə qadınlar
QOÇ
Qoç qadını bir kişidən qorunmağı, güdülməyi gözləməz. O, həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istər. Ona təqdim edəcəyiniz romantik bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət etmə təsisində tətil təkliflərinə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basket matçı və ya Bungy-jumping nümayişinə isə qaçaraq gəlir. Şəfqət və sevgi yerinə ehtiras və cinsiliyi seçər. Özü kimi aktiv, güclü və azad kişiləri sevər. Bir idman qarşılaşmasında komandanın as oyunçususanız və, o da tamaşaçılar arasında isə mütləq sizə aşiq olacaq. Qarşı qoya bilməyəcəyi təklif: «Paraşütlə atlama kurslarına gedirəm, sən də gəlirsənmi?»

BUĞA


Buğa qadını əvvəl eşq və sevgi istər. Sonra isə heç şübhəniz olmasın «pul» deyəcək. O, həyatın gözəlliklərindən ola bildiyincə faydalanmaq istəyən həyat dolu bir qadındır. Bunun üçün də tez və ya geç pulun lazımlı olacağını bilər. Çalışqandır, birlikdə olduğu kişinin də çalışqan olmasını istər. Onun üçün birlikdə qazanılan sərvət, birlikdə dadılacaq gözəlliklərdir. Təbiəti, heyvanları, uşaqları və bu zövqləri də onunla paylaşacaq kişiləri çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: «Akşamki dəvətdən əvvəl bir zərgərə getmək istəyirsən?»

ƏKİZLƏR
Bu hava qadını davamlı eyni adamla eyni dam altında yaşayarkən görmək çətindir. Buna görə qısqanc bir kişilə əsla birlikdə ola bilməz. Onun kiçik xırda eşqbazlıqlarına göz yumacaq biri ilə rahatlayar. Bu, onun üçün bir oyundur. Bu oyunu onunla paylaşacaq kişilərə dərhal maraq duyar. Bunun yanında özü ilə uzun uzun danışıb müzakirə edəcək ağıllı və mədəni kişilərə də xeyr deməz. Çünki bu ağıllı qadının davamlı beyin gimnastikası etməsi lazımdır. Ruhu hər yaşda gənc qaldığı üçün orta yaşlarında gənc kişilərlə birlikdə olmağı sevər. Ömür boyu səyahət və eşqbazlıq edə biləcək bir kişiyə xeyr deməz. Qarşı qoya bilməyəcəyi təklif: «Bu həftə sonu mənsiz bir tətilə gedərsən?»

XƏRÇƏNG
Xərçəng qadını, bir kişidən; əvvəl özünə, sonra da uşaqlarına ata olmasını gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış gözləyər. Sevdiyi kişini evində görməkdən xoşlanar. Yaxşı bir aşçıdır. Problemlərini öz başına həll edə biləcək qədər güclü olmasına qarşı ona yol göstərmənizdən xoşlanar. Laqeydlik edilməyə dözümü yoxdur. Əks halda başqa limanlara sığına bilər. Kiçik kaprislərinə göz yumsanız sizi daha çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: «Bu axşam evdə qalıb dadlı bir yemək yeyəkmi?»

ŞİR
Şir qadını bir kişidən əvvəl hörmət gözləyər. O bir kraliçadır. Tənqid olunmaqdan nifrət edər. Nəzakətlərə isə huşunu itirər, xüsusilə başqalarının yanında olsa! Onu çadırla səyahət etməyə və ya təvazökar bir restauranta aparmağa çalışmayın. O, hər şeyin möhtəşəm olmasını istər. Müvəffəqiyyəti sevər, müvəffəqiyyətli kişiləri də… Utancaq və romantik kişilərdən xoşlanmaz. Onun sevgisindən əvvəl hörmətini qazansanız sizə aşiq olması uzun sürməz. Qarşı qoya bilməyəcəyi təklif: "Şəhərin ən hörmətli və gözəl restoranında bu axşam yer ayırtdım. Mənə yoldaşlıq edərsənmi?"

QIZ
Qız bürcü üçün hər kişi həll edilməsi lazım olan bir hadisədir. Buna görə özünüzü dərhal ələ verməməniz lazımdır. Sizi tanımağı nə qədər uzun zaman alsa o qədər uzun müddət birlikdə olarsınız. Ona boşuna özünüzü izah etməyə çalışmayın. O, sizin heç bilmədiyiniz yönlərinizlə məşğul olar və qısa müddətdə özünüzü psixoloq kürsüsündə hiss etmənizə gətirib çıxarar. Qız bürcü ilə birgə olacaq kişilərin hər şeydən əvvəl ağıllı olmaları lazımdır. 24 saat birlikdə olsanız da sizə məktub yaza bilər. Bu oyuna qatılıb məktublarına cavab yazarsanız ömür boyu yazışacağınızdan şübhəniz olmasın. Qarşı qoya bilməyəcəyi təklif: (Yazıb göndərsəniz daha təsirli olar.) «Bir şahmat oyunu oynayaqmı?
TƏRƏZİ
Tərəzi qadını uyğun bir birlik istər. Birlikdə olacağı kişinin xarakteri, ailə quruluşu, təhsil səviyyəsi, boyu, kilosu özünə uyğun olsun istər. Əgər uzun boyludursa siz də orta boylu, bu, onun üçün problem təşkil edər. Futbol matçı seyr edərkən qışqırıb çağıran, danışarkən səsini yüksəldən kişilərə dözüm edə bilməz. Özünə uyğun olduğunu düşündüyü kişilə dərhal evlənmək istəyə bilər. Çünki onun üçün uyğun birlik evlilik deməkdir. Sənətçi və ya sənətə maraq duyan kişiləri sevər… Qarşı qoya bilməyəcəyi təklif: „Mənimlə evlənərsənmi?“

ƏQRƏB


Əqrəb qadını ehtiraslıdır. Bir kişidən çox çox şey gözləməz. Səhvləriylə, qüsurlarıyla sevməyi bilər. Dözər, görməzlikdən gəlir. Amma xəyanəti heç bir zaman bağışlamaz. Əqrəb qadını ilə birgə olan kişi şanslıdır. Çünki başqa heç bir qadın onu bu qədər sevə bilməz. Şanssızdır. Çünki onu aldatsa ömür boyu sevilmədən yaşar. Qarşı qoya bilməyəcəyi təklif: „Səndən başqa heç bir qadının olmadığı bir adada yaşamaq istəyərsən?“

OXATAN


Ana diliniz, doğulduğunuz ölkə fərqlidirsə bir Oxatan qadınıyla bərabərsiniz deməkdir. Oxatan qadınları xarici kişiləri sevər. İdmançıları da… Çünki möhkəm başın möhkəm bədəndə olduğunu bilər. Böhranların, dərin problemlərin adamısanız yanına yaxınlaşmayın. Qısqanc kişilərə dözüm edə bilməz. Çünki sizinlə bərabərkən başqa bir kişi yoldaşı ilə səyahətə gedər, başqa niyyət güdmədən. Azadlığını məhdudlaşdıracaq olsanız ən son görüşməniz telefonla beynəlxalq əlvida görüşməsi olar. Sizdən qaça bilmək üçün mümkün olan ən uzaq ölkəyə getmişdir. Qarşı qoya bilməyəcəyi təklif: „öz yolunla gedə bilərsən.“
OĞLAQ
Oğlaq qadını ilə birgə olmaq üçün gözləməniz lazımdır. Ehtimalla o da sizi uzun zamandır gözləyir amma bunu dərhal bildirməz. Tələsik etsəniz qaçar. Sizi tanıması və güvən duyması üçün zamana ehtiyacı vardır. Həqiqidir, boş xəyallara bel bağlamaz. Qısa davamlı həyəcanlar arxasında qaçmaq yerinə uzun davamlı möhkəm əlaqələri seçər. Məsuliyyət sahibi, mehriban, isti qanlı, yumor anlayışı olan kişilərdən xoşlanar. Birdən alınan qərarlardan, son anda edilən planlardan xoşlanmaz. Onu bir yerə dəvət etmək istəyirsinizsə bunu ən az bir həftə əvvəldən etməniz lazımdır. Qarşı qoya bilməyəcəyi təklif: „Bir il sonra evlənmək istəyərsən?“

DOLÇA
Mühafizəkar və qısqancsınızmı? O zaman bu qadına yaxınlaşmayın zatən siz də onu uzaqtan belə görsəniz qeyri-mümkün olduğunu anlarsınız. Çünki Sutökən qadını xarici görünüşü ilə belə mühafizəkar insanları əziyyətdən çıxarda bilər. Romantizm ən son müraciət etməniz lazım olan silah olmalıdır. Romantik bir aşiqdən çox, macəra sevər bir yoldaşla birlikdə olmağı seçər. Onu əldə etmənin tək yolu yoldaşlığını qazanmaqdır Sürprizlərə hazırlıqlı olmanız lazımdır. Çünki harada, nə vaxt, nə edəcəyini bilmək çətindir. Çox tez aşiq olar və çox tez bezə bilər. Bu qısa müddətdə dostluğunu qazana bilsəniz uzun müddət sizinlə birlikdə olar. Qarşı qoya bilməyəcəyi təklif: „Nə vaxt istəsən mənə zəng vur

BALIQLAR
Onu əldə etmək üçün ən pis gününüzdə yanına gedin. Dərhal özünüzü yaxşı hiss etməniz üçün əlindən gələni etməyə başlar. Balıq qadını üçün kömək etmək, aşiq olmaq deməkdir. Etdiyiniz səhvləri bağışlayar.Amma ona kobudluq etsəniz; üzünüzə gülməyə davam edərkən yavaş yavaş uzaqlaşar və siz necə olduğunu anlamadan həyatınızdan çəkilib gedər. Bu ayrılıq sonrası ağlayıb kədərlənəcəyini ümid etsəniz yanılarsınız, çünki yaddaşı çox güclü deyil..

Qoç bürcü (21 mart - 20 aprel)

Od işarəsidir. Marsın himayəsi altındadır. Xarakteri güclüdür. Hökmlüdür. Bu işarə altında dünyaya gələn adamlar qüvvətli və çevik olurlar. Onlarda rəhbərlik istedadı vardır. Kişilərin və qadınların ümumi cəhətləri aşağıdakılardır: nikbinlik, şöhrətpərəstlik, bir qədər tez qızışmaq, şişirtməyə meyl.
Kişilər təcavüzkarlığı, nəzakətsizliyi ilə fərqlənir başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. Hərəkət etməyi, iş görməyi xoşlayırlar. Onlarda ədalət hissi güclüdür. QOÇ səbirsiz, hövsələsiz olduğuna, diplomatiya bacarmadığına görə tez-tez çətin vəziyyətə düşür. QOÇUN həyatının başlıca mənası işdir. Möhkəm iradəsi, cəsarəti və ayıqlığı ilə fərqlənən QOÇ yaxşı hakim, sərkərdə, jurnalist, inzibatçı ola bilər. Lakin kobudluğu və müstəqilliyi buna mane olur. 
KİŞİ-QOÇLAR demək olar həmişə yaxşı, vicdanlı əməkçilərdir. Zahirən sağlam görünsələr də, canları zəifdir. QOÇLARIN demək olar hamısının əsəb sistemi çox zəifdir: onlar tez qızışırlar, kobuddurlar, təmkinli deyillər. KİŞİ-QOÇLAR bədxasiyyətləri ucbatından çox vaxt ailəcanlı olmurlar, burada hər şey qadının diplomatiyasından və nəzakətindən asılıdır. QADIN-QOÇ. Bu işarə altında dünyaya gələn qadınların demək olar hamısının peşəsi vardır. Onlar kişi ixtisaslarına asanlıqla yiyələnirlər, nikahda ağalıq etməyə çalışırlar. 
İşarələrin qarşılıqlı münasibətləri: ŞİR, ƏKİZLƏR, OXATAN ilə ittifaq uğurludur. Bu işarələr öz sakitliyi və fəlsəfəyə məhəbbəti ilə QOÇU ram edirlər, həm DOLÇA ilə, həm də TƏRƏZİ ilə QOÇ arasında böyük fiziki cazibə vardır. OĞLAQ, XƏRÇƏNG, BALIQLAR və ƏQRƏB ilə ittifaq əlverişli deyildir. QIZ və BUĞA ilə münasibətlər soyuqdur.

Qoç bürcündən olanlarla ilk tanış olduqda intellektual söhbətlərdən başlasanız yaxşıdır. Söhbətə Qoçun başlaması məqsədə uyğundur. Sizin isə onun monoloquna diqqətlə qulaq asan şəxs rolunda çıxış etməyiniz məsləhətdir. Qoçların söhbət əsnasında ozündən razı tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə olaraq, Qoçlar həmişə ağıllı, cəld, səmimi görünmək istəyirlər. Uşaq kimi səmimidirlər. Onlarla ünsiyyətə girdikdə bu aydın görünür. 


Öz fikirlərinizi Qoçlara göstərdikcə nəyin düzgün, nəyin səhv olduğunu onlara bildirməyin. Onlar bunu xoşlamırlar. Sadəcə olaraq «bəlkə belə olsa yaxşıdır» — söyləməniz ən yaxşı variantdır. Qoçlara ən çox «Nə edim?» — sualı ilə müraciət etsəniz, bu onların xoşuna gələ bilər. Məsləhət vermək, öyrətmək Qoçların ən çox sevdiyi məşğuliyyətdir.
Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi yaddan çıxarmayın. Tərifləmə əsasən xarici görünüşünə, ağlına, istedadına görə olmalıdır.
Əgər siz Qoçlarla görüş təyin etmisizsə, məbadə bu görüşə gecikəsiz. Bu hər şeyi korlaya bilər. Qoçlar çox vaxt özləri məsuliyyətli olmasalar da, insanlarda bunu qiymətləndirə bilirlər. Özü gecikən zaman gecikmənin səbəbini böyük bir hadisə kimi danışacaq. Bu söhbət əsnasında igidliyindən, ağlından necə məharətlə istifadə edib bu görüşə gəldiyini söyləməkdən çəkinməyəcək. Qoçlarla münasibətdə lider olmaqdan çəkinin. Sadəcə olaraq, hər şeydə onunla razılaşın.
Qoç bürcündə doğulan qadınlar da, kişilər də çox aqressivdirlər. Bunu nəzərə alın. Onları hirsləndirməkdən çəkinin. Ailədə Qoçlar başçı olmağı və hər şeyə özləri nəzarət edib qərar verməyi xoşlayırlar.

Kişi Qoçun başqa bürcl
ərlə uyğunluğu
Qoç — Qoç. Hər biri lider olmaq üçün çalışacaq, bu da bir çox narazılıqlara gətirib çıxaracaq. Söz-söhbətlərin əsasında qısqanclıq, inamsızlıq olsa da, qarşı tərəfdən birinin sakitliyi bu münaqişələrə son qoya bilər. Birinci 7 ildə dözümlü olsalar ailə uğurlu olar.
Qoç — Buğa. Qoç öz hissləri ilə yaşayan və hərəkət edən bürc olduğundan, Buğaların hər şeyi ölçüb-biçib hərəkət etməsi Qoçları əsəbiləşdirəcək. Bu uyğunsuzluq münasibətlərin korlanmasına gətirib çıxaracaq. Qarşılıqlı simpatiya uzun müddətli deyil.
Qoç — Əkizlər. Bu bürclərin uyğunluğu və bir-birini başa düşməsi mümkündür. Hər iki bürcün sahibləri impulsiv, eyniliyi sevməyən, daim yenilik axtaran olduğundan münasibətləri mümkündür. Yaranan ailə uğurlu ola bilər.
Qoç — Xəəng. Uzun müddətli ailə bu bürc sahiblərinin münasibətində çox vaxt mümkün olmur. Onlar hər bir mənasız, boş şeylərin üstündə dalaşacaqlar. Bir-birini başa düşməməsi bu bürclərin uyğunsuzluğu ilə əlaqədardır.
Qoç — Şir. Temperament baxımından bir-birinə uyğundurlar. Onların dueti mümkündür. Narazılıqlar çox vaxt ailədə kimin lider olması ilə əlaqədardır. Ailə münasibətlərinin ideal olması o vaxt mümkündür ki, Şirlər Qoçların hökmranlığı altına keçsinlər.
Qoç — Qız. Bunların ailə münasibətləri problemlidir. Dostluq münasibətləri də daimi deyil. Bu bürc sahiblərinin ünsiyyəti yalnız işgüzarlıq səviyyəsindədir.
Qoç — Tərəzi. Ünsürlərinin, xarakterlərinin fərqli olmasına baxmayaraq, ünsiyyət mümkündür. Xarakterlərində olan mənfi xüsusiyyətləri gizlədib yox etmək şərtilə yaxın münasibətləri alınır.
Qoç — Əqrəb. Hər iki bürcün sahibləri yüksək fiziki enerjiyə malikdirlər. İşgüzar, səmimidirlər, amma hər ikisinin dözümsüzlüyü ailədə bir çox problemlərin yaranmasına gətirib çıxarır. İlk baxışdan yaranan məhəbbət, sonradan daimi mübahisəyə və anlaşılmazlıqlara gətirib çıxarır.
Qoç — Oxatan. Bir-birinə uyğundurlar. Onlarda ailə, dostluq, işgüzarlıq münasibətləri alınır. Hər ikisində oxşar cəhətlər var. Bir sözlə, hər şey əla olacaq. Yaranan cüzi problemlər həll olunan və müvəqqətidir.
Qoç — Oğlaq. Xarakter baxımından, ünsür baxımından bu bürc sahibləri bir-birindən fərqlənir. Onlar çox nadir hallarda ailə qururlar. Bir-birinin əksi olduqlarından dostluqları da tutmur.
Qoç — Dolça. Əgər bu bürclərin sahibləri ailə qurubsa, problemləri yox deyil. Dolçanın passivliyi, sakitliyi Qoçun dominantlığına əsas verir. Əgər bu ailə sevgi əsasında qurulmayıbsa, münasibətlərin mövcudluğu sual altındadır.
Qoç — Balıqlar. Bu bürc sahiblərinin ailə münasibətlərini uğurlu saymaq olmaz. Bir-birinə simpatiyaları olsa da, ailə münasibətləri üçün uyarlı cütlük deyil. Çünki, Balıqların sakit, təmiz ürəyi Qoçların dözümsüzlükləri ilə uyğun gəlmir. Onlar bir-birini heç vaxt başa düşməyəcəklər.

Siseron və Yuli Sezar dövründə yaz gecə-gündüz bərabərliyi nöqtəsi bu bürcdə idi (indi BALIQLAR işarəsindədir).


Qədim dövrdə QOÇ işarəsinə pərəstiş edilirdi. Yeni Misir səltənətinin baş allahı Amon-Ra qoç başı kimi təsvir edilirdi. Onun tacında iki hündür lələk və ortada Günəş diski var idi. Qurbanlıq quzu ayini icra olunurdu. Bu ağ və məsum məxluq insanların rifahı naminə, onların günahlarını yumaq üçün qurban gedirdi. Qorxaqlıq, utancaqlıq, mülayimlik, passivlik, səbir, bəzən isə təşəbbüssüzlük, tərslik-quzu bax bu keyfiyyətlərlə səciyyələndirilirdi. Törəyib artma qabiliyyəti də QOÇ obrazı ilə əlaqələndirilirdi. 
Qədim misirlilərdə qoyunlar və qoçlar həm də əmtəə mübadiləsi vahidləri idi. Misirin bir çox məbədlərində müqəddəs qoçlar saxlanılırdı. Belə heyvanlar öldükdə balzamlayıb təntənə ilə dəfn edirdilər. QOÇ bürcü şimal yarımkürəsindədir. O, astronomiya baxımından bir o qədər diqqəti cəlb etmir. QOÇ bürcündə müşahidə edilən obyektlər yoxdur. II ölçülü alfa ulduzu Tamal (ərəbcə «yaşlı qoç») adlanır. Qədim insanlar bütün Zodiak bürclərini dörd mühitə bölürdülər; od, hava, su və torpaq. QOÇ işarəsi od mühitinə həsr olunmuşdur. Astroloqlar belə hesab edirdilər ki, QOÇ bürcünün hamisi Mars planetidir. QOÇ işarəsi altında dünyaya gələn adamlarda qeyri-adi həyat qüvvəsi və çeviklik, cəldlik olur. Belə bir rəy vardı ki, «QOÇ» — insanlar nikbindirlər, öz şərəflərini qoruyandırlar. Qədimdə xəbərdarlıq edirdilər ki, onlar bəzən də şöhrətpərəst, kobud və tərs olurlar. Qədim ulduz falları təsdiq edirdi ki. bu adamlar müasir dövrlə yaşayır, ətrafda baş verən hadisələrə münasibətlərini tez bildirməyi bacarırlar. Onlara həkim,sərkərdə peşəsini seçmək tövsiyə olunurdu, hesab edilirdi ki, ən uğurlu nikahlar QOÇUN ŞİR və DOLÇA ilə nikahlarıdır. Bu bürcün altında dünyaya gələn adamlara qırmızı rəng, çiçəklərdən isə bənövşə xüsusilə yaraşırdı.

Buğa (21 aprel-21 may)

Yer işarəsidir. Veneranın himayəsi altındadır. Xarakteri ziddiyyətlidir. Təbiəti emosionaldır. BUĞA Yer işarəsi sayəsində qüvvətlidir, ayıq zəkaya malikdir. Lakin Venera ciddi və işgüzar BUĞAYA mülayimlik, rahat şəraitə aludəçilik, həssaslıq və tənbəllik öyrədir. Bu iki ziddiyyətli təsir BUĞANIN təbiətini mürəkkəbləşdirir. O, maddi nemətləri xoşlayır, eyni zamanda bədxərcdir. Rahatlığa can atır və çox vaxt pintidir. Cah-cəlal, toy-bayram, dəbdəbə və təmtəraq aludəçisidir. Hər şeydən zövq almağı bacarır. Yerdən tükənməz qüvvət alır, sağlam heyvani instinktə malikdir. 
BUĞA şıltaqçıdır, xırda-para məsələlərdə inadcıldır, lakin ümumən üzüyola, sakit və səbirlidir. Yüksək rütbəli və nüfuzlu adamlarla tanış olmağı xoşlayır. Münasibətlərinə çoxlu zəriflik və məlahət gətirir, lakin öz uşaq şıltaqlığı və tərsliyi ucbatından xırda məsələlər üstündə tez-tez savaşır.
Bu işarə altında dünyaya gələnlər incəsənət və arxitekturanı sevirlər. Onlar yaxşı tərtibatçı, direktor, dərzi və aşpaz olurlar. 

QADIN-BUĞA.
 Venera bu işarə altında dünyaya gələn qadınlara qadınlıq lətafəti verir. Bu işarə altında anadan olmuş kişilərin zəif hesab edilən cəhəti qadınlarda cazibə sayılır. Bu qadınlar gözəl əşyaları, gül-çiçəyi, bərbəzəkli paltarı ləziz xörəkləri və şərabları xoşlayırlar. Onlar öz pərəstişkarlarını var-yoxdan çıxarırlar. Belə qadınlar adətən qısqancdırlar. Özləri çox yelbeyindirlər, çox zaman ürəkdən vurğunu olduqları adama xəyanət edirlər. 

İşar
ələrin qarşılıqlı münasibətləri: QIZ, OĞLAQ, XƏRÇƏNG və BALIQLAR ilə ittifaq BUĞA üçün uğurludur, ŞİR, ƏQRƏB, DOLÇA ilə ittifaq əlverişli deyildir. BUĞA ilə ümumi cəhətləri çoxdur, lakin ƏKİZLƏR kimi, BUĞA ilə də tez-tez dava-dalaş olur.

Əkizlər (22 may-21 iyun)

Hava işarəsidir. Merkurinin himayəsi altındadır. Xarakteri qeyri-müəyyəndir, xasiyyətində daim vardır. ƏKİZLƏR ağıllıdırlar, maraqları çoxcəhətlidir. Hər şeyi bilməyə həvəs göstərirlər. Dil öyrənməyə qabildirlər, şəraitə asanlıqla uyğunlaşırlar. Yenilməz temperamenti və gözlənilməz reaksiyaları olan maraqlı,cazibəli insan tipidir. ƏKİZLƏR həmişə bir qədər hirsli və əsəbidirlər. Onların özlərinə inamsızlıq dövrləri olur və bunlar bəzi xəstəliyə çevrilir ƏKİZLƏR işarəsi altında dünyaya gələn adam ziyalıdırsa, ətraf cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir. ƏKİZLƏR əksərən nəyinsə düzgünü olan nevrastenik tipidir. İstər elm, istərsə də ədəbiyyat və incəsənət sahəsində ən çox dahilər və istedadlar verən ƏKİZLƏR işarəsidir. Onları sevmək çətindir. Onlar əldən sürüşüb çıxmağa çalışır. Pərəstişkarlarını daim nigaran qoyurlar. Özləri də sevməyə qabildirlər, lakin nadir hallarda mehriban olurlar. Onlarda sevilməyə, qayğı və nəvaziş görməyə böyük tələbat vardır. Tənhalıq vahiməsi bəzən onları intihar dərəcəsinə çatdırır. Ən maraqsız və dəyərsiz adamları üstün tuturlar. İşdə çox zaman şərikli müəllifliyə ehtiyac duyurlar. İdeya vermək onlara ideyanı həyata keçirməkdən daha asandır. Bu işarə altında dünyaya gələn adamlar fəlsəfəyə, riyaziyyata meyl edirlər. 
QADIN-ƏKİZLƏR. Gözəl yoldaşdır, ağıllı, diribaş, hazırcavabdır. Onunla bir yerdə olanda darıxmazsan. Adamlarla tez ünsiyyət tapır və istənilən məsələdən söhbət aça bilir. Müstəqilliyi xoşlayırlar və əllərində demək olar, həmişə peşələri vardır. Onların sırasından gözəl inzibatçılar, ticarətçilər yetişir. Bu qadınlar nikahda kişilərə bənzəyirlər özlərinə yaxşı köməkçi və yoldaşdırlar. 

İşar
ələrin qarşılıqlı münasibətləri: ən uğurlu ittifaqlar BUĞA, TƏRƏZİ, DOLÇA və ŞİR ilədir. Ən uğursuz ittifaq BALIQLAR, QIZ və OXATAN ilə bağlanan ittifaqdır. BUĞA ilə ƏKİZLƏR arasında adətən qarşılıqlı rəğbət yaranır. QOÇ ilə ƏKİZLƏR arasında cazibə duyğusu və bir çox ümumi cəhətlər vardır. ƏKİZLƏRİN özləri arasında ittifaq uğurludur.

Ünsiyyətcil insanlar olduğundan onlarla münasibət qurmaq bir o qədər çətin deyil. Diqqətlə sizə qulaq asacaqlar. Maraqlı qeybəti, dedi-qodunu çox sevirlər. Özləri də bununla məşğul olurlar.


Əkizlərin diqqətini çəkmək üçün yüksək fantaziyaya malik olmalısız. Onları ilk görüşdə teatra, rəsm sərgisinə, konsertə dəvət etsəniz, ürəklərincə olar. 
Əkizlərin qohumlarına qarşı yüksək diqqət nümayiş etdirin. Göstərdiyi şəkillərə xüsusi maraq bildirin. Onlar haqqında olan məlumatlara diqqətlə qulaq asin. Əkizlər bunu qiymətləndirirlər.
Əkizlər yeməyə, təmizliyə, bahalı alış-verişə tələbkardırlar.
Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Yaddan çıxarmayın ki, ömür boyu Əkizlərlə xoşbəxt yaşamaq üçün intellektual baxımdan maraqlı olmaq lazımdır. Əkizlərlə münasibət qurulmazdan əvvəl söhbət üçün təzə ən maraqlı xəbərləri, elmi və ya siyasi-sosial, məişət xarakterli məlumatları bilmək lazımdır.
Gün rejiminə riayət etməyən, bəzən söz verib unudan insanlardır. Onlar çətin ki, evin təmiri ilə məşğul olsunlar, amma təmirçi ustanı məzəmmət etməyi, göstəriş verməyi xoşlayırlar. Qadın Əkizlər isə hətta evinin pəncərəsini belə silməyi özünə rəva bilmir.
Onları əla aşpaz adlandırmaq olmaz. Yarımfabrikat almağı və ya restoranda yemək sifariş etməyi üstün tuturlar.
Pul qazana bilirlər. İşləri ilə məşğul olduqları zaman çalışın onlara mane olmayasız. Yeniliyi, təzə əşyaları sevdiklərindən, Əkizlər mağazalara getməyi, alış-veriş etməyi xoşlayırlar.
Qonaqpərvərdirlər. Əkizlər yaşayan evə qonaq gələn şəxslər heç vaxt narazı getmirlər. Özləri də qonaq getməyi sevirlər.


Kişi Əkizlərin başqa bürclərlə uyğunluğu
Əkizlər — Qoç. Hər ikisi nikbin, optimistdirlər. Yüksək təşəbbüskarlığa malikdiliər. Qoç idarəedici rolunu oynamağı sevir. Ailə uğurlu sayıla bilər. Bir-birinə hörməti ildən-ilə artacaq. Dostluq münasibətləri də yaxşıdır.
Əkizlər — Buğa. Buğa bürcü qısqanc, dözümsüz, bəzən aqressiv olduğundan, Əkizlərlə yola getməsi çətinləşir. Əkizlər də sərbəstliyi, öz düşündüklərini etməyi sevdiyindən söz-söhbətsiz keçinmirlər. Bu bürclülər real həyatda bir-birinə uyğun gəlmirlər. Uğursuz və qısamüddətli münasibətlər yaranır.
Əkizlər — Əkizlər. Eyni bürcün sahibləri olduqları üçün bir çox maraqları eynidir. Hər ikisi impulsiv, dalaşqandırlar. Daimilik heç birində yoxdur. Tez darıxırlar. Bir-birlərini çox sevsələr də, ailədə hərdən bəzi problemlər yaşana bilər. Xoşbəxt ailə yalnız bir-birinə uyğunlaşma ilə yaranır.
Əkizlər — Xəəng. Xərçəng bürcü çox emosional, hisslərə qapanan olduğundan bəzən Əkizlərə düşündüklərini söyləməkdə, fikir mübadiləsi yaratmaqda çətinlik çəkir. Əkizlər sevgilərində daimi deyillər, bu da münasibətlərin korlanmasına gətirib çıxaracaq. Ailə uğursuz sayılır.
Əkizlər — Şir. Bu münasibətdə Əkizlər lider olmağa can atır. Şir hər yerdə başçı olduğundan qurulacaq ailədə, yoldaşlıq ünsiyyətlərində də lider odur. Əkizlər güzəştə getdiyindən ailənin uzun müddətli olması mümkündür. Dostluq münasibətlərində də hər şeyin əla olması gözlənilir.
Əkizlər — Qız. Bir-birini sevməyən şəxslərdir. Əkizlər hava, Qızlar torpaq ünsürü olduğundan uyğunsuzluq buradan əmələ gəlir, perspektivdə ancaq tozanaq qoparacaq. Qızlar çox vaxt Əkizləri tənqid edir. Əkizlər bu münasibətə çox dözə bilmir. Qısa müddətli, parlaq münasibətlər tez bir zamanda pozulur.
Əkizlər — Tərəzi. Hər ikisi xoşniyyət, optimistdir. Heç biri qısqanc deyillər. Bir-birini bir sözdən və ya bir baxışdan başa düşürlər. Bu münasibətlər əladır. Ailə çox uğurlu ola bilər.
Əkizlər — Əqrəb. Bir-birinin xoşuna gəlsələr də, bu hələ hər şeyin əla olması demək deyil. Əqrəb çox qısqancdır, Əkizlər isə sabitqədəm deyillər. Bu xüsusiyyətlər də bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ailə çox nadir hallarda uğurlu olur.
Əkizlər — Oxatan. Bir çox xüsusiyyətləri oxşardır. Buna baxmayaraq, ailədə bəzən uğursuzluqlarla üzləşirlər. Ən çox maddi vəziyyətin çətinləşməsi ilə əlaqədar olaraq müəyyən söz-söhbətlər yaranır. Dözüm, səbr olmasa, münasibətlərin davamiyyəti, uyğunluğu bir qədər çətindir.
Əkizlər — Oğlaq. Hər ikisinin münasibəti yalnız dostluq və işgüzarlıq zəminində alına bilər. Uzun müddətli və xoşbəxt ailə haqqında danışmaq bir qədər çətindir.
Əkizlər — Dolça. Bunlar arasında nəinki dostluq, işgüzarlıq, həm də uzun müddətli ailə münasibətləri mümkündür. Bəzən adama elə gəlir ki, bunlar sanki bir-biri üçün yaranmışlar.
Əkizlər — Balıqlar. Ailə münasibətləri çox vaxt uğursuz sayılır. Əsasən bu uğursuzluq ünsürlə əlaqədardır: Əkizlər hava, Balıqlar isə su ünsürlüdür. Bu münasibətdən ən çox Balıqlar əziyyət çəkəcəklər. Balıqların emosionallığı Əkizləri özündən çıxaracaq.

Qədimdə müxtəlif xalqlar uşaqların əkiz doğulmasına iki cür münasibət bəsləyirdilər: bunu bəziləri möcüzə, bəziləri bədbəxtlik sayırdı. Məsələn Hindistanda ecazkar məxluqlar əkizlər haqqında rəvayətlər yayılmışdı. Məhz onlar tayfanın baniləri və ya qəhrəmanların ulu babaları sayılırdılar. Əkiz uşaqları bəla hesab edən xalqlarda onların anasını tayfanın qalan üzvlərindən ayırmaq adəti var idi. Əkiz doğmuş qadına fövqəltəbii qüvvə ilə təmasda olmuş bir məxluq kimi baxaraq, bir tərəfdən, onu tayfadan uzaqlaşdırır, digər tərəfdən isə, qorxub ona səcdə edirdilər.Qədim misirlilər inanırdılar ki, hər bir adamın ruhu (ba) və ruhanisi (ka) vardır. 

ƏKİZLƏR bürcü səmada 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir, iki ulduz Kastor və Polluks diqqəti ən çox cəlb edir. Polluks tənha, nisbətən soyuq narıncı ulduzdur. İşığı bizə 35 ilə gəlib çatır. Kastor çoxqat ulduzdur. Onun iki komponenti isti ağ-mavi ulduzlardır. Bu ulduzların işığı Yerə 45 ilə çatır. Yay Günəşduruşu nöqtəsində 120 ulduzun səpilmiş toplusu vardır və bunları güclü durbinlə yaxşı görmək mümkündür. 
Onların işığı Yerə 2700 il yol gəlir. Şimal yarımkürəsində ƏKİZLƏR bürcü bütün bürclərdən yüksəkdədir. Yay Günəşduruşu nöqtəsindən Günəş iyunun 22-də keçir.
Qədim dövrdə belə hesab edirdilər ki, ƏKİZLƏR işarəsi altında dünyaya gələn adamlar canlı zəkası, şuxluğu, gümrahlığı, yorulmazlığı ilə fərqlənirlər. Onlar narahatdırlar, iş yerini tez-tez dəyişdirirlər, həyatı hər cür macəralardan üstün tuturlar.
Qədim ulduz fallarında onlara linqvist, gəzəri, vaiz, tacir, xırdavatçı peşələrini seçmək məsləhət görülürdü. ƏKİZLƏRİN mənfi cəhətlərindən onların hərdəmxəyal və ikiüzlü olması, dedi-qoduya, söz gəzdirməyə meyliliyi qeyd olunurdu. Deyildiyinə görə ƏKİZLƏRİN DOLÇA ilə ittifaqı uğurludur. ƏKİZLƏR ilə OXATAN antipoddurlar. Gözmuncuğu əqiq daşıdır, münasib çiçək inciçiçəyidir. ƏKİZLƏRİN sevimli rəngi sarı rəngdir.

Xərçəng (22 iyun-22 iyul)

Su işarəsidir. Ayın himayəsi altındadır. Açıq xasiyyətlidir, xəyalpərəstdir. XƏRÇƏNG bütün Zodiak işarələri içərisində ən müəmmalı işarədir, çünki Ayın hökmranlığı altındadır. Ay onun hissiyyatını o dərəcədə kəskinləşdirir və mənəvi aləminə o dərəcədə təsir edir ki, XƏRÇƏNG ətrafdakılara qəribə və anlaşılmaz görünür. İncə əsəb sisteminə və yaxşı inkişaf elmi intuisiyaya malikdir. KİŞİ-XƏRÇƏNGçox vaxt hipnozçu və ya həkim olur. Yalnız özünə bəlli olan qanunlar əsasında yaşayır. Məntiq ona yabançıdır. Başqaları üçün cüzi, əhəmiyyətsiz olan bir şey ondan ötrü böyüyüb faciəyə çevrilir. Buna görə də XƏRÇƏNG işarəsi altında dünyaya gələn adamlar çox zaman başqalarını qıcıqlandırır və münaqişəyə girirlər. Lakin adamlar belələrinə hamilik etməyi xoşlayırlar. XƏRÇƏNGİN uşaqlıq xüsusiyyətlərini qoruyub saxlaması, real həyatdan ayrı düşməsi adamlarda mərhəmət hissi oyadır. Üstəlik, bu işarə altında dünyaya gələn adamlar çox vaxt abırlı adamlardır, vəfalı dostlar, maraqlı müsahiblərdir. XƏRÇƏNG təbiəti sevir. Xarakteri ucbatından bəzən işdə çətinliklərlə rastlaşır. Lakin gözəl keyfiyyətlərə, incə intuisiyaya malikdir, səbirli və özünə qarşı tələbkardır. Mütəfəkkir, ağıllı alim, musiqiçi, vicdanlı qulluqçu tipidir. 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin