QADIN-XƏRÇƏNG. Bu işarə altında dünyaya gələn kişilər haqqında deyilənləri eynilə qadınlar haqqında da demək olar. Bu qadınlarda həssaslığa, kövrəkliyə və fədakarlığa meyl vardır. Onlar vəfalı ömür-gün yoldaşları və gözəl analardır. Vicdani borc hissini hər şeydən üstün tuturlar. Tez-tez qəhrəman və ya çox şıltaqçı olurlar.
İşarələrin qarşılıqlı münasibətləri: BUĞA, ƏQRƏB və BALIQLAR ilə ittifaq xüsusilə uğurludur. TƏRƏZİ və OĞLAQ ilə ittifaq uğursuzdur. QOÇ ilə fikir ayrılıqları və dünyagörüşündə ziddiyyətlər, ideya müxtəlifliyi vardır. QOÇ çox tez qızışdığı üçün XƏRÇƏNGİNKİ onunla tutmaz. Lakin güclü sevgi ola bilər. İttifaqın parçalanmaması üçün hər ikisi öz tərsliyini nəzarət altına almalıdır. ƏKİZLƏRLƏ ruhən dostluq vardır. ŞİR qüvvətli olması ilə XƏRÇƏNGİ cəzb edir. Onların arasında əməkdaşlıq, dostluq və uğurlu nikah ola bilər. OĞLAQ XƏRÇƏNGİ cəzb edir, lakin onlar elə bil başqa-başqa dünyalarda yaşayırlar. ƏQRƏBLƏ qarşılıqlı cazibə vardır. OXATAN müstəqilliyi həddən çox xoşlayır. XƏRÇƏNG bundan inciyir. DOLÇA ilə dostluq və hörmət vardır. BALIQLARLA dostluğa və məhəbbətə əsaslanan uğurlu ittifaq bağlayır.
Qız (24 avqust-23 sentyabr)
Yer işarəsidir. İşgüzar zəkaya, dərin xarakterə malikdir. QIZ işarəsi reallıq, məntiq, aydınlıq, şəffaflıq işarəsidir. Bu işarə altında dünyaya gələnlər hər şeydə aydın davranış xətti. Dəqiqlik olmasını tələb edirlər. Nadir hallarda ehtirasa qapılırlar. Qayda-qanuna, səliqə-sahmana məhəbbət bəzən onlarda eybəcər şəkil alır. Demək olar həmişə aydın, analitik zəkaya malikdirlər,yaxşı işçidirlər. Siyasət, iqtisadiyyat və elm ilə məşğul olmağa qabildirlər. Biliklərini daim dərinləşdirməyə və genişləndirməyə çalışırlar. Adətən uzun ömür sürürlər. Hörmət qazanırlar, lakin vasvası və xırdaçı olduqlarından adamlarla tez-tez savaşırlar.
QADIN-QIZ. Bu işarə altında dünyaya gələn qadınlar cazibəlidirlər, lakin temperamentləri çatışmır. Mazaqlaşmağı xoşlayırlar, lakin son məqamda geri çəkilirlər. Utancaqlıqdan, demək olar, həmişə əzab çəkirlər. Hətta utancaqlığı məharətlə gizlətməyi öyrəndikdən sonra da. Xudpəsənddirlər, çox vaxt yaxın adamlarla münasibətlərini təhlükə qarşısında qoyurlar.
İşarələrin qarşılıqlı münasibətləri: BUĞA, ƏQRƏB və XƏRÇƏNG ilə ittifaq uğursuzdur. XƏRÇƏNG ilə QIZ arasında ümumi cəhətlər çoxdur, lakin QIZIN hər şeyi yüz ölçüb bir biçməsi XƏRÇƏNGİN həssaslığı ilə tutmur. QIZ ilə ŞİR arasında dostluq asan yaranır. Fiziki cazibə də mümkündür. TƏRƏZİ işarəsi ilə tez-tez münaqişələr baş verir. QIZ işarəsi ilə qarşılıqlı rəğbət və anlaşma nadir hallarda yaranır. Temperamentlərin müxtəlifliyinə baxmayaraq ƏQRƏB QIZI cəzb edir, uğurlu ittifaq mümkündür, lakin onların həyata baxışı başqa-başqadır. QIZ DOLÇANI böyük bir qüvvə ilə cəzb edir, lakin uzunmüddətli əlaqə nadir hallarda yaranır.
Tərəzi (24 sentyabr - 23 oktyabr)
Hava işarəsidir. Veneranın himayəsi altındadır. Xasiyyəti yumşaq, zəkası aydındır. Bu işarə altında dünyaya gələn adamlar təmkinli olmaları ilə fərqlənirlər. Venera sevmək qabiliyyətini, zəriflik və incəliyi onlara səxavətlə bəxş edir. Hətta xəstəlik və ya bədbəxtlik üz verdikdə də. TƏRƏZİ həyatın nəbzini asanlıqla tutur. TƏRƏZİ dava-dalaşı, qanqaralığını, gərginliyi xoşlamır. Rahatlığı dünyada hər şeydən üstün tutur. Çox vaxt bəxti gətirir. Xoş rəftarına, nəzakətinə, şux və mehriban xasiyyətinə görə cəmiyyətdə sevilir. Bunlar əla vəkillər, diplomatlar, ticarətçilər, aktyorlar və inzibatçılardır.
QADIN-TƏRƏZİ. Biz əsl qadın incəliyi ilə ikinci dəfə rastlaşırıq. Veneranın hamiliyi sayəsində bu qadınlar füsunkar, nəvazişli və şıltaqçı olurlar. Onlar yuxudan gec durmağı xoşlayır, zinət şeylərini, bər-bəzəyi, ləziz xörəkləri sevirlər. Onların başlıca, məşğuliyyəti məhəbbətdir. Sevmək və sevilmək onların yeganə arzusudur. Məzəmməti, dava-dalaşı, gərginliyi xoşlamırlar. Kiçicik ziddiyyətə rast gəldikdə hiddətlənir və göz yaşı tökürlər. Ərköyün, xudpəsənddirlər, lakin uşaq kimi mehriban və xeyirxahdırlar.
İşarələrin qarşılıqlı münasibətləri: TƏRƏZİ üçün ƏKİZLƏR, ŞİR, OXATAN, DOLÇA və QOÇ ilə ittifaq uğurludur. OĞLAQ, XƏRÇƏNG və BUĞA ilə ittifaq o qədər də uğurlu deyildir, lakin burada TƏRƏZİNİN xoş xasiyyəti taleyin hökmünə qalib gələ bilər. OĞLAQ işarəsi ilə işdə əməkdaşlıq uğurludur. BALIQLARLA dostluq uğurludur.
Əqrəb (24 oktyabr-22 noyabr)
Su işarəsidir. Xarakteri güclü, həyatı maraqlıdır. ƏQRƏB iki əsas planetin: qüvvətli, amansız Marsın və qüdrətli Neptunun himayəsindədir. Onun xarakteri bu ikiqat təsir altında təşəkkül tapır. ƏQRƏB mübarizə aparır, əzab çəkir, özünü yeyir, viranəlik içərisindən dirilib qalxır. Təzadlı, temperamentli, olduqca cazibədar, lakin amansız tipdir.
Onun üçün birinci çətinlik yaşamaqdır. İlk baxışda onun müvəffəqiyyət qazanmaq üçün lazım olan hər şeyi: energiyası, diribaşlığı, qüvvəsi vardır, lakin tündməzaclığı ucbatından düşmənləri çoxdur. ƏQRƏB çox zaman əsəbi olur, lakin öz zəhəri ilə məhz özünü zəhərləyir. Onda nə isə sezilməz və müəmmalı bir cəhət vardır. Hətta səmimi görünəndə də qapalı və sərvaxtdır. Bu onun müdafiə tədbiridir. ƏQRƏBƏ daim elə gəlir ki, onu tənqid edirlər, hədələyirlər. Buna görə də bütöv bir müdafiə sistemi qurur. Həqiqətən hücuma məruz qaldıqda hiddəti son dərəcə dəhşətlidir. İşdə və borcunu yerinə yetirməkdə iradəsi möhkəmdir. Heç vaxt xülyaya qapılmır, insanda, yaxud vəziyyətdə zəif nöqtəni tez tapır. Anadangəlmə mübarizdir. Məqsədə çatmaq üçün hər cür vasitələrə əl atır. Münasibətlərində vicdanlı və səmimidir, lakin nadir hallarda ürəkdən vurulur. Fərdiyyətçidir. Müstəqilliyi onun üçün hər şeydən əzizdir. Gözəl diaqnostika həkimi və ya cərrahdır, mahir müstəntiq və ya vəkildir. İstedadlı sərkərdələr və dövlət xadimləri (Rommel, De Qoll, Montqomeri) məhz bu işarə altında dünyaya gəlmişlər.
QADIN-ƏQRƏB. Burada biz iki tiplə rastlaşırıq: hər iki tip çox güclü xarakterə malikdir, lakin birinci tip qadınlarda temperament örtülüdür, ikinci tip isə həqiqətən başa bəla açan qadınlardır. Birinci tip qadınlar öz xarakterinə görə kişiləri xatırladırlar. KİŞİ-ƏQRƏB haqqında deyilənlərin hamısı onlara da aiddir. Belə qadınların ağlı kişi ağlıdır, enerjisi tükənməzdir. Bu işarə altında dünyaya gələn qadınlar birdən-birə ürəklərinə yatan ər tapa bilmirlər. QADIN-ƏQRƏBİN güclü xarakteri adətən onun kişilik haqqındakı təsəvvürü ilə uyuşmayan zəif, passiv və qətiyyətsiz kişiləri cəlb edir. Lakin bu qadın hər halda ərə getmək qərarına gələndə ərinin mənsəbə çatmasına çox kömək edir. Bu tip qadınların gözü adətən od saçır, onlar asta danışır və paltara xüsusi əhəmiyyət vermirlər, işvəkar deyillər. İkinci tip qadınlar işvəli, həssasdırlar, hər işə qarışırlar, sevgidə çılğındırlar. QADIN-ƏQRƏB çox xatalı qadındır! Hər yerə narahatlıq, təşviş gətirir, onu sevən adamları bədbəxt edir. Kişiləri var-yoxdan çıxmaq, bəzən isə hətta özünü öldürmək dərəcəsinə çatdırır. Aşıb-daşan ehtirası demək olar həmişə onun özünü də məhv edir
İşarələrin qarşılıqlı münasibətləri: BALIQLAR, OĞLAQ, QIZ və XƏRÇƏNG ilə ittifaq uğurludur. DOLÇA, ŞİR və QOÇ ilə ittifaq bədbəxtlik gətirir. ƏQRƏB ilə QOÇ arasındakı cazibə hər ikisinin təcavüzkarlığı nəticəsində baş verən münaqişələrdən qaçmaq üçün kifayət deyildir. ƏQRƏB və BUĞA öz temperamenti və xarakteri ilə bir-birinə bənzəyir. Bunun nəticəsində onların arasında savaşlar olur. Bu nikahdan doğulan uşaqlar adətən gözəl və istedadlı olur ƏKİZLƏRLƏ münasibətdə mənəvi və fiziki ahəngdarlıq vardır, lakin ƏQRƏBİN xüsusi mülkiyyətçilik xarakteri və ƏKİZLƏRİN hərdəmxəyallığı onların münasibətlərini çox çətinləşdirir. XƏRÇƏNG və ƏQRƏB arasında uzunmüddətli uğurlu ittifaq əmələ gələ bilər, çünki XƏRÇƏNG ƏQRƏB üçün zəruri olan məhrəmlik. Səmimilik ab-havası yaratmağı bacarır. ŞİR işarəsi ƏQRƏB işarəsini böyük bir qüvvə ilə cəzb etməsinə, onların arasında fiziki ahəngdarlıq olmasına baxmayaraq ittifaq məhvə məhkumdur. ƏQRƏB və TƏRƏZİ işarəsi arasında nikah yox, işdə əməkdaşlıq tövsiyə edilir. TƏRƏZİNİN yumşaq xasiyyəti ƏQRƏBİN xoşuna gəlmir, TƏRƏZİ isə ƏQRƏBİN hədsiz ehtiraslı xarakterindən qorxur. ƏQRƏB və QIZ bir-birini tamamlayaraq möhkəm və uğurlu ittifaq yarada bilirlər. ƏQRƏB ilə DOLÇA arasında ittifaq əvvəlcə savaşlar nəticəsində tez-tez pozulur, lakin sonra hər şey yoluna düşdükdə ittifaq uğurlu ola bilər. Yeri gəlmişkən deyək ki, DOLÇANIN bir qədər soyuq temperamenti ƏQRƏBİN o qədər də xoşuna gəlmir. BALIQLAR ilə ittifaq hər cəhətdən uğurludur. Amma gərək ƏQRƏB BALIQLARIN ədalət hissini və zərifliyini təhqir etməsin.
Oxatan (23 noyabr - 21 dekabr)
Od işarəsidir. Yupiterin himayəsi altındadır. Təmkinlidir. Təbiətcə filosofdur. Yupiter xoşbəxtlik və firavanlıq planetidir, OXATAN işarəsinə hamilik edir. OXATANIN rəmzi gözəl və çoxmənalıdır məchul bir nöqtəni nişan alan kentavrdır. Bu kentavr OXATANIN ikiləşməsinə səbəb olur: OXATAN bir tərəfdən, çox inkişaf etmişdir, digər tərəfdən, primitivdir. İkinci tip OXATAN sivilizasiyanı sevmir. Böyük həyati qüvvəyə malikdir. Çox fəaldır, qadınların xoşuna gəlir, adamları ardınca aparmaq istedadı vardır. Cəsurdur, sərbəstdir, kobuddur, macəraları və igidlikləri xoşlayır. Bu, dənizçi, əsgər, dəniz qulduru, avantürist, sərsəri tipidir. Birinci tip isə alim, siyasətçi, mütəfəkkir tipidir. O da mübarizdir, lakin onun mübarizə meydanı laboratoriya, kabinet, kafedra və ya tribunadır. Onun da qəlbində səyahətlərə çıxmağa və sərsərilik etməyə, riskə getməyə və avantüraya əl atmağa həvəs vardır. O, gözəl arxeoloq, etnoqraf, tədqiqatçı və fotoreportyordur. Şux və mehriban xasiyyətinə baxmayaraq bəzən əlçatmaz zirvələrin həsrəti ilə çırpınır. Yer ona kiçik görünür, çox vaxt nə istədiyini bilmir. Bu tip uzun ömür sürmür, nadir hallarda yorğan-döşəkdə ölürlər.
QADIN-OXATAN. Bu işarə altında dünyaya gələn kişilər kimi, qadınlar da iki tipdir: birinci tip oğlan xarakterində olan qadındır. Dünyada hər şeydən çox hərəkəti və idmanı sevir. Nikaha və ailə həyatına böyük çətinliklə uyğunlaşır. Dəlisov, müstəqil və sərbəstdir. Öz gümrahlığı, çevikliyi və işgüzarlığı sayəsində hər hansı peşədə müvəffəqiyyət qazanır. İkinci tip müstəqil düşüncəli, kübar, ehkamlardan azad qadındır. İncəsənəti, kitabları, istedadlı adamları xoşlayır. Hər işi məharətlə görür. Orijinal və qeyri-adi insandır.
İşarələrin qarşılıqlı münasibətləri: QIZ, BALIQLAR, ƏKİZLƏR ilə ittifaq uğurludur. İlk baxışdan qəlbində BUĞAYA məhəbbət və ya rəğbət oyanır. Nikah ahəngdardır. OXATANIN QOÇA meyli güclüdür. Bu işarələr arasında ümumi cəhətlər çox olsa da. onların ittifaqı uğursuzdur. OXATANIN müstəqilliyə hədsiz can atması XƏRÇƏNGƏ çox bəlalar gətirir. Lakin OXATAN elə bir həyati qüvvəyə malikdir ki, bu qüvvə XƏRÇƏNGİ cəzb edir və dəyişdirir. Səmimilik, tez qızışmaq və düzlük OXATAN işarəsini ŞİR işarəsi ilə doğmalaşdırır, onların arasında temperament və xarakter oxşarlığı vardır. Onların ittifaqı çox uğurludur. OXATAN ilə QIZ arasında güclü fiziki cazibə olsa da, onların ittifaqı uğursuzluğa məhkumdur. TƏRƏZİ ilə OXATAN arasında asanlıqla möhkəm və uğurlu nikah yaranır. ƏQRƏB və OXATAN işarələri altında qarşılıqlı hörmət vardır. Onların dostluğu və əməkdaşlığı uğurludur. OĞLAQ ilə OXATANIN ümumi mənafeyi çoxdur. OĞLAĞIN ciddiliyi OXATANIN diribaşlığı ilə həmahəngdir. Fiziki cazibə yarandıqda nikah uğurlu ola bilər. Hər ikisi çevik və fəal olan DOLÇA və OXATAN bir-birinə rəğbət bəsləyirlər. Onların arasında nikah çox ahəngdar xarakter daşıyır. Savaşmanın yeganə mümkün səbəbi OXATANIN hərdəmxəyal olmasıdır. OXATAN ilə BALIQLAR arasında çox böyük ziddiyyətlər vardır. Güclü fiziki cazibəyə baxmayaraq bu ittifaqlar nadir hallarda uğurlu olur.
Oğlaq (22 dekabr-20 yanvar)
Yer işarəsidir. Saturnun himayəsi altındadır. Tərs, inadcıldır. Ağıllıdır. OĞLAQ bütün Zodiak işarələri içərisində istər fiziki, istərsə də mənəvi cəhətdən ən dözümlüsü və davamlısıdır. Hisslərini gizlədəndir, üzə vurmasa da şöhrətpərəstdir. Real həyatla yaşayır, işləməyi bacarır və xoşlayır. Hədsiz bir qüvvə ilə müvəffəqiyyətə can atır. Böyük səbirlə və hədsiz inadcıllıqla bütün maneələri aşaraq addım-addım, pillə-pillə məqsədə doğru gedir. Heç bir şey OĞLAĞI həvəsdən salıb yolundan döndərə bilmir. OĞLAQ hələ gəncliyindən öz qarşısına məqsəd qoyur və ömrü boyu о məqsədə doğru gedir. OĞLAQ işdə də belədir. O, sxem quraraq işi qabaqcadan avtomatlaşdırır, təfərrüatı müəyyənləşdirir, səliqə-səhman yaradır ki, sonra xırda-para işlərə vaxt sərf etməsin. Sənayenin bütün sahələrində gözəl işçidir. İstedadlı dövlət xadimidir. Bu işarə altında dünyaya gələnlər demək olar həmişə hörmət qazanırlar, lakin onlara yaxınlaşmaq çətindir, çünki qapalıdırlar, onları açıq söhbətə çəkmək mümkün deyildir. OĞLAQ ənənəni, ədəb-ərkanı, sabitliyi xoşlayır, Müəyyən məqsədi olmadan qərar qəbul etmir, tez qızışan və ehtiyatsız iş tutan deyildir. Zahirən təkəbbürlü görünsə də, daxilən öz tənhalığından əzab çəkir və ətrafda olan adamların rəğbətini qazanmaq istərdi. Çox vaxt həssas və utancaqdır, lakin bunu böyük səylə gizlədir. Məğrurluğu onun üçün açıq-aşkar əzab-əziyyət mənbəyinə çevrilir. OĞLAQ parlaq zəkaya və gözəl yaddaşa malikdir, lakin onu mühafizəkarlıq və xırdaçılıq təhlükəsi gözləyir. Yaxşı inzibatçı, mühəndis, alim, siyasətçi, iqtisadçı ola bilər. Ömrünün ikinci yarısı adətən birinci yarısından xoş keçir. Ümumiyyətlə evlənmək qərarına gəlsə də, bir qayda olaraq gec evlənir. Subayların əksəriyyəti bu işarə altında dünyaya gələnlərdir.
Bu işarə altında dünyaya gələn QADIN-OĞLAQ belə bir səciyyəvi xüsusiyyətə malikdir: illər ötdükcə gözəlliyi və məlahəti azalmır, əksinə, artır. QADIN-OĞLAQ 18 yaşındakına nisbətən 35 yaşında daha çox xoşa gəlir, lakin ona yaxınlaşmaq asan deyildir. Həmişə özü ilə pərəstişkarlarının arasında sədd çəkir. Bu öz müstəqilliyini çox sevən bir qadın tipidir. QADIN-OĞLAQ yaxşı katibə, direktor, müəllim və hakimdir. Kişi OĞLAQ kimi, bu işarə altında anadan olmuş qadınlar da ciddidirlər, təhqiri və xəyanəti bağışlamırlar.
İşarələrin qarşılıqlı münasibətləri: QOÇ, TƏRƏZİ və XƏRÇƏNG ilə nikah davamsız olur. Əksinə, QIZ, BUĞA, ƏQRƏB və BALIQLAR ilə ittifaqlar xeyli ahəngdar xarakter daşıyır. OXATAN ilə həyatın ahəngi və temperamenti о qədər müxtəlifdir ki, böyük fiziki cazibə qüvvəsinə baxmayaraq nikah nadir hallarda baş tutur. BUĞA ilə OĞLAQ arasında məhəbbət və böyük qarşılıqlı anlaşma vardır. Tərs və səbirli OĞLAQ şıltaqçı və yalançı BUĞANI çox vaxt tərbiyə edə bilir. ƏKİZLƏR ilə çətinliklə əlaqəyə girir, uzunmüddətli ittifaq isə, əgər ümumiyyətlə mümkündürsə, bir çox çətinliklərlə bağlıdır. XƏRÇƏNG və OĞLAQ işarələri arasında cazibə asanlıqla meydana gəlir, hörmətə əsaslanan dostluq münasibətləri yaranır. Bununla belə ittifaq tez yaranmır — onların həyata baxışlarında çox böyük fərqlər vardır. Lakin sonralar bu ittifaq hörmətə əsaslanaraq möhkəmlənə bilər. ŞİR ilə möhkəm ittifaq çox nadir hallarda baş tutur, buna görə də ancaq dostluq və əməkdaşlıq tövsiyə edilir. QIZIN xarakteri çox zaman OĞLAĞIN xarakterini xatırladır, buna görə da uğurlu nikah mümkündür. TƏRƏZİ ilə nəinki nikah, hətta sadə dostluq, münasibətləri də son dərəcə nadir hallarda baş tutur: həyat tərzində və xarakterlərdə fərq çox böyükdür. ƏQRƏB ilə OĞLAĞI təkəbbür, işə məhəbbət birləşdirir. Nikah ümumi mənafe, ümumi maraq əsasında mümkündür. OXATAN ilə ittifaqa ayrı-ayrı hallarda hər iki tərəf təminat verir. OXATAN bir çox hallarda OĞLAĞIN xırdaçı xarakterini dəyişdirməyə müvəffəq olur. Böyük fiziki cazibə olmasa da OĞLAQ öz işarəsi ilə, yəni digər OĞLAQ ilə mehriban ittifaq yarada bilər. Xarakterlərin müəyyən oxşarlığına baxmayaraq, DOLÇA ilə nikah nadir hallarda uğurlu olur. İşdə əməkdaşlıq etmək və bir-biri ilə dostluq münasibətləri saxlamaq tövsiyə edilir. Böyük mənəvi və intellektual oxşarlıq. Habelə fiziki cazibə sayəsində BALIQLAR ilə OĞLAQ arasında nikah son dərəcə uğurlu ola bilər. Lakin OĞLAĞIN öz hisslərini gizlətməsi incə təbiətli həssas BALIQLARI bəzən təhqir edir.
Dolça (21 yanvar-18 fevral)
Hava işarəsidir. Saturn və Uranın himayəsi altındadır. Xarakterdə emosional, təbiətcə həssasdır. DOLÇANIN ilk hamisi SATURN planeti DOLÇANı taleyə boyun əyməyə məhkum edir və onun taleyi heç da həmişə uğurlu olmur. SATURN kədərli xatirələr, qəmginlik, puç olmuş ümidlər planetidir. URAN, əksinə, hərəkət, fəaliyyət planetidir, alimlərin ilhamçısıdır. Buna görə də DOLÇANIN xarakteri ziddiyyətlidir. O bir tərəfdən xəyalpərvərdir. Digər tərəfdən cəld, çevik, cəsarətli və fəaldır. DOLÇA işarəsi altında dünyaya gələnlər öz insaniyyəti sayəsində olduqca cazibədardırlar. Onlar dərdə şərik olur və fəlakətə düşən adamlara əllərindən gələn köməyi edirlər. Hər bir DOLÇADA ixtiraçıya, təkmilləşdirmə ideyası ilə yaşayan adama məxsus keyfiyyətlər vardır. Bununla birlikdə DOLÇA xəyalpərəstdir, fantastdır. Edisson, Qaliley, Jül Vern bu işarə altında dünyaya gəlmişlər. DOLÇADA xırdaçılıq yoxdur. DOLÇA ətalətin düşmənidir. Onun tənbəllik və fəaliyyətsizlik dövrləri olur. URANIN hökmranlığı dövründə isə DOLÇA bir ayın işini bir həftədə görə bilir. Sabit deyildir, bəzən özünə inamsızlıq dövrləri olur, lakin bunları tez bir zamanda sakitlik və ruh yüksəkliyi ilə əvəz edə bilir. DOLÇA təmkinli və təvazökardır, nadir hallarda başqalarına ağız acır. Çox gözəl alimdir, xüsusən atom fizikası və astronomiya sahəsində. Həm də gözəl memar, ədəbiyyatçı, aktyordur. Onun həyatı uğursuz ola bilər, lakin heç bir zaman maraqsız və yeknəsəq olmur. Həyatın hər üzünü görəcəkdir zənginliyi də, yoxsulluğu da, parlaq müvəffəqiyyəti və faciələri də, maraqlı görüşləri və məyusluqları da. Bəzən ona elə gələcəkdir ki, məhv olub getmişdir, lakin tale ona nicat verəcəkdir.
QADIN-DOLÇA. Bu işarə altında dünyaya gələn qadınlar çox cazibəlidirlər. QADIN-DOLÇA elə bil ki, bir qadın deyil, bir neçə qadındır, buna görə onun hiss-həyəcanları da çox və rəngarəngdir. Bu qadın daim dəyişir, onu tez-tez görənlər üçün heç vaxt darıxdırıcı olmur. DOLÇA işarəsi altında dünyaya gələn kişilər kimi, o da işləməyi xoşlayır və ciddi intizama dözmür, hər bir məşğələyə zəriflik və parlaqlıq gətirir. İncə və zərifdir, yaxşı rəqs edir, söhbəti maraqlı və şirindir, ərə tez gedir, lakin nadir hallarda xoşbəxt olur, çünki məhəbbəti ərinin məhəbbətindən güclüdür.
İşarələrin qarşılıqlı münasibətləri belədir: ƏKİZLƏR, TƏRƏZİ, OXATAN ilə ittifaq çox əlverişli və xoşdur, ƏQRƏB, BUĞA, ŞİR ilə dava-dalaş labüddür. QOÇ işarəsi DOLÇA ilə ittifaq bağlaya bilər. Bu işarə altında gözəl uşaqlar dünyaya gəlir. ƏKİZLƏR ilə ahəngdar ittifaq yaranır. XƏRÇƏNG ilə mehriban dostluq əmələ gəlir, qarşılıqlı hörmətə əsaslanan nikah bağlanır. DOLÇA və ŞİR arasında cazibə olmasına baxmayaraq onların dünyaya baxışı müxtəlifdir. Bunun ucbatından onların arasında möhkəm ittifaq ola bilməz. QIZ və DOLÇA arasında güclü fiziki cazibə olsa da, dava-dalaş labüddür. DOLÇA TƏRƏZİNİ cəzb edir. Onların ittifaqı çox uğurludur.
Balıqlar (19 fevral-20 mart)
Su işarəsidir. Yupiter və Neptunun himayəsi altındadır. Xarakteri əsrarəngizdir. İncə intuisiyası vardır. BALIQLARA Neptun daim narahatlıq keçirmək, öz özlərinə qarşı mübarizə aparmaq kimi təzadlar gətirir, Yupiter isə uğurlu tale və müdriklik bəxş edir. Zahirən sakit olmalarına baxmayaraq, BALIQLAR bu ziddiyyətli təsir altında tez-tez ruhən əzab çəkir, narahatlıq və sıxıntı keçirirlər. BALIQLAR həm də humanizm və fədakarlıq rəmzidir. Mənən zərifdirlər, ağılları itidir, çox şeyə şəkk gətirirlər. BALIQLARDA intuisiya məntiqdən güclüdür, onlar öz istedadlarını həmişə dərk etmədikləri halda, uzağı görmək bacarığı ilə ətrafdakı adamları heyran qoyurlar. Bu işarə altında dünyaya gələnlər rahatlığı və səliqə-sahmanı xoşlayırlar. Əliaçıq, qonaqcıldırlar, lakin tez-tez qəmgin olurlar. Uşaqlıqdan həyatları normal keçdikdə, ədalətli, səmimi və mehriban olurlar. Yaxşı yaddaşları və elmlərlə məşğul olmaq qabiliyyətləri vardır. BALIQLAR sırasından həm də yaxşı musiqiçilər, rəssamlar, heykəltəraşlar yetişir.
QADIN-BALIQLAR. Aydın nəzərə çarpan fərdi xüsusiyyətləri vardır. Zərifliyi ilə fərqlənir. Sevimli və cazibəlidir. Cah-calalı, rahatlığı, ümumiyyətlə gözəlliyi sevir. Ovqatı və səhhəti Ay səhifələrinin dəyişilməsindən asılıdır. Ay bədirlənən dövrdə gümrah və sağlamdır. Təzə Ay çıxdıqda yorğun və süst olurlar. Daxili aləmləri zəngindir. Keçmişləri bəzən eyibsiz olmasa da, zirəklikləri və incə təbiətləri sayəsində çox gözəl zövqə və ana olurlar.
İşarələrin qarşılıqlı münasibətləri: BUĞA, XƏRÇƏNG, OĞLAQ, ƏQRƏB, QIZ ilə nikahlar uğurludur. QOÇ işarəsi BALIQLARI böyük bir qüvvə ilə cəzb edir, lakin burada xarakterlərin müxtəlifliyi özünü göstərir. Odur ki, ittifaqı o qədər də xoş və əlverişli deyildir. ƏKİZLƏRƏ böyük rəğbət bəsləyirlər. Hər iki işarənin çox çevik olması sayəsində ittifaq mümkündür. XƏRÇƏNG işarəsi ilə dostluq, əməkdaşlıq və nikah olduqca əlverişlidir. ŞİR və BALIQLAR arasında qarşılıqlı rəğbət, habelə güclü cazibə olmasına baxmayaraq nikah məsləhət deyildir. ŞİRİN tez qızışması və ehtirası bəzən BALIQLARI incidir. BALIQLAR OXATAN ilə münasibətlərində böyük çətinliklərə rast gəlirlər, onların arasında uğurlu nikah çox nadir hallarda olur. Bu işarələr arasında mövcud olan fiziki cazibə möhkəm ittifaq üçün kifayət deyildir. QIZ ilə BALIQLAR arasında rəğbət vardır, lakin onların bir-birinə fiziki marağı güclü deyildir. Eyni sözləri TƏRƏZİ haqqında da demək olar, hərçənd TƏRƏZİ ilə BALIQLAR arasında hörmət, yaxşı əməkdaşlıq və dostluq vardır. ƏQRƏB ilə ittifaq ahəngdar və möhkəmdir. BALIQLARI və OĞLAĞI çox şey birləşdirir. Bu işarələr bir-birinə meyl edir. Nikah uğurlu ola bilərdi. DOLÇA ilə nikah nadir hallarda uğurlu olur: DOLÇANIN təbiətən soyuqluğu mane olur. BALIQLAR işarəsi ilə nadir hallarda yaxşı münasibətlər yaranır.
Şir (23 iyul - 23 avqust)
&lOd işarəsidir. Günəşin himayəsi altındadır. Hökmlüdür, daxili aləmi zəngindir. ŞİR ulduzlar padşahı olan Günəşin himayəsi altındadır. Buna görə də Zodiakın mərkəzi simasıdır. O parlayır, səmada süzür. Çox çətinlik çəkir, çünki tez-tez zorakılığa əl atır, lakin xarakterinin əsas cəhəti xeyirxahlıqdır. Lovğalıq ŞİRƏ yaddır. ŞİR təbiidir. Bununla da ürəkləri fəth edir. Hər kəs ŞİRİN yanında olduqda başa düşüldüyünü hiss edir. ŞİRİN köməyinə bel bağlamaq olar.
ŞİR temperamentlidir, tez qızışandır. Çox böyük daxili qüvvəyə malikdir. İgidlik göstərməyə qabildir. Lakin şöhrətpərəstliyi də vardır. Uşaqlıq xüsusiyyətlərini qoruyub saxlamışdır, sadəlövhdür, onu təsir altına almaq asandır, tələyə asanlıqla düşür. Psixoloji duyumunun olmaması ona səhvlərə, bəzən də əsl faciəyə gətirib çıxarır. Lakin nə qədər çətinliklərə rast gəlsə də, təbii şuxluğunu nadir hallarda itirir. Adamlarda olan xainlik onu hər şeydən çox heyrətləndirir. ŞİR özü vəfalı dostdur. Lakin səbatlı deyildir. ŞİR səxavətlidir, var-dövləti və cah-cəlalı sevir. Nizamsızlığı və israfçılığı buna gətirib çıxarır ki, yoxsulluq içində ölür. Qonaqpərvərdir. Qumarı, idmanı, yarışları xoşlayır. Bu işarə altında dünyaya gələn adamlar hər hansı peşənin sahibi ola bilərlər. Lakin çox vaxt rəhbər vəzifələr tuturlar.
QADIN-ŞİR. Məhəbbətdə səmimi, hərarətli səxavətlidir, dolaşıq sevgi macəralarını xoşlamır. İstəyir ki, pərəstişkarları çox olsun. Lakin çox məğrur olduğu üçün təsadüfi əlaqələrdən qaçır. Qadınlarla dostluğu o qədər də xoşlamır, kişi məclisini üstün tutur. Sevdiyi adama qarşı çox tələbkardır, xəyanəti bağışlamır. Heç vaxt güzəştə getmir. Sevdiyi adamın onu sevdiyini və ona layiq olduğunu qətiləşdirmədikcə nikah bağlamır. Gözəl ana və evdar qadındır.
İşarələrin qarşılıqlı münasibətləri: BUĞA, DOLÇA və ƏQRƏB ilə ittifaq uğursuzdur. ƏKİZLƏR, TƏRƏZİ və OXATAN ilə ittifaq uğurludur. QOÇ ilə ŞİRİN xarakterində və temperamentində ümumi cəhətlər çoxdur: məhəbbət tez başlanır. BUĞA ilə möhkəm ittifaq mümkün deyildir. Böyük fiziki cazibəyə baxmayaraq BUĞANIN tərsliyi xudpəsənd ŞİRİ əsəbiləşdirir. QIZ hər şeyə tənqidi yanaşdığına və kifayət qədər temperamentli olmadığına görə onunla münasibətlər mürəkkəbdir. OXATAN ilə ümumi cəhətləri çoxdur temperamentləri mürəkkəb və oxşardır. Hər ikisi səmimi, təbiidir. OĞLAQ ilə ittifaq çətin ki, mümkün olsun, yalnız əməkdaşlıq və dostluq uğurludur. ƏQRƏB ilə ittifaq çox şübhəlidir.
Dostları ilə paylaş: |