Bütün dövlətlər məlumatlar mübadiləsi şəraitində birləşirlər


Diplomatiya formaca və məzmun etibarilə təmsilçilik və



Yüklə 182,07 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix04.02.2023
ölçüsü182,07 Kb.
#82889
1   2   3   4   5   6
Belge

Diplomatiya formaca və məzmun etibarilə təmsilçilik və 
nümayəndəlik funksiyalarını özündə daşıyan fəaliyyət 
sahəsidir. Diplomatiya funksional xarakter baxımından vasitəçilik, 
birləşdiricilik, koordinasiyaedicilik, tənzimləyicilik sahəsidir. Eyni 
zamanda mərkəzləyici və periferiya üzrə yayıcı vasitədir. 
Diplomatiya fəaliyyəti məcmu olaraq bir aparatdır, strukturlu 
mexanizmdir. Bu aparat özü ilə beynəlxalq aləmdə, sferada “gəzir”. 
Diplomatiya öz ölkəsinin xarici və daxili vəziyyəti, eləcə də xarici və 
daxili siyasəti barədə beynəlxalq ictimaiyyəti məlumatlandırır. 
Dipolomatiya regional miqyasda və qeyri-regional əsaslarla 
dövlətlərin birləşməsini, ittifaqlaşmasını müəyyən edən fəaliyyət 
sahəsidir. Bu baxımdan da dövlətlərin beynəlxalq aləmdə müştərək 
maraqlarını, hədəf və niyyətlərini müəyyən edən vasitədir. 
Diplomatiya pozitiv mənada etik və estetik bir peşə sahəsidir
Əxlaqi, təminedici öhdəlikli və qoruyucu məsuliyyətli əhəmiyyət 
daşıyır. Humanizm diplomatiyasının məqsədləri sülh, əmin-
amanlıq, barışıq və dinamik inkişafdır. Bu yöndə addımlar ədalətlə 
atılır. Tərəflərin maraqları tarazlı olaraq idarə olunur. Vəsaitlər 
ədalətli pay bölgüsü ilə tərəflərə çatdırılır. Hər dövlətin öz gücünə və 
imkanlarına görə beynəlxalq əlaqələr sferasında iştirakına yol verilir. 
Beynəlxalq təşkilatların nizamnamələrinə əməl olunur. Pozitiv 
diplomatiya ideyadır və idealları özündə cəmləşdirir. Pozitiv 
diplomatiyada belədir ki, böyük və kiçik dövlətlər, müqayisədə orta 


gücə malik olan dövlətlər arasında əlaqələr sağlam prinsiplərə və 
sağlam ideyalara söykənir. Mərkəzdə (xidməti fəaliyyətin 
əsasında) milli eqonun əvəzinə bəşəri maraq amili dayanır. Say 
tərkibindən asılı olmayaraq bütün xalqlara mədəni dəyər kimi 
baxılır. Dünya bütöv maraq, birgə mənafe məkanı kimi nəzərdən 
keçirilir. Xalqlara dünya sivilizasiyasının çaları kimi baxılır. Bütün 
xalqların mədəni və siyasi ruhuna hörmətlə yanaşılır. Pozitiv 
diplomatiya gərginlikləri, münaqişələri, müharibələri rədd 
edir. Münaqişələrə və böhranlara qarşısını alan önləyici funksiya 
kəsb edir. 

Yüklə 182,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin