ayırd etmək olar. Məsələn, diplomatiya öz hüquq və səlahiyyət
böyüklüyünə görə ali (dövlət başçıları və hökumət rəhbərləri
arasında), orta (mərkəzi icra hakimiyyəti səviyyəsində) və yerli
(diplomatik nümayəndəlik) tiplərə bölünə bilər. Burada bağlayıcılıq
diplomatik nümayəndəlikdən dövlət başçıları səviyyəsinə qədər və
müəyyənedicilik ali səviyyədən aşağı səviyyəyə qədər
mərhələlərə bölünə bilər. Təşəbbüskarlıq, ideyavericilik, təkliflər
irəli sürmək baxımından da diplomatiya dərəcələnir, hüquqları
fərqləndirilir. Diplomatiya ayıredicidir, aşkarlayıcı və
müəyyənedicidir. Hadisələrin təfərrüatını araşdırır. Baş vermə
səbəblərini müəyyən edir. Önləyici tədbirlər görür, gərginlikləri
aradan qaldırır. Diplomatiya təyinat ölkələrdə hadisələr barədə
məlumatlar toplayır və məxsus ölkəyə çatdırır. Təyinat ölkədə
gündəlik baş verən prosesləri toplayır, analiz edir, bu baxımdan da
dövlətlərin beynəlxalq sferada qarşılıqlı münasibətlərini aşkarlayır.
Dostları ilə paylaş: