Diplomatiya öz fəaliyyətinə, hüquq və vəzifələrinə görə, həmçinin
tətbiqi dairəsinə görə ümumən genişlənən məfhumdur. Bu
baxımdan da silsilə xarakterlidir, şəbəkə məzmunludur.
Diplomatiyanın tərkib elementləri zəngindir, bu baxımdan da tərifi
ümumi və məxsusidir.
Diplomatiyanı məzmuun və miqyas baxımından müharibələr və
qələbələr diplomatiyası-hərbi diplomatiya, barışıq və sülh
diplomatiyası, möhkəmləndirici və statuslar müəyyənedici
diplomatiya, strateji-konseptual diplomatiya, humanitar diplomatiya,
geosiyasət diplomatiyası kimi forma və məzmunlara da ayırd etmək
olar.
Diplomatiyanın gücü dövlətlərin güclərinə və beynəlxalq aləmdə
nüfuzuna görə bölünə, təsnif oluna bilir. Bu baxımdan da böyük
dövlətlərin diplomatiyası təbii olaraq güclü tərəf kimi çıxış edir və
böyük təsir gücünə, potensialına malik olur. Dövlətlərin diplomatik
gücü onların əlllərində olan vəsaitlərlə də bağlı olur. Belə ki,
iqtisadiyyatı güclü olan dövlətin diplomatiyasına da xüsusi hörmət
olunur. Bu baxımdan da böyük dövlətlərin diplomatiyası əksər
hallarda “Qalib diplomatiya” kimi əhəmiyyət kəsb edir. Qalib
diplomatiya danışıqlarda məqsədlərə nail olunmağı əks etdirən
diplomatiyadır.
Dostları ilə paylaş: