Bütün dövlətlər məlumatlar mübadiləsi şəraitində birləşirlər


Elə təsəvvür yaranmasın ki, diplomatiya furşetlər (axşamlar)



Yüklə 182,07 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix04.02.2023
ölçüsü182,07 Kb.
#82889
1   2   3   4   5   6
Belge

Elə təsəvvür yaranmasın ki, diplomatiya furşetlər (axşamlar), 
səhər və günorta tədbirləri təşkil edən və imtiyazlı və 
immunitetli istirahəti və yaşayış tərzini əks etdirən və rahat
toxunulmaz, həmçinin üstün həyat yaşadan fəaliyyət 
sahəsidir. Əksinə, diplomatiya olduqca incə məqamlarla, 
böyük vəzifə və məsuliyyətlərlə, ehtiyatlı davranışlarla dolu 
olan məcmulaşmış sistemdir. Diplomatiya çevik reaksiyalara 
şərt verən və hadisələrə adekvat fəaliyyətlə cavab verən 
uyğun, simmetrik, harmonik formalı fəaliyyətdir. Diplomatiya 
dövlətin beynəlxalq münasibətlərdə iştirakına zəmanət verən, 


uğurlu edən inamlı və güvənli siyasət vasitəsidir. Diplomatiya 
bəşəri sabitlik, dinamik inkişaf və sülh üçün məsuliyyət 
daşıyan əsas fəaliyyət sahəsidir. Diiplomatiya ixtisaslaşmış, 
maraqla sistemləşmiş sahələr üzrə aktları təmin edən, 
hadisələri uyğunlaşdıran və bağlayan siyasət vasitəsidir. Bu 
yöndə diplomatiyada təminedicilik, nəzarət və müşahidə kimi 
funksiyalar var. Diplomatiya həm zəruri, həm məcburi, həm də 
könüllü şərtlər önəm kəsb edir və fəaliyyətin ana məzmun 
xəttini təşkil edir. 
Diplomatiyanın tərifinə dairə bəzi fikirlər: 
-diplomatiya xarici siyasətin məntiqi icra sahəsidir, xarici siyasətin 
məqsədlərini, hədəf və niyyətlərini aidiyyatı punktlara, ünvanlara 
çatdıran məlumatdaşıyıcı vasitədir; 
-diplomatiya təyinat ölkələrdə öz milli siyasətinin xüsusiyyətlərini 
əks etdirən vasitədir; 
-diplomatiya beynəlxalq vəziyyətləri, məqsəd və məramları, bəşəri 
idealları milli səviyyələrdə yayan vasitədir; 
-diplomatiya dünya siyasətində ümumidən xüsusiyə, xüsusidən də 
ümumiyə doğru keçidlər edən keçici, daşıyıcı, mərkəzləşdirici və 
yayıcı vasitədir; 
-diplomatiya beynəlxalq hüququn forma və məzmununu müəyyən 
edən sistemləşmiş sahədir; 
-diplomatiya beynəlxalq hüququn prinsiplərini müəyyən edən və bu 
prinsiplərə hörməti və əməli əks etdirən norma və qaydalar 
şəbəkəsini, strukturunu ifadə edən vasitəçi sahədir; 
-diplomatiya beynəlxalq siyasətin nəzəri əsaslarını işləyib 
hazırlayan və icrasını təmin edən strukturlu mexanizmdir; 
-diplomatiya beynəlxalq hüquq sənədlərinin tətbiqi əhatəsinə və 
dairəsinə görə qruplaşmasını müəyyən edən fəaliyyət sahəsidir
-diplomatiya beynəlxalq hüquq sənədlərinin hazırlanmasını həyata 
keçirən tərtibçi və müəyyənedici sahədir; 


-diplomatiya dövlətin və təşkilatın beynəlxalq əlaqələrdə və 
beynəlxalq münasibətlərdə niyyət və məqsədlərini elan və bəyan 
edən məlumatverici sahədir; 
-diplomatiya dövlətin və beynəlxalq təşkilatın beynəlxalq aləmdə 
mövqeyini açıq və qapalı şəkildə bildirən fəaliyyət sahəsidir; 
-diplomatiya xarici siyasətin praktiki tərəfini əks etdirən nəzəri 
sistemdir; 
-diplomatiya xarici siyasət və beynəlxalq münasibətlər sahəsində 
obyekt və predmetləri, məqsəd və vəzifələri, funksiya sahələrini və 
məsuliyyət tərəflərini razılaşmalarla, beynəlxalq sənədlərlə ehtiva 
edən fəaliyyət sahəsidir; 
-diplomatiya beynəlxalq əlaqələrdə və beynəlxalq münasibətlərdə 
imtiyazlı və immunitetli tərəfləri qruplaşdıran, hüquqi-siyasi 
toxunulmazlıq müəyyən edən fəaliyyət sahəsidir; 
-diplomatiya beynəlxalq müstəvidə beynəlxalq təşkilat maraqlarını 
dövlət maraqları ilə uzlaşdıran fəaliyyət sahəsidir; 
-diplomatiya dövlətlərin gücünə və potensialına görə təsnifatını əks 
etdirən güc və təsir vasitəsidir (beynəlxalq münasibətlərdə güc amili 
və real diplomatiya buna misaldır); 
-diplomatiya geosiyasi gedişatlarda qalibiyyəti və məğlubiyyəti 
müəyyən edən təyinedici siyasət vasitəsidir
-diplomatiya dövlətləri mədəni amillərə, göstəricilərə görə əks 
etdirən, potensial təsnifatı yaradan və qruplaşdıran siyasət 
vasitəsidir; 
-diplomatiya təyinat ölkələrdə diplomatik nümayəndəliklərin vəzifə 
və funksiyalarını, məsuliyyət və öhdəliklərini ifadə edən siyasət 
vasitəsidir; 
-diplomatiya beynəlxalq aləmdə dövlətlərin qarşılıqlı inam və 
etibarlılığını, inam və etiqadını yaradan bağlayıcı vasitədir; 


-diplomatiya beynəlxalq hörmət vasitəsi kimi birgə razılıqları, birgə 
fəaliyyət prinsiplərini müəyyən edən və həyata keçirən siyasət 
vasitəsidir; 
-diplomatiya beynəlxalq aləmdə razılıq etikasını ifadə edən 
(məsələn, diplomatik nümayəndəliklərə təyinat ölkələr 
tərəfindən razılıq bildirilməsi, fəaliyyət üçün icazə verilməsi) etik 
bir peşə sahəsidir; 
-diplomatiya dövlətlər və təşkilatlar (universal və çərçivə təşkilatları) 
arasında qarşılıqlı hörməti ifadə edən mənəviyyat sahəsi və 
vasitəsidir; 
-diplomatiya təbii fəlakətlərdə, müharibələrdə və münaqişələrdə 
humanitar funksiyalar yerinə yetirən fəaliyyət sahəsidir; 
-diplomatiya dövlətin siyasi sistemini beynəlxalq aləmdə ifadə edən 
əksetdirici fəaliyyət sahəsidir; 
-diplomatiya dünya təsərrüfatında qlobal iqtisadiyyatı stimullaşdıran 
və iqtisadiyyata təkan verən baza və üst sahələr arasında uyğunluq 
və sintez yaradan siyasət vasitəsidir; 
-diplomatiya beynəlxalq aləmdə qaçqın və məcburi köçkün 
hallarının qarşısı alan və belə hallarda yardımlar göstərən 
humanitar fəaliyyət sahəsidir, humanist peşədir; 
-diplomatiya beynəlxalq situasiyaları analiz edən və adekvat siyasət 
aktları həyata keçirən fəaliyyət sahəsidir; 
-diplomatiya beynəlxalq gərginliklərdə tərəflər 
arasında təhlükəsizlik qurşaqları yaradan fəaliyyət sahəsidir; 
-diplomatiya müharibə aparmaq qaydalarını müəyyən edən fəaliyyət 
sahəsidir; 
-diplomatiya müharibələri rədd edən və baş verən müharibələrdə 
silahlı qarşıdurmaları yumşaltmağa çalışan, sülh təşəbbüsü ilə çıxış 
edən fəaliyyət sahəsidir; 
-diplomatiya beynəlxalq gərginliklərdə mülki əhali üçün təhlükəsiz 
məkanlar müəyyən edən humanitar siyasət sahəsidir; 


-diplomatiya müharibələrdə əsir və girov düşmüş şəxslərlə davranış 
müəyyən edən humanitar fəaliyyət sahəsidir; 
-diplomatiya müharibələr zamanı əsir və girov düşmüş şəxslərin 
qaytarılması qaydalarını müəyyən edən fəaliyyət sahəsidir; 
-diplomatiya kütləvi qırğın silahlarının yayılmasının və tətbiqinin 
qarşısını alan birgə və kollektiv təşəbbüsvericilik fəaliyyəti 
sahəsidir; 
-diplomatiya kütləvi qırğına səbəb ola biləcək strateji silahların və 
onların ehtiyat hissələrinin istehsalını, satışını və tətbiqini qadağan 
edən fəaliyyət sahəsidir; 
-diplomatiya qlobal sülhə təhdidlərin qarşısının 
alınmasında problemlərə birgə yanaşmanı müəyyən edən kollektiv 
təşəbbüslər sahəsidir; 
-diplomatiya insanlığa xələl gətirən bütün milli və beynəlxalq 
hadisələrə qadağa qoyan, vasitələri səfərbər edən, hadisələrin baş 
verməsinin qarşısını alan fəaliyyət sahəsidir; 
-diplomatiya dövlət başçılarını ölkələrdə layiqincə təmsil edən və 
ölkənin tanıtım rəmzlərini özündə əks etdirən mədəni və siyasi 
vasitədir; 
-diplomatiya dövlətlərin fəlsəfi məzmunlarını əks ertdirən 
xeyirxahlıq, müdriklik və zəngin mənəviyyat sahəsidir
-diplomatiya humanitar fəlakətlər zamanı dövlətlərin və təşkilatların 
birgə fəaliyyətinin məğzini əks etdirən fəzilət sahəsidir; 
-diplomatiya dövlətlərin bəşəri problemlərə dair biganəliyinin 
qarşısını alan xeyirxah missiya sahəsidir; 
-diplomatiya beynəlxalq münasibətlərdə bütün dövlətlərin hüquq 
bərabərliyini tərənnüm edən ideal fəaliyyət sahəsidir; 
-diplomatiya dünya sərvətlərinin bəşəri prinsiplərlə bölünməsini, 
paylanmasını özündə daşıyan ideal fəaliyyət sahəsidir; 


-diplomatiya beynəlxalq cinayətkarlıqda cinayətkarların cəzalarını 
müəyyən edən hüquqi-siyasi fəaliyyət sahəsidir; 
-diplomatiya bəşəri təqsirlərin, günahların və cinayətlərin təsnifatını, 
dərəcəsini müəyyən edən hüquqi-siyasi fəaliyyət sahəsidir; 
-diplomatiya beynəlxalq hüququ məcəllələşdirən (aidiyyatı sahələr 
üzrə norma və qaydaları birləşdirən) mexanizm vasitəsidir; 
-diplomatiya beynəlxalq münasibətləri hüquq norma və qaydalar 
sferası ilə zənginləşdirən təminedici vasitədir; 
-diplomatiya beynəlxalq hüququn mexanizmini yaradan hüquqi-
siyasi vasitədir; 
-diplomatiya beynəlxalq hüququ milli hüquqa gətirən siyasi vasitədir; 
-diplomatiya dünya siyasətinin ali səviyyəsi ilə milli səviyyəsi 
arasında bağlantı yaradan, ideya və təşəbbüslər irəli sürən əsas 
vasitədir. 

Yüklə 182,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin