Diplomatiya dövlətin xarici siyasətini, beynəlxalq əlaqələrdən
irəli gələrək daxili siyasətini şaxələndirən məfhum olduğundan,
bu anlayışın ümumi geniş və törədici, birləşdirici və məhdud
çərçivəli tərifləri mövcuddur:
-diplomatiya forma etibarilə və vasitə kimi fiziki hadisədir,
fenomendir;
-diplomatiya siyasi aktlar və ardıcıl proseslər məcmusudur;
-diplomatiya siyasət vasitəsi (siyasəti reallaşdıran vasitə) kimi
hüquqi aktlardan ibarət olan fenomendir;
-diplomatiya dövlət siyasətinin beynəlxalq münasibətlərdə baza
prinsiplərini, fundamental axarlarını müəyyən edən vasitədir;
-diplomatiya beynəlxalq münasibətlərdəki şəraitdən istifadə edərək
daxili siyasət və xarici siyasət xətlərini uzlaşdıran bir sahədir;
-diplomatiya milli maraqları bəşəri maraqlarla birləşdirən və bəşəri
mahiyyət kəsb edən vasitədir;
-diplomatiya sülhü yaradan və sülh təşəbbüslərini reallaşdıran aktlar
cəmidir;
-diplomatiya gərginlikləri yatıran və tərəflərin ortaq maraqlarını
müəyyən edən bir sahədir;
-diplomatiya xarici siyasəti icra edən və bununla da beynəlxalq
münasibətlərin ruhunu ehtiva edən vasitədir;
-diplomatiya xarici siyasət aktlarını, həmçinin beynəlxalq hüquq
aktları və beynəlxalq əlaqələr yaradan, aktları qruplaşdıran və
sistemləşdirən aktlar cəmidir;
-diplomatiya dövlət siyasətinin ruhunu təqdim edən praktiki formalı
hadisələr kompleksidir;
-diplomatiya ayrı-ayrı məkanlarda (burada dövlətlərdə və
beynəlxalq ümumi ərazilərdə) dövlət maraqlarını təmin edən və
mənafeləri qoruyan vasitədir;
-diplomatiya dövlətin fiziki sərhədlərini siyasi və hüquqi üsullarla
müəyyən edən və icrasını həyata keçirən vasitədir;
-diplomatiya dövlət rəmzlərini əks etdirən və dövlət simvollarını
daşıyan və tanıtdıran vasitədir;
-diplomatiya dövlət siyasətinin əsas daşıyıcısıdır, xarici sferasını
müəyyən edəndir;
-diplomatiya beynəlxalq sferada dövlət siyasətinin
uzlaşdırıcı vasitəsi və sahəsidir;
-diplomatiya dövlətlərin aidiyyatı qurumlarının fəaliyyətini
uzlaşdıran, əlaqələndirən aktlar məcmusudur;
-diplomatiya dövlət quruluşunu özündə ifadə edən siyasi
mexanizmıərin fəaliyyətini beynəlxalq üsul və metodlarla birləşdirən,
uzlaşdıran vasitədir;
-diplomatiya dünya siyasət təcrübəsini öyrənən və milli səviyyədə
tətbiqini reallaşdıran sahə və vasitədir;
-diplomatiya xarici siyasətin hüquqi tənzimlənməsini müəyyən edən
vasitədir;
-diplomatiya forma baxımından beynəlxalq münasibətlərin ruhunu
duyan ən güclü strateji və taktiki vasitədir, xarici siyasət
müstəvisində ən çevik aktdır. Diplomatiya xarici siyasətin
trayektoriyasını cızan vasitələri: danışıqların aparılması, görüşlərin
təşkili və görüşlərin həyata keçirilməsi, sənədlərin hazırlanması,
imzalanması və ratifikasiyası kimi aktları özündə cəmləşdirən
vasitələri toparlayan mexaniki bir strukturdur, sistem və şəbəkədir;
-diplomatiya siyasi aktlar, hərəkətlər müstəvisində xətlər cızan aktiv
fəaliyyət növüdür (siyasi fəaliyyət növü olaraq);
-diplomatiya dövlətlərin və onların törəməsi olan təşkilatların siyasət
və fəaliyyət mexanizmisinin əsaslarını təşkil edən strukturlarının
bir-birinə üzvi bağlanmasını və xətti tamamlanmasını həyata
keçirən, bununla da beynəlxalq mahiyyətli bir vasitəçi
olaraq vəhdət müstəvisi yaradan, icra məzmunlu mədəni bir aktdır,
aktlar toplusudur. Onun vasitəçiliyi və birləşdirici həlqə rolunu
oynaması sayəsində dünya siyasəti formalaşır;
-diplomatiya dünya siyasətində dövlətlərin və beynəlxalq
təşkilatların, beynəlxalq birliklərin elementlərini, hərəkət aktlarını,
bununla da maraq, məqsəd və mənafelərini, eləcə də hüquqdan
irəli gələrək, vəzifə və səlahiyyətlərini (diplomatiya aktlarını təşkil
edən istiqamətləri və elementləri) kompleksləşdirən, uzlaşdıran,
uyğunlaşdıran bir fəaliyyət sahəsidir. Siyasi kompleksli (bu
kompleksin tərkibini siyasət, mədəniyyət, iqtisadiyyat məzmunlu
aktlar təşkil edir) məşğuliyyətdir, peşədir, sənətdir.
-diplomatiya həm qərarların icrası (xarici siyasət müstəvisində)
sahəsidir (səfirliklərin, konsulluqların və digər diplomatik missiya
nümayəndəliklərinin, eləcə də xarici siyasət həyata keçirən mərkəzi
icra hakimiyyəti qurumunun fəaliyyətlərini nümunə göstərmək olar),
həm də xarici siyasət və beynəlxalq münasibətlərdə qərarların
qəbul edilməsi sferasıdır. Dövlət rəhbərlərinin və hökumət
rəhbərlərinin görüşlərin nəticələri ilə bağlı qərarlarını (məsələn,
bəyanatları) buna nümunə göstərmək olar. Eləcə də danışıqların
nəticələri olaraq bağlanan sülh müqavilələrini, iqtisadi sazişləri
və digər razılaşmaları göstərmək olar. Diplomatiya bu
baxımdan siyasət vasitəsidir, eləcə də hüquqi mexanizmləridən
ibarətdir. Dövlətin siyasət peşəsi fəaliyyətidir. Burada məqsədlər və
hədəflər cəmləşir, istiqamətlər müəyyən olunur, aktlar
qruplaşır. Diplomatiya siyasət və onun tərkibi olan hüquq
normalarının və qaydalarının məcmusunu ifadə edən peşə
fəaliyyətidir. Bu yöndə diplomatiya anlayışı forma etibarilə
meyarlardan, hədlərdən, miqyaslardan ibarətdir. Diplomatiya
məcmu vasitə olaraq universal və məxsusi peşə sahəsidir. Bu peşə
dövlətin xarici siyasət aktları ilə beynəlxalq münasibətlərdə iştirakını
təmin edir;
-diplomatiya təmsilçilik, nümayəndəlik vəziyyətlərini və sahələrini
müəyyən edən etik-estetik vasitədir;
-diplomatiya dövlətin milli və beynəlxalq etikasını müəyyən edən
vasitədir, fəaliyyət sahəsidir, etik təmsilçilik peşəsi və sferasıdır;
-diplomatiya dövlətin, xalqın dəyərlərini bəşəri, dünyəvi sahələrlə,
amillərlə bağlayan aktlar məcmusudur;
-diplomatiya xarici siyasətin aktlarını ifadə edən, onların xarakterini
müəyyən edən və bu baxımdan da realizə edən mexanizm
vasitəsidir;
-diplomatiya dövlətin xarici siyasət və beynəlxalq münasibətlər
sferasında strateji-konseptual doktrinalarını, bu baxımdan strategiya
və konsepsiyalarını həyata keçirən ali siyasi vasitədir;
-diplomatiya dövlətin milli maraqları ilə beynəlxalq maraqlarını
regionlarda və regionlardan kənarlarda uzlaşdıran, tamamlayan və
bütövləşdirən bir vasitədir, uyğun, şərtləndirici aktlar cəmidir;
-diplomatiya danışıqlarda tərəflərin mövqelərini milli mənafe
naminə dəyişən, əks tərəfin (tərəflərin) mövqeyini yaxınlaşdıran və
ortaq birləşdirici xətlər yaradan vasitədir, sahədir;
-diplomatiya immunitet və imtiyazlar fəlsəfəsini yaradan sahədir,
anlayışdır, məfhumdur;
-diplomatiya xalqın siyasi mədəniyyətini əks etdirən, təmsil edən və
transfer etdirən mühüm vasitədir;
-diplomatiya dövlətin siyasi sistemini başqa dövlətlərin siyasi
sistemləri ilə uzlaşdıran nəzəri və təcrübi vasitədir;
-diplomatiya dünya siyasətinin axarlarını, xətlərini birləşdirən ali və
orta, eləcə də aşağı mərhələli və sahəli bir vasitədir;
-diplomatiya danışıqlar tərzini müəyyən edən, siyasi dialoqları və
danışıqları, müzakirələri özündə cəmləşdirən vasitədir;
-diplomatiya beynəlxalq maraqları milli maraqlarla birləşdirən və
dövlətin regional miqyaslı geosiyasi maraq sferasını yaradan
vasitədir;
-diplomatiya danışıqların aparılması və qərarların dövlətin xeyrinə
çıxarılmasını təmin edən siyasi-hüquqi aktlar cəmidir;
-diplomatiya milli və beynəlxalq maraqları, eləcə də
vəsaitləri bəşəri amallar uğrunda toparlayan vasitədir;
-diplomatiya xalqın mədəni ruhunu, siyasi məfkurəsini real
xarici siyasətlə uyğunlaşdıran əsas vasitələrdəndir;
-diplomatiya milli maraqları xarici vəsaitlər, xarici fondlar hesabına
təmin edən vasitədir;
-diplomatiya dövlətin xarici siyasətini zəruri edən aktlar toplusudur;
-diplomatiya siyasətin həyata keçirilməsi üçün hüquqi sistem və
baza yaradan əsas vasitədir;
-diplomatiya xarici siyasət və beynəlxalq münasibətlər üçün ideyalar
müəyyən edən, təşəbbüslər verən, təkliflər irəli sürən əsas vasitədir;
-diplomatiya dövlətin xarici siyasətinin reallaşması üçün vəsaitlər
axtaran və danışıqlar həyata keçirən vasitədir;
-diplomatiya xarici siyasət aktlarının kollektiv əsaslarını müəyyən
edən bağlayıcı vasitədir;
-diplomatiya beynəlxalq münasibətlərdə dövlətin və xalqın, dövlətin
yaratdığı təşkilatların və qeyri-hökumət təşkilatlarının maraqlarını və
hüquqi əsaslarını norma və qaydalara salan əsas vasitədir;
-diplomatiya dünyada sabitliyi və dinamik inkişafı təmin edən
beynəlxalq vasitədir;
-diplomatiya beynəlxalq hadisələri reallaşdıran, aktlaşdıran və
mexanizmləri özündə cəmləşdirən hüquqi-siyasi kompleksdir;
-diplomatiya dövləti beynəlxalq əlaqələr və beynəlxalq münasibətlər
sisteminə qoşan və siyasət müstəvisi yaradan bağlayıcı və
uzlaşdırıcı vasitədir;
-diplomatiya beynəlxalq əlaqələr və münasibətlər sistemini
zənginləşdirən əsas vasitədir;
-diplomatiya xarici siyasət aktlarını mərkəzləşdirici və genişləndirici,
yayıcı funksiya kəsb edən vasitədir;
-diplomatiya dövləti başqa dövlətdə və beynəlxalq təşkilatlarda
təmsil edən siyasi (səfirlik, elçilik, işlər vəkilliyi institutu), mülki
(konsulluq) və iqtisadi (ticarət nümayəndəliyi), hərbi (hərbi
attaşelik) vasitədir;
-diplomatiya milli hökumətlər və təşkilatlar arasında əlaqələr
yaradan, üzvi bağlılığı ehtiva edən ideyaverici, təşəbbüsverici
vasitədir;
-diplomatiya dövlətlər və təşkilatlar arasında danışıqları və
kompromisləri sistemləşdirən və təsnif edən, ayırd edən vasitədir;
-diplomatiya dünyanın ruhunu əvvəlcədən duyan həssas xarakterli,
ön gedişatlı xarici siyasət aktıdır;
-diplomatiya qloballaşma şəraitində dövlətin qloballaşma
müstəvisində aktiv iştirakını təmin edən hüquqi-siyasi və
mədəni fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq inkişaf meyarlarını, tendensiyaları və
yönləri müəyyən edən xarici siyasət aktlarının icrası sahəsidir;
-diplomatiya dövlətlərin milli siyasətlərini uyğunlaşdıran və yaxın
standartlarla müəyyən edən siyasət peşəsi sahəsidir;
-diplomatiya münaqişələrin, müharibə və böhranların baş
verməməsi üçün vəsaitlərdən tarazlı istifadəni təmin etmək üçün
bağlayıcı vasitədir;
-diplomatiya insanlığı yaşadan və dünyaya nəzarət edən
mexanizmlərə malik olan fəaliyyət sahəsidir;
-diplomatiya insan resurslarından səmərəli istifadəni təmin edən
fəaliyyət sahəsidir;
-diplomatiya diaspora və lobbiçilik fəaliyyətini özündə əks etdirən və
bu yöndə milli mədəniyyəti bəşəri mədəniyyətlə bağlayan amildir;
-diplomatiya dünyada xalqların köçünü, bu baxımdan da miqrasiya
proseslərini təmin edən, proseslərə nəzarət edən fəaliiyət sahəsidir;
-diplomatiya bəşəri cinayətkarlığın qarşısını alan, xalqları soyqırım
təhlükələrindən qoruyan və cinayətkarların ekstradisiyasını təmin
edən fəaliyyət sahədidir;
-diplomatiya dünya vətəndaşlarına beynəlxalq tranzitlər zamanı
mülki-siyasi yardımlar göstərən humanist vasitədir;
-diplomatiya ölkələrin maddi ehtiyaclarını təmin edən və maddi
tələbatları tarazlaşdıran, əhatəli şəkildə bölən bağlayıcı vasitədir
(humanitar və sülh diplomatiyası, ədalətli və bəşəri diplomatiya);
-diplomatiya müharibələrdə sülhü qalib edən zəfər vasitəsidir;
-diplomatiya ölkələrin bəşəri ruhunu müəyyən edən və bir-birinə
bağlayan vasitədir;
-diplomatiya dövlətlərin milli maraqlarını beynəlxalq maraqları ilə
uzlaşdıran və dünyanın qlobal problemlərinə birgə maraq və diqqəti
yaradan əsas vasitədir;
-diplomatiya beynəlxalq sövdələşmələri milli siyasətə, milli siyasəti
ilə beynəlxalq razılaşmalara uyğunlaşdıran siyasət vasitəsidir;
-diplomatiya gərginlik yaşayan tərəflər arasında “yastıq” rolunu
oynayan vasitədir;
-diplomatiya dövlətin beynəlxalq siyasət müstəvisində yerini və
siyasi çəkisini müəyyən edən, dövləti söz sahibinə çevirən avtoritar
fəaliyyət vasitəsidir (geosiyasi diplomatiya buna nümunə ola bilər);
-diplomatiya xalqları bilavasitə, açıq şəkildə bir-birinə bağlayan
gücdür (xalq diplomatiyası misaldır);
-diplomatiya beynəlxalq aləmin sosial statusunu müəyyən edən
vasitədir və beynəlxalq sosial vəziyyətləri müəyyən edən araşdırıcı
fəaliyyət sahəsidir;
-diplomatiya dünya standartlarından milli standartları və modelləri
formalaşdıran siyasət vasitələrindən biridir;
-diplomatiya dövlətləri beynəlxalq aləmdə faktiki və hüquqi
baxımdan tanıdan ümdə vasitədir;
-diplomatiya dövlətlər arasında ilkin siyasi bağlantını və
münasibətləri müəyyən edən və təmin edən vasitədir (ilk diplomatik
danışıqları və müqavilələri buna misal çəkmək olar);
-diplomatiya beynəlxalq sferanın regional və qeyri-regional
müstəvilərində dövlətlərin hüquqi-siyasi statuslarını müəyyən edən
vasitədir;
-diplomatiya dövlətləri və xalqları universal maraq və məqsəd
uğrunda birləşdirən həlqədir;
-diplomatiya dövlətləri universal fəaliyyət, birgə maraq uğrunda
birləşdirən, təşkilatlandıran vasitədir (beynəlxalq təşkilatlara
qoşulmaq və təşkilatlarda fəaliyyət buna bariz nümunədir);
-diplomatiya xarici siyasət sferasında müxtəliflikləri bir arada
cəmləşdirən mozaik sferadır;
-diplomatiya beynəlxalq təşkilatların fəaliyyət prinsiplərini və
vəzifələrini, həmçinin öhdəliklərini müəyyən edən təminedici və
bağlayıcı vasitədir (beynəlxalq təşkilatların nizamnamələrinin
hüquqi və siyasi əsasları buna nümunədir);
-diplomatiya beynəlxalıq aləmdə dövlətin və təşkilatın nüfuzunu
qoruyan və təmin edən əsas vasitələrdəndir;
-diplomatiya dövlətlər və təşkilatlar arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlığın və tərəfdaşlığın əsaslarını müəyyən edən əsas
bağlayıcı vasitədir;
-diplomatiya siyasi fəaliyyət sahəsində hərəkətlərdə və
davranışlarda əxlaq yaradan nümunəvi vasitədir;
-diplomatiya xalqları dövlətlər (siyasət) yolu ilə bağlayan və
dəyərləri inteqrasiya edən yaxınlaşdırıcı və bağlayıcı vasitədir;
-diplomatiya xalqların mədəniyyətini ölkələrdən-ölkələrə transfer
edən ictimai-siyasi və mədəni bir fenomendir;
-diplomatiya xalqın və dövlətin şəxsiyyətini (dövlət rəhbərinin,
hökumət rəhbərinin, mərkəzi icra hakimiyyəti rəhbərlərinin və
diplomatik nümayəndələrinin timsalında) nümayiş etdirən ictimai-
siyasi və mədəni bir fenomendir;
-diplomatiya bir dövləti və təşkilatı başqa dövlət və təşkilatlarda
təmsil edən və xidməti ezamiyyət məzmunlu fəaliyyət sahəsidir.
Dostları ilə paylaş: |