$2 Dəyişənlər.
Bu paraqrafda proqramın ən vacib elementlərindən biri dəyişənləri örgənəcəyik. Dəyişənlər nədir, nə məqsəd üçün istifadə olunur, onlara nə cür müraciət edilir v.s. kimi məsələlərə baxacayıq.
Dəyişənlər, dəyişən tipləri.
Dəyişənlər yaddaşda hər-hansı məlumat yerləşdirmək, həmin məlumata müraciət etmək, onu dəyişdirmək v.s. üçün istifadə olunur.
Şərti olaraq dəyişənlər yadda saxladıqları məlumatın müxtəlifliyinə görə tiplərə bölünür. Ən çox istifadə olunan tiplər tam ədədlər, kəsr ədədlər və simvollar tipidir. Bu tiplərdən olan dəyişənlərdə müvafiq olaraq tam ədəd, kəsr ədəd və simvol yerləşdirə bilərik.
Bundan əlavə C++ dili proqramçılara öz istədikləri yeni tip təyin etməyə və proqramda istifadə etməyə imkan verir.
Tam tip
C++ dilində bir neçə tam tip mövcuddur. Bunlara unsigned, short, int və long tiplərini misal gətirə bilərik. Bu tiplərin biri digərindən yeganə fərqi onlara ayrılan yaddaşın həcmidir. Yaddaş həcmi nə qədər böyük olsa o qədər də böyük ədəd yadda saxlamaq olar. short tipinin ölçüsü 2 baytdır. Bu tipdən olan dəyişənlərdə 32767 -dən böyük, – 32768 -dan isə kiçik tam ədədləri yerləşdirmək olmaz. int və long tipləri yaddaşda uyğun olaraq 4 və 8 bayt yer tuturlar.
Əgər proqramda böyük ədələrdən istifadə olunmursa onda niyə yaddaşda çox yer tutan tiplərdən istifadə edib yaddaşı boş yerə israf etməliyik?!
Sadəlik xətrinə biz proqramlarımızda tam ədədlərlə işləyərkən adətən int tipinə üstünlük verəcəyik.
Kəsr tipi
C++ dilində kəsr tipləri float və double kimi işarə olunur. Bunların da fərqi yalnız yaddaşın həcmindədir. float yaddaşda 4, double isə 8 bayt yer tutur. Bu tiplərdən kəsr ədədlərlə işləmək üçün istifadə olunur. Tam və kəsr hissə nöqtə ilə ayrılır misal üçün 5.7, 78.9,
0.1 .
Dostları ilə paylaş: |