if ( x > 10 )
{ std::cout<<"BOYUKDUR"; }
else
{ std::cout<<"KICIKDIR"; }
}
İzahı: Proqram icra olunanda istifadəçidən hər-hansı ədəd daxil etməsini xahiş edəcək.
İstifadəçi daxil edən ədəd x -də yerləşdiriləcək. Daha sonra if operatoru ilə x-in 10-dan böyük olma şərti yoxlanacaq. Əgər istifadəçi 10-dan böyük ədəd daxil edərsə, misal üçün 11 onda if operatorunun şərti (x>10) ödənir və bu hal üçün nəzərdə tutulmuş kod icra olunur (Ekranda "BOYUKDUR" sətri çap olunur) else -nin daxilində verilmiş kod icra olunmadan proqram bitir. Əksə halda isə, yəni istifadəçi 10-dan kiçik ədəd daxil edərsə onda else -də gösətrilən operator icra olunar cout<<"KICIKDIR"; .
Şərt operatorundan istifadə edərkən hər-iki halı nəzərə almaq vacib deyil, yəni yalnız verilmiş şərtin doğruluğunu yoxlamaq tələb olunursa onda sadəcə
if (şərt)
{proqram kodu}
sintaksisindən istifadə olunur. Bu zaman if operatoru daxilində verilmiş proqram kodu yalnız şərt doğru olduqda icra olunacaq.
Müqaisə operatorları
if operatorunun şərtini tərtib edərkən müqaisə operatorlarından istifadə olunur. C++ dilində aşağıdakı müqaisə operatorları təyin olunub:
Böyükdür: ">"
Kiçikdir: "<" Böyük bərabərdir: ">=" Kiçik bərabərdir: "<=" Bərabərdir: "=="
Fərqlidir: "!="
Yuxarıdakı nümunədə > operatorundan istifadəyə aid proqram nümunəsi ilə tanış olduq. Digər müqaisə oparatorlarının istifadəsi də analojidir.
Çalışma 2. İstifadəçinin daxil etdiyi ədədin cüt və ya tək olduğunu təyin edən proqram tərtib edin.
Həlli: Bu proqramı tərtib etmək üçün istifadəçinin daxil etdiyi ədədin cüt və ya tək olmasını müəyyən edə bilməliyik. Əgər cüt olsa onda ekranda "Cutdur", əks halda isə "Tekdir" sətrini çap edərik. Ədədin cüt və ya tək olmasını bilmək üçün onu 2-yə bölüb alınan qalığı 0 qiyməti ilə müqaisə etməliyik. Əgər ədədi 2-yə böldükdə qalıqda 0 qalırsa onda ədəd cütdür, əks halda isə tək. Şərt operatoru belə olacaq
Dostları ilə paylaş: |