C++ proqramlaşdırma dili



Yüklə 257,56 Kb.
səhifə21/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

if (x%2 == 0) cout<<"Cut";
else
cout<<"Tek";

Burada x%2 x -i 2-yə bölərkən alınan qalıqdır. Proqram kodu aşağıdakı kimi olar:




#include int main(){
int x;


std::cout<<"Zehmet olmasa her-hansi eded daxil edin"; std::cin>>x;
if (x%2 == 0) cout<<"Cut";
else
cout<<"Tek";
}


      1. Mürəkkəb şərtlərin qurulması, məntiq əməliyyatları


Və "&&"
Və Ya "||"


Inkar "!"

Yuxarıdakı misallarda if operatorunda biz yalnız bir şərtin ödənib-ödənmədiyini yoxladıq. Misal üçün if (x > 10) ..., if (x % 2 == 0) ... v.s. Bir çox hallarda isə bizə bir neçə şərtin eyni anda ödənməsini yoxlamaq tələb olunur. Misal üçün




Əgər ( (Sabah yağış yağacaq) VƏ YA (Külək əsəcəksə) ) onda
{ Gödəkcə geyin } Əks halda
{ Gödəkcə geyinmə }

Bu misalda biz VƏ YA məntiq operatorunun köməyi ilə iki şərtin eyni anda ödənməsini yoxladıq. Məntiq operatorları ilə istənilən sayda şərti tələb olunan məntiqi ardıcıllıqla birləşdirib yekun mürəkkəb şərt ala bilərik.


Misal üçün


Əgər ( (Baki paytaxtdır) VƏ (6 3-ə bölünür) Və ya ( 10 20 -dən kiçikdir)) onda {ekranda çap elə "Sabah hava isti olacaq"}


      1. Və operatoru


Və operatoru bütün şərtlərin ödənməsini tələb edir. Misal üçün əgər bir neçə şərti Və operatoru ilə aşağıdakı kimi birləşdirmişiksə,




Əgər ( şərt1 Və şərt2 Və ... Və şərtn ) onda
{ Proqraq Kodu }

Bu zaman Proqram Kodunun icra olunması üçün Şərt1, Şərt2, ... Şərtn -in hamısı DOĞRU olmalıdır, ödənməlidir. Əgər bu şərtlərdən heç olmasa biri YALAN qiyməti alarsa onda yekun şərt yalan qiyməti alacaq, nəticədə isə Proqram Kodu icra olmayacaq.


Misal üçün


((Bakı Paytaxtdır) VƏ ( 2 böyükdür 5)) mürəkkəb şərtinin qiymətnini hesablayaq. Bu mürəkkəb şərt 2 sadə şərtin VƏ operatoru ilə birləşməsindən ibarətdir. Bakı Paytaxtdır şərti doğru qiymət alır, 2 böyükdür 5 şərti isə yalan. Yekun nəticə YALAN qiyməti alır.


Və operatoru C++ dilində && kimi işarə olunur. Misal üçün şərt1 && şərt2 kimi.





Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin