if (Şərt)
{ Proqram kodu }
else
{ Digər proqram kodu }
Bu zaman əgər Şərt ödənərsə onda Proqram kodu yerinə yetirilər, əks halda isə Digər proqram kodu icra olunacaq. Misal üçün yuxarıda daxil etdiyimiz məsələni proqramlaşdırmaq istəsək, kod belə olar:
if (İstifadəçi_şifrəni_düzgün_daxil_edib)
{ Ona Sistemdən İstifadəyə icazə ver; }
else
{ Sistemdən istifadəni qadağan elə; Inzibatçını məlumatlandır; }
Sadə proqram nümunəsi ilə tanış olaq.
Çalışma 1. Elə proqram tərtib edin ki, istifadəçidən hər-hansı ədəd daxil etməsini istəsin.
ƏGƏR İSTİFADƏÇİNİN DAXİL ETDİYİ ƏDƏD 10 -DAN BÖYÜKDÜRSƏ, onda ekranda
"BOYUKDUR" sətrini çap etsin, ƏKS HALDA isə "KİCİKDİR" sətrini çap etsin.
Həlli. Əvvəlcə ekranda bildiriş sətri çap edək ki, istifadəçi nə iş görməli olduğunu bilsin. Misal üçün cout ilə "Zehmet olmasa her-hansi eded daxil edin" sətrini çap etməklə istifadəçiyə ədəd daxil etməli olduğun bildirərik. Daha sonra cin ilə istifadəçinin daxil etdiyi ədədi əvvəlcədən elan etdiyimiz x dəyişəninə yerləşdirərik. Daha sonra if operatorunun köməyi ilə x -in 10 -dan BÖYÜK olub-olmadığını yoxlayarıq. ƏGƏR BÖYÜKDÜRSƏ onda ekran "BOYUKDUR" sətrini çap edərik, ƏKS HALDA isə "KICIKDIR" sətrini çap edərik. Burada x -in 10-dan böyük olması şərtini yoxlamaq üçün müqaisə operatoru olan "böyükdür" - ">" operatorundan istifadə edəcəyik, aşağıdakı kimi:
if ( x > 10 )
{ std::cout<<"BOYUKDUR"; }
else
{ std::cout<<"KICIKDIR"; }
Proqram kodu:
#include int main(){
int x;
// istifadeciden eded daxil etmesini xahish edek
// ve ededi x-e yerleshdirek
std::cout<<"Zehmet olmasa her-hansi eded daxil edin"; std::cin>>x;
// sherti yoxlayaq ve teleb olunan kodu icra edek
Dostları ilə paylaş: |