C++ proqramlaşdırma dili


Sayğacın_Başlanğıc_Qiyməti



Yüklə 257,56 Kb.
səhifə24/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Sayğacın_Başlanğıc_Qiyməti


Bu zaman biz sayğaca ilkin qiymət mənimsətməliyik. Biz sayğaca məsələnin şərtindən asılı olaraq istədiymiz ilkin qiyməti mənimsədə bilərik. Qeyd edim ki, əgər məsələdə verilmiş kodu sadəcə n dəfə təkrar yerinə yetirmək lazımdırsa onda sayğacın ilkin qiymətinin heç bir önəmi olmur və adətən ona 0 və ya 1 qiyməti mənimsədirlər. misal üçün əgər sayğac olaraq int tipli i dəyişənindən istifadə ediriksə onda ona i = 0; operatoru ilə başlanğıc 0 qiymətini mənimsətmiş olarıq.




Dövrün_Sona_Çatma_Şərti


Dövrün sona çatma şərti adından göründüyü kimi dövrlərin sayını müəyyənləşdirir. Bu zaman sayğacın qiymətinin hansısa qiymətlə müqaisəsindən istifadə olunur.




Sayğacın_Dəyişməsi


Dövrlərin təkrarolunma sayını tənzimləyən digər parametr də Sayğacın dəyişməsidir. Bu zaman biz sayğacın qiymətinin hər-dəfə necə yenilənməsini göstəririk.


for operatoruna aid proqram nümunələri ilə tanış olaq.


Çalışma 5. for operatorundan istifadə etməklə ekranda 5 dəfə "Salam Dunya" sətrini çap edən proqram tərtib edin.


Həlli. Ekranda "Salam Dunya" sətrini çap etmək üçün std::cout operatorundan istifadə edəcəyik. for operatorunun köməyi ilə bu əməliyyatı 5 dəfə təkrar icra etməliyik. Sayğac olaraq int tipli i dəyişəni elan edək, int i; . Sayğaca başlanğıc olaraq 1 qiyməti mənimsədək, i = 1; . Əgər sayğacın qiməti hər dəfə 1 vahid artsaq və onda başa çatma şərtini 6 - dan kiçikdir kimi versək dövr 5 dəfə təkrar olunar.

Sayğacın qiymətinin hər-dəfə bir vahid artırmaq üçün i = i + 1 operatorundan istifadə edə bilərik. Sayğacın 6-dan kiçikdir şərtini isə i < 6; kimi. Yekun operator aşağıdakı kimi olar:




for ( i = 0; i<6; i = i + 1)
{ std::cout<<"Salam Dunya"; }

Qeyd edək ki, dövrün əməliyyatlarının sayı 1 -dən çox olmadıqda {} mötərəzələrindən istifadə etməyə ehtiyac yoxdur, aşağıdakı kimi:





Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin