c plus-plus proqramlasdirma dili ahmed sadixov aze
for ( i = 0; i<6; i = i + 1) std::cout<<"Salam Dunya";
Yekun proqram kodu belə olar:
// for operatoruna aid sade proqram #include int main(){
//saygac elan edek int i;
for (i=0; i<6; i=i+1) std::cout<<"Salam Dunya";
}
Çalışma 6. for dövr operatorundan istifadə etməklə 1 -dən 10 -a kimi olan ədədləri ekranda çap edən proqram tərtib edin.
Həlli. for dövr operatorundan istifadə etməklə 1-dən 10-a kimi ədədləri çap etmək üçün sayğaca başlanğıc olaraq 1 qiyməti mənimsədərik, sona çatma şərtini kiçikdir bərabərdir 10 götürərik (10 -da çap etmək üçün) , sayğacın qiymətini isə hər-dəfə 1- vahid artırarıq. Hər -dəfə dövr təkrarlandıqda sayğacın qiymətini ekranda çap edərik. Proqram aşağıdakı kimi olar:
#include int main(){
int i;
for (i=1; i<=10; i=i+1) std::cout<}
Çalışma 7. for operatorundan istifadə etməklə 3 -dən 7 -yə qədər olan ədədlərin cəmini hesablayan proqram tərtib edin.
Həlli. Proqram kodu belə olar.
#include int main(){
int i,S; S=0;
for (i=3; i<=7; ++i) S=S+i;
std::cout<
}
Izahı. Proqramda int tipli i və S dəyişənləri elan edirik. i-dən sayğac, S -dən isə cəmi hesablamaq üçün istifadə edəcəyik. Sayğaca ilkin qiymət 3, son qiymət 7 veririk və hər- dəfə qiymətin inkrement ilə 1 vahid artırırıq. Nəticədə sayğac 3-dən 7-yə bütün qiymətləri alır. S -ə dövrdən əvvəl 0 qiymətini mənimsədirik. Hər-dəfə dövr təkrarlandıqda S -in qiyməti i qədər artır. Nəticədə dövrün sonunda S özündə 3-dən 7-yə qədər olan ədədlərin cəmini saxlayır.