C++ proqramlaşdırma dili


if (( x < 5) || ( x > 15)) std::cout



Yüklə 257,56 Kb.
səhifə23/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

if (( x < 5) || ( x > 15))
std::cout<<"Sizin daxil etdiyiniz eded ya 5-den kicik, ya da 15 -den boyukdur";
else
std::cout<<"Sizin daxil etdiyiniz eded 5 ile 15 arasindadir";
}


      1. İnkar operatoru


İnkar operatoru verilmiş şərti inkar edir və verilmiş şərt yalan qiymət aldıqda doğru, əks halda isə yalan qiymət alır. İnkar operatoru ! somvolu ilə işarə olunur. Misal üçün (!Bakı Paytaxtdır) şərti yalan, (!2 böyükdür 5) şərti isə doğru qiyməti alır.


      1. Şərtlərlə ədədlərin əlaqəsi


C++ dilində tam tipli ədədlərdən şərt kimi isitfadə edə bilərik. Bu zaman 0 və 0-dan kiçik ədədlər yalan, 0-dan böyük ədələrə isə doğru qiyməti kimi baxılır. Başqa sözlə 0-dan böyük ədədlərə doğru qiymət alan, 0-dan kiçik ədədlərə isə yalan qiymət alan şərt kimi baxmaq və digər şərtlərlə məntiq operatorları ilə birləşdirmək olar. Misal üçün


if (5 && (x>8))
std::cout<<"Bu setir cap olunacaq";

Proqram kodunda 5 ilə x>8 şərtləri VƏ operatoru ilə birləşir.


    1. Dövr operatorları


Dövr operatorları verilmiş əməliyyatları bir neçə dəfə təkrar yerinə yetirmək üçün istifadə olunur. C++ dilində 3 dövr operatoru istifadə olunur for, while, do while




      1. for operatoru


for operatoru verilmiş əməliyyatı tələb olunan sayda, misal üçün 10, 50 , 100 dəfə təkrar yerinə yetirmək üçün istifadə olunur. for operatorunda dövrlərin sayına nəzarət etmək üçün sayğacdan istifadə olunur. Sayğac olaraq tam tipli ədədlərdən istifadə olunur.


Sintakisisi aşagıdakı kimidir:




for ( Sayğacın_Başlanğıc_Qiyməti; Dövrün_Sona_Çatma_Şərti; Sayğacın_Dəyişməsi)
{ Proqram Kodu; }

Bu zaman Sayğacın_Başlanğıc_Qiyməti, Dövrün_Sona_Çatma_Şərti və Sayğacın_Dəyişməsindən asılı olaraq Proqram Kodu təkrar yerinə yetiriləcək.





Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin