C++ proqramlaşdırma dili



Yüklə 257,56 Kb.
səhifə13/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Simvol tipi


Simvol tipi char ilə işarə olunur və yaddaşda 1 bayt yer tutur. C++ dilində simvollar tək dırnaq - ' arasında verilir və böyük və kiçik həriflər bir-birindən fərqləndirilir, misal üçün 'A'


- böyük a simvolu, 'c' - kiçik c simvolu.


    1. Dəyişənlərin elan olunması


Biz proqramın istənilən yerində, istədiyimiz tipdən , istədiyimiz sayda dəyişən elan edə bilərik. Bunun üçün dəyişənin tipini və adını qeyd etməliyik, aşağıdakı kimi:
tip ad;

Hər-bir operatorun sonunda olduğu kimi dəyişənlərin elanı da mütləq nöqtə-vergül ilə bitməlidir. Əgər eyni tipdən bir neçə dəyişən elan etmək istəsək onları bir-birindən vergül ilə ayırmaqla eyni sətirdə elan edə bilərik, aşağıdakı kimi:




tip dey1, dey2, dey2;


    1. Dəyişənlərin adlandırılması


Dəyişənlərə ad verərkən aşağıdakı qaydalara əməl etməliyik:





  1. Dəyişən adında yalnız ingilis əlifbasının simvolları, rəqəmlər və _, $ simvollarından istifadə edə bilərik.




  1. Dəyişən adı mütləq ingilis əlifbasının simvolu ilə başlamalıdır.




  1. Əvvəlcədən elan olunmuş dəyişən, funksiya və operator adlarını dəyişən adı kimi istifadə etmək olmaz.

Düzgün dəyişən adlarına misal: x, y, dey, dey1, dey2, cem, deyişen, S, s, vurma v.s.

Yanlış dəyişən adlarına misal: dəy(ə simvolundan istifadə olunur), 5f (rəqəm ilə başlayır), vur%ma (% simvolundan istifadə olunur) v.s.


Qeyd: Dəyişənləri adlandırmada səhvə yol vermə yeni başlayanlar üçün tipik səhvlərdən sayılır. Nəticədə proqram uğurlu kompilyasiya olunmur.


Məsləhət: Dəyişənə ad verərkən mümkün qədər qısa və dəyişəndə yadda saxlanılan məlumata uyğun ad vermək lazımdır. Bu sizə həmin dəyişəndə hansı məlumatı yerləşdirdiyinizi yadda saxlamağa kömək edr.



Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin