Protokolun məqsədləri:
►
Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə C virus
hepatitinin diaqnostika və müalicəsinin təkmilləşdirilməsi
►
C virus hepatiti ilə xəstələnmə, onun fəsadlaşmaları və ölüm
hallarının azaldılması
ÜMUMİ MÜDDƏALAR
C virus hepatiti – RNT tərkibli virus tərəfindən törədilən və
əsasən xroniki gedişli antroponoz infeksion xəstəlikdir. Törədici
hepatotrop təsirli olsa da, virusun qaraciyərdən kənar lokalizasiyası
da sübuta yetirilib.
Hepatit C virusu (HCV) 1989-cu ildə kəşf edilib. Bu,
Flaviviridae ailəsindən ölçücə çox kiçik, 30-38 nm diametrli,
təkzəncirli RNT-si olan virusdur.
Yoluxma mexanizmi parenteraldır. Yoluxdurma dozası kifayət
qədər böyük – tərkibində virus olan 10
-2
-10
-4
ml qan qədərdir.
İnfeksiyanın mənbəyi C virus hepatitli və ilk növbədə simptomsuz
gedişli xroniki xəstələrdir.
ÜST-nin (2004-cü il) araşdırmalarına əsasən, dünyada C
hepatitinə yoluxmuş insanların sayı 170 milyondan artıqdır.
Onlardan 5 milyondan çoxu Avropa sakinidir.
Hazırda bu virusun 10 genotipi aşkarlanıb və onlardan ilk 6-sı
klinik cəhətdən daha çox öyrənilib. Avropa və Asiya ölkələrində 1-
ci, 2-ci və 3-cü genotiplərə daha çox rast gəlinir. Azərbaycanda
yayılmasına görə 1-ci genotip üstünlük təşkil edir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|