XBT-10 üzrə təsnifatı
B17 Digər kəskin virus hepatitləri
B17.1 Kəskin C hepatiti
B18
Xroniki virus hepatiti
B18.2
Xroniki virus mənşəli C hepatit
i
Skrininq və risk qrupları
C hepatitinə (HCV) yoluxma ehtimalı aşağı olan simptomsuz
böyük yaşlı şəxslərin adi skrininqi tövsiyə edilmir.
Seroloji müayinəyə aşağıdakı risk qruplarına aid olan şəxslər
namizəddir:
qan və qan preparatları köçürülmüş şəxslər;
qanın laxtalanma faktorları köçürülmüş hemofiliyalı xəstələr;
hemodializdə olan xroniki böyrək çatışmazlıqlı xəstələr;
B (B+D) hepatitli, İİV, zöhrəvi xəstəliklər, vərəmə yoluxmuş,
həmçinin onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslər;
xroniki C hepatitli xəstələrin həyat yoldaşları və uşaqları;
cərrahi və invaziv tibbi müdaxiləyə məruz qalmış şəxslər;
xroniki qaraciyər xəstəliyinin biokimyəvi əlamətləri olan
şəxslər, hətta klinik simptomlar olmadıqda belə;
inyeksion narkomanlar;
riskli seksual davranışa malik şəxslər;
tatuajlı və ya salonlarda tatuaj, manikür, pedikür etdirən
şəxslər;
tibbi heyət, xilasetmə xidmətlərinin əməkdaşları, polislər və
yanğınsöndürənlər – alətlərlə yaralanma/xəsarət alma, dəri və
selikli qişanın qana bulaşması hallarında;
dəri örtüyü tez-tez zədələnən şəxslər;
endoskopik müayinə və müalicə metodlarından yararlanmış
şəxslər;
transplantasiya edilmiş orqanların donor və resipiyentləri;
HCV infeksiyası daha çox yayılmış ölkələrdən gəlmiş
immiqrantlar.
Skrininq zamanı hepatit C virusuna qarşı anticisimlərin aşkara
çıxarılması məqsədilə immunoferment analiz (İFA) metodundan
istifadə olunur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|